Müasir Diskurs Nəzəriyyələri



Yüklə 299,5 Kb.
səhifə11/16
tarix02.01.2022
ölçüsü299,5 Kb.
#43601
1   ...   8   9   10   11   12   13   14   15   16
text and discourse studies1

(13)O zaman sadəlövh bir uşaqmışam.

Hər şey adiləşdi gözümdə sonra,

Var-dövlət eşqilə qəlbim yanmadı.

Mən bir vüqar duydum özümdə sonra,

Hissim manat kimi xırdalanmadı.

Saydığım pullardan çəkdim gözümü,

Maaş cədvəlinə tikdim gözümü,

Bəs indi nə üçün fikrim dağılır? (Qabil, Vətəndaş sərnişinlər, 114)

Bu bədii diskursdakı mətnin əvvəli zaman və onun müəyyənləşdirici parametrinin verballaşdırılmasına xüsusi diqqətlə seçilir. Müəllif bu məqsədlə, ilk növbədə, zaman sözündən və onun uzaqlıq parametrini müəyyənləşdirən o işarə əvəzliyindən istifadə edir. Belə bir başlanğıc əslində mətndə zaman kontinuumunun yaranmasına təkan verir. Mətnin ortasında işlənmiş sonra zaman zərfi bu kontinuumun məntiqi davamıdır. Nəhayət, mətnin sonundakı zaman zərfi ilə ədatdan ibarət bəs indi birləşməsi həmin zaman kontinuumuna emfatik yekun vurur. Göründüyü kimi, bu bədii diskursda zaman konseptini reprezenatsiya etmək üçün mətnin müəllifi çox səmərəli qrammatik və leksik vasitələrdən istifadə etmişdir.

Zaman zərflərinin və zaman semantikalı sözlərin məkan zərfləri və məkan semantikalı sözlərlə işlənməsinə aid rus dilindəki belə bir bədii mətnə baxaq:

(14)И так редки тут поселения… Города, деревни и аулы, станции, раъезды, случайные скотные дворы и дома примыкали к железной дороге, как редкие мазки на необъятном степном холсте, лишь загрунтованном, но так и оставленном в незакрашенном сером однообразии…В здешней стороне повсюду простирались открытые степи, сейчас они находились в той поре цветения, когда великие и малые травы достигают своего апофеоза, преобразующего лик земли всего на несколько дней, чтобы снова затем пожухнуть под нещадным солнцем и затем целый год ждать весны… (Ч. Айтматов, Плаха, 84)

Burada diqqəti cəlb edən cəhət тут, в здешней стороне, повсюду kimi məkan zərfləri və məkan semantikalı sözlər, eləcə də сейчас, на несколько дней, затем kimi zaman zərfləri və zaman semantikalı sözlərdir. Məhz bu cür dil vasitələrinin işlənməsi sayəsində bədii diskursda zamanla məkanın birgə konseptuallaşması baş verir. Yuxarıda qeyd etdiyimiz kimi, diskursda universal konsept olan şəxs məkan və zamanla həmahəngdir. Aşağıdakı bədii mətn buna bariz nümunədir:



(15)Kişi lap darıxdı. Ona elə gəldi ki, bu saat Qori müəllimlər seminariyasında oxuyan oğlu qapını açıb içəri girəcək, qaşlarını çatıb “Ata, eyib deyilmi, bu nə işdir tutmusan?” –deyəcəkdir. Sonra da baş götürüb evdən gedəcək, bir daha buralara üz çevirməyəcəkdir... (İ. Şıxlı, Dəli Kür, 23).

Göründüyü kimi, şəxsin rəngarəng linqvistik reprezentasiyaları olan isimlərin kişi, oğlu, ata, üçüncü şəxs əvəzliyinin ona və əcək şəxs şəkilçisinin zaman bu saat, sonra məkan buralara zərfləri ilə birgə işlənməsi şəxs, məkan və zamanın həmahəngliyini göstərir. Diskursda şəxsin konseptuallaşmasında aparıcı olan şəxs əvəzliyinin ardıcıl təkrarına aid rus və ingilis dillərindəki, müvafiq olaraq, reklam və qəzet mətnlərinə nəzər salaq:



(16) Мы обладаем крупнейшими в мире запасами газа

Мы занимаем первое место в мире по объемам его добычи.

Мы россияне,

Национальное достояние (Газпром, http://www.telead.ru/ gazprom-the-one.html)

Və:


(17) I`m a fruitcake!

(but that doesn`t mean I can`t work)

I am delighted to say that have been a practicing fruitcake for 31 years. It was in 1981 at St.John`s Wood Tube station – I remember it vividly – that I was visited by obsessive compulsive disorder (OCD). (The Mail on Sunday, June, 17, 2012, 41)

Birinci şəxs əvəzliklərinin МыI bu cür intensiv təkrarı diskursda əlaqəlilik yaradır, emosional yükü gücləndirir, və, eyni zamanda, şəxs konseptinin ən optimal reprezentasiyasına çevrilir. Bu prosesi məkan və zaman kontinuumuna analoji olaraq, “şəxs kontinuumu” adlandırmaq olar. Azərbaycan dilində şəxs əvəzliyinin təkrarının baş verdiyi bədii mətnə müraciət edək:



(18)O, bir an belə kəndlərini, döşlərdə mal otaran uşaqları, atını çapıb çəmənliklərdə gəzən oğlanları unuda bilmirdi. Tez-tez yarpızlı dərələr, dolama çığırlar yuxusuna girirdi. Onu qınayan olmasaydı, ya piyada, ya da yuxarı gedən arabaların biri ilə evlərinə qayıdardı. O, hiss edirdi ki, burada, Allahyarın evində qəfəsə salınmış quş kimi yaşayır. Əri o yana dursun, qayınanası da ona göz verib, işıq vermir (İ. Şıxlı, Dəli Kür, 27)

Üçüncü şəxs əvəzliyinin bu cür ardıcıl təkrarı o, onu, ona ellipsis Onu qınayan olmasaydı, ya piyada, ya da yuxarı gedən arabaların biri ilə evlərinə qayıdardı ilə müşayiət olunur. Azərbaycan dili üçün səciyyəvi olmayan bu növ təkrardan istifadəni daha çox mətn müəllifinin diskursda müəyyən praqmatik niyyəti reallaşdırmaq istəyi ilə izah etmək olar. Şəxsin konseptuallaşmasını reallaşdıran ellipsis bu mənada Azərbaycan dili üçün daha simptomatikdir:



(19)Aleksey Osipoviç saatının qapağını şaqqıltı ilə qapayıb, döş cibinə qoydu. Əhmədin tələsik düzəltdiyi süfrəyə yaxınlaşdı. Buğlanan isti çayı qabağına çəkdi (İ. Şıxlı, Dəli Kür, 127)

Bu mətndə isim Aleksey Osipoviç şəxs şəkilçilərinin dı, di sayəsində ellipsis ilə əvəzlənir və beləliklə, diskursda şəxsin konseptuallaşması baş verir. Bu məqsədlə ellipsis isimlərin təkrarı ilə birgə işlənməsi də tez-tez müşahidə olunur:



(20) Hərə öz mövqeyinə çəkildi, təkcə Sonadan başqa. Sona sanki bu gəlişi gözləyirdi. Sanki bilirdi ki, Seyid buraya məhz onu görməyə gəlmişdir (Ə. Cəfərzadə, Aləmdə səsim var mənim, 65).


Yüklə 299,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin