Müasir Diskurs Nəzəriyyələri



Yüklə 299,5 Kb.
səhifə13/16
tarix02.01.2022
ölçüsü299,5 Kb.
#43601
1   ...   8   9   10   11   12   13   14   15   16
text and discourse studies1

Metonimiyanın koqnitiv dilçilikdə təhlili bizə belə bir qənaətə gəlməyə əsas verir ki, metonimiya da metafora kimi konseptuallaşma prosesində iştirak edir.

Bir qədər irəlidə o əlavə edir (Hart, 2011:75):



Metaforik ifadələr insanların dünyadakı konseptlər haqqında düşüncə tərzini əks etdirir və hətta metafora və metonimiyadan istifadə sayəsində bu düşüncə tərzi daha da güclənir və yaxud möhkəmlənir.

İnsanın həyat tərzinə bilavasitə təsir edən universal konseptlərə, ilk növbədə, zamanı aid etmək olar. Bu konseptin ritorik verballaşması bütün tip və janrlara aid diskursda baş verir. Belə bir bədii mətnə baxaq:



Yaxşı, mən yatdım. Gegə keçir. Sən də uzan. Ay doğanda gedərik (İ. Şıxlı, Dəli Kür, 29)

Bu nümunədə zaman konsepti iki metafor Gegə keçir Ay doğanda vasitəsilə reallaşır və nəticədə zaman kontinuumunun əsasında bədii diskurs məkanı yaranır. Universal mahiyyət daşıyan zaman konseptinin ayrı-ayrı dillərə və mədəniyyətlərə, eləcə də tip və janrlara aid diskurslarda bu növ rprezentasiyalarına tez-tez təsadüf olunur.

Həyat konseptinin səyahət ilə əlaqələndirilməsi bir çox mədəniyyətlərdə özünü büruzə verir. C. Leykoffun artıq qeyd etdiyimiz Konseptual Metafor Nəzəriyyəsin əsərində həyat-səyahətdir konseptual metaforu ilə bağlı maraqlı fikirlər irəli sürür (Lakoff, 1993). O, burada diqqəti insanların həyat kimi abstrakt konseptləri səyahət kimi fiziki təcrübələr vasitəsilə başa düşdükləri fikrini irəli sürür. Məsələn, həyat-səyahətdir konseptual metaforunun yol sözünün metaforik işlənməsi vasitəsilə reprezentasiyası bir çox mədəniyyətlərə aid diskurslarda büruzə verir (məsələn, жизненный путь). Azərbaycan dilindəki aşağıdakı bədii mətn bu mənada simptomatikdir:

Yollar götürüb aparanda ayrılmışdıq şairimizdən. İl keçdi, ay dolandı, onu yenə yollar qaytarıb gətirdi. Vətən torpağında bir-iki il dost-aşna, qohum-əqrəba və istəkli balası ilə birlikdə nəfəs almamış, yollar onu yenidən alıb apardı...(Ə. Cəfərzadə, Aləmdə səsim var mənim, 130).

Eyni fikri həyat və evlilik konseptləri haqqında da ifadə etmək olar. Bu konseptlərin çox maraqlı bir ritorik reprezentasiyası olan həyat yoldaşı, rus dilindəki супруга жизни metaforik ifadəsinin kalkasıdır. Bu ifadənin ilkin mənbəyi isə evliliyin insanın həyatı boyu davam olunması zərurətini qabardan katolik kilsəsinin və tarixi latın diskursunda işlənən sponsere (əhd) və latın dilindən ingilis spouse, rus супруга və bəzi digər dillərdə alınmalarıdır.

Digər mühüm məsələ universal konseptlərin diskurslarda reprezentasiyası prosesində mədəni özgürlüklə universal dəyərlər arasında ziddiyyətin həll olunmasıdır. Metafor, metonimiya və digər ritorik vasitələri bundan əvvəlki fəsildə nəzərdən keçirdiyimiz linqvistik vasitələrdən fərqləndirən əsas cəhət onların həm universal, həm də mədəni konseptləri reprezentasiya etmək qabiliyyətidir.

İndi isə müxtəlif dillərə, tiplərə və janrlara aid diskurslarda universal konseptlərlə mədəni konseptlərin ritorik reprezentasiyası zamanı meydana çıxan ziddiyyətli məqamları və bu ziddiyyətləri məqamları aradan qaldırmağın kompromis yollarını nəzərdən keçirək. Bu mənada bədii diskurs xüsusi maraq doğurur. Belə ki, bədii diskursda sosio-mədəni strukturlar güclü şəkildə qəliblənib (freymləşib) və bu qəliblənmədə universal konseptlərin metaforik və metonimik reprezentasiyaları da əhəmiyyətli rol oynayır. İdeologiya universal konsepti bu mənada səciyyəvidir. Bu konseptin metaforik və metonimik reprezentasiyalarının dil, mədəniyyət, tip və janr baxımından əhatə dairəsi və işlənmə tezliyi o dərəcədə genişdir ki, bir çox hallarda onlar həmin diskursda mədəni konseptlərə çevrilir və onların hətta mənbəyi haqqında fərqli fikirlər formalaşır. Rus dilindəki aşağıdakı bədii mətn bu mənada çox maraqlıdır:



(21) Красные части отступали. Белые с каждой занятой деревней воодушевлялись мщением. (А. Толстой, Эмигранты, 210)

Yalnız bədii deyil, digər tiplərə və janrlara mənsub Rus diskurslarında çox güclü bir sosio-mədəni amilə çevrilmiş КрасныеБелые metonimik ifadələri (rəng adlarının məcazlaşması ilə başlayan və mənanın genişlənməsi nəticəsində metonimiyaya çevrilmiş bu ifadələr 20-ci əsrin əvvəlində Rusiyada baş vermiş vətəndaş müharibəsinin tərəflərini adlandırır) universal konsept olan ideologiyanı reprezentasiya etsə də, əslində həmin mədəniyyətə aid diskurslarda ideologiyanın mədəni konseptlə birləşməsinin nəticəsi kimi ortaya çıxaraq həmin konseptin unikallığını göstərir. İdeologiyanın universal dəyəri sayəsində КрасныеБелые metonimik ifadələri digər mədəniyyətlərə mənsub diskurslarda (xüsusilə bədii diskurslarda) da asanlıqla kalka şəklində meydana çıxır:



(22)They were from his sister and Robert Jordan learned that everything was all right in Tafalla, that father was well, that mother was the same as always but with certain complaints about her back, that she hoped he was well and not in too great danger and she was happy he was doing away with the Reds to liberate Spain from the domination of the Marxist hordes (E. Hemingway, For Whom the Bell Tolls,Triad Panther,1976, p. 267)

İdeologiyanın universal mahiyyətini açan ən maraqlı metaforik ifadələrdən biri dünyanı dəyişək-dir. Bu ifadə qlobal ambisiyaları olan ölkələrə aid diskurslarda (məsələn, Amerika diskursunda) tez-tez işlənir:



(23)Here's my point, Virginia. That's how this thing started. It shows you what one voice can do. That one voice can change a room. And if a voice can change a room, it can change a city, and if it can change a city, it can change a state, and if it can change a state, it can change a nation, and if it can change a nation, it can change the world (B .Obama, Manassas, Prince William County, Virginia, November 3, 2008).

Bu ifadənin yalnız yuxarıdakı siyasi diskursda deyil, həmçinin digər diskurs tipləri və janrlarında da işlənməsi onun tədricən Amerika mədəniyyətinin bir hissəsinə çevrildiyini göstərir. Məsələn, Amerika musiqiçisi Erik Kləptonun məşhur mahnısı dünyanı dəyişək adlanır və yaxud məşhur Apple şirkətinin yaradıcılarından biri olan Stiv Cobsa xitabən işlənir. Məşhur İsveçrə saat şirkəti olan Rolex ABŞ- da nəşr olunan Newsweek jurnalında yerləşdirdiyi reklam mətnində məhz bu ifadədən istifadə etmişdir:




Yüklə 299,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin