MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

PUBLİSİSTİK ÜSLUB
Publisistik üslubda 2 funksiya yerinə yetirilir:
1.Təsiretmə funksiyası (təbliğat və təşviqat)
2. İnformasiya funksiyası (xəbərlərin çatdırılması)
Publisistik yazılarda çox geniş ictimai mövzulara toxunulur: siyasi, iqtisadi
mənəvi, fəlsəfi, məişət və s. Publisistik üslub ictimai-siyasi ədəbiyyatda, dövri 
mətbuatda, siyasi çıxışlarda, nitqlərdə rast gəlinir. Bu üslub daha geniş şəkildə 
qəzet və jurnallarda istifadə olunur və aşağıdakı xüsusiyyətlərə malikdir:
1. Dil vahidlərinə qənaət və lakonik təsvir.
2. Dil vahidlərindən seçim edərkən onların daha asan qavranılması prinsipini 
rəhbər tutmaq, çünki qəzet dili asan və anlaşılan olmalıdır.
3. İctimai-siyasi leksikanın və frazeologiyanın publisistik məqsədlərə 
uyğunlaşdırılması.
4. Janr rəngarəngliyi və bundan irəli gələn üslub fərqliliyi, üslubların qarşılıqlı 
əlaqəsi.
Lakin sadalanan ümumi cəhətlərlə yanaşı publisistikanın müxtəlif janrlarına 
dair fərqli keyfiyyətlər də mövcuddur. Seçilən janrdan asılı olaraq müvafiq dil 
vahidləri və üslubi leksika istifadə olunur. Bu səbəbdən publisistik əsərlərdə digər 
üslublara aid dil elementləri də istifadə olunur.
Qəzet üslubunun leksikasının əsas hissəsini ümumişlək sözlər və müxtəlif 
terminlər təşkil edir. Onlar publisistik mətnin kontekstində publisistik rəng alır. 
Məsələ: işsizlər ordusu, ölkələrarası dialoq, diplomatik manevrlər, rəsmi 
dairələr, sülh məsələsi, əmək bazarı, ticarət maqnatları və s.
“Qəzet dilində klişelərdən və digər hazır dil düsturlarından istifadə geniş 
yayılmışdır. Bu isə yazan üçün də, oxucu üçün də rahat bir vasitədir” (Rozental, 
s. 49).


35 
Qəzet dili həm də danışıq dilinə çox yaxındır. Danışıq dilindən qəzet dilinə 
elliptik cümlələr – feilsiz frazalar da daxildir. Bu cür cümlələr daha çox 
sərlövhələr üçün istifadə olunur. Məsələn: “Gəncliyimiz – gələcəyimizdir”, 
“Təcrübə - uğurun təməlidir”.
Publisistik mətndə inversiyadan da istifadə olunur. Yəni, məntiqi yüklü 
sözlər önə keçirilir. Bundan əlavə, qəzet yazılarında informasiyanın mənbəyi 
cümlənin əvvəlinə keçirilir. Məsələn: rəsmi məlumata görə, Azərtac xəbər verir 
ki və s.
Yuxarıda göstərilənlər təsdiq edir ki, publisistik üslub öz məqsəd və 
məramına görə dilin bütün leksik imkanlarından yararlanır.
İctimai və siyasi məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə izah 
edilməsi ədəbi dilin publisistik funksional üslubu adlanır. Publisistik üsluba, eyni 
zamanda, kütləvi üslub, kütləvi dil də deyilir.
Publisistik üslubun əmələ gəlməsində mətbuatın xüsusi rolu vardır. Buna 
görə də bu üslubu çox zaman mətbuat üslubu adlandırırlar. Lakin qeyd etməliyik 
ki, qəzet və jurnallardakı məqalələrin hamısı publisistik üslubda yazılmır.
Azərbaycan ədəbi dilinin publisistik funksional üslubunun bünövrəsi XIX 
əsrdə-milli mətbuatın yarandığı dövrdə qoyulmuşdur. Ədəbi dilimizdə bu üslubun 
xüsusi mövqeyi və əlaməti vardır.
Ədəbi dilin publisistik funksional üslubu universal xarakterdə olub, kütləvi 
kommunikasiya üçün geniş istifadə edilir. Hər cür kütləvi informasiya qəzet, 
radio, televiziya, mitinq və iclaslardakı çıxışlarla, əsasən publisistik üslubda geniş 
xalq kütləsinə çatdırılır.
Publisistik üslub bir neçə janrda özünü göstərir. Həmin janrlar bunlardır:
1) baş məqalə (qəzet və jurnalda); 2) oçerk; 3) felyeton; 4) intervü; 5) reportaj 
və s.
Publisistik üslubun bir-birindən seçilən iki mikroüslubu fəaliyyət göstərir:


36 
1) jurnal üslubu; 2) 
qəzet üslubu.
Bu üslubların fərqli cəhətləri çoxdur. Həmin fərqlər, hər şeydən əvvəl, budur 
ki, qəzetdə mənası çətin başa düşülən sözlərə, tərkiblərə yer verilmir. Lakin 
jurnalda yeni terminlər, tərkiblər, qısaltmalar daha çox işlənir.
Publisistik ədəbiyyat öz məzmununda iqtisadi, siyasi, mədəni, fəlsəfi, dini və 
sair problemləri əhatə etdiyinə görə həmin sahələrlə əlaqədar dil vahidlərindən 
istifadə olunur. Bununla da publisistik üslubun xüsusi dil əlamətləri özünü 
göstərir:

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin