MüALİCƏ-profilaktika və pediatriya faküLTƏLƏRİ TƏLƏBƏLƏRİ ÜÇÜn məHKƏMƏ TƏbabəTİ FƏNNİ ÜZRƏ testləR



Yüklə 91,14 Kb.
tarix02.01.2022
ölçüsü91,14 Kb.
#1921

MÜALİCƏ-PROFİLAKTİKA VƏ PEDİATRİYA FAKÜLTƏLƏRİ TƏLƏBƏLƏRİ

ÜÇÜN

MƏHKƏMƏ TƏBABƏTİ FƏNNİ ÜZRƏ TESTLƏR
1. Ekspertizanın növləri hansılardır?

A) İlkin, əlavə, təkrari, kompleks, komission ekspertizalar.

B) İlkin, əlavə, əsaslı, təkrari, komission ekspertizalar.

C) Əlavə, kompleks, komission, təkrari, prosesual

D) Əlavə, təkrari, prosesual, əsaslı, ilkin

E) Əlavə, ilkin, təkrari, komission, prosesual


2.Məhkəmə- tibbi ekspertiza xidmətinin təşkilinin əsasları hansı qurum

tərəfindən müəyyənləşdirilir?

A) Səhiyyə Nazirliyi

B) Daxili İşlər Nazirliyi

C) Respublika Prokurorluğu

D) Ali Məhkəmə

E) Müdafiə Nazirliyi
3. Bunlardan hansı bölmə məhkəmə-təbabəti elminə aid deyil?

A) Məhkəmə ballistikası

B) Məhkəmə tibbi tanatologiya

C) Məhkəmə tibbi toksikologiya

D) Məhkəmə tibbi travmatologiya

E) Bioloji maddi sübutların müayinə metodları.


4. Bunlardan hansı obyekt məhkəmə-təbabətinə aid deyil?

A) Barmaq izləri

B) Canlı şəxslər

C) Meyitlər

D) Tibbi mənşəli maddi sübutlar

E) İş materialları

5. Bu metodlardan hansı yalnız məhkəmə tibbi ekspertizada istifadə olunur?

A) Hoppe-Zeyler-üsulu

B) Spekroskopiya

C) Qaz-xromotoqraf üsulu

D) Ümumi qan analizi

E) Şəkərin qanda təyini


6. Hansı dövləti məhkəmə təbabətinin vətəni saymaq olar?

A) Çini

B) Hindistanı

C) Fransanı

D) Rusiyanı

E) ABŞ-nı


7. MTE və PA ETT Birliyi hansı qurumun tabeçiliyindədir:

A) Səhiyyə Nazirliyi

B) Ədliyyə Nazirliyi

C) Daxili İşlər Nazirliyi

D) Ali Məhkəmə

E) Baş Prokurorluq


8. Məhkəmə- tibbi ekspertiza hansı sənədə əsasən təyin olunur?

A) Müstəntiqin qərarına əsasən

B) Müstəntiqin təliqəsinə əsasən

C) Prokurorun təliqəsinə əsasən

D) Zərərçəkmişin ərizəsinə əsasən

E) Hakimin tələqisinə əsasən


9. Məhkəmə-tibbi müayinə hansı sənədə əsasən aparılır?

A) Müstəntiqin təliqəsinə əsasən

B) Müstəntiqin qərarına əsasən

C) Prokurorun qərarına əsasən

D) Zərərçəkmişin ərizəsinə əsasən

E) Hakimin qərarına əsasən


10. Ekspert rəyi hansı hissələrdən ibarətdir?

A) Pasport hissəsi, müayinə hissəsi, nəticə

B) Protokol, rəy, nəticə

C) Nəticə, akt, protokol

D) Nəticə hissəsi, akt, pasport hissəsi

E) Rəy, müayinə hissəsi, akt


11.Aşağıdakılardan hansı «MTE və PA» ETT Birliyinin struktur bölməsi deyildir?

A) Məhkəmə-ballistika şöbəsi

B) Məhkəmə-biologiya şöbəsi

C) Məhkəmə-kimya şöbəsi

D) Məhkəmə-histologiya şöbəsi

E) Ekspertizalara nəzarət şöbəs


12. Bir qayda olaraq hansı halda komissyon məhkəmə-tibbi ekspertizası təyin edilir?

A) Tibb işçilərinin peşə sahəsində qanunsuz fəaliyyətinə dair ekspertiza aparılanda

B) İntihar etmiş şəxsin meyiti müayinə ediləndə

C) Sağlamlığa zərər vurma dərəcəsinin təyinində

D) Qətlə yetirilmiş şəxsin meyiti müayinə ediləndə

E) Bədbəxt hadisə nəticəsində həlak olmuş şəxslərin meyitləri müayinə ediləndə


13. Azərbaycan Respublikasının CPM-nin 97-ci maddəsinin hansı bəndində ekspertin vəzifələri haqqında məlumat verilmişdir?

A) 97.4

B) 97.1

C) 97.2


D) 97.3

E) 97.6
14. Azərbaycan Respublikasının CPM-nin 97-ci maddəsinin hansı bəndində ekspertin hüquqları haqqında məlumat verilmişdir?

A) 97.6

B) 97.4


C) 97.5

D) 97.2


E) 97.1
15. Azərbaycan Respublikasının CPM-nin 140-cı maddəsinə əsasən, hansı halda məhkəmə tibbi ekspertizasının təyin edilməsi mütləqdir?

A) Ölümün səbəbinin təyin edilməsi məqsədi ilə

B) Ümumi və peşə əmək qabiliyyətinin itirilmə dərəcəsinin təyini üçün

C) Alkoqol sərxoşluğunun təyini məqsədi ilə

D) Cinsin təyini üçün

E) Sağlamlığın vəziyyətinin təyini məqsədi ilə


16. Azərbaycan Respublikasının CPM-nin 140-cı maddəsinə əsasən, hansı halda məhkəmə tibbi ekspertizasının təyin edilməsi mütləqdir?

A) Sağlamlığa zərərvurmanın ağırlıq dərəcəsinin və xarakterinin təyin olunması

B) Cinsi yetkinliyin təyini üçün

C) Simulyasiya, dissimulyasiya, aqravasiyanın təyini üçün

D) Oxşarlığın təyini üçün

E) Mayalandırma qabiliyyətinin təyini məqsədi ilə


17. Bilə-bilə yalan rəy verməyə görə ekspert CM-nin aşağıdakı maddəsi ilə məsuliyyət daşıyır:

A) CM.,maddə 297.

B) CM.,maddə 292.

C) CM.,maddə 298.

D) CM.,maddə 300.

E) CM.,maddə 296.


18. Rəy verməkdən boyun qaçırmaya görə ekspert CM-nin aşağıdakı maddəsi ilə məsuliyyət daşıyır:

A) CM.,maddə 298.

B) CM.,maddə 292.

C) CM.,maddə 300.

D) CM.,maddə 296.

E) CM.,maddə 297.


19. Ekspert istintaqı aparan şəxsin icazəsi olmadan ilkin istintaq materiallarını yaymağa görə CM-nin aşağıdakı maddəsi ilə məsuliyyət daşıyır:

A) CM.,maddə 300.

B) CM.,maddə 297.

C) CM.,maddə 296.

D) CM.,maddə 298.

E) CM.,maddə 292.


20. Evtanaziyaya görə CM-nin hansı maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub:

A) CM.,maddə 135.

B) CM.,maddə 136.

C) CM.,maddə 141.

D) CM.,maddə 140.

E) CM.,maddə 139.


21. Uşaq öldürməyə görə Azərbaycan Respublikasının CM-nin hansı maddəsinə görə ana cəzalandırılır?

A) CM.,maddə 121

B) CM.,maddə 120

C) CM.,maddə 122

D) CM.,maddə 123

E) CM.,maddə 124




  1. Hansı sənədlərə əsasən ekspertiza aparılır?

A) istintaq orqanlarının qərarı

B) zərərçəkənin ərizəsi

C) müayinə olunan xəstəlik tarixi

D) səhiyyə orqanlarının göndəriş vərəqəsinə

E) təcili yardım stansiyasının göndəriş vərəqəsi


  1. Hansı sənədlər əsasında sağlamlığa zərər vurma dərəcəsi təyin olunur?

A) məhkəmənin qərardadı

B) ambulator karta

C) valideynin ərizəsi

D) şəxsiyyət vəsiqəsi

E) müalicə həkiminin göndəriş vərəqəsi


  1. Sağlamlığa ağır zərər vurmanın hansı əlamətləri vardır?

A) ümumi əmək qabiliyyətinin 1/3-dən az olmayaraq dayanaqlı itirilməsi

B) ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi

C) ümumi əmək qabiliyyətinin 10%-ə qədər itirilməsi

D) ümumi əmək qabiliyyətinin 1/3-dən az itirilməsi

E) ümumi əmək qabiliyyətinin 10-%-dən 33%-ə qədər itirilməsi


  1. Sağlamlığa ağır zərər vurmanın əlamətləri hansıdır?

A) həyati təhlükə

B) sağlamlığın uzunmüddətli pozulması

C) ümumi əmək qabiliyyətinin 33%-dən az itirilməsi

D) sağlamlığın qısamüddətli pozulması

E) ümumi əmək qabiliyyətinin uzunmüddətli dayanıqlı itirilməsi


  1. Sağlamlığa ağır zərər vurmanın hansı əlamətləri var?

A) psixi pozğunluq

B) baş beyin silkələnməsi

C) qastroenterit

D) mil sümüyünün fəsadlaşmayan sınığı

E) alt çənənin sınığı


  1. Ağır zərər vurmanın əlamətləri var?

A) hamiləliyin pozulmasına səbəb olan xəsarətlər

B) sağlamlığın uzunmüddətli pozulması

C) dirsək sümüyünün fəsadlaşmayan qapalı sınığı

D) qamış sümüyünün fəsadlaşmayan qapalı sınığı

E) ümumi əmək qabiliyyətinin 30%-ə qədərinin itirilməsi


  1. Ağır zərər vurmanın əlamətləri var?

A) narkomaniya və toksokomaniya ilə xəstələnmə

B) alkohol sərxoşluğu

C) qulaq seyvanının itirilməsi

D) burun sümüyünün sınığı

E) sağlamlığın uzunmüddətli itirilməsi


  1. Ağır zərər vurmanın əlamətləri var?

A) peşəkar əmək qabiliyyətinin itirilməsi

B) ümumi əmək qabiliyyətinin dayanıqlı 30%-ə qədər itirilməsi

C) sağlamlığın üzünmüddətli itirilməsi

D) bud sümüyünün qapalı və fəsadlaşmayan sınığı

E) alın sümüyünün xarici səhifəsinin xətti sınığı


  1. Ağır zərər vurmanın əlamətləri var?

A) görmənin itirilməsi

B) çəpgözlük

C) gözalması nahiyəyə qansızma

D) bir gözdə görmənin itiliyinin azalması

E) göz almasının iltihabı


  1. Ağır zərər vurmanın əlamətləri var?

A) danışıq nitqinin itirilməsi

B) səsin karlaşması

C) ptoz

D) səs bağlarının iltihabı

E) sağlamlığın uzunmüddətli itirilməsi


  1. Sağlamlığa ağır zərər vurmanın əlamətləri hansıdır?

A) hər hansı bir orqanın itirilməsi və ya onun funksiyasının itirilməsi

B) ayağın bütün barmaqlarının olmaması

C) bilək nahiyəsində yalançı oynaq

D) dirsək oynağının kontrakturası

E) diz oynağının kontrakturası


  1. Sağlamlığa az ağır zərər vurmanın hansı əlamətləri vardır?

A) sağlamlığın uzunmüddətli pozulması

B) həyat üçün təhlükəli olması

C) hamiləliyin pozulması

D) sağlamlığın qısa müddətə pozulması

E) bir gözdə görmənin itirilməsi


  1. Sağlamlığa yüngül zərər vurmanın əlamətləri hansıdır?

A) sağlamlığın qısa müddətə pozulması

B) 21 gündən artıq sağlamlığın pozulması

C) ümumi əmək qabiliyyətinin 10%-dən 33%-ə qədər itirilməsi

D) bir qulaqda eşitmənin pozulması

E) mayalandırma qabiliyyətinin itirilməsi


  1. Sağlamlığa yüngül zərər vurmanın əlamətləri hansıdır?

A) ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi

B) sağlamlığın uzun müddətə itirilməsi

C) sifətin izisilinməz dərəcədə eybəcərləşdirilməsi

D) bir gözdə görmənin itirilməsi

E) peşəkar əmək qabiliyyətinin itirilməsi


  1. «Zorlama» termini hansı anlayışa aiddir?

A) hüquq

B) məhkəmə-tibbi

C) məhkəmə-kriminalistik

D) psixiatrik

E) məhkəmə-psixiatrik


  1. Bud arteriyasının zədələnməsi sağlamlığa zərər vurmanın hansına aiddir?

A) sağlamlığa ağır zərər vurmaya

B) sağlamlığa yüngül zərər vurmaya

C) sağlamlığa az ağır zərər vurmaya

D) xəsarətin nəticəsinin gözlənilməsi

E) sağlamlığa zərər vurma dərəcəsi təyin edilmir


  1. Sifətin izisilinməz dərəcədə eybəcərləşdirilməsini kim təyin edir?

A) məhkəmə

B) məhkəmə-tibb eksperti

C) həkim-kosmetoloq

D) cərrah

E) müstəntiq


  1. Simulyasiya dedikdə nə başa düşülür?

A) olmayan xəstəliyin əlamətlərini yalandan təqlid etmək

B) xora xəstəliyi

C) epileptik tutmalar

D) gecələr sidiyin saxlanmaması

E) karlıq


  1. Dissimulyasiya dedikdə nə başa düşülür?

A) özündə mövcud olan xəstəliyin əlamətlərinin gizlədilməsi

B) olmayan bir xəstəliyin əlamətlərinin göstərilməsi

C) mövcud olan xəstəliyin əlamətlərinin artırılması

D) xroniki qastrit

E) nitqin itirilməsi


  1. Aqqravasiya dedikdə nə başa düşülür?

A) mövcud olan xəstəliyin əlamətlərinin şişirdilməsi

B) mövcud xəstəliyin izlərinin gizlədilməsi

C) mövcud olmayan xəstəliyin əlamətlərinin göstərilməsi

D) miokard infarktı

E) leykoz


  1. Yaşın təyini zamanı hansı müayinə metodlarından istifadə olunur?

A) antropometrik, rentqenoloji, stomatoloji

B) ultrasəs, serorloji

C) elektrokardioqrafiya

D) ensefaloqrafiya, ultrasəs

E) seroloji


  1. Hansı göstəricilərə görə hamiləliyin müddəti təyin edilir?

A) dölün ölçüləri

B) doğuş yollarından qanlı ifrazatın gəlməsi

C) qarnın ölçüsünün böyüməsi

D) bel nahiyəsində ağrının olması

E) susuzluğun olması


  1. Hansı əlamət hamiləliyin əsas göstəricisidir?

A) dölün ürək döyüntüsünün eşidilməsi

B) doğuş yollarında qanlı ifrazatın gəlməsi

C) qarının ölçüsünün böyüməsi

D) bel nahiyəsində ağrının olması

E) susuzluğun olması


  1. Yaşın təyini zamanı aşağıda göstərilənlərdən hansı əlamət daha dəqiqdir?

A) sümükləşmə nöqtəsinin olması

B) insanın boyu

C) dəri örtüyünün vəziyyəti

D) diş emalının sürtülməsi

E) xarici cinsiyyət üzvlərinin vəziyyəti


  1. Yaşın təyini üçün aşağıdaki metodlardan hansı daha dəqiqdir?

A) sümük sisteminin rentqen müayinəsi

B) ultrasəs müayinəsi

C) laborator analizlər

D) səsin tembrinin dəyişilməsi

E) tüklənmənin olması


  1. Tamlığı pozulmuş qızlıq pərdəsinin tam sağalması hansı müddətdə başa çatır?

A) 2 həftədən sonra

B) 3 gündən sonra

C) 5-ci gün

D) 6-7-ci gün

E) 1 aydan sonra


  1. Qızlıq pərdəsinin hansı növünə daha çox rast gəlinir?

A) üzükvari

B) ulduzvari

C) qeyri-müəyyən

D) aypara

E) arakəsməli
49. Ölümü təyin etmək üçün aşağıdakı üsuldan istifadə olunmur:

A) Elekroensefoloqrafiyanın aparılması

B) Soyuq güzgünün ağıza və buruna yaxınlaşdırılması

C) Barmaqların uc hissəsinin sıxılması

D) Naşatır spirtinin iylədilməsi

E) Yuxu arteriyalarının əllənməsi


50. Ölümü təsdiq edən mütləq və şübhəsiz əlamətlərə aşağıdakı aid deyil:

A) Huşun olmaması

B) İlkin meyit əlamətlərinin olması

C) “Beloqlazov” əlaməti

D) “Lakşe ləkələri”

E) Uzun müddətli asistoliya və apnoz


51. İlkin meyit əlamətlərinə aid deyil:

A) Mumifikasiya

B) Meyit ləkələri

C) Meyit soyuması

D) Meyit quruması

E) Meyit qacıması


52. Hipostaz dövrünün davametmə müddətinə təsir etmir:

A) Ölənin yaşı

B) Bədəndə olan qanın miqdarı

C) Qanın tərkibi

D) Ölümün şəraiti

E) Ətraf mühit şəraiti


53. Meyit ləkələri məhkəmə-tibbi ekspertiza baxımından nəyi göstərmir:

A) Meyit ləkələri ölənin yaşını

B) Meyit ləkələri –ölümün şübhəsiz əlamətidir

C) Meyit ləkələrinin rəngi ölümün səbəbi haqqında məlumat verir

D) Ölümün baş vermə müddətinin təyinində meyit ləkələrinin əhəmiyyəti böyükdür

E) Meyitin duruş vəziyyətinin dəyişdirilməsinin təyinində m.L-ri vacib sayıla bilər


54. “Katoleptik” qacımanın səbəbi:

A) Uzunsov beyin və ona yaxın yerləşən hissələrin zədələnməsi

B) Qara ciyərin zədələnməsi

C) Fosforlu birləşmələrlə zəhərlənmələrdə

D) Ürək-damar xəstəlikləri

E) Ağ ciyər xəstəlikləri


55. Göstərilən patologiyalardan hansı qəfləti ölümün səbəbi olmur?

A) Öd axarlarının xroniki iltihabı

B) Hipertoniya xəstəliyi

C) Ürəyin işemiya xəstəliyi

D) Ateroskleroz

E) Hemorraqik pankreotit


56. Ölümdən sonra meyitə yetirilən xəsarətlər nə zaman təsadüfi sayıla bilməz?

A) Meyitin offenziv və deffenziv parçalanması zamanı

B) Zorakı və ya qeyri-zorakı xəsarət alaraq ölmüş şəxsin meyitinin nəqliyyat vasitələri ilə əzilməsi, meyitin hündürlükdən düşməsi, suda qalması və s.

C) Meyiti maşında aparan zaman tərpənməsi

D) Məhkəmə-tibbi və patoloji anatomik təşrih zamanı

E) Meyitin ekshumasiyası zamanı


57. Xarici mühitin hansı faktorlarının təsirinin müayinəsi məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyil?

A) Psixiki

B) Termiki

C) Mexaniki

D) Kimyəvi

E) Bioloji


58. Sıxılma nəticəsində nə əmələ gəlir?

A) İlk növbədə sümüklər və daxili orqanlar zədələnir

B) Əzilmiş yaralar

C) Kəsilmiş yaralar

D) Deşilmiş yaralar

E) Bədənin ayrı-ayrı hissələrə qopub ayrılması müşahidə olunur


59. Sınıqların növünə və xarakterinə görə məhkəmə-tibb eksperti xəsarətlər haqqında nə söyləyə bilməz?

A) Xəsarətin hüquqi tərəfini

B) Xəsarətin növünü

C) Xəsarətin əmələ gəlmə mexanizmini

D) Xəsarəti yetirən əşyanın xarakterini

E) Xəsarət yetirilmənin istiqaməti və təsir qüvvəsi


60. Borulu sümüklərdə “Messeser üçbucağı” adlı sınığın pazabənzər qəlpənin əsası nəyi göstərir?

A) Sınığın pazabənzər qəlpənin əsası zərbənin yerini göstərir

B) Sınığın pazabənzər qəlpənin əsası zərbənin gücünü göstərir

C) Sınığın pazabənzər qəlpənin əsası zərbənin istiqamətini göstərir

D) Sınığın pazabənzər qəlpənin əsası zərbəni yetirən əşyanın formasını

E) Sınığın pazabənzər qəlpənin əsası xəsarətin vaxtını


61. Borulu sümüklərdə “Messeser üçbucağı” adlı sınığın pazabənzər qəlpənin zirvəsi nəyi göstərir?

A) Sınığın pazabənzər qəlpənin zirvəsi zərbənin istiqamətini göstərir

B) Sınığın parabənzər qəlpənin zirvəsi zərbənin gücünü göstərir

C) Sınığın pazabənzər qəlpənin zirvəsi zərbəni yetirən əşyanın formasını

D) Sınığın pazabənzər qəlpənin zirvəsi xəsarətin vaxtını

E) Sınığın pazabənzər qəlpənin zirvəsi xəsarətin ağırlığını


62. Onurğa sütununun yuxarı döş nahiyyəsi səviyyəsində arxadan və arxa yandan təsiri zamanı (zərbə nəticəsində) nə kimi xəsarətlər müşahidə olunur?

A) Köndələn və arxa çıxıntıların sınıqları

B) Fəqərə arası disklərin cırılmaları

C) Fəqərələrin cicminin kompression sınıqları

D) Ön köndələn bağların cırılmaları

E) Fəqərələrin cicminin köndələn sınıqları


63. Onurğa sütunu həddindən artıq düzlənməyə məruz qalarkən nə kimi xəsarətlər müşahidə olunur?

A) Fəqərə arası disklərin cırılmaları, ön köndələn bağların cırılmaları və sümük çıxıntılarının sınıqları

B) Onurğa sütununun həddindən artıq gərilməsi, əyilməsi baş verir

C) Köndələn və arxa çıxıntıların sınıqları

D) Fəqərələrin cicminin kompression sınıqları

E) Fəqərələrin cicminin köndələn sınıqları


64. Mayalandırma qabiliyyəti məhkəmə-tibbi ekspertiza yolu ilə təyin edilmir:

A) Yaşın təyini zamanı

B) Zorlama, pozğunluq hərəkətləri zamanı

C) Yetkinlik yaşına çatmamış şəxslərlə nikah əlaqələrinə girmək məsələsi ilə bağlı

D) Atalığın müəyyən edilməsi ilə əlaqədar

E) Nikahın pozulması ilə əlaqədar


65. Spermanın mayalandırma qabiliyyətinə gətirib çıxaran patoloji vəziyyətlərə aid deyil:

A) Normospermiya

B) Aspermiya

C) Azospermiya

D) Nekrospermiya

E) Astenospermiya


66. Zorlama nəticəsində zərərçəkmiş şəxslərə kim aiddir?

A) Hamısı

B) Azyaşlı qızlar

C) Yetkinlik yaşına çatmayan qızlar

D) Yetkinlik yaşına çatan

E) Yaşlı və qoca qadınlar


67. Canlı şəxslərin müxtəlif mənşəli zərərvurmalar və xəstəliklər zamanı aparılan məhkəmə-tibbi ekspertizaların səbəblərinə hansı aid deyil?

A) Xəstəliklərin təyini ilə əlaqədar

B) Sağlamlığa zərərvurma dərəcəsi və ya xəsarətlər ilə əlaqədar

C) Sağlamlığın vəziyyəti ilə əlaqədar

D) Ümumi və peşə əmək qabiliyyətinin itirilmə dərəcəsinin təyini ilə əlaqədar

E) Zöhrəvi xəstəliklərin və QİÇS-lə yoluxmanın təyini ilə əlaqədar


68. Canlı şəxslərdə cinsin və ya cinsi vəziyyətin təyini zamanı aparılan məhkəmə-tibbi ekspertizaların səbəblərinə hansı aid deyil?

A) Keçmiş doğuşun təyini üçün

B) Cinsin təyini üçün (hermafroditizm zamanı)

C) Cinsi yetişkənıiyin təyini üçün

D) Qızlıq pərdəsinin tamlığının təyini üçün

E) Nəsil törətmə qabiliyyətinin təyini üçün


69. Canlı şəxslərin digər səbəblər zamanı aparılan məhkəmə-tibbi ekspertizaların səbəblərinə hansı aid deyil?

A) Keçmiş abortun təyini üçün

B) Yaşın təyini üçün

C) Alkoqol sərxoşluğun təyini üçün

D) Atalığın və analığın inkarının təyini üçün

E) Süni mayalanma, embrionu implantasiya etmə və tibbi sterilizasiya hallarının təyini üçün


70. Uzun borulu sümüklərin – bazu, bud və qamış sümüyünün açıq sınıqları zərərvurmaya görə CM hansı maddəsinə aiddir?

A) CM.,maddə 126.

B) CM.,maddə 127.

C) CM.,maddə 128.

D) CM.,maddə 125.

E) CM.,maddə 124.


71. Körpücükaltı, qoltuqaltı arteriyaların və onları müşayiət edən venların zədələnməsi zərərvurmaya görə CM hansı maddəsinə aiddir?

A) CM.,maddə 126.

B) CM.,maddə 127.

C) CM.,maddə 128.

D) CM.,maddə 132.

E) CM.,maddə 133.


72. Bədənin səthinin 30%-dən çox sahəsini əhatə edən, lakin ağır dərəcəli şok törədən yanıqlar zərərvurmaya görə CM hansı maddəsinə aiddir?

A) CM.,maddə 126.

B) CM.,maddə 127.

C) CM.,maddə 128.

D) CM.,maddə 132.

E) CM.,maddə 133.


73. Müxtəlif etiologiyalı ağır dərəcəli (III-IV) şok zərərvurmaya görə AR CM hansı maddəsinə aiddir?

A) CM.,maddə 126.

B) CM.,maddə 127.

C) CM.,maddə 128.

D) CM.,maddə 132.

E) CM.,maddə 133.


74. Massiv qanitirmə zərərvurmaya görə CM hansı maddəsinə aiddir?

A) CM.,maddə 126.

B) CM.,maddə 127.

C) CM.,maddə 128.

D) CM.,maddə 132.

E) CM.,maddə 133.


75. Hansı kriteriya az ağır zərərvurma əlamətlərinə aid deyil?

A) Səhhətin qısa müddətə pozulması

B) Həyat üçün təhlükəliliyin olmaması

C) Hazırki “Qaydalarda” nəzərdə tutulmuş ağır zərərvurmanın əlamət və nəticələrinin olmaması

D) Səhhətin uzun müddətə pozulması

E) Ümumi əmək qabiliyyətinin üçdə birindən az hissəsinin əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi (10-33%)


76. Səhhəti qısa müddətə pozan yüngül zərərvurmaya aid deyil?

A) Almacıq sümüyünün sınığı

B) XI-XII qabırğalar istisna olmaqla 1 qabırğanın yerini dəyişməyən sınığı

C) Burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyası olmayan sınığı

D) Baş beyin silkələnməsi

E) Stasionar və ambulator müalicə alıb-almamasından asılı olmayaraq cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar


77. Hansı hallarda məhkəmə-tibb eksperti bədənə zərərvurmanın dərəcəsini təyin etməyi tezləşdirməlidir:

A) Həyat üçün təhlükəlilik olanda

B) Klinik şəklin aydın olmaması və ya zərərçəkənin ekspertizanı kifayət edəcək dərəcədə klinik laborator müayinələrdən keçirilməməsi

C) Həyat üçün təhlükəli olmayan xəsarətlərin nəticəsi aydın olmadıqda

D) Müayinə olunmanın əlavə müayinədən imtina etməsi və yaxud təkrari müayinəyə gəlməməsi, əgər bunlar xəsarətin xüsusiyyətini, kliniki gedişini və nəticəsini düzgün qiymətləndirməyə imkan vermirsə

E) Sağlamlığa zərər vurmanın dərəcəsi və xarakterinin aydınlaşdırılmasında lazım olan tibbi sənədlərin nəticəsi olmaması


78. Hansı vəziyyətlərdə məhkəmə-tibbi ekspertiza yolu ilə səhhətin vəziyyəti müəyyən edilir?

A) Bütün göstərilən hallarda

B) Şəxs xəstəliyinə görə ifadə verməkdən boyun qaçırdıqda

C) Ağır xəstəliyi ilə əlaqədar sağalana kimi məhkum etmə, islah əmək işləri və digər cəza tədbirləri olan hökm təxirə salındıqda

D) Həqiqi hərbi qulluğa çağırışdan boyun qaçırma və hərbi qulluqçunun hərbi xidmətdən boyun qaçırması hallarında (AR CM.,maddə 395.)

E) Şəxs müstəntiqin və ya məhkəmənin çağırışına gəlmədikdə və ya bununla bağlı xəstəliyi haqqında düzgünlüyünə şübhə yaradan tibbi sənəd təqdim etdikdə və s.


79. Məhkəmə-tibbi mama-ginekoloji ekspertizalar aşağıdakı halda təyin edilmir?

A) Yaşın təyinində

B) Cinsi yetkinliyin təyinində

C) Bakirəliyin tamlığının təyinində

D) Hamiləliyin, keçmiş abortun və doğuşların təyinində

E) Hamiləliyin süni pozulmasının təyinində


80. Sağlamlığa ağır zərər vurmanın əlaməti hansıdır?

A) Əmək qabiliyyətinin 35%-dən çox itirilməsi

B) Əmək qabiliyyətinin 10% itirilməsi

C) Sağlamlığa qəsa mütdətdə itirilməsi

D) Sağlamlığın uzun müddət itirilməsi
E) Əmək qabliyyətinin 30% itirilməsi

81. Göstərilən hansı xəsarət sağlamlığa yüngül zərər vurmaya aiddir?

A) Baş beyinin silkələnməsi

B) Əmək qabiliyyətinin 10% itirilməsi


C) Baldır sümüklərinin sınığı

D) Ağır dərəcəli şok

E) Ruhi xəstəliyə səbəb olma
82. Hansı xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aiddir?

A) Qançır və sıyrıqlar

B) Burun sümüyünün çatı

C) Baş beyinin silkələnməsi

D) Boşluğa keçən yara
E) Dərialtı qansızma (hematoma)
83. Bakirəlik dedikdə nə nəzərdə tutulur?

A) Qızlıq pərdəsinin tamlığının pozulmaması

B) Qızların qeyri-təbii yollarla cinsi əlaqədə olması

C) Qızlıq pərdəsinin dəliyinin diametrinin az ölçüdə olması

D) Qızlıq pərdəsinin arakəsməliformada olması

E) Cinsiyət yarğının tam örtülməməsi


84. Cinsi əlaqədə olma əlamətinin təyini aşağıdakılardan hansıdır?

A) Uşaqlıq yolunda spermanın tapılmasıdır

B) Qızlıq pərdəsinin pozulması

C) Qasıq nahiyəsində xəsarətin olması

D) Böyük cinsiyyət yarığının açıq olması

E) Uşaqlıq yolunun dar olması


85. Kişilərdə cinsi əlaqədə ola bilmə qabiliyyətinin olmamasına nə səbəb ola

bilər?


A) Xarici cinsiyyət üzvünün uşaqlıqyoluna yeritməyə mane olan qüsur

B) Xarici cinsiyyət üzvünün ölçülərinin kiçik olması

C) Yaşının 40-50 olması

D) Cinsi hormon spermatozoidin quyruqsuz olması

E) Mədə xorası xəstəliyindən əziyyət çəkməsi
86. “Kriminal abort” nə deməkdir.

A) Hamiləliyin müalicə müəssisəsindən kənarda müxtəlif üsullarla

pozulması

B) Hamiləliyin stasionarda həkim tərəfindən pozulması

C) Kəskin infeksiyadan hamiləliyin pozulması

D) Ananın ürək qüsurundan hamiləliyin pozulması

E) Sifilis xəstəliyindən pozulması
87. Tibbi-ekspertiza praktikada zorlama dedikdə nə başa düşülür?

A) Zərərçəkmişin razılığı olmadan cinsi əlaqədə olma

B) Qeyri-təbii yolla cinsi əlaqə

C) Uşaqbazlıq

D) Qadının razılığı ilə cinsi əlaqə

E) Hər iki cinsin razılığı ilə cinsi əlaqə


88. Cinsin təyininə nə vaxt ehtiyac yaranır?

A) Nigahın pozulmasında

B) Ağırlıq dərəcəsinin təyini zamanı

C) Yaşı təyin edən zaman

D) Xəsarətin xarakterini təyin edəndə

E) Qızlıq pərdəsinin pozulmasının müddətinin təyinində


89. Cinsi yetkinliyin əlaməti aşağıdakılardan hansıdır?

A) Cinsi əlaqədə ola bilmə

B) Yetkinlik yaşına çatma

C) Cinsiyət vəzilərinin həddən artıq böyük olması

D) Bədən çəkisinin 60 kq-dan artıq olması

E) Boyunun uzunluğunun 150 sm. az olması


90. Cinsi yetkinliyi göstərən əlaməti tapın.

A) Döllənmə qabiliyyətinə malik olma

B) Menstruasiya tsiklinin vaxtaşırı olması

C) Heç bir xəstəliyin olmaması

D) Yaşının 20-dən artıq olması

E) Qasıq dağcığının böyük olması


91. Aşağıda göstərilənlərdən hansı kişilərdə cinsi əlaqədə olma qabiliyyətinin

itməsinə səbəb olmur?

A) Yaş həddinin 25-40 olması

B) Xarici cinsiyyət üzvünün anamoliyası

C) Daxili cinsiyyət üzvünün anamoliyası

D) Endokrin pozğunluqlar

E) Cinsiyyət üzvlərinin travmatik zədələnməsi
92. Məhkəmə-tibbi praktikada doğuş vaxtının təyininə nə vaxt zərurət yaranır?

A) Uşaq öldürməyə şübhə yarandıqda

B) Qızların nigaha girdiyi vaxt

C) Sağlamlığa zərər vurmanın təyinində

D) Doğuş xüsusi doğum evləri-xəstəxanada olduqda

E) Nigaha girən kişinin marağı olduqda


93. Əsil hermofraditizm hansı yolla müəyyənləşdirilir?

A) Cinsi hormonların laborator müayinəsinə əsasən

B) Fiziki inkişafa əsasən

C) Səs tembrinə əsasən

D) Antropometrik ölçülərə əsasən

E) Qasıqda tüklənməyə əsasən


94. Aşağıdakılardan hansı cinsi cinayət sayılır?

A) Əxlaqsızlıq hərəkətlər

B) Abortun təyini
C) Maraqlanırma qabiliyyətinin təyini
D) Cinsi əlaqədə olma qabiliyyətinin təyini

E) Hamiləliyin təyini


95. Sıyrığın kənarında olan epidermisin pulcuqları sıyrığın hansı xüsusiyyətini təyin etməyə kömək edir?

A) quvvənin təsir istiqamətini

B) sıyrığın formasını

C) Sıyrığın lokalizasiyasını

D) Qartmağın xarakterini

E) Sıyrığın rəngini


96.Sıyrıqların məhkəmə-tibbi əhəmiyyətinə aşağıdakılardan nə aid deyil?

A) Sıyrığın rəngi ölümün səbəbini təyin etməyə imkan verir

B) Sıyrığın olaması zədənin olmasını sübut edir

C) Sıyrıq xəsarətin yetirilmə müddətini təyin etməyə imkan verir

D) Sıyrıqların lokalizasiyası, bəzi hallarda zorakı hərəkətlərin xarakterini müəyyən etməyə imkan verir

E) Sıyrığın forma və ölçüləri, bəzi hallarda zorakı hərəkətlərin xarakterini müəyyən etməyə imkan verir


97. Qançırlara aid olan faktorlardan hansı düz deyil?

A) Zərbənin gücünü göstərir

B) Zərbənin yerini göstərir

C) Xəsarətin müddətini təyin etməyə imkan verir

D) Zərbə faktını sübut edir

E) Zərbənin yetirən küt alətin səthinin forma və ölçülərini əks etdirir


98. Qançırın rənginin dəyişməsinin ardıcıllığı necə olur?

A) Tünd qırmızı→ qırmızımtıl-göyümtül→ yaşıl→ sarı

B) Qırmızı→ göy→ yaşıl

C) Tünd qırmızı → yaşıl →boz

D) Qırmızımtıl → yaşıl → sarı → boz

E) Tünd qırmızı → qırmızımtıl-göyümtül → sarı → yaşıl


99. Aşağıda göstərilən xəsarətlərdən hansı küt əşya ilə yetirilməyə xarakter deyildir?

A) Çapılma

B) Cırılmalar

C) Sıyrıqlar

D) Qansızmalar

E) Əzilmiş yaralar


100. Dəridə əmələ gələn qançır onu törədən alətin formasını əks etdirirmi?

A) Bəzən neqativ izini əks etdirir

B) Düz əks etdirir

C) Əks etdirir

D) Həmişə tam əks etdirir

E) Araşdırılmayıb


101. Qançırın yaşıl rəngini sərtləndirən amil hansıdır?

A) qansızmada verdohemoxromoqen olması

B) Hemoqlobin olması

C) qansızmada oksihemoqlobin olması

D) qansızmada methemoqlobin olması

E) qansızmada bilirubinin olması


102. Qançırın sarı rəngini sərtləndirən amil hansıdır?

A) qansızmada bilirubin əmələ gələməsi

B) methemoqlobin əmələ gəlməsi

C) hemotoporfirinin əmələ gəlməsi

D) oksihemoqlobin əmələ gəlməsi

E) hemoqlobin əmələ gəlməsi


103. Aşağıda göstərilən yaralardan hansı bərk küt əşya ilə yetirilməyə aid deyildir?

A) Mişarlanmış

B) Əzilmiş

C) Cırılmış

D) Dişlənmiş

E) Sıyrılmış


104. Yastı kontakt səthli bərk küt əşyanın başa təsiri zamanı törənən yara hansı xarakterdə olur?

A) Əzilmiş-cırılmış

B) Kəsilmiş

C) Mişarlanmış

D) Çapılmış

E) Deşilmiş


105. Əzilmiş yaranın xarakter xüsusiyyəti aşağıdakilardan hansıdır?

A) kənarlarının nahamar olması

B) bucaqlarının iti olması

C) kənarlarının hamar olması

D) çoxlu qanitirmə baş verməsi

E) yara çapığının incə olması


106. Yara kənarında sıyrığın olması nəyin göstəricisidir.

A) yaranın küt əşya ilə yetirilməsinin

B) yaranın iti əşya ilə yetirilməsinin

C) yaranın çapıcı alətlə törəndiyini

D) yaranın bıcağın təsirindən əmələ gəldiyini

E) yaranın balta ilə yetirildiyinin


107. Dəridə qançırın gec əmələ gəlməsi nədən asılıdır?

A) Xəsarətin yerləşmə dərinliyindən

B) zərbənin zəif olmasından

C) xəsarətin yerləşmə nahiyəsindən

D) zərərçəkənin yaşından

E) Xəsarət yetirən alətin ölçüsündən


108. Qançırlar törəndikdən neçə müddət sonra tamamilə sorulub itir?

A) 12-15 gündən

B) 8-10 gündən

C) 9-11 gündən

D) bir aydan sonra

E) 20-25 gündən sonra


109. Qançırın olması nəyi təyin etməyə kömək etmir?

A) xəsarət yetirmiş şəxsin cinsini

B) zərbənin yerini

C) xəsarətin törənmə müddətini

D) xəsarət yetirilmə faktını

E) xəsarət yetirən alətin küt alət olmasını


110. Qançırın göyümtül rəngini sərtləndirən amil hansıdır?

A) qansızmada methemoqlobinin olması

B) qansızmada oksihemoqlobinin olması

C) qansızmada bilirubinin olması

D) qansızmada biliverdinin olması

E) qansızmada hemosiderinin olması


111. Sıyrıqların əmələ gəlmə müddətini hansı əlamətə görə təyin etmək olar?

A) rənginə

B) ölçüsünə

C) kənarlarının xarakterinə

D) lokalizasiyasına

E) formasına


112. Sıyrığın üzərindən qartmaq adətən neçə gündən sonra tam qopur?

A) 10-12 gündən sonra

B) 2-3 gündən sonra

C) 5-7 gündən sonra

D) 15-20 gündən sonra

E) 1-2 gündən sonra


113. Yaraların yetirilmə müddəti nəyə əsasən təyin edilə bilər?

A) sağalma prosesinə

B) formasına

C) yerləşdiyi nahiyəyə

D) dərinliyinə

E) hansı əşya ilə yetirilməsinə əsasən


114. Qançırın sarı rəngə çevrilməsi hansı maddə ilə əlaqədardır?

A) Qansızmada bilirubinin olması ilə

B) Qansızmada biliverdinin olması ilə

C) Qansızmada hemaqlobinin sərbəst olması

D) Qansızmada methemoqlobinin olması

E) Qansızmada oksihemoqlobinin olması


115. Hansı yara bərk küt əşyanın təsirindən əmələ gələn yaralara aid deyildir?

A) Kəsilmiş

B) Əzilmiş

C)Sıyrılmış

D)Dişlənməş

E)Cırılmış


116. Yastı səthi olan bərk küt əşyanın təsiri nəticəsində başda hansı yara əmələ gəlir?

A) Əzilmiş

B) Kəsilmiş

C) Mişarlanmış

D) Çapılmış

E) Deşilmiş


117. Kənarları nahamar olan yara aşağıdakılardan hansılardır?

A) Əzilmiş

B) Deşilmiş-kəsilmiş

C) Çapılmış

D) Kəsilmiş

E) Mişarlanmış


118. Kənarları hamar və (ucları) bucaqları iti olan yara hansıdır?

A) Kəsilmiş

B) Əzilmış

C) Əzilmiş-cırılmış

D) Didilmiş

E) Deşilmiş


119. Başa məhdud səthə malik olan əşya ilə zərbədən törənən sınıqların xarakteri nece olur?

A) Dəlikşəkilli

B) Pilləkənvari

C) Basılmış-qəlpəli

D) Xətti

E) Qəlpəli


120. «Bamper» sınıqları hansı sümüklərdə əmələ gəlir?

A) Bud və baldır sümüklərində

B) Kürək sümüklərində

C) Qabırğalarda

D) Kəllə sümüklərində

E) Çanaq sümüklərində


121.Başın təpə nahiyəsinin kəsilmiş yarasını həmin nahiyənin əzilmiş yarasından fərqləndirən əsas əlaməti göstərin:

A)Yaranın dərinliyində birləşdirici toxuma atmalarının olması

B)Yaranın forması

C)Yaranın işlədiyi dərinlik

D)Yaranın qurtaracaqları

E)Kənarların düz və sıyrıqsız olması


122.Kənarları hamar,ucları iti bucaqlı,boylama ölçüsü dərinliyindən çox olan yara hansidir?

A)Kəsilmiş

B)Deşilmiş

C)Deşilmiş-kəsilmiş

D)Mişarlanmış

E)Deşilib-çapılmış


123.Kənarları hamar,sıyrıqsız,boylama ölçüsü dərinliyindən az olan yara hansıdır?

A)Deşilib-kəsilmiş

B)Kəsilmiş

C)Mişarlanmış

D)Əzilmiş

E)Didilmiş


124.Kənarları hamar, ucları iti bucaqlı,dibindəki sümükdə kobud zədələnmə olan yara hansidir?

A)Çapılmış

B)Mişarlanmış

C)Kəsilmiş

D)Deşilmiş

E)Deşilmiş-kəsilmiş


125.Aşağıdakılardan hansı deşici alətlərə aiddir?

A)Biz


B)Şüşə qırığı

C)Xəncər


D)Bıçaq

E)İskənə
126.Deşilmiş-kəsilmiş yaranın kənarları necə olur?

A)Hamar

B)Nahamar

C)Nisbi hamar

D)Girintili-çıxıntılı

E)Toxuma defektli,azacıq nahamar
127.Kəsilmiş yaranın xarakter forması necədir?

A)İyşəkilli

B)Oval formalı

C)Dairə formalı

D)Ulduzşəkilli

E)Dördbucaqlı


128.Hansı toxumalardakı zədələrə əsasən çapıcı alətin identifikasiyası mümkündür

A)Sümük və qığırdaq toxumasındakı

B)Dəri və əzələ toxumasındakı

C)Əzələ toxumasındakı

D)Dəri toxumasındakı

E)Əzələ və piy toxumasındakı


129.İti alətlərdən hansı kəsici alətə aiddir?

A)Ülgüc


B)Mişar

C)Dəhrə


D)Xəncər

E)Balta
130.İti alətin kombinə olunmuş təsiri hansıdır?

A)Deşici-kəsici

B)Deşici


C)Qırxıcı

D)Çapıcı


E)Kəsici
131.Çapıcı alətin ülgücü ilə bucaq altında zərbə vurduqda yara hansı formada olur?

A)Parça-dilim şəkilli

B)Çarpazşəkilli

C)Xətşəkilli

D)Uzunsov

E)Yarıqşəkilli


132.Hansı toxumanın zədələnməsinə əsasən xəsarətin deşici alət təsirindən yaranmasını dəqiq təyin etmək mümkündür?

A)Sümük


B)Əzələ

C)Dəri


D)Qığırdaq

E)Piy
133.Hansı zədə baltanın tiyəsinin ülgücünün təsirindən əmələ gəlmişdir?

A)Çapılmış

B)Cırılmış

C)Deşilmiş-kəsilmiş

D)Mişarlanmış

E)Deşilmiş
134.Deşilmiş-kəsilmiş yaraya morfoloji əlamətlərdən hansı aid deyil?

A)Kənarların nahamar olması

B)Kənarların sıyrıqsız olması

C)Kənarların hamar olması

D)Yara kənarının sıyrıqsız və qançırsız olması

E)Divarların hamar olması


135.Hansı zədə baltanın tiyəsinin dabanının və yaxud burnunun təsirindən əmələ gəlmişdir?

A)Deşilmiş-kəsilmiş

B)Sıyrılmış

C)Əzilmiş

D)Cırılmış

E)Kəsilmiş


136.Meyidin müayinəsi zamanı yara kanalına zondun salınmasına hansı halda icazə verilir?

A) Hadisə yerində müayinədə icazə verilmir

B)Yara kanalının girişindən başlayaraq qat-qat müayinəsindən sonra nəzarət üçün vizual olaraq həyata keçirilməsinə icazə verilir

C)yara kanalı döş boşluğunda yerləşdikdə icazə verilir

D)İcazə verilir

E)Yara kanalı döş boşluğunda yerləşdikdə icazə verilmir


137.Deşilmiş-kəsilmiş yaranın kənarında metalizasiyanın tədqiqatı hansı məqsədlə aparılır?

A)Tiyənin identifikasiyası üçün

B)Tiyənin itiliyinin təyini üçün

C)Tiyənin paslanmasını təsdiqləmək üçün

D)Tiyənin ucunun formasının təyini üçün

E)Ülgücünün kələ-kötürlüyünün təyini üçün


138.Dərinin deşilmiş-kəsilmiş yarasının müayinəsində bıçağın tiyəsinin hansı xüsusiyyətlərini müəyyən etmək mümkün deyil?

A)Tiyənin uzunluğunu

B)Tiyənin enini

C)Tiyənin itilənmə xarakterini

D)Tiyədə enişli hissənin olduğunu

E)Tiyənin küt tərəfinin eni


139. Orqanizmin hansı toxuması zədələnən halda alətin xarakteri haqda qəti fikir söyləmək mümkündür?

A) sümük toxuması

B) əzələ toxuması

C) vətərlər

D) piy toxuması

E) dəri örtüyü


140. Deşici-kəsici alət hansıdır?

A) Bıçaq


B) Vintaçan

C) Mişar


D) Ülgüc

E) Balta
141. Kəsici alətin təsir mexanizmi necədir?

A) Yumşaq toxumaları kəsmək

B) Sümük toxumasını çapmaq

C) Daxili boşluqlara işləmək

D) Ətrafları amputasiya etmək

E) Dəri toxumasını didərək cırmaq
142. Bunlardan hansı nəqliyyat travmaları təkərli vasitələr təsirindən əmələ gəlmir?

A) Traktor, tank travmaları

B) Avtomobil travmaları

C) Motosiklet travmaları

D) Rels nəqliyyat vasitəsi travmaları

E) Velosiped travması


143. Xəsarətlərin yaranma mexanizmlərindən və fazalarından asılı olaraq, insanın hərəkət edən avtomobillə toqquşmasına aid deyil?

A) Təkərin bədən üzərinə çıxması

B) Avtomobil hissələrinin bədənlə toqquşması

C) Bədənin yol səthi üzərinə atılması və düşməsi

D) Bədənin avtomobilin üzərinə düşməsi və yıxılması

E) Bədənin səth üzərində sürüşməsi


144. İnsan hərəkət edən avtomobillə toqquşması zamanı əmələ gələn zədələnmələrdə fazaların düzgün ardıcıllığını göstərmək:

1. Avtomobillə ilkin və ya bilavasitə kontakt-zərbə

2. Bədənin yerə dəyməsindən alınan zərbə

3. Bədənin avtomobilin kopusuna atılması zamanı alınan zərbə

4. Bədənin yer üstündə sürtülməsi

A) 1.3.2.4

B) 1.4.2.3

C) 1.2.3.4

D) 2.3.4.1

E) 3.1.2.4


145. Hərəkət edən avtomobildən yıxılmalarda zədələnmələrin baş verə bilməsinin ardıcıllıq fazalarını göstər:

1. İnsanın yıxılan anda avtomobilin hissələrinin təsirindən zədələnməsi

2. Yolun üstü ilə sürüşmə zamanı alınan zədələnmələr

3. Yolun üstünə yıxılma və yol səthi ilə kontakt (asfalt, beton, çuxur və. s) zamanı alınan zədələnmələr.

A) 1.3.2

B) 1.2.3


C) 3.2.1

D) 2.1.3


E) 2.3.1
146. Avtotravma nəticəsində əmələ gələn “qamçıya bənzər” sınıqlar aşağıda göstərilən şəraitdə əmələ gəlir:

A) Toqquşma zamanı avtomobilin salonunda sürücüdə və ya sərnişində yaranır

B) İnsanın hərəkət edən avtomobillə toqquşması nəticəsində

C) Avtomobilin insanın bədəni üzərindən keçmə zamanı

D) İnsanın avtomobildən yıxılma nəticəsində

E) Bədənin avtomobil və başqa bir əşya arasında sıxılması nəticəsində


147. Bu xəsarətlərdən hansıları avtomobil hissələri ilə toqquşması üçün xarakterik hesab olunur?

A) Bud sümüyünün “Bamper”sınığı

B) Bud sümüyünün pəncimlənmiş sınığı

C) Baldır daban oynağının çıxığı

D) Daban sümüyünün sınığı

E) Qamış sümüyünün vintəbənzər sınığı


148.Avtomobil nəqliyyatı hissələri ilə toqquşması zamanı hansı xəsarətlər

spesifik hesab olunur?

A) Təkərlərin izini göstərən sıyrıq və qançırlar (protektor izi)

B) Bədən üzərində zolaq formalı sıyrıqların olması

C) Kəllə sümüklərinin qəlpəli (pazvari) sınıqları

D) Üzün yumşaq toxumalarının kəsilmiş yaraları

E) Bazu sümüyünün sınığı
149. Avtomobil nəqliyyatının bədən üzərindən keçməsi üçün hansı xəsarətlər xarakterik sayılır?

A) Dərinin cibəbənzər cırılmaları

B) Döş qəfəsinin əzilmiş yaraları

C) Alın sümüyünün deşilmiş sınığı

D) Başın yumşaq toxumalarının kəsilmiş yaraları

E) Bazu oynağının çıxığı


150. Avtomobil nəqliyyatı hissələri ilə toqquşması zamanı hansı xəsarətlər spesifik hesab olunur?

A) Avtomobilin faralarının təsirindən əmələ gələn dairəvi qançırlar

B) Bazu sümüyünün sınığı

C) Baş beynin selikaltı qişalarına qansızma

D) Qaraciyərin əzilməsi

E) Ağ ciyəri cırılması


151. Avtomobil travmaları üçün hansı xəsarətlər xarakterik hesab olunmur?

A) Daban sümüyünün çox qəlpəli sınığı

B) Qamış sümüklərinin “Bamper”sınığı

C) Dəri örtüklərinin cibəbənzər cırılmaları

D) Qabırğaların çoxlu sayda düz olmayan sınıqları

E) Döş sümüyünün sınığı


152. Avtomobil nəqliyyatının döş qəfəsinin üzərindən keçməsi zamanı hansı xəsarətlər əmələ gəlir?

A) Qabırğaların çoxlu sayda ikitərəfli sınığı

B) Boyun fəqərələrinin kompression sınıqları

C) Bədənin bölünməsi

D) Yumşaq toxumaların kəsilmiş yaraları

E) Çanaq sümüklərinin sınığı


153. Avtomobilin içərisində olan zaman sürücü üçün hansı xəsarətlər xarakterikdir?

A) Döş və qarın nahiyyələrinin ön səthində daxili orqanların zədələnməsi ilə

müşahidə olunan aypara formalı sıyrıq və qançırların olması

B) Qabırğaların çoxlu sayda ikitərəfli sınıqları

C) Boyun fəqərələrinin kompression sınıqları

D) Qamış sümüklərinin “Bamper”sınığı

E) Qamış sümüklərinin yerdəyişən sınığı
154. Avtomobil nəqliyyatlarının sürətli toqquşması zamanı bədənin kəskin önə və arxaya əyilməsi nəticəsində hansı xəsarətlərin əmələ gəlməsi xarakterikdir?

A) Boyun fəqərələrinin sınığı (qamçıyabənzər sınıq)

B) V-VI döş fəqərələrinin sınığı

C) Boyun fəqərələrinin kompression sınığı

D) Bud sümüyünün “Bamper”sınığı

E) Bədənin çoxsaylı əzilmələri


155.Hansı növ avtonəqliyyat travmaları zamanı döş və qarın boşluğu orqanlarının yerdəyişməsi baş verir?

A) Avtomobilin təkərlərinin insanın bədəni üzərindən keçməsi zamanı

B) Arxa oturacaq sərnişininin travması zamanı

C) Hərəkətdə olan nəqliyyat vasitəsinin insan bədəni ilə toqquşması zamanı

D) Hərəkətdə olan nəqliyyatdan sərnişinin yıxılması zamanı

E) Bədənin səki üzərində sürünməsi zamanı


156. Hansı növ avtonəqliyyat travmaları zamanı yara nahiyyəsi əhəmiyyətli dərəcədə dəyişir?

A) Dəmir-yol nəqliyyatı təkərlərinin bədən üzərindən keçməsi zamanı

B) Avtomobillərin bədən üzərindən keçməsi zamanı

C) Hərəkətdə olan nəqliyyat vasitəsinin piyada ilə toqquşması zamanı

D) Maşının kabinəsindən yıxılma zamanı

E) Maşının kuzovundan yıxılma zamanı


157. Avtomobilin sürücüsü üçün bu xəsarətlərdən hansı daha xarakterikdir?

A) Döş, qarın və budun daxili səthində sıyrıq və qançırların olması

B) Qoltuqaltı xətt üzrə qabırğaların çoxlu sayda sınığı

C) Çanaq sümüyünün qəlpəli sınığı

D) Bud sümüyünün “Bamper”sınığı

E) Kürək sümüklərinin sınığı


158. Avtomobil travmaları üçün hansı xəsarətlər xarakterik hesab olunmur?

A) Başın və üzün yumşaq toxumalarının kəsilmiş, cırılmış yaraları

B) Əzələlərin sümükdən cibşəkilli ayrılmaları

C) Döş sümüyünün sınıqları

D) Ayrı-ayrı xətlər üzrə qabırğaların çoxsaylı sınıqları

E) Çoxlu sayda səthi sıyrıqların olması


159. R-qrammada “Bamper” sınığı necə nəzərə çarpır?

A) Sümük toxumalarının üçkünc çıxıntıları

B) Xətti sınıq

C) Çoxqəlpəli sınıq

D) Dəlib-keçən sınıq

E) Terassayabənzər sınıq


160. Bunlardan hansı xəsarətlər tipik dəmiryol travmalarına aiddir?

A) Təkər bədən üzərindən keçdikdə sıxılma və sürtülmə zolağının əmələ gəlməsi

B) Bamper sınığı

C) Dərinin cibəbənzər cırılmaları

D) Təkərin protektorunun izi

E) “Qamçıya bənzər” sınıqlar


161. Nəqliyyat travmalarının hansı növlərində perpendikulyar olan zolaqlı sıyrıq və qançırlar əmələ gəlir?

A) Tırtıllı traktor travmasında

B) Aviatravmada

C) Avtotravmada

D) Dəmiryol travmalarında

E) Velosiped travmasında


162. Aviasiya travmaları zamanı aparılan məhkəmə tibb ekspertlərinə aid olmayan nədir?

A) Nəqliyyatın novünün təyini

B) Zədələnmələrin xarakteri, mexanizmi və həyatiliyin təyini

C) Zədələyici faktorların təyini

D) Ölümün səbəbinin təyini

E) Ölənin şəxsiyyətinin təyini


163. Aviasiya travmaları zamanı aparılan ekspertizalar zamanı məhkəmə-tibb ekspertləri aşağıdakı hansı suallarla qarşılaşmırlar?

A) Avia nəqliyyatının növünün təyini

B) Zədələnmərin xarakteri, mexanizmi və həyatiliyinin təyini

C) Zədələyici faktorların təyini

D) Ölümün səbəbinin təyini

E) Ölənin şəxsiyyətinin təyini


164.Güllənin giriş dəliyini çıxış dəliyindən fərqləndirən əsas differensial əlamət hansıdır?

A)Silinmə (çirklənmə) halqasının olması

B)Yara kənarında sıyrılmanın olması

C)Zədə kənarının qeyri-düzgünlüyü

D)Yumşaq toxumaların rəngi

E)Yara kənarının çevrilməsi


165. Kəsilmiş yaralar üçün hansı xarakter əlamət:

A) Kəsilmiş yaraların kənarlarını yaxınlaşdırdıqda bütün uzunluğu boyu üst-üstə düşür və onlar üçün birləşmək xarakterdir

B) Kəsilmiş yaraların dibində əzilmiş birləşdirici toxuma lifləri müşahidə olunur

C) Kəsilmiş yaraların ucları küt olur

D) Kəsilmiş yaraların kənarlarını yaxınlaşdırdıqda üst-üstə düşmür və birləşmir

E) Kəsilmiş yaralar qeyri-müəyyən formada olur


166. Deşilmiş yaraların müayinəsi zamanı nəyi təyin etmək olmaz?

A) Deşici alətin uzunluğunu

B) Xəsarət yetirən əşyanın növünü

C) Xəsarət yetirən əşyanın formasını

D) Zərbənin sayını və istiqamətini

E) Əşyanın bədənə daxil olan hissəsinin forma və ölçüsünü müəyyən etmək olar


167. Deşilmiş-kəsilmiş yaraların dərinliyi nə zaman tiyənin uzunluğundan daha artıq olur?

A) Qarın boşluğuna zərbə endirildikdə

B) Bıçağın tiyəsi uzun olduqda

C) Bıçağın tiyəsi iti olduqda

D) Fin bıçağı ilə zərbə endirdikdə

E) Xəncər ilə zərbə endirdikdə


168. Deşilmiş-kəsilmiş yaraların ətrafında olan çirklənmə həlqəsini və metallizasiyanı hansı üsulla təyin etmirlər?

A) Qaz-Xromatoqrafiya üsulu

B) Stereomikroskopik müayinə

C) Perlis sınağı

D) Tirman sınağı

E) Kontakt-diffuz üsulu


169. Odlu silah və barıt hansı dövlətdə kəşf olunmuşdur?

A) Çində

B) Hindistanda

C) Ərəbistanda

D) İspaniyada

E) Fransada


170. Birinci tapanca (pistolet) hansı dövlətdə ixtira edilmişdir?

A) İtaliyada

B)Türkiyədə

C) Hindistanda

D) Fransada

E) Çində


171. Döyüş silahlarına aşağıdakılardan hansı aid olunmur?

A) Hamar lüləli ov tüfəngləri

B) Tüfənglər və karobinlər

C) Avtomatlar

D) Tapancalar

E) Revolverlər


172. Göstərilən kalibrə görə hansı növ ov tüfəngi olmur?

A) 38-kalibrli

B) 12-kalibrli

C) 16-kalibrli

D) 20-kalibrli

E) 32-kalibrli


173. Tüstülü barıt hansı komponentlərdən ibarətdir?

A) Şoran, kükürd, kömür

B) Şoran, kükürd, kömür, gümüş

C) Kükürd, kömür, natrium

D) Piroksilin, kömür, şoran

E) Nitroqliserin, kükürd, şoran


174. Hansı mərmilər karteç adlanır?

A) Diametri 5,5 mm-dən böyük olan

B) Diametri 6,5 mm-dən böyük olan

C) Diametri 3 mm-dən böyük olan

D) Diametri 7 mm-dən böyük olan

E) Diametri 4 mm-dən böyük olan


175. Hansı fiziki qanuna görə barıt gilizdə alışarkən onun yaratdığı qazın həcmi kəskin yüksəlir?

A) Avoqadro qanunu

B) Paskal qanunu

C) Toricelli qanunu

D) Puareyl qanunu

E) Buqer-Berq qanunu


176. Bunlardan hansı məhkəmə-təbabətində düzgün anlayış deyil?

A) Natamam uzaq məsafədən atəş

B) Dirənmiş vəziyyətdə atəş (tam dirənmiş)

C) Dirənmiş vəziyyətdə atəş (natamam dirənmiş)

D) Yaxın məsafədən atəş

E) Uzaq məsafədən atəş


177. Yara kanalının növünə görə odlu silah zədələnmələrinin hansı növü olmur?

A) Fasiləli güllə yaralanmaları

B) Kor güllə yaralanmaları

C) Dəlib-keçən güllə yaralanmaları

D) Toxunan güllə yaralanmaları

E) Kəmərvari güllə yaralanmaları


178. Ov tüfəngindən atəş zamanı atəşin məsafəsini nəyin hesabına ölçürlər?

A) Qırmanın səpələnməsi hesabına

B) Barıt qazlarının təsiri hesabına

C) Hisin hesabına

D) Mərminin sürəti hesabına

E) Mərminin kalibrinin hesabına


179. Qırmanın maksimum uçuş məsafəsi:

A) 200-400 metr

B) 10-50 metr

C) 5-10 metr

D) 50-100 metr

E) 100-150 metr


180. Partlayış zamanı hansı faktorlar zədələyici xüsusiyyətə malik olmur?

A) Atmosfer təzyiqi

B) Zərbə dalğası

C) Qəlpə və hissələr (partlayıcı maddələrin)

D) Xüsusi zədələyici vasitələr

E) İkincili mərmilər


181.Hansı halda atəşin əlavə faktorları ancaq yara kanalı boyunca tapılır?

A)Tam dirənmiş atəş zamanı

B)Yaxın məsafədən atəş açıldıqda

C)Yandan dirəyib atəş açıldıqda

D)Natamam dirənmiş atəş zamanı

E)Bütün hallarda


182.Odlu silah yarasının giriş dəliyində toxuma defektinin əmələ gəlməsi nədən aslıdır?

A)Güllənin kinetik enerjisindən

B)Güllənin formasından

C)Güllənin diametrindən

D)Güllənin çəkisindən

E)Zədələnən toxumaların xüsusiyyətindən


183.Dirənmiş vəziyyətdə atəşin əsas əlaməti hansıdır?

A)Ştamp izinin olması

B)Toxuma çatışmazlığı

C)Yara ətrafında əlavə faktorların olmaması

D)Silinmə və sıyrılma halqalarının olması

E)Giriş dəliyinin kənarlarının çevrilməsi


184.Odlu silah yarasının giriş dəliyi ətrafında sıyrıq həlqəsinin əmələ gəlməsinə səbəb nədir?

A)Dəri səthinin güllə ilə kontaktı və bu zaman onun epidermisinin qopması

B)Güllənin uzununa oxu boyunca sürətlə fərlanması

C)Güllənin böyük uçuş sürətinə malik olması

D)Havanın müqavimətini dəf edən zaman güllənin qızması

E)Güllənin giriş dəliyinin çirklənməsi nəticəsində


185.Güllənin giriş dəliyi ətrafında toxuma çatışmazlığının olmaması nə ilə izah olunur?

A)Güllənin kinetik enerjisinin itməsi

B)Güllənin düzgün uçuşunun itməsi

C)Güllənin yan səthi ilə bədənə dəyməsi

D)Güllənin fırlanma sürətinin azalması

E)İnsan bədəninə toxunanda deformasiyaya uğraması


186.Yivli lüləli silahların kalibrinin göstəricisi nədir?

A)Lülədəki yivlər arası məsafə

B)Lülənin uzunluğu

C)Lülənin xarici diametri

D)Güllənin diametri

E)Qırmaların diametri


187.Yüksək kinetik enerjiyə malik güllənin hədəfə hansı təsiri var?(Güllənin sürəti 200 m/san-dən çox olarsa)

A)Dəlib-keçən

B)Keyləşdirici

C)Uyuşdurucu

D)Kontuzion

E)Pazvari


188.Orta kinetik enerjiyə malik güllə hədəfə necə təsir edir?(Güllənin sürəti 100-200m/san.ə qədər olarsa)

A)Pazvari

B)Yandırıcı

C)Hidrodinamik

D)Dağıdıcı-partlayıcı

E)Dəlib –keçən


189.Kiçik kinetik enerjiyə malik güllə hədəfə necə təsir edir?(Güllənin sürəti 100 m/san.ə qədər olarsa)

A)Kontuzion

B)Hidrodinamik

C)Dağıdıcı-parçalayıcı

D)Dəlib-keçən

E)Pazvari


190.Məsafəsinə görə hansı atəşin növünə aid deyil?

A)500 m-dən artıq məsafədən atəş

B)Yaxın məsafədən atəş

C)Uzaq məsafədən atəş

D)Atəçin əlavə faktorlarının təsiri hüdudundakı məsafədən açılmıç atəş

E)Dirənmiş vəziyyətdən atəş


191.Bunlardan hansı atəşin əlavə faktoru deyil?

A)Mərmi


B)Natamam və ya tam yanmamış barıt dənəcikləri

C)Barıt qazları

D)Atəşin hisi

E)Gülləönü hava


192.Dirənmiş vəziyyətdə atəş zamanı termiki təsir edən nədir?

A)Atəşin alovu

B)Barıt dənəcikləri

C)Barıt qazları

D)Mərmi

E)Atəşin hisi


193.Odlu silah güllə yarasının giriş dəliyinin əsas əlamətləri hansıdır?

A)Yara nahiyəsində toxuma deffekti,sıyrılma və silinmə halqalarının olması

B)Yaranın kənarlarının uyğun gəlməsi

C)Yaranın dairəvi forması

D)Yaranın mənfəzinin aralı olması

E)Yaranın kənarlarının hamar olması


194.Odlu silah güllə yarasının çıxış dəliyinin əsas əlamətləri hansıdır?

A)Yaranın yarıq şəkilli olması,kənarlarının bayıra doğru yönəlməsi

B)Yarnın kənarlarının daxilə yönəlməsi

C)Yaranın dairəvi formada olması

D)Yarada toxuma defektinin olması

E)Yara ətrafında silinmə halqasının olması


195.Hansı əlamət yaxın məsafədən açılan atəşin əlaməti hesab olunmur?

A)Vinoqradov əlaməti-fenomeni

B)Giriş yarası ətrafında dəridə hisin çökməsi

C)Giriş yarası ətrafında metal tozların çökməsi

D)Giriş yarası ətrafında barıt dənəciklərinin çökməsi

E)Giriş yarası ətrafında tuklərin ütülməsi və dərinin termiki yanığının olması


196.Güllənin hidrodinamik təsiri hansı orqanda özünü göstərir?

A)Ürəyin sol mədəciyində diastola fazasında

B)Ətraflarda

C)Ürək sistola fazasında

D)Ağciyərdə

E)Böyrəkdə


197.Atəşin əlavə faktorlarına aid deyildir?

A)Karton və keçə tıxac

B)Alov və barıt qazları

C)Hisslə çirklənmə

D)Tam və natamam yanmış barıt dənəcikləri

E)Metal və yağ hissəcikləri


198. Uzun lüləli odlu silah hansıdır?

A) Tüfəng

B) Revolver

C) Avtomat

D) Tapanca
E) Tapança- pulemyot
199. Qısa lüləli oldlu silah hansıdır?

A) Tapança

B) Karabin

C) Avtomat

D) Tapança- pulemyot

E) Tüfəng


200. Dirənmiş vəziyyətdə açılmış atəşin əsas xüsusiyyəti hansıdır?

A) Dəridə “ştamp” iz nin olması

B) Dəridə hisin və yanığın olmaması

C) Toxuma çatmamazlığının olması

D) Dəridə yanığın olmaması

E) Yara ətrafında barıt dənəciklərinin olması


201. Uzaq məsafədən açılmış atəşin xüsusiyyətləri hansıdır?

A) Yara ərafında atəşin əlavə faktorlarının olmaması

B) Yara ərafında atəşin əlavə faktorlarının olması

C) “Ştamp” izi nin olmaması

D) Dəridə toxuma çatmamazlığının olmaması

E) Dəridə yanığın olması


202. Yivli lüləli silahların kalibrinin göstəricisi nədir?

A) Lülədəki yivlər arası məsafə

B) Lülənin uzunluğu

C) Lülənin xarici diametri

D) Güllənin diametri

E) Qırmaların diametric


203. Bunlardan hansı atəşin əlavə faktoru deyil?

A) Mərmi


B) Natamam və ya tan yanmamış barıt dənəcikləri

C) Barıt qazları

D) Atəşin hisi

E) Gülləönü hava


204. Odlu silah güllə yarasının çıxış dəliyinin əsas əlamətləri hansıdır?

A) Yarada toxuma defektinin olmaması Yaranın yarıq şəkilli olması, kənarlarının bayıra doğru yönəlməsi

B) Yaranın kənarlarının daxilə yönəlməsi

C) Yaranın dairəvi formada olması

D) Yarada toxuma defektinin olması

E) Yara ətrafında silinmə halqasının olması




  1. Elektrik vurmanın ölümlə nəticələnməsi aşağıdakı hallarda artır,

birindən başqa?

A)dəri səthinin quru olması

B)havanın rütubətli olması

C)dəri səthi metalla çirkləndikdə

D)ikitərəfli kontakt olduqda

E)taxikardiyada




  1. Elektrik cərəyanının orqanizmə təsiri hansı halda olmur?

A)rezin materialdan olan izolyatorlardan istifadə etdikdə

B)şəxsin əynindəki paltarlar yaş olduqda

C)orqanizmin müqavimət qabiliyyəti zəif olduqda

D)kəskin qan itirmədə

E)dəri nəm olduqda


  1. Elektrik cərəyanı ilə zədələnmə zamanı əmələ gələn mexaniki xəsarətlərdən aşağıdakılar ola bilər,birindən başqa?

A)stranqulyasiya şırımının olması

B)sınıqların olması

C)dərinin cırılması

D)dərinin yanması

E)çıxıqların olması
208. İstilikvurmada ölən insanın meyitinin müayinəsi zamanı hansı dəyişikliklər müşahidə olunur?

A) Daxili orqanların doluqanlığı, beyin və onun qişalarının ödemi və doluqanlığı

B) Daxili orqanlara böyük həcmli qansızmalar, baş beyin ödemi

C) Daxili orqanlara kiçik həcmli qansızmalar, baş beyin ödemi

D) Beyin toxumasında kiçik ocaqlı qansızmalar

E) Beyin və onun qişalarının kəskin doluqanlığı, beyin toxumasında kiçik ocaqlı qansızmalar


209. Kliniki gedişinin xarakterinə və patomorfoloji göstəricilərə görə donmanın dövrlərini düzgün yerləşdir:

1. Don vurmuş nahiyələrdə çapıqlar əmələ gəlir, dəri regenerasiyaya uğrayır

2. Nevrologiya, paresteziya və həmçinin trafik yaralar kimi fəsadlar yaranır

3. Donmuş nahiyələrin dərisi tünd-qırmızı, tünd-göyümtül rəngdə olur

4. Dərinin bütün qatları, dərialtı hüceyrələr, digər yumşaq toxumalar və sümük toxumasının nekrozu baş verir

A) 3.1.2.4.

B) 1.2.4.3.

C) 3.2.1.4.

D) 1.2.3.4.

E) 2.1.3.4.


210. Aşağı temperaturun təsirindən ölmüş insanın meyitini müayinə edərkən hansı tipik əlamət tapılır?

A) Puparev əlaməti

B) Amyuss əlaməti

C) Olivye-Danjer əlaməti

D) Minakov ləkələri

E) Tardye ləkələri


211. Aşağı temperaturun təsirindən ölmüş insanın meyitini müayinə edərkən hansı tipik əlamət tapılır?

A) Fabrikantov əlaməti

B) Amyuss əlaməti

C) Olivye-Danjer əlaməti

D) Minakov ləkələri

E) Tardye ləkələri


212. Aşağı temperaturun təsirindən ölmüş insanın meyitini müayinə edərkən hansı tipik əlamət tapılır?

A) Vişnevski əlaməti

B) Amyuss əlaməti

C) Olivye-Danjer əlaməti

D) Minakov ləkələri

E) Tardye ləkələri


213. Bu əlamətlərdən hansı aşağı temperaturun təsirindən ölmüş insanın meyitininin müayinəsində tapılmır?

A) Moro əlaməti

B) Vişnevski əlaməti

C) Puxnoreviç əlaməti

D) Desyatov əlaməti

E) Fabrikantov əlaməti


214. Aşağı temperaturun təsirindən ölmüş insanın meyitini müayinə edərkən hansı tipik əlamət tapılır?

A) Kasyanov əlaməti

B) Amyuss əlaməti

C) Olivye-Danjer əlaməti

D) Minakov ləkələri

E) Tardye ləkələri


215. Aşağı temperaturun təsirindən ölmüş insanın meyitini müayinə edərkən hansı tipik əlamət tapılır?

A) Desyatov əlaməti

B) Amyuss əlaməti

C) Olivye-Danjer əlaməti

D) Minakov ləkələri

E) Tardye ləkələri


216. Yanmış sümük fraqmentləri və külün müayinəsində aşağıdakı üsulların hansından istifadə edilə bilər?

A) Göstərilən üsulların hamısından

B) anatomik

C) histoloji

D) rentgen

E) spektral


217. Yanığın həyatı olmadığını göstərən hansı əlamətdir?

A) gözətrafındakı büküşlər nahiyyəsində dərinin tamam yanması

B) ağız boşluğunun selikli qişasının yanığı

C) udlağın yanığı

D) traxeyanın yanığı

E) qırtlağın yanığı


218. Aşağıdakı hansı duruş vəziyyəti yanıqlar zamanı əmələ gəlir

A) “Boksçu” pozası

B) “Ştreyx” pozası

C) “Yalançı ölüm” pozası

D) Opistotonus vəziyyəti

E) kataleptik meyit qacıması vəziyyəti


219. 4-cü dərəcəli yaniqlar nəyin təsirindən əmələ gəlmir?

A) isti maye(60 dərəcədən) aşağı ilə

B) isti qətran (bitum)

C) napalm

D) alov

E) ərimiş metal


220. Yanıqların proqnozunda hansı amillər daha çox əhəmiyyət kəsb edir?

A) göstərilənlərin hamısı

B) yanıqların dərinliyi

C) yanıqların sahəsi

D) yanıqların yerləşmə yeri

E) yanmış şəxsin yaşı


221. Yanmış,kömürləşmiş meyitlərin müayinəsində şəxsiyyətin təyinində aşağıdakılardan hansı daha əhəmiyyətlidir?

A) dişlərin müayinəsi

B) tam yanmamış paltarların və ayaqqabıların müayinəsi

C) yanmış dərinin müayinəsi

D) histoloji müayinə

E) kimyəvi müayinə


222. Yanıq xəstəliyinin gedişində hansı dövrdə ölüm daha çox olur?

A) yanıq şoku

B) toksemiya

C) yanıq iltihabı

D) yanıq üzülmə (arıqlama)

E) sağalma


223. Hansı dərəcəli yanıqlarda çapıqlar əmələ gəlmir?

A) göstərilənlərin hamısında

B) 1-ci dərəcəli

C) 2-ci dərəcəli

D) 1-ci 2-ci dərəcəli

E) 3-cü A dərəcəli


224. İldırımvurmada aşağıdakı təsirlərin əsas hansı olu?

A) mexaniki

B) bioloji

C) kimyəvi

D) fiziki

E) reflektor


225. Aşağıda göstərilənlərdən ümumi soyumaya təsir edən xarici faktorlardan hansı düzdeyil?

A) isti küləyin əsməsi

B) ətraf mühitdə havanın rütubətli olması

C) uzun müddət soyuq suda qalma

D) əynindəki paltarların yaş və nazik olması

E) çox soyuq və rütubətli əşya ilə təmas


226. Bədənin ümumi soyumasında aşağıdakı əlamətlərdən hansı olmur?

A) sidik kisəsinin boş olması

B) baş beynin ödemi

C) baş beynin doluqanlılığı

D) mədənin selikli qişasına qansızma

E) onikibarmaq bağırsağa qansızma


227.Aşağıdakı duruş vəziyyətlərindən hansı aşağı hərarətin təsirindən əmələ gəlir?

A) ştreyx pozası

B) “qılınctutan”

C) yalançı öıüm vəziyyəti

D) opisto tonus vəziyyəti

E) boksçu pozası


228. Bu əlamətlərdən hansı tapıldıqda elektrikvurmanın olmasına qəti demək olar?

A) Dəridə “elektrik nişanəsi”nin olması

B) Daxili orqanların doluqanlı olması

C) Ürək boşluğunun qanla dolu olması

D) Epikard qişası altına qansızmalar

E) Visseral plevra altına qansızmalar


229. Elektrik cərəyanının hansı təsiri olmur?

A) autolitik

B) elektrokimyəvi

C) termiki

D) mexaniki

E) reflektor


230. Elektrik vurma üçün xarakterik olmayan aşağıdakı əlamətlərdən hansıdır?

A) yastı sümüklərin dəlikşəkilli olması

B) sümüklərin kömürləşməsi zamanı onlarda “mirvari muncuq” ların əmələ gəlməsi

C) periferiyada olan sümmüklərin uc hissələrinin yanıq şəklində çılpaqlaşması

D) əzələlərin yanaraq kömürləşməsi

E) sümüklərdə yanıq izlərinin olması


231. Tipik “elektrik nişanəsi”ndə aşağıdakı rənglərdən hansı olmur?

A)tünd qırmızı

B)bozumtul ağ və ya bozumtul sarı

C)yaşılımtıl və ya mavi

D)sarımtıl və ya qara

E)boz və ya bozumtul qara


232. Elektrik vurmada aşağıdak əlamətlərdən histoloji müayinədə hansı daha çox əhəmiyyətlidir?

A)epidermisin buynuz və şəffaf qatında müxtəlif formalı boşluqların olması

B)epidermisin xüsusi dəridən ayrılması

C)epidermal hüceyrılərin hüdudlarının ayırd edilməməsi

D)epidermal hüceyrələrin nüvələri sapvarı uzanıb “süpürgən”i xatırladır

E)nüvələrin düzülüşü burulğanı xatırladır


233. Elektrik vurma zamanı şəxsin sağ qalmaq şansı aşağıdakı hallarda daha çox olur,birindən başqa?

A)dəri və paltarlar yaş olduqda

B)dəridəki təmas səthi az olduqda

C)diqqət və ya gözləmə faktoru olduqda

D)orqanizmin umumi müqaviməti yüksək olduqda

E)şəxs rezin izolyatorlardan istifadə etdikdə


234.Elektrik vurma zamanı meyitləri müayınə etdikdə, aşağıda göstərilən əlamətlərdən hansı olmur?

A) daxili üzvlərin azqanlı olması

B)beyin qişalarının və toxumasının ödemi

C)beyin toxumasının nöqtəvarı qansızmalar

D)beynin yumşaq qışasına nöqtəvari qansızma

E)öd kisəsi divarı və ya yatağının ödemi


235. Atmosferdə ildırımın göstəriciləri:

A) 0,00001 san., 100000 A., 1-2 milyon Volt

B) 0,0001 san., 1000 A., 100000 Volt

C) 0,0001 san., 500 A., 500000 Volt

D) 0,00001 san., 100000 A., 500000 Volt

E) 0,00001 san., 100000 A., 1000000 Volt


236.İldırımvurmada aşağıdakı yaralardan hansı olmur?

A) çapılmış yaralar

B) əzilmiş yaralar

C) cırılmış

D) əzilmiş-cırılmış

E) yanmış yara

237. Günvurma və istilikvurmada bu əlamətlərin hansı müşahidə edilmir?

A) üzdə sianoz

B) baş ağrısı

C) ürəkbulanma

D) qusma

E) hərarətin yüksəlməsi


238. İstilikvurmada aşağıdakı hansı dövr müşahidə edilmir?

A) zəhərlənmə dövrü

B) qısa latent dövrü

C) oyanıqlıq

D) üzülmə

E) aqoniyaönü dövr

239. İstivurma və günvurmada aşağıda göstərilən qansızmalardan hansı olmur?

A) Mədənin selikli qışasına qansızmalar

B) Ürəyin epikard qışasına qansızma

C) Ağciyər plevrasına qansızma

D) seroz qişalar altına qansızma

E) beyin toxumasına qansızma

240. istivurmaya aşağıdakı amillərin təsiri böyükdür,birindən başqa?

A) İnsanı əhatə edən mühitin temperatur dərəcəsi orqanizm hərərətinin5-10dərəcə aşağıdır?

B) İnsanı əhatə edən havada rütubətlik çoxdur

C) İnsan yorğun olur

D) xəstədir

E) dərialtı piy qatı çox inkişaf edib


241.Yanıq xəstəliyində hansı dövrlər müşahidə edilir?

A) Göstərilən dövrıərin hamısı

B) Yanıq şoku dövrü

C) İnfeksion kəskinləşmə (toksemiya)

D) Yanıq iltihabı dövrü

E) Yanığın sağalması dövrü


242. Yanmış sümük fraqmentləri və külün müayinəsində aşağıdakı üsulların hansından istifadə edilə bilər?

A) Göstərilən üsulların hamısından

B) anatomik

C) histoloji

D) rentgen

E) spektral


243. Hansı dərəcəli yanıq 2-ci dərəcəli donmaya bənzəyir

A) 2-ci dərəcəli yanıqlar

B) 1-ci dərəcəli yanıqlar

C) 3-cü A dərəcəli

D) 3-cü B dərəcəli yanıqlar

E) 4-cü dərəcəli yanıqlar


244. Yanığın həyatı olması hansı metodla daha dəqiq təyin edilə bilər?

A) histoloji

B) rentgenoloju

C) bioloji

D) kimyəvi

E) fiziki


245. Yanığın həyatı olması hansı əlamətlər göstərmir?

A) qulaq seyvanlarında hisin olması

B) ağızın selikli qişasında hisin olması

C) udlaqda hisin olması

D) traxeyeda hisin olması

E) bronxlarda hisin olması


246. Yanıqlardan ölmüş şəxslərin meyitinin daxili müayinəsində hansı əlamət olmur?

A) Böyrək yumaqcıqlarının epitel hüceyrələrinin proliferativ – nekrotik dəyişiklikləri

(Kasyanov əlaməti)

B) ağ ciyərdə paylararası və alveol daxili ödemi

C) ürəkdə kiçik penvaskuliyar qansızma

D) böyrəklərin qabıq maddəsinin azqanlılığı

E) Baş beyin maddəsinin dolu qanlılığı
247. İstilikvurmada meyitin müayinəsi aşağıdakı əlamətləri görmək olar,birindən başqa?

A) daxili üzvlərin azqanlılığı

B) daxili üzvlərin kəskin doluqanlılığı

C) baş beynin və onun qişalarını ödemi

D) tənəffüs yollarında seliyin olması

E) beyin toxumasına kiçik qansızmalar


248. İstivurma və günvurmada meyit müayinə olunarkən aşağıdakı əlamətlər aşkar olunur, birindən bağqa?

A) qaraciyərin serrozu

B) qaraciyərdə doluqanlılıq

C) daxili üzvlərə kişik qansızmalar

D) tənəffüs yollarında seliyin yığılması

E) Baş beyin və qişalarının ödemi

249. Ümumi soyumada aşağıdakı əılamətlərdən hansı olmur?

A) öd kisəsi divarı və yatağının ödemləşməsi

B) baş beynin ödemi

C) daxili orqanların doluqanlılığı

D) meyit ləkələrinin qırmızımtıl-çəhrayı olması

E) sidik kisəsinin dolu olması


250. Havanın temperaturu və nisbi rütubəti neçə olduqda fiziki gərginlik zamanı bədənin hipertermiyası (istivurma) tez baş verir?

A) bədənin hərarəti 28-30 dərəcə c və nisbi rütubət 100%olduqda

B) bədənin hərarəti 25-27 dərəcə c və rütubət 90% olduqda

C) bədənin hərarəti 20-25 dərəcə c və rütubət 80% olduqda

D) bədənin hərati 20-22 dərəcə c və rütubət 70% olduqda

E) bədənin hərarəti 22-25 dərəcə c və rütubət 60% olduqda

251. Aşağıdakı “cərəyan ilgəklər”indən hansı ən təhlükəlidir?

A) iki əl- iki ayq

B) sol əl-ayaqlar

C) əl-əl

D) baş-ayaqlar

E) ayaq-ayaq

252. Aşağıdakı “cərəyan ilgəklər”indən hansı təhlükəsizdir?

A) ayaq-ayaq

B)baş-ayaqlar

C) əl-əl

D) sol əl-ayaqlar

E) iki əl- iki ayaq


253. Eleltrik cərəyanının insan orqanizminə hansı təsiri müşahidə edilmir?

A) proteolitik

B) bioloji

C) istilik

D) mexaniki

E) kimyəvi

254. Elektrik cərəyanı orqanizmdə hərəkəti hansı yolla olunmur?

A) tüklərə toxunma yolu ilə

B) qan damarları

C)əzələ toxuması

D)sinir yolları

E) sümük toxuması


255. Elektrik cərəyanı orqanizmdə hərəkəti hansı yolla baş verir?

A) göstərilənlərin hamısı ilə

B) qan damarları ilə

C) sinir yolları ilə

D) əzələ toxuması ilə

E) sümük toxuması ilə


256. “Elektrik nişanəsi” nin dəridəki rəngi aşağıda verilmiş bəndlərdən hansında yanlışdır?

A) gümüşdə- qırmızı və ya çəhrayı rəngli

B) misdə - yaşımtıl və ya mavi

C) dəmirdə- sarımtıl və ya qara

D) aliminium – boz və ya bozumtul – qəhvəyi

E) qurğuşun – boz və ya bozumtul qara


257. İsti maye təsirindən əmələ gəlmiş yanıqlarda aşağıdakı əlamətlərdən hansı olmur?

A) dərinin kömürləşməsi

B) dəridə qızartı və şişkinliyin olması

C) dəridə tüklərin yanmaması

D) yanığın axıntı şəklində olması

E) dəridə içərisində maye ilə olan suluqların olması


258. “ Vişnevski ləkəsi” hansı üzvdə aşkar olunur?

A) Mədədə

B) Dalaqda

C) Ağ ciyərdə

D) Böyrəkdə

E) Baş beyində


259. “Qaz dərisi ” hansı halda baş verir?

A) Bədənin ümumi soyumasında

B) 1 dərəcə donmada

C) IV dərəcəli donmada

D) İstilik vurmada
E) 11 dərəcəli donmada
260. Yanığın hansı morfoloji əlamətləri onun həyati olmasını göstərir?

A) Yuxarı tənəffüs yollarında hisin aşkar edilməsi və onu yanığı

B) Boksçu vəziyyəti

C) Qanın damarlarda laxtalanması

D) Qanda karboksihemoqlobinin 10%-dən aşağı tapılması

E) Daxili üzvlərin azqanlılığı


261.Yağmumlaşmanın əmələ gəlməsinə təsir edir:

  1. Ətraf mühitin nəm olması

  2. Ətraf mühitin quru olması

  3. Yaxşı ventilyasiya

  4. Bataqlıq

  5. Hamısı

262. Mumifikasiyanın əmələ gəlməsinə təsir edir:

A) Ətraf mühitin quru olması və yaxşı ventilyasiya

B) Ətraf mühitin nəm olması və yaxşı ventilyasiya

C) Ətraf mühitin quru olması və ventilyasiyanın olmaması

D) Ətraf mühitin nəm olması və ventilyasiyanın olmaması

E) Ətraf mühitin quru olması və havanın soyuq olması


263. Normal otaq temperaturunda meyitin skelet əzələlərində idiomuskulyar şiş hansı müddətə əmələ gəlir?

  1. Ölum baş verdikdən sonra 9-10 saat müddətində

  2. Ölüm baş verdikdən 10-13 saat sonra

  3. Ölum baş verdikdən 9-10 saat sonra

  4. Ölum baş verdikdən sonra 10-13 saat müddətində

  5. Ölum baş verdikdən 13-18saat sonra

264. Çürümə törədən aerob bakteriyalar:

A) B. sublitis, B.mesentericus, Sarena flova, B. soli, Streptococcus pyoqenes

B) B. sublitis, B. perfringens, Sarena flova, B. soli

C) B. putrificus, B. mesentericus, B. sublitis, Streptococcus pyoqenes

D) B. soli, B. sublicitis, Sarena flova, B. putrificus, Streptococcus puoqenes

E) B. putrificus, B. perfringens, Sarena flova
265. Çürümə törədən anaerob bakteriyalar:

A) B. perfringens, B. putrificus

B) B. perfringens, B. putrificus, B. soli

C) B. soli, B. putrificus, Sarena flova, B. soli

D) B.mesentericus, B. soli, Sarena flova

E) B. subcitis, B. perfringens, B. coli, B. soli,


266. Çürümə nəticəsində əmələ gələn zəhərli maddələr (meyit zəhərləri):

A) Putressin, ptomain, kadaverin

B) Putressin, ptomain, krezol, oksalat turşusu

C) Hidrogen-sulfid, metilmerkaptan

D) metilmerkaptan, etilmer-kaptan, karbon qazı

E) Kadaverin, karbon qazı, hidrogen-sulfid


267. Hansı temperatur səviyyəsində çürümə prosesi daha əlverişlidir?

A) 30-40°C

B) 10-20°C

C) 5-10°C

D) 60°C

E) 0-1°C


268. Çürümənin daha sürətli getməsinə təkan verən ölümün səbəbi:

A) Sepsisdən və irinli xəstəliklərdən baş verən ölüm

B) Yol nəqliyyat travması

C) İti alət təsirindən baş verən ölüm

D) Odlu silah travması

E) Elektrik vurma


269. Mumifikasiyanın yaranması üçün hansı şərait lazımdır?

A) Quru hava cərəyan edən, iki dənəli, məsaməli qumsallıq

B) Nəm havalı, gilli torpaq

C) Minerallarla zəngin torpaq

D) 0-5°C temperatur, nəm hava, qara torpaq

E) Dəniz qumu, yüksək temperatur


270. Yağmumlaşma əmələ gəlməsində aşağıdakı turşular iştirak edir:

A) Palmetin, stearin turşuları

B) Palmetin, olein, stearin turşuları

C) Stearin turşusu, qliserin

D) Palmetin, olein turşuları

E) Palmetin, stearin turşusu, qliserin


271. Yağmumlaşmanın əmələ gəlməsi stearin və palmetin turşularının torpaqda aşağıdakı maddələrlə birləşməsi nəticəsində baş verir:

A) Qələvi və qələvi torpaq metalların duzları ilə

B) Qurğuşunla

C) Ağır metalların duzları ilə

D) Gümüşlə

E) Qızılı birləşmələr ilə


272. Ölüm baş verdikdən sonra neşə saatdan sonra artıq əzələlər elektrik cərəyanına reaksiya vermir?

A) 6-12 saat

B) 1-2 saat

C) 2-3 saat

D) 3-4 saat

E) 4-5 saat


273. Göz bəbəklərin öz normasına 1%-li pilokorpin və ya atropin məhlulu yeridilməsi zamanı ölümdən neçə saat sonra qıcığa qarşı reaksiya saxlanılır?

A) 20-24 saat

B) 10-12 saat

C) 1-5 saat

D) 15-16 saat

E) 12-15 saat


274. Hadisə yerinin müayinəsi zamanı məhkəmə-tibb eksperti nə qismində iştirak edir?

A) Mütəxəssis-məsləhətçi qismində

B) Müstəntiq qismində

C) Şahid qismində

D) Təhqiqatçı qismində

E) Məhkəmə-tibb eksperti fəaliyyətini icra edir


275. Meyitin məhkəmə-tibbi ekspertizasından imtina etməyə nə əsas ola bilər?

A) Heç bir əsas ola bilməz

B) Meyitin çürümə prosesinin inkişafı

C) Ətraf mühitin müxtəlif faktorlarının təsiri ilə əlaqədar

D) Qohumların narazılığı

E) Ölmüş şəxsin yaşlı olması


276. Bunlardan hansı üsul meyitin təşrih üsulu sayıla bilməz?

A) Piroqov üsulu

B) Virvov üsulu

C) Abrikosov üsulu

D) Şor üsulu

E) Lütel üsulu


277. Bunlardan hansı üsul baş beynin müayinə üsuluna aid deyil?

A) Abrikosov üsulu

B) Fleksiq üsulu

C) Buyalski üsulu

D) Pirke üsulu

E) Virxov-Qromov üsulu


278. Meyitin məhkəmə-tibbi ekspertiza rəyi hansı hissələrdən ibarətdir?

A) Ekspert rəyinin protokol hissəsi, diaqnoz, nəticədən

B) Xarici müayinə, daxili müayinə, diaqnoz, nəticədən

C) Daxili müayinə, diaqnoz, nəticədən

D) Daxili müayinə, nəticədən

E) Ekspert rəyinin protokol hissəsi, nəticədən


279. Meyitin kriminal defenzif parçalanması nə deməkdir?

A) Belə parçalanma zamanı cinayətkar meyiti daha asan daşımaq məqsədi ilə və ya ölənin şəxsiyyətinin tanınmaması məqsədi ilə hissələrə bölür

B) Bu zaman cinayəti törətmiş şəxs meyitin və ya qətlə yetirməzdən əvvəl canlı şəxsin cinsiyyət üzvlərini, döşlərini, daxili orqanlarını və s. hissələrini kəsib atırlar

C) Belə parçalanma ölənin şəxsiyyətinin tanınmaması məqsədi ilə meyitin hissələrə bölünməsidir

D) Belə parçalanma haniballar tərəfindən aparılır

E) Belə parçalanma psixi pozğunluğu olan insanlar törədir


280. Offenzif parçalanma nə deməkdir?

A) Bu zaman cinayəti törətmiş şəxs meyitin və ya qətlə yetirməzdən əvvəl canlı şəxsin cinsiyyət üzvlərini, döşlərini, daxili orqanlarını və s. hissələrini kəsib atırlar

B) Belə parçalanma haniballizm əlamətidir

C) Belə parçalanma ölənin şəxsiyyətinin tanınması məqsədi ilə meyitin hissələrə bölünməsidir

D) Meyitin mərmi və ya digər odlu silahın təsirindən parçalanmasıdır

E) Meyitin bədəninin dəmiryol və ya avtomobil qəzası nəticəsində parçalanmasıdır


281. Parçalanmış və skeletləşmiş meyitlərin müayinəsi zamanı ən əsas məsələ nədən ibarətdir?

A) Ölənin şəxsiyyətinin təyin olunması

B) Ölən şəxsin cinsinin təyini

C) Ölən şəxsin yaşının təyini

D) Ölən şəxsin ölümünün səbəbi

E) Ölən şəxsin hansı peşə ilə məşğul olduğu


282. Bunlardan hansı qanuni (rəsmi) ekshumasiya sayıla bilər?

A) Elmi tarixi məqsədlə aparılan

B) Soyğunçuluq və ya gəlir əldə etmək məqsədi ilə

C) Xuliqanlıq etməklə

D) Təhqir və qisas məqsədi ilə

E) Tikinti, qazıntı və s. işlər zamanı meyitin basdırıldığı yerdən təsadüfən çıxarılması


283. Bunlardan hansı qanuni (rəsmi) ekshumasiya sayıla bilər?

A) Meyitin basdırıldığı yeri dəyişmək üçün aparılan ekshumasiyalar

B) Ritual ekshumasiyalar

C) Hörmətsizlik, azgınlıq məqsədi ilə

D) Soyğunçuluq məqsədi ilə

E) Qazıntı zamanı təsadüfi meyiti basdırıldığı yerdən çıxartma


284. Meyitdə cürümə proseslərinin əmələ gəlməsinin xarici əlaməti

hesab olunmur:



  1. Dəri örtüyünün cəhrayımtıl rəngdə olması

  2. Dəri örtüyünün yaşıl rəngdə olması

  3. Yumşaq toxumaların yumşalması

  4. Venoz çürümə torunun olması

  5. Meyit emfizeması

285.Mahiyyətinə görə hadisə yerinə və hadisə yerindəki meyitə baxış nədir?

A) İlkin istintaq hərəkəti

B) Meyitin məhkəmə-tibbi ekspertizası

C) Meyitin dəfn mərasiminə hazırlıq

D) Meyitin qohumlarına təhvil verilməsi

E) Meyitin məhkəmə-tibbi müayinəsi
286. Həkim-mütəxəssis hadisə yerində kimin rəhbərliyi altında işləyir?

A) Müstəntiqin

B) Xəstəxananın baş həkiminin

C) Səhiyyə şöbəsinin müdirinin

D) Polis bölməsinin rəisinin

E) Cinayət axtarış üzrə əməliyyat müvəkkilinin


287. Meyitin, onun paltarlarının və maddi sübutlarının meyitxanaya çatdırılması kimin vəzifə səlahiyyətinə daxildir?

A) Hadisə yerinin müayinəsini aparan müstəntiqin

B) Ekspert-kriminalistin

C) Məhkəmənin

D) Məhkəmə-tibb ekspertinin n

E) Baş ekspertiza idarəsinin növbətçi bölməsinin


288. Meyitin hadisə yerində müayinəsi nədən başlanır?

A) Pozanın təsvirindən

B) Antropometrik parametrlərin təyinindən

C) Xəsarətlərin müayinəsindən

D) Paltarların müayinəsindən

E) Meyit əlamətlərinin müayinəsindən


289.Xarici mühitin eyni temperaturunda meyit hansı şəraitdə daha tez soyuyur?

A) Suda


B) Gilli torpaqda

C) Qumlu torpaqda

D) Neftdə

E) Açıq havada


290.Eyni saxlanma şəraitində hansı meyitdə soyuma daha tez baş verir?

A) Qanitirmədə

B) Mexaniki asfiksiyada

C) Sepsisdə

D) Tetanusda

E) Yenidoğulmuşlarda


291.Ölümün baş verməsindən hansı müddət sonra meyit ləkələri görünməyə başlayır?

A) 2-4 saat

B) 0,5-1 saat

C) 6-8 saat

D) 4-6 saat

E) 8-12 saat


292.Meyit qacıması hansı ardıcıllıqla boşalmağa başlayır?

A) Bütün əzələlərdə eyni vaxtda

B) Yuxarı və aşağı ətraflardan başlayaraq

C) Çeynəmə əzələlərindən başlayaraq

D) Aşağı ətraflardan başlayaraq

E) Yuxarı ətraflardan başlayaraq


293. Larşe ləkəsi nə vaxt əmələ gəlir?

A) Ölümdən 3-4 saat sonra

B) Ölümdən 10-12 saat sonra

C) Ölümdən 1 saata qədər

D) Ölümdən 24-36 saat sonra

E) Ölümdən 24 saat sonar


294. Çürümə prosesinə səbəb nədir?

A) Mikroorqanizmlər

B) Xəstəlik dəyişiklikləri

C) Azqanlılıq

D) Doluqanlılıq

E) Hüceyrə fermentləri


295. Çürümədə dəri örtüklərinə yaşıl rəng verən nədir?

A) Sulfmethemoqlobin

B) Bilirubin

C) Methemoqlobin

D) Biliverdin

E) Oksihemoqlobin


296. Meyit yaşılı ilk olaraq bədənin hansı nahiyəsində yaranır?

A) Qarında

B) Boyunda

C) Ətraflarda

D) Beldə

E) Üzdə
297. Eyni şəraitdə olan hansı meyit daha tez çürüməyə məruz qalır?

A) Yenidoğulmuşun meyiti

B) Termiki yanıqdan ölənin meyiti

C) Sirkə turşusu ilə kəskin zəhərlənmədən ölənin meyiti

D) Qanitirmədən ölənin meyiti

E) Asfiksiya nəticəsində ölənin meyit
298. Hadisə yerində meyitə baxışın aşağıdakı mərhələsi hansıdır?

A) Dinamik mərhələ

B) Aralıq mərhələ

C) Son mərhələ

D) Gözləmə mərhələsi

E) Başlanğıc mərhələ


299. Aşağıdakılardan hansı hadisə yerində meyitə baxışın mərhələsi hesab olunur?

A) Statik mərhələ

B) Məlumatların qiymətləndirilməsi mərhələsi

C) Aralıq mərhələ

D) Son mərhələ

E) Hadisə yerinə ümumi baxış mərhələsi


300. Hadisə yerində təyin oluna bilən ölümün həqiqi əlamətləri hansılardır?

A) Beloqlazov əlaməti

B) Arterial təzyiqin müəyyən olunmaması

C) Minakov ləkəsi

D) Bədən hərarətinin 30o S olması

E) Tardye ləkələri


301. Hadisə yerində təyin oluna bilən ölümün həqiqi əlamətləri hansılardır?

A) Meyit ləkələri və meyit qacıması

B) Arterial təzyiqin müəyyən olunmaması

C) Tənəffüs hərəkətlərinin olmaması

D) Fabrikantov əlaməti

E) Nəbzin təyin oluna bilməməsi


302.Hadisə yerində təyin oluna bilən ölümün həqiqi əlamətləri hansılardır?

A) Geçikmiş (son) meyit əlamətləri

B) Arterial təzyiqin müəyyən olunmaması

C) Vətər reflekslərinin olmaması

D) Tənəffüs hərəkətlərinin olmaması

E) Vişnevski ləkəsi


303. Bioloji ölümün obyektiv əlamətləri hansılardır?

A) Meyit ləkələri

B) Əzələlərin atoniyası

C) Bütün reflekslərin sönməsi

D) Arterial qan təzyiqinin təyin edilməməsi

E) Bəbəklərin işığa reaksiyasının olmaması


304.Termometriyanın aparılması üçün termometr hara yeridilir?

A) Düz bağırsağa

B) Onurğa beyni kanalına

C) Kəllə boşluğuna

D) Döş boşluğuna

E) Dərialtına


305. İlkin meyit əlamətinə hansı aiddir?

A) Soyuma

B) Torflu aşılanma

C) Supravitel reaksiyalar

D) Yağmumlaşma

E) Mumifikasiya


306. Gec əmələ gələn meyit əlamətlərinə hansı aiddir?

A) Yağmumlaşma

B) Meyit ləkələri

C) Autolis

D) Meyit quruması

E) Meyit qacıması


307. Meyit ləkələrinin bədənin müxtəlif səthlərində və müxtəlif inkişaf mərhələlərində olması nəyi təyin etməyə imkan verir?

A) Meyitin pozasının dəyişdirilməsi faktını və müddətini

B) Ölümün növünü

C) Ölümün baş vermə müddətini

D) Ölümün baş verməsi faktının

E) Ölümün səbəbini


308.Meyitdəki paltarların çürümə proseslərinin inkişaf sürətinə təsiri necədir?

A) Gecikdirir

B) Həddindən çox sürətləndirir

C) Təsir etmir

D) Surətləndirir

E) Həddindən çox gecikdirir


309.Meyitdə çürümə dəyişikliklərinin xarici əlaməti hansıdır?

A) Meyitin emfizematoz şişkinliyi

B) Dəri örtüklərinin çəhrayı çalarlığı

C) Yumşaq toxumaların bərkiməsi

D) Meyitin quruması

E) Autoliz


310.Qəfləti ölüm ən çox hansı orqanların xəstəlikləri nəticəsində baş verir?

A) Ürək-damar sisteminin

B) Həzm sisteminin

C) Mərkəzi sinir sisteminin

D) Tənəffüs sisteminin

E) Periferik sinir sisteminin


311. Aortanın anevrizmasında qəfləti ölüm nəyin nəticəsində baş verə bilər?

A) Kəskin qanitirmədən

B) Baş beyinə qansızmadan

C) Kəskin ürək çatmamazlığından

D) Obturasion asfiksiyadan

E) Kəskin damar çatmamazlığından


312. Ağ ciyər arteriyasının tramboemboliyasının mənbəyi tromblaşmış hansı damar ola bilər?

A) Aşağı ətrafların venaları

B) Kiçik qan dövranının venaları

C) Bud arteriyası

D) Körpücük altı arteriya

E) Qapı venası


313.Məhkəmə-tibbi baxımdan körpə doğulduqdan sonra nə qədər müddət yaşadıqda yeni doğulmuş uşaq meyiti hesab olunur ?

A) 1-2 sutka

B) 2-3 saat

C) 1 saat

D) 10 saat

E) 5 sutka


314. Məhkəmə-tibbi mama-ginekoloji ekspertizalar aşağıdakı halda təyin edilmir?

A) Qadının yaşını təyin etmək üçün

B) Cinsi yetkinliyi təyin etmək üçün

C) Cinsin təyini zamanı

D) Mayalanma və cinsi əlaqədə olma qabiliyyətinin təyinində

E) Hamiləliyin süni pozulmasında


315. Məhkəmə-tibbi praktikada hamiləliyin təyini aşağıdakı cinayət işlərində rast gəlinir:

A) Bütün göstərilən hallarda

B) Nikah yaşına çatmamış şəxslərlə nikaha girmə vaxtı

C) Cinsi əlaqənin 16 yaşına çatmamış şəxslərlə həyata keçirilməsi zamanı

D) Zorakı və əxlaqsız hərəkətlər zamanı

E) Şantaj məqsədilə və ya müvafiq imtiyazların alınması üçün hamiləliyi simulyasiya etməsi hallarında, qeyri-qanuni abortlar zamanı


316. Hamiləliyin həqiqi əlamətlərinə aid deyil:

A) Piylənmənin əmələ gəlməsi, qarnın böyüməsi

B) Qarın nahiyyəsində “hamiləlik çapıqlarının” əmələ gəlməsi

C) Dölün ürək döyüntüləri

D) Ananın dölün tərpənməsini hiss etməsi

E) Uşaqlığın səsləri


317. Hamiləliyin ehtimal edilən əlamətlərinə aid deyil?

A) Ürək bulanma, qusma, dad hissiyyatının dəyişməsi

B) Menstruasiyanın olmaması

C) Uşaqlığın ölçüsünün böyüməsi, formasının və konsistensiyasının dəyişməsi

D) Süd vəzilərinin böyüməsi

E) Xarici cinsiyyət orqanlarının, uşaqlıq yolunun girəcəyinin və uşaqlıq yolunun özünün göyümtül rəngdə olması


318. Hamiləliyin təxmini əlamətlərinə aid deyil?

A) Menstruasiyanın olmaması

B) Ürək bulanma, qusma, dad hissiyyatının dəyişməsi

C) İybilmə hissiyyatının pozğunluğu

D) Üzün, süd vəzilərinin, qarının ağ xəttinin piqmentasiyası

E) Mərkəzi sinir sisteminin və psixikanın bəzi hallarda pozulması


319. Yenidoğulmuş uşaqların meyitlərinin məhkəmə-tibbi ekspertizası zamanı ekspert qarşısında aşağıdakı sual qoyula bilməz:

A) Uşağın anasının ruhi xəstə olub-olmamasının təyini

B) Uşağın diri və ölü doğulmasının təyini

C) Uşağa lazımi qulluğun olub-olmamasının təyini

D) Yenidoğulmuşun ölümünün səbəbinin təyini

E) Yenidoğulmuş uşağa xarici mühit faktorları təsirinin olub-olmamasının təyini


320. Vaxtında doğulmanın hansı göstəricisi düzgün deyil?

A) Başın dairəsinin 25-29 sm olması

B) Çəkinin 3000-3500 qram olması

C) Boyun 47-52 sm olması

D) Başın dairəsinin 32-34 sm olması

E) Döş qəfəsinin dairəsinin 30-32 sm olması


321. Vaxtında doğulmanın hansı göstəricisi düzgün deyil?

A) Boyun 35-40 sm olması

B) Alın-ənsə ölçüsünün 10-11 sm olması

C) Başın böyük çəp (çənə-ənsə )ölçüsünün 12-13 sm olması

D) Təpə arası ölçünün 8-9,5 sm olması

E) Budun aşağı epifizində 5-7 mm diametrdə olan sümükləşmə nöqtələrinin (Beklyar nöqtələri) olması


322. Vaxtında doğulmanın hansı göstəricisi düzgün deyil?

A) Çəkinin 2000-2500 qram olması

B) Boyun 47-52 sm olması

C) Başın dairəsinin 32-34 sm olması

D) Döş qəfəsinin dairəsinin 30-32 sm olması

E) Aşıq sümüyündə (6,5-9 mm diametrində) və daban sümüyündə (8-10,5 mm) sümükləşmə nöqtələrinin olması


323. Uşağın ana bətnində keçirdiyi müddətin təyini ilə bağlı 5 qəməri ayda dölün ölçüləri:

A) Dölün uzunluğu 25 sm, çəkisi 300 qr.

B) Dölün uzunluğu 9 sm, çəkisi 25 qr.

C) Dölün uzunluğu 35 sm, çəkisi 1200 qr.

D) Dölün uzunluğu 30 sm, çəkisi 600 qr.

E) Dölün uzunluğu 40 sm, çəkisi 1400 qr.


324. Uşağın ana bətnində keçirdiyi müddətin təyini ilə bağlı 6 qəməri ayda dölün ölçüləri:

A) Dölün uzunluğu 30 sm, çəkisi 600 qr.

B) Dölün uzunluğu 25 sm, çəkisi 300 qr.

C) Dölün uzunluğu 35 sm, çəkisi 1200 qr.

D) Dölün uzunluğu 40sm, çəkisi 1400 qr.

E) Dölün uzunluğu 45 sm, çəkisi 2000 qr.


325. Uşağın ana bətnində keçirdiyi müddətin təyini ilə bağlı 8 qəməri ayda dölün ölçüləri:

A) Dölün uzunluğu 40 sm, çəkisi 1600 qr.

B) Dölün uzunluğu 35 sm, çəkisi 1200 qr.

C) Dölün uzunluğu 30 sm, çəkisi 600 qr.

D) Dölün uzunluğu 45 sm, çəkisi 2000 qr.

E) Dölün uzunluğu 45-47 sm, minimumbçəkisi 2600 qr.


326. Uşağın diri və ya ölü doğulmasının təyinində aşağıda göstərilən sınaqlardan hansı aparılmır?

A) Hoppe-Zeyler sınağı

B) Qalen-Şreyer sınağı

C) Breslau sınağı

D) Vent-Vreden sınağı

E) Dillon sınağı


327.Körpənin yeni doğulmuş olmasının hansı əlamət göstərir?

A) Doğuş şişinin olması

B) Botal axacağının açıq qalması

C) Baş beyində xoş xassəli şişin olması

D) Demarkasion halqalı göbək ciyəsinin olması

E) Oval dəliyin bitişməməsi


328. Dölün diri doğulmasının təyini məqsədilə hansı sınaq aparılır?

A) Ağ ciyər sınağı

B) Rapoport sınağı

C) Gümüş-güzgü sınağı

D) Hava emboliyası sınağı

E) Bokarius sınağı


329. Asfiksiya prosesində huşun itməsi hansı müddətdən sonra olur?

A) 1-ci dəqiqənin sonunda

B) 5-ci dəqiqənin sonunda

C) 8-ci dəqiqənin sonunda

D) ilk 20-30 saniyədə

E) 2-3 dəqiqədən sonra


330. Tənəffüsün qısa müddətli dayanması mərhələsi üçün nə xarakterikdir?

A) arterial və venoz təzyiqin düşməsi

B) güclü qıcolmalar

C) ürəkdöyünmənin müvəqqəti dayanması

D)tənəffüsün dayanması, nizamsız müdafiə hərəkətləri

E) ürəkdöyünmənin artması


331. Terminal tənəffüs hərəkətləri mərhələsi üçün xarakterik olan nədir?

A) nizamsız tənəffüs hərəkətləri

B) sakit vəziyyət

C) güclü qıcolmalar

D) nəfəsalma aktının nəfəsvermədən üstün olması

E) nəfəsvermənin nəfəsalmadan üstün olması


332. Mexaniki asfiksiya prosesinin davametmə müddəti orta hesabla nə qədərdir?

A) 5-6 dəqiqə

B) 10-15 dəqiqə

C) 1-2 dəqiqə

D) 1 dəqiqədən az

E) 30-60 dəqiqə


333. İlgəyin tipik vəziyyətində düyün harada yerləşir?

A) boyunun arxasında

B) boyunun sol yan nahiyəsində

C) boyunun ön səthində

D) boyunun sağ yan səthində

E) həmişə alt çənə cismi nahiyəsində


334. Asılma zamanı stranqulyasiya şırımı daha çox harada yerləşir?

A) qalxanvari qığırdaqdan yuxarı

B) qalxanvari qığırdaqdan aşağı

C) qalxanvari qığırdaq səviyyəsində

D) hər hansı bir səviyyədə

E) qalxanvari qığırdaq səviyyəsində və ya həmin səviyyədən aşağı


335. Bu səbəblərdən hansı respirator tipli hipoksiya əmələ gətirir?

A) Tənəffüs orqanlarının xəstəliyi nəticəsində əmələ gəlir, lakin ən çox mexaniki maneələrdən törənir

B) Nəfəs alınan havada oksigenin parsial təzyiqinin düşməsi nəticəsində əmələ gəlir

C) Ürək-damar sistemi xəstəlikləri ilə əlaqədar olan hemodinamika pozğunluqları zamanı

D) Qan itirmələr və qan xəstəlikləri nəticəsində qanda oksigenin miqdarının azalması nəticəsində

E) Bioloji oksidləşmə proseslərinin pozulması zamanı, ən çox sianid birləşmələri ilə zəhərlənmələrdə


336. Bu səbəblərdən hansı qan tipli hipoksiya əmələ gətirir?

A) Qan itirmələr və qan xəstəlikləri nəticəsində qanda oksigenin miqdarının azalması zamanı

B) Ürək-damar sistemi xəstəlikləri ilə əlaqədar olan hemodinamika pozğunluqları zamanı

C) Tənəffüs orqanlarının xəstəliyi nəticəsində əmələ gəlir

D) Nəfəs alınan havada oksigenin parsial təzyiqinin düşməsi nəticəsində

E) Bioloji oksidləşmə proseslərinin pozulması zamanı


337. Göstərilən hipoksiya növlərindən hansı tipi müəyyən edilmir?

A) Endogen tipli

B) Ekzogen tipli

C) Sirkulyator tipli

D) Toxuma tipli

E) Qarışıq tipli


338. Mexaniki asfiksiya zamanı asfiktik dövrün davam etmə müddəti:

A) 5-7 dəq.

B) 1-2 dəq.

C) 2-3 dəq.

D) 10-12 dəq.

E) 3-4 dəq.


339. İnspirator təngənəfəslik mərhələsinin davam etmə müddəti:

A) 15-30 saniyə, bəzən 1-1,5 dəq.

B) 30-60 saniyə

C) 30-40 saniyə

D) 1 dəq.

E) 3 dəq.


340. Ekspirator təngənəfəslik mərhələsinin davam etmə müddəti:

A) 30-60 saniyə

B) 15-30 saniyə

C) 30 saniyə

D) 1 dəq.

E) 15 saniyə


341. Terminal tənəffüs hərəkətləri mərhələsinin davam etmə müddəti:

A) 1 dəq.

B) 2 dəq.

C) 30 saniyə

D) 15-30 saniyə

E) 3 dəq.


342. Mexaniki asfiksiyanın asfiktik dövrünün tənəffüsün daimi dayanması mərhələsində qan dövranında nə baş verir?

A) Bradikardiya, A/t minimal olması

B) Bradikardiya, A/t aşağı düşməsi

C) A/t aşağı düşməsi, ürəkdöyünmənin azalması

D) A/t bir qədər yüksəlməsi, bradikardiya

E) Ürək döyünmələrinin və sayının arterial təzyiqin səviyyəsinin azalıb-çoxalması


343. Asılma zamanı ölümcül asfiksiyanın əmələ gəlməsi üçün nə qədər çəki bəs edir?

A) 4-5 kq.

B) 1-2 kq.

C) 6-7 kq.

D) 8 kq.

E) 9-10 kq.


344. Aşağıda göstərilən sınaqlardan hansı stranqulyasiya şırımının həyatiliyini öyrənmək üçün istifadə olunur?

A) Bokarius sınağı

B) Hoppe-Zeyler sınağı

C) Teyxman sınağı

D) Takayama sınağı

E) Rapaport sınağı


345. Aşağıda göstərilən sınaqlardan hansı stranqulyasiya şırımının həyatiliyini öyrənmək üçün istifadə olunur?

A) Neydinq sınağı

B) Hoppe-Zeyler sınağı

C) Teyxman sınağı

D) Takayama sınağı

E) Rapaport sınağı


346. Bunlardan hansı əlamət kompression asfiksiyada rast gəlinmir?

A) Stranqulyasion şırım

B) Ekximatik maska (Olivye-Danjer əlaməti)

C) Ağciyərlərin karmin ödemi (Lakossan əlaməti)

D) Bullioz emfizema

E) Risakov-Şkarovski əlaməti


347. Asfiksiyadan ölmüş şəxslərin meyitində ürək boşluqlarında hansı vəziyyət olur?

A) ürəyin sağ yarısının qanla daha çox dolması

B) hər ki mədəciklərin qanla dolu olması

C) ürək boşluqlarında qanın olmaması

D) hər iki qulaqcığın qanla dolması

E) ürəyin sol yarsının qanla dolması


348. Asfiktik ölümün hansı növündə ağciyərlərin «karmin ödemi» olur?

A) döş qəfəsi və qarının sıxılması zamanı

B) asılma zamanı

C) batma zamanı

D) əllə boğma zamanı

E) ağız və burun dəliklərinin qapanması zamanı


349. Şəxs suyun dərinliyinə batdıqda hansı müddətdə sudabatmadan ölüm baş verir?

A) 5-6 dəqiqədən sonra

B) 1-2 dəqiqədən sonra

C) 10-15 dəqiqədən sonra

D) ilk saniyələrdə

E) 30-40 dəqiqədən sonra


350. Bunlardan hansı sudabatmanın həyatiliyini göstərmir?

A) Amyuss əlaməti

B) Moro əlaməti

C) Risakov-Şkarovski əlaməti

D) Feqeerlund əlaməti

E) K.Ulrix əlaməti


351. Sudabatmanın əsas əlamətlərindən olan hansı əlamətdir?

A) Rasskazov-Lukomski-Paltauf ləkələri

B) Tardye ləkələri

C) Olivye-Danjer əlaməti

D) Lakassan əlaməti

E) Simon əlaməti


352. Sudabatmanın hansı mərhələsində su bronxların və ağciyərlərin dərinliklərinə daxil olur?

A) Terminal tənəffüs hərəkətləri mərhələsində

B) dərin nəfəsalma zamanı suyun dərinliyinə batanda

C) huşun itirilməsindən dərhal sonra

D) qıcolmalar dövründə

E) sakitlik mərhələsində, bədənin hərəkətsiz vəziyyətində


353. Sudan çıxarılmış meyitin xarici müayinəsində hansı əlamətlər suda batmanın həyatiliyini göstərir?

A) ağız və burun dəlikləri ətrafında dayanıqlı köpüyün olması

B) «qaz dərisinin» olması

C) ovucun və pəncənin dərisinin ağarması və büzüşməsi

D) dəri örtüyünün qızarması

E) ağız boşluğunda qum hissəciklərinin olması


354. Meyitin sudaqalma müddətinin hansı əlamətlərə əsasən təyin etmək olar?

A) dəri örtüyünün maserasiyası

B) meyit ləkələrinə

C) daxili üzvlərdəki dəyişikliklər

D) mədədə suyun yığılma dərəcəsindən

E) əsas sümüyün cibində sərbəst mayenin miqdarından


355. Aşağıdaki əlamətlərdən hansı çürümüş meyitlərdə sudabatmanı sübut edir?

A) diatomiyaların böyrək, dalaq və sümük iliyində tapılması

B) bütün orqanların kəskin doluqanlı olması

C) dəri örtüyünün maserasiyası

D) ağciyərlərdə diatoniyaların tapılması

E) mədənin ifərisində diatoniyaların aşkar edilməsi


356. Əllə boğma hansı əlamətlərlə xarakterizə olunur?

A) qırtlaq qığırdağı və dilaltı sümüyün sınığı

B) boyun fəqərələrinin sınıq-çıxıqı

C) yuxu arteriyasının adventisiya qişasına qansızmalar

D) yuxu arteriyasının intima qişasının cırılması

E) vidaci venanın intima qişasına qansızma


357. Asfiksiyanın hansı növündə üz və boyun dərisinə çoxsaylı qansızmalar olur (ekximatik maska)?

A) döş qəfəsi və qarnın sıxılması

B) suda batma

C) asılma

D) ağız və burun dəliklərinin qapanması

E) əllə boğmada


358. Asfiksiya zamanı ürək boşluqlarında və damarlarda qan hansı vəziyyətdə olur?

A) maye halda

B) ağ laxta şəklində

C) qarışıq laxta şəklində

D) iri qırmızı laxta şəklində

E) kiçik və iri qırmızı laxta şəklində


359. Batma zamanı ağ ciyərlərdə visseral plevra altındaki zolaq şəkildəki solğun qırmızı rəngli qızartılar necə adlanır?

A) Rasskazov Lukomski ləkələri

B) Tardye ləkələri

C) Minakov ləkələri

D) Vişnevski ləkələri

E) Kulukov ləkələri


360. Tənəffüs yollarının tutulmasından baş verən asfiksiya hansıdır?

A) Suda batma

B) Asılma

C) İlgəklə boğma

D) Döş qəfəsinin və qarının sıxılması

E) Əllə boğma


361. İlgək düyününün “tipik”vəziyyəti hansıdır?

A) Düyünün boyunun arxa səthində yerləşməsi

B) Düyünün boyunun sağ yan-arxa səthində yerləşməsi

C) Düyünün çənə altında yerləşməsi

D) Düyünün boyunun sol yan-arxa səthində yerləşməsi

E) Düyünün boyunun ön səthində yerləşməsi


362. Stranqulyasiya şırımının həyatiliyini göstərən əlamət hansıdır?

A) Bokarius sınağının müsbət olması

B) Boynunda ilgəyin olması

C) Boynunda sarımtıl- qəhvəyimtil rəngdə şırımın olması

D) Metyit ləkələri

E) Meyitin vəziyyəti


363. İlgəklə boğmada stranqulyasiya şırımı boyunda necə yerləşir?

A) Üfuqi


B) Çəp-köndələn
C) Çəp-şaquli

D) Çəp
E) Şaquli


364. Boyunun əllə sıxılmasından (əllə boğma) boyunda hansı xəsarətlər müşahidə olunur?

A) Qançır və sıyrıqlar

B) Kəsilmiş yaralar

C) Çapılmış yaralar

D) Stranqulyasiya şırımı
E) Fəqərələrin kompressiyon sınıqları
365. Əllə boğmada ən çox hansı sınıqlar aşkar olunur?

A) Dilaltı sümüyün və qırtlağın sınığı

B) Alt çənə sümüyünün sınığı

C) Körpücük sümüklərinin sınığı

D) Qabırğalaran sınığı
E) Kəllə sümüklərinin sınığı
366. Kompression (sıxılma) asfiksiyada hansı sınıqlar aşkar olunur?

A) Qabırğaların kompression sınıqları

B) Dilaltı sümüyün sınığı

C) Stranqulyasiya şırımı

D) Ətraf sümüklərinin sınığı

E) Kəllə sümüklərinin sınığı


367. “ Rasskazov- Lukomski-Paltauf ” ləkələri asfiksiyanın hansı növlərində qeyd olunur?

A) Suda batma

B) Əllə boğma

C) İlgəklə boğma


D) Kompression asfiksiya

E) Qusuntu kütləsilə aspirasiyon asfiksiya


368. Mexaniki asfiksiyanın hansı növündə «ekximatik maska» müşahidə edilir?

A) Kompression asfiksiyada

B) Asılmada

C) Obturasion asfiksiyada

D) Suda batmada

E) Əllə boğmada


369.Etil spirti ağızdan qəbul edildikdə əsasən haradan sorulur?

A) mədədən

B) nazik bağırsaqdan

C) yoğun bağırsaqdan

D) ağız boşluğundan

E) bütün yuxarıda göstərilənlərdən bərabər miqdarda


370.Hoppe-Zeyler sınağı ilə hansı zəhərlənməni təyin etmək olar?

A) dəm qazı ilə zəhərlənməni

B) Bertolle duzu ilə zəhərlənməni

C) etil spirti ilə zəhərlənməni

D) yuxu dərmanları ilə zəhərlənməni

E) turşu ilə zəhərlənməni


371.Aşındırıcı zəhər hansıdır?

A) Sulfat turşusu

B) Civə

C) Arsen
D) Dəm qazı


E) Süleymani
372.Destrukti zəhər hansıdır?

A) Süleymani

B) Turşular

C) Narkotiklər

D) Karbon qazı

E) Dəm qazı


373.Aşağıdakılardan hansı qida mənşəlizəhərdir?

A) Botulotoksin

B) Etil spirti

C) Bertole duzu


D) Qurğuşun

E) Civə
374.Qeyri - mikrob mənşəli qida zəhərləri hansılardır?

A) Zəhərli bitkilər

B) Etil spirti

C) Mikroblar

D) Bakterial toksinlər


E) Civə
375. Bu zəhərlərdən hansı insan üçün daha təhlükəlidir?

A) Hamısı

B) Aşındırıcı

C) Destruktiv

D) Qan

E) Funksional


376. Göstərilən zəhərlərdən hansı aşındırıcı zəhərlərə aiddir?

A) Sirkə turşusu

B) Civə

C) Arsen


D) Sianidlər

E) Ağır metalların duzları


377. Bunlardan hansı qan zəhərlərinə aid deyil?

A) Hemoqlobini artıran maddələr

B) Hemopoezə təsir göstərən maddələr

C) Hemolitik zəhərlər

D) Hemoqlobinotrop zəhərlər

E) Hemaqqlusinasiya törədən zəhərlər


378. Bunlardan hansı maddə hemolitik zəhərlərə aiddir?

A) İlan zəhərləri

B) Fazin

C) Civə


D) Arsen

E) Benzol


379. Bunlardan hansı maddə hemolitik zəhərlərə aiddir?

A) Hörümçək zəhərləri

B) Natrium qələvisi

C) Civə


D) Benzol

E) Qurğuşun


380. Bunlardan hansı maddə hemoqlobinotrop zəhərlərə aiddir?

A) Dəm qazı

B) Süleymani

C) Helvel turşusu

D) Etil spirti

E) Fenatin


381. Göstərilən hansı qrup zəhərlər funksional zəhərlərə aiddir?

A) Hamısı

B) Mərkəzi sinir sistemini iflic edən zəhərlər

C) Mərkəzi sinir sistemini yoran zəhərlər

D) Mərkəzi sinir sisteminə oyandırıcı və qıcolma təsiri göstərən zəhərlər

E) Periferik sinir sisteminə təsir göstərən zəhərlər


382. Mərkəzi sinir sistemini iflic edən zəhərlərə aiddir?

A) Sinil turşusu

B) Antifriz

C) Skopolamin

D) Miorelarksantlar

E) Etil spirti


383. Mərkəzi sinir sistemini yoran zəhərlərə aiddir?

A) Etil spirti

B) Kalium sian

C) Atropin

D) Fenamin

E) Strixnin


384. Mərkəzi sinir sistemini yoran zəhərlərə aiddir?

A) Metil spirti

B) Atropin

C) Paxikarpin

D) Kalium sian

E) Dəm qazı


385. Mərkəzi sinir sistemini yoran zəhərlərə aiddir?

A) Barbituratlar

B) Sirkə turşusu

C) Kalium sian

D) Strixnin

E) Paxikarpin


386. Mərkəzi sinir sistemini yoran zəhərlərə aiddir?

A) Heroin

B) Sinil turşusu

C) Atropin

D) Kurare

E) Paxikarpin


387. Mərkəzi sinir sisteminə oyandırıcı təsir göstərən zəhərlərə aiddir:

A) Atropin

B) Etil spirti

C) Kalium sian

D) Antifriz

E) Dəm qazı


388. Mərkəzi sinir sisteminə oyandırıcı təsir göstərən zəhərlərə aiddir:

A) Fenamin

B) Sirkə turşusu

C) Potaş


D) Antifriz

E) Bertolle duzu


389. Mərkəzi sinir sistemində qıcolma yaradan zəhərlərə aiddir:

A) Strixnin

B) Antifriz

C) Bertolle duzu

D) Kalium sian

E) Kurare


390. Mərkəzi sinir sistemində qıcolma yaradan zəhərlərə aiddir:

A) Erqotomin

B) Xloroform

C) Sirkə turşusu

D) Kurare

E) Anilin


391. Periferik sinir sisteminə təsir göstərən zəhərlərə aiddir:

A) Miorelarksantlar

B) Xloroform

C) Kalium sian

D) Sirkə turşusu

E) Anilin


392. Zəhərlərin orqanizmə ən əsas daxil olma yolu hansıdır?

A) Alimentar

B) Dərialtı

C) Əzələdaxili

D) Venadaxili

E) Tənəffüs yolu ilə


393. Sirkə turşusunun qəbulundan sonra əmələ gələn zəhərlənmə üçün ən xarakter əlamət:

A) Qanda hemoliz və hemoqlobinuriya

B) Qanda karboksihemoqlobinin olması

C) Qanda methemoqlobinin olması

D) Leykositopeniya

E) Hamısı


394. Turşularla zəhərlənmələr zamanı ölümün səbəbi ola bilər:

A) Hamısı

B) Ağrı şoku

C) Udlağın, qırtlağın ödemi nəticəsində asfiksiya

D) İntoksikasiya

E) Böyrək, qara ciyər çatışmamazlığı


395. Arsenlə zəhərlənmənin “vəba və ya mədə-bağırsaq” forması zamanı hansı əlamət rast gəlinmir?

A) Ağızda şirinlik dadı əmələ gəlir

B) Ağızda metal dadı və ağzın yanması

C) Udlaqda, qida borusunda, mədədə yanma hissi

D) Vəba xəstəliyinə bənzər ishal baş verir

E) Kəskin susuzlaşma nəticəsində, qanın qatılaşması inkişaf edir


396. Dəm qazı oksigendən fərqli olaraq hemoqlobinlə neçə dəfə çox birləşmək qabiliyyətindədir?

A) 200 dəfə çox

B) 100 dəfə çox

C) 50 dəfə çox

D) 500 dəfə çox

E) 10 dəfə çox


397. Dəm qazı ilə zəhərlənmələrdə ölüm dozası kimi qanda karboksihemoqlobinin miqdarı nə kimi sayıla bilər?

A) 60-70%

B) 40%

C) 50%


D) 30%

E) 10-20%


398. Orta hesabla etanolun letal dozası nəyə bərabərdir?

A) 250-300 ml

B) 50 ml

C) 100 ml

D) 150 ml

E) Hamısı


399. Ölüm alkoqol zəhərlənməsi zamanı rezorbsiya mərhələsində baş veribsə onun miqdarı harada daha çox olur?

A) Qanda daha çox, sidikdə az

B) Sidikdə daha çox, qanda az

C) Qanda da çox, sidikdə də az

D) Qanda və sidikdə eyni miqdarda

E) Qanda yox, sidikdə çox


400. Ölüm alkoqol zəhərlənməsi zamanı eliminasiya mərhələsində baş veribsə onun miqdarı harada daha çox olur?

A) Sidikdə daha çox, qanda az

B) Qanda çox, sidikdə az

C) Qanda çox, sidikdə çox

D) Qanda və sidikdə eyni miqdarda

E) Sidikdə yox, qanda çox


401. Metil spirtinin ölüm dozası:

A) 30-100 qr.

B) 1-5 qr.

C) 5-10 qr.

D) 10 qr.

E) 10-20 qr.


402. Göstərilən vasitələrdən hansı narkotiklər qrupuna aid deyil?

A) Barbituratlar

B) Opiyyatlar

C) Stimulyatorlar

D) Hallyusinogenlər

E) Psixodepressantlar


403. Göstərilən maddələrdən hansıları opiyatlara aiddir?

A) Tiryək, morfin, heroin, buprenofin, promedol

B) Kokain, pervitin

C) Meskolin, fensiklidin, LSD

D) Barbanil, etaminol natrium

E) Droperidol


404. Göstərilən maddələrdən hansıları stimulyatorlara aiddir?

A) Kokain, pervitin

B) Morfin, heroin, promedol

C) LSD, MDMA, ekstazi

D) Etaminol natrium

E) Etil spirti


405. Göstərilən maddələrdən hansıları hallyusinogenlərə aiddir?

A) Kannobinoidlər, meskolin, fensiklidin, LSD, MDMA, ekstazi

B) Morfin, heroin, promedol

C) Etaminol natrium, barbamil, benzodiarepin

D) Kokain, pervitin

E) Metil spirti


406. Göstərilən maddələrdən hansıları psixodepressantlara aiddir?

A) Barbamil, etaminal natrium, benzodiarepinlər

B) Metil spirti, etil spirti

C) Meskolin, fensiklidin, psilosibin, LSD, ekstazi

D) Fenamin, kokain, pervitin

E) Morfin, heroin, promedol, buprenofin


407. Teyxmanın mikrokristal reaksiyası nəyin təyinində aparılır?

A) Ləkədə qanın olmasının dəqiq təyinində

B) Ləkədə qanın olmasının qeyri-dəqiq təyinində

C) Ləkədə spermanın olmasının dəqiq təyinində

D) Qanın növünün dəqiq təyinində

E) Qanın növünün qeyri-dəqiq təyinində


408.Ləkədə qanın olmasını şübhəsiz hansı üsulla təyin etmək olar?

A) mikrospektroskopik

B) hidrogen-peroksid sınağı ilə

C) rəngli kimyəvi üsulla

D) lümunisent üsulu ilə

E) adi gözlə baxılsa


409.Qanın növünü təyin etmək üçün hansı metod sübutedici və praktik əhəmiyyətə malikdir?

A) Çistoviç-Ulenqut presipitasiya reaksiyası

B) qanın morfoloji xüsusiyyətinin öyrənilməsi

C) mikrospektral müayinə

D) lümunisent işıqla müayinə

E) komplimentin birləşmə reaksiyası


410.Sınaq şüşəsinə standart £ və β zərdabı əlavə edildikdə aqlutinasiya başlamışdır. Qan hansı qrupa aiddir?

A) qanın qrupu AB (IV)

B) qanın qrupu Aβ (II)

C) qanın qrupu 0£β (I)

D) qanın qrupu B£ (III)

E) qanın qrupu Aβ (II) və ya B£ (III)


411.Qan qrupu AB, tipi N olan kişi, qan qrupu B2, tipi M olan qadın ər-arvadın uşaqları hansı qrup və tiplə doğula bilər?

A) AB MN


B) Aβ N

C) 0 £β N

D) ABM

E) B£ N
412.Mikroskop altında insan və heyvan tüklərini ayırd etmək mümkündür mü?



A) tükün beyin, qabıq maddəsinin və kutikulaya görə olar

B) insan və heyvan tükləri çox oxşar olduqları üçün mümkün deyil

C) ancaq soğanağa görə olar

D) soğanaq və epitelial toxumalara görə olar

E) ancaq Çistoviç-Ulenqut reaksiyası ilə mümkündür
413.Qurumuş sperma ləkəsində nəyi təyin etmək mümkün deyil?

A) spermatozoidin mayalandırma qabiliyyətini

B) spermatozoidin olmasını

C) spermanın qrup xüsusiyyətini

D) spermanın kimə məxsus olduğunu

E) spermanın əmələ gəlmə müddətini


414.Bioloji mənşəli maddi sübut hansıdır?

A) Tük


B) Papaq

C) Güllə


D) Soyuq-silah

E) Alt-paltarı


415.Atalığın təyini hansı şöbədə aparılır?

A) Bioloji şöbədə

B) İdentifikasiya şöbəsində

C) Histoloji şöbədə


D) Tibbi-kriminalistik şöbədə
E) Mürəkkəb ekspertizalar şöbəsində
416. Şəxsiyyəti naməlum meyitlərin müayinəsidə hansı əlamətlərə xüsusi fikir verilir?

A) Bədən səthində olan xallara, döymələrə, çapıqlara

B) Bədən səthində olan xəsarətlərə

C) Ölümün səbəbinə



D) Daxili üzvlərin yerləşməsinə

E) Paltarların xüsusiyyətlərinə
Yüklə 91,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin