MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   2   3   4   5   6   7   8   9   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

Meyarlar. Elmdə üslubların müəyyənləşdirilməsində dəqiq meyar yoxdur. 
A.Qurbanov 
funksional 
üslubların 
varlığının 
və 
müstəqilliyinin 
müəyyənləşdirilməsi üçün üç amili zəruri hesab edir:
“a) üslub adlandırılan hər hansı bir dil müxtəlifliyi gərək insan fəaliyyətinin 
müəyyən sahəsində geniş işlənilsin və müəyyən vəzifə yerinə yetirsin. Məsələn, 
insanlar elmi fəaliyyət sahəsində elmi üslubdan istifadə etdiyi kimi;
b) ədəbi dil müxtəlifliyinin hər birinin lazımi qədər fərqləndirici ifadə
vasitələrinin olması;
c) hər bir üslub mövcud dilin milli xüsusiyyətləri əsasında qurulur.
Yaranması. Funksional üslubların yaranmasına və formalaşmasına 
aşağıdakı amillər xüsusi təsir göstərir:
a) milli ənənə;
b) milli mədəniyyət;
c) dövlət quruluşu;
6
A.Qurbanov. Ümumi dilçilik (II cild). Bakı, Elm, 2011, s.185


16 
d) dini təbliğat;
e) dil kontaktı;
f) dil siyasəti və s.
Qeyd etmək lazımdır ki, ədəbi dilin funksional üslublarının yaranması və 
fəaliyyət dairəsi fərqli olur. Bunların biri tez, digəri gec və ya paralel yaranır. 
Bəzən bir üslub digərlərinə nisbətən dildə daha fəal və aparıcı rol oynaya bilir.
Belə olduqda, o,başqa üslublara da öz müsbət təsirini göstərir.
Tarixən funksional üslubların yaranmasında yazıçıların, ziyalıların, din 
xadimlərinin, müəllimlərin xüsusi xidmətləri olmuşdur. Üslubları yaradan və 
inkişaf etdirən, əsasən, əmək fəaliyyəti sahəsinin mütəxəssisləridir. Ona görə də
alim elmi üslubun, yazıçı bədii üslubun, jurnalist publisistik üslubun 
təkmilləşməsində xüsusi rola malikdir.
Dünya dillərində funksional üslubların yaranma tarixini iki yerə bölmək olar:
yazıyaqədərki və yazı ənənəsindən sonrakı dövrlərdə üslublar.
Bu dövrlərdə yaranan üslublar təbii olaraq tərkibinə, vəzifəsinə, 
cəmiyyətdəki xidmətinə görə bir-birindən fərqlənir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin