35
Qəzet dili həm də danışıq dilinə çox yaxındır. Danışıq dilindən qəzet dilinə
elliptik cümlələr – feilsiz frazalar da daxildir.
Bu cür cümlələr daha çox
sərlövhələr üçün istifadə olunur. Məsələn: “Gəncliyimiz – gələcəyimizdir”,
“Təcrübə - uğurun təməlidir”.
Publisistik mətndə inversiyadan da istifadə olunur. Yəni, məntiqi yüklü
sözlər önə keçirilir.
Bundan əlavə, qəzet yazılarında informasiyanın mənbəyi
cümlənin əvvəlinə keçirilir. Məsələn:
rəsmi məlumata görə, Azərtac xəbər verir
ki və s.
Yuxarıda
göstərilənlər təsdiq edir ki, publisistik üslub öz məqsəd və
məramına görə dilin bütün leksik imkanlarından yararlanır.
İctimai və siyasi məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə izah
edilməsi ədəbi dilin publisistik funksional üslubu adlanır. Publisistik üsluba, eyni
zamanda,
kütləvi üslub, kütləvi dil də deyilir.
Publisistik üslubun əmələ gəlməsində mətbuatın xüsusi rolu vardır. Buna
görə də bu üslubu çox zaman mətbuat üslubu adlandırırlar. Lakin qeyd etməliyik
ki, qəzet və jurnallardakı məqalələrin hamısı publisistik üslubda yazılmır.
Azərbaycan ədəbi dilinin publisistik funksional
üslubunun bünövrəsi XIX
əsrdə-milli mətbuatın yarandığı dövrdə qoyulmuşdur. Ədəbi dilimizdə bu üslubun
xüsusi mövqeyi və əlaməti vardır.
Ədəbi dilin publisistik funksional üslubu universal xarakterdə olub, kütləvi
kommunikasiya üçün geniş istifadə edilir. Hər cür kütləvi informasiya qəzet,
radio, televiziya, mitinq və iclaslardakı çıxışlarla, əsasən publisistik üslubda geniş
xalq kütləsinə çatdırılır.
Publisistik üslub bir neçə janrda özünü göstərir. Həmin janrlar bunlardır:
1) baş məqalə (qəzet və jurnalda); 2) oçerk; 3) felyeton; 4) intervü; 5) reportaj
və s.
Publisistik üslubun bir-birindən seçilən iki mikroüslubu fəaliyyət göstərir:
36
1) jurnal üslubu; 2)
qəzet üslubu.
Bu üslubların fərqli cəhətləri çoxdur. Həmin fərqlər, hər şeydən əvvəl, budur
ki, qəzetdə mənası
çətin başa düşülən sözlərə, tərkiblərə yer verilmir. Lakin
jurnalda
yeni terminlər, tərkiblər, qısaltmalar daha çox işlənir.
Publisistik ədəbiyyat öz məzmununda iqtisadi, siyasi, mədəni, fəlsəfi, dini və
sair problemləri əhatə etdiyinə görə həmin sahələrlə əlaqədar dil vahidlərindən
istifadə olunur. Bununla da publisistik üslubun xüsusi dil əlamətləri özünü
göstərir:
Dostları ilə paylaş: