Müasir dövlət idarəçiliyində elektron hökumətin rolu



Yüklə 56.22 Kb.
tarix10.07.2017
ölçüsü56.22 Kb.
Müasir dövlət idarəçiliyində elektron hökumətin rolu

İnformasiya və kommunikasiya texnologiyalarında (İKT) müşahidə olunan sürətli dəyişkənlik və inkişaf ölkələrin idarəetmə anlayışlarına, iqtisadi, sosial və mədəni həyata öz təsirini göstərir. Bu hərtərəfli dəyişmə ilə paralel, müasir idarəetmə anlayışları çərçivəsində informasiyanın əhəmiyyəti də artmışdır (Uğur: s17). Xüsusən yeni əsrin ən mühüm şüarlarından biri kimi "bilik gücdür" ifadəsinin hamı tərəfindən qəbul edildiyini yada salsaq elektron hökumət proqramlarının çıxış mənbəyi olan informasiya texnologiyalarının (İT) əhəmiyyəti daha aydın olacaq (Çelikkol: s13).

Sürətlə dəyişən və inkişaf edən İT-nın təsiriylə cəmiyyətin tələbatlarında dəyişikliklər meydana gəlmiş və ənənəvi dövlət anlayışından effektiv, şüurlu, şəffaf və demokratik dövlət anlayışına keçidə start verilmişdir(Sağsan: s3). Qloballaşmanın təsiri ilə sərhədlərin aradan qalxması, mərkəzləşmiş və totalitar rejimlərin bir-bir devrilməyə başlaması, bəşəri dəyərlərin və demokratikləşmə hərəkatıın sürətlə yayılması, bütün dünya əhalisinin siyasi iqtidarlara olan baxışını və dövlət xidmətlərinə bağlı gözləmələrini xeyli ölçüdə dəyişdirmişdir. Dövlət idarəetməsinin və dövlət xidməti anlayışının dəyişməsinə gətirib çıxaran mühüm faktor, neo-liberal ideologiyadır. Neo-liberalizm, dövlətin kiçildilməsini, beləliklə dövlətin müdaxilə sahəsinin məhdudlaşdırılmasının zəruri olduğunu nəzərə çatdırır. Cəmiyyətlərin dəyişməsi ilə birlikdə dövlət idarəçiliyi də bu dəyişməyə laqeyd qala bilmir. Cəmiyyətlərdəki bu sürətli dəyişmə elektron hökumət anlayışını meydana çıxarmışdır (Çelikkol: s13).

İnformasiya texnologiyaları istehsal edən, yığan, istifadə edən, satışa çıxaran cəmiyyət və dövlətlərin informasiya əsrində həm vətəndaşlarının rifahı baxımından həm də beynəlxalq güc balansları baxımından mühüm mövqelər tutması reallıqdır. Qloballaşan dünyada hər bir dövlət sürətlə sözügedən islahatların reallaşdırmalıdır. Əks halda qloballaşma prosesinin nemətlərindən istifadə edə bilməyən, risklərindən zərər çəkən, rifah səviyyəsi baxımından potensialının çox altında qalan, daxili sabitlik problemləri ilə boğuşan ölkə olmağa məhkum olacaq. Bu mənada elektron hökumət və elektron çevrilmə layihələrini inkişaf etdirmək, bu sahələrdə vaxtında və kifayət qədər investisiya qoymaq, dünyanın gerisində qalmamaq son dərəcə həyati əhəmiyyət kəsb edir (Acar: s16)

Qloballaşma prosesini hazırlayan İKT sahələrindəki sürətli dəyişmə və çevrilmə, bir sıra sosial həyat vərdişlərini elektron və rəqəmli mühitə daşımışdır. Bunu reallaşdıran elm və texnologiyanın aralarında meydana gətirdikləri sinergetika, özü ilə e-poçt, e-ticarət, e-demokratiya, e-idarəetmə, e-hökumət kimi anlayış və fenomenləri gətirdi. (Çelikkol: s23)

İKT-a qoyulacaq investisiyalardan maksimum fayda əldə etmək tutarlı planlaşdırma və layihələşdirmə ilə mümkün ola bilər. Digər tərəfdən, İT investisiyaları hər hansı bir istehsal proyekti kimi təfərrüatlı şəkildə hazırlana bilməyən layihələrdir. Bu səbəbdən, İT investisiyaları eyni zamanda müvəffəqiyyətsizlik riski ən yüksək olan proyektlərdir. Riskləri azaltmaq üçün, layihələr yaxşı hazırlanmalı, hədəf kütləsi düzgün təyin olunmalı, istifadəçilərin ehtiyac və tələblərinə cavab verəcək tədbirlər pilot (sınaq) səviyyədə başladılıb, pilot mərhələnin qiymətləndirilməsindən sonra milli səviyyədə yayılmalıdır (DPT: s1).

Dövlət idarələrində xidmət effektivliyin və məhsuldarlığın artırılması, vətəndaş iştirakçılığının və hesabat vermə qabiliyyətinin təmin edilərək demokratiyanın gücləndirilməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması kimi səbəblərlə bir çox ölkədə qəbul edilən elektron hökumət xidmətlərinin inkişaf etdirilməsi ölkəmiz üçün də zəruridir. Odur ki, elektron hökumət xidmətləri başda olmaqla, informasiya cəmiyyətinə keçid istiqamətindəki fəaliyyətlər prioritet kimi qiymətləndirilir.

Dünyadakı elektron hökumət proqramlarını nəzərdən keçirdikdə bu mənada ən uğurlu dövlətlər kimi Sinqapur və Yeni Zelandiya çıxış edir.Bu ölkələrdə səsvermədən məktəb qeydiyyatına qədər tərəflərin biri dövlət olan bir çox əməliyyat virtual şəraitdə reallaşdırılır. (Mantar: s39) Birinci şəkildə BMT-nin 2008-ci il hesabatında1 yer verilən elektron hökumətin inkişaf səviyyəsinə görə dünya dövlətlərinin təsnifatını görürük. (ICT: s19)



Elektron hökumətə keçid mərhələləri.Birinci şəkildə ölkələri təsnif edərkən elektron hökumətin formalaşdırılması üçün 5 mərhələ müəyyən edilib2 vəölkələrin hansı mərhələdə olması əsas götürülüb:

1. Məlumatlandırma, dövlətin, idarənin özü haqqında məlumatları onlayn surətdə cəmiyyətə açması. (Bilişim Derneği: s32-33)

2. Elektron xidmətlər, rəsmi əməliyyatların (dövlətin vətəndaşa təqdim etdiyi xidmətləri) onlayn surətdə həyata keçirilməsi.

3. Elektron satınalma - məhsul və xidmətlərin elektron mühitdə satın alınması.

4. Xidmət Provayderləri:

a) Portal İnvestisiyası: Vahid nöqtədən rəhbərlik, daimi açıq, etibarlı, hər cəhətdən qaneedici, hər kəsin faydalana biləcəyi virtual mühitin yaradılması.

b) Şəxsiləşdirmə: VEB səhifəsinin üüştərinin istədiyi kimi görünməsini təmin edərək yalnız görmək istənilən məlumatın göstərilməsi.

c) İnteqrasiya, Ortaq xidmətlərin bir yerə gətirilməsi, müxtəlif dövlətbölmələrinin bir yerdə işləməsi.

5. İnformasiya idarəetməsi: İşçilərin məlumatı ortaq şəkildə yaratmaları vəyaratdıqları məlumatı istifadə etmələrinintəmini.

Başqa bir ədəbiyyatda bu mərhələlər ayırd edilmişdir: 1]İnformasiya yayımı, 2]Genişlənmiş informasiya yayımı, 3]Qarşılıqlı təsir (vətəndaşla təşkilat), 4]Əməliyyatlar, 5]İnteqrasiya. İngiltərə hökumətinin apardığı bir tədqiqatda3 bu mərhələlərin nəhayətində yaradılan əsas xidmətlər ikinci şəkildəki kimi təsnif olunur (Aktepe: s14-15)

Elektron hökumətə keçiddə bir sıra ehtiyac qarşıya çıxır. Bunlar əsasən üç yerə ayrılır(Özdemir: s4):

1. Texniki infrastrukturun qurulması

2. Elektron hökumət qanunvericiliyinin təyin olunması

3. Elektron mədəniyyətin yayılması

İT-nin gündəlik həyatdakı istifadəsinin insanlara göstərdiyi təsir və ya dəyərlər kimi başa düşülən elektron mədəniyyət geniş yayılmayana qədər elektron hökumətə həqiqi mənada çatmaq mümkün deyil.

Elektron mədəniyyətin sosial sahəyə yayılması cəmiyyətin sosio-iqtisadi inkişaf səviyyəsi və mədəni resursları ilə düz mütənasibdir. İqtisadi mənada inkişaf etmiş, ictimai təşkilatları öz yerini tutmuş, demokratiyası təkmilləşmiş cəmiyyətlərdə elektron mədəniyyət səviyyəsinin yüksək olması gözlənilən nəticədir. (Aktepe: s10-11) Komputer texnologiyasının özünə xas bir sıra təbii və sosial təsirləri də var və bu təsirlərin başqaları əleyhinə vəziyyət səbəb olmaması üçün "komputer etikası" anlayışı yaradılmışdır. Çünki, "yeni texnologiyalar əxlaq baxımından yanlış davranışlar üçün əlavə imkanlar verir". Bu nöqteyi-nəzərdən yanaşdıqda, elektron hökumət proqramları yayıldıqca, dövlət işçiləri ilə bərabər, xidməti istifadə edən şəxslərin etik məsuliyyətliklərinə daha diqqət çəkmə ehtiyacı meydana çıxır (Tataroğlu: s165).



Elektron hökumət bizə nə qazandırır?Müxtəlif baxış bucaqlarından elektron hökumətlə əldə ediləcək faydaların siyahısı olduqca qabarıq görünür (Tataroğlu: s166).Elektron hökumətin gətirəcəyi faydaları ümumiyyətlə iki qrupa ayırırlar. Əvvəla, İKT-nın istifadə edilməsi yolu ilə əldə edilən məhsuldarlıq artımları, ikincisi isə istifadəçilərin yəni vətəndaşların vəbiznes dünyasının əldə edəcəyi faydalardır.(Çiçek: s4)Elektron hökumət layihəsində hədəf vətəndaşlara ən yaxşı xidmət göstərilməsi olsa da, ABŞ-da aparılan tədqiqatlar göstərir ki, bu yolla, dövlətin iş yükü 40% azalır, əməliyyatlara və kadrlara bir çox sahədə qənaət olunur (Bilişim Derneği: s20) Elektron hökumət proqramlarının ən əhəmiyyətli funksiyası dövləti şəffaflaşdırmasıdır. Bu xüsusiyyət ona vətəndaşlara mümkün qədər yaxın, mümkün qədər şəffaf və təsirli xidmət göstərməyə imkan verir. İnformasiya əldə etmə hüququ müasir dövlətlərdə hər kəs üçün qəbul edilmiş və və qanunvericilikdə öz təsdiqini tapmışdır (Nacar: s24).

Bunlarla baxmayaraq elektron hökumət təklikdə iqtisadi inkişaf, büdcədə qənaət və ya şəffaf, effektiv dövlət demək deyil, bu baxımdan bircə toxunuşda sosial mühiti tamamilə dəyişdirən proses hesab olunmamalıdır. Elektron hökumət təkamül və mərhələli çevrilmə prosesidir, ümumi götürdükdə həm maliyyə həm də siyasi risklər daşıyır. İnkişafda olan ölkələrin elektron hökumət məsələsində özünəməxsus şəraiti, ehtiyacları və problemləri nəzərə alınmalıdır. Oxuma vərdişinin azlığı, şifahi mədəniyyətin geniş yayılması, korrupsiya, zəif təhsil sistemi və texnologiyaya çatma imkanında bərabərsizlik bu problemlər arasında sadalana bilər (Çoban: s37)

Elektron hökumətin bürokratiyanı azaltması iddiaları, bürokratiyanın mənfi qəbul edilməsindən irəli gəlir. Bürokratiya, kağız və digər vəsait israfının, kobudluğun, yığılan iş yükünün, uzun növbələrin, korrupsiyanın, sui-istifadə hallarının, ictimai xidmətlərində standartsızlığın səbəbkarı hesab olunur. Bu xoşagəlməz halların qarşısını alması gözlənilən elektron hökumətin eyni zamanda bürokratiyanı aradan qaldıracağı düşünülür. Halbuki bürokratiya, dövlətin inzibati strukturlaşmasını və idarəetməsini ifadə edər. Elektron hökumətin yuxarıda sayılan mənfi hallara son verməsi, bürokratiyanın aradan qalxması demək deyil. Əksinə elektron hökumət bürokratiyanı gücləndirəcək. Bürokratiya yalnız forma dəyişdirməklə elektron bürokratiyaya çevrilir (Metin, s107).

Elektron hökumət ilə bağlı tədqiqatlarda ədədi bölünmə anlayışı kifayət qədər nəzərdən keçirilməyib. Ədədi bölünmə gəlir və təhsil səviyyəsi, yaş, cins kimi sosial-iqtisadi şərait baxımından müxtəlif fərd və qrupların İKT-dən istifadə bərabərsizliyi deməkdir. İnternet və oxşar texnologiyalar bir tərəfdən dövlətin şəffaflığını artıraraq demokratiyanı gücləndirməyə xidmət etdiyi halda, digər tərəfdən mövcud bərabərsizlikləri gücləndirərək demokratiyanın əsas prinsipi olan bərabərlik qanununu poza bilər. (Yıldız: s8)

Elektron dövlətin əsasını təşkil edən informasiya və kommunikasiya şəbəkəsi kifayət qədər tədbir görülmədiyi təqdirdə gizliliyin aradan qalxmasına, yəni informasiya şəbəkəsi üzərindən göndərilən məlumatlarım üçüncü kəslər tərəfindən əldə edilməsinə və dəyişdirilməsinə yol verəcək. bu cür təhlükələr, istifadəçilərin sistemə olan inamının sarsılmasına gətirib çıxaracaq. (Aktepe: s22)Elektron hökumət modeli əsasən elektron hökumət informasiyalarının tək ünvanda toplanması, dövlət qurumları arasında birlik yaradılması və elektron hökumət informasiyalarının standartlaşdırılması baxımından böyük üstünlüklərə malikdir. Təkcə bu xüsusiyyətləri nəzərə alsaq bir çox təhlükəsizlik problemi həll edilər. Məsələn dövlət idarəsindən hər hansı kompüterin oğurlanması orada toplanan məlumatın üçüncü şəxslərin əlinə keçməsi ilə nəticələnə bilər.3-cü şəkildə göstərilən model istifadə edilərsə, yalnız kompüterin oğurlanması nəticəsində idarəyə maddi ziyan dəyəcək, kompüterlərdə yığılan məlumatlar heç bir şəkildə üçüncü kəslərin əlinə keçməyəcək. (Efendioğlu: s231) Bu il Türkiyədə Elm və Texnologiya Ali Komissiyasının (BTYK) yığıncağında4 4-cü şəkildəki kimi elektron hökumət idarəetmə modelinin həyata keçirilməsi təklif olunmuşdur.

Azərbaycanda son 5-6 ildə İKTsektorunda əlavə dəyər 2,1 dəfə artmış vəAzərbaycanmüvafiq sahəvi göstəricilərə görə bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. İKT-nin inkişaf indeksləri üzrə qlobal mənzərəyə baxdıqda görərik ki,Azərbaycan 2008-2010-cu illər arasında ən sürətlə inkişaf edən 10 ölkədən biri olmuş, “İKT-nin inkişafıindeksi” üzrə 154 ölkə arasında 74-cü yerdə, “Texnoloji hazırlıq indeksi” üzrə isə 2010-cu ildə 70 ölkə sırasında qərartutmuşdur. 2012-ciilDünya İqtisadiForumunun hesabatına əsasən “Gələcək üçün dövlətə İKT-nin vaciblik indeksi” üzrə 142 ölkə arasında 14-cü, “Şəbəkə hazırlığı indeksi”nə görə 61-ci yeri, “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nə görə 55-ci, “İnnovasiyaların tətbiqi üzrə reytinq”də 52-ci yeri tutur. (Hacızadə: s123) Bütün bu nailiyyətlər təsadüfən əldə edilməmiş, bu sahədə aparılan onillik siyasətin məntiqi nəticəsi kimi meydana çıxmışdır. “Elektron-hökumət”in formalaşdırılması və dövlət hakimiyyəti orqanlarında informasiya texnologiyalarının genişmiqyaslı istifadəsi üzrə respublikada aparılan fəaliyyətin əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə qoyulmuşdur5.Hazırda ölkəmizdəelektron hökumətin formalaşdırılmasında beynəlxalq təcrübədən istifadə edilir vəfəaliyyət üçün hüquqi bazanı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlar təşkil edir6.



Elektron hökumət portalı.Dövlət idarələrində iş qüvvəsi və resurs itkisini qarşısını almaq üçün idarələr arası koordinasiya mexanizmlərinə və bu koordinasiyanı təmin edəcək avtonom bir təşkilata ehtiyac vardır (Bilişim Derneği: s35).Elektron hökumət formalaşdırma cəhdlərində əsasən iki üslub özünü göstərir. Birincisi elektron hökumət saytının digərlərindən ayrı və müstəqil qurulduğu mühitdir. Bu üslubda dövlət məlumatlandırma xarakterli primitiv, bir-biri ilə rabitəsiz xidmətlər təqdim edir. Xeyli miqdarda dövlət müəsisəsinin ayrıca veb saytı olur. Qurumlar arasında koordinasiya, məlumat mübadiləsi və ünsiyyət aşağı səviyyədədir. Bu cür struktur əgər daimi şəkildə mənimsənsə və vahid koordinasiya mərkəzi daxilində toplanmasa onda elektron hökumət anlayışının yalnız dar mənada qarşılığı verilir. Digər üslub dövlət qurumlarına aid saytların inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərdiyi mühitdir. Bu da elektron hökumət quruculuğunda irəli mərhələni təşkil edir və uzun cidd-cəhd, əzmkarlıq, rəhbərlik, texnologiya tələb edir. Bu üslub vətəndaşların dövlət idarələrinin saytına tək elektron hökumət portalındən daxil olmasını təmin edir (Karkın: s45-46)

Hazırda ölkədə «Elektron hökumət» portalı (www.e-gov.az) fəaliyyətdədir və gündəngünə onun fəaliyyətinə əhali tərəfindən diqqət artır. Nəzərdə tutulduğu kimi, 40 mərkəzi icra hakimiyyəti orqanı bu portala qoşulub. Təqribən bu qurumlar tərəfindən 217 elektron xidmət vətəndaşlarımıza göstərilir7. Bütün dövlət qurumları, mərkəzi icra hakimiyyəti orqanlarının bu prossesə qoşularaq daha geniş şəkildə “e-xidmət”ləri göstərməyə başlayıblar.Ən çox istifadə olunan xidmətlər Vergilər, Təhsil, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın xidmətləridir8.Əgər bi ilin yanvar ayında portaldakı xidmətlərdən istifadə 12 mindən bir qədər artıq idisə (Bülleten 3: s15) may ayında artıq bu göstərici 80 mini keçmişdir (Bülleten 6: s10).Tətbiq olunan elektron hökumət proyektləri nəticəsində, daha çox vətəndaşa eyni zamanda, eyni keyfiyyətdə xidmət etmək mümkün olacaq, dövlət işlərində kadr artıqlığı aradan qalxması və sənədləşmə xərclərinin azalması ilə dövlət artıq yükdən xilas olacaq, dövlət orqanlarında şəffaflıq təmin olunacaq, bununla da vətəndaşların dövlətə olan etibarı daha da artacaqdır.



Qeydiyyat nömrəsi 208. Tərlan Ələkbərov.

Dərc olunub: http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.yenixeber.com%2Fhaber%2F396-muasir-dovl-t-idar-ciliyind-elektron-hokum-tin-rolu&h=UAQGIod9G

Ədəbiyyat siyahısı:

Atilla UĞUR, İbrahim ÇÜTCÜ “e-Devletve Tasarruf Etkisi Kapsaminda Vedop Projesi”http://sobiad.org/eJOURNALS/dergi_SBD/arsiv/sbd-2009/01atilla_ugur.pdf

Ömer ÇELİKKOL “Kamu Yönetiminde e-Devlet Yapilanmasive Türkiye İçin e-Devlet Model Önerisi”http://tez.sdu.edu.tr/Tezler/TS00614.pdf

Süleyman MANTAR“Yeni Ekonomik Düzende e-Devlet ve Dijital para: Dijital Para ile Yeni bir Harcama ve Vergilendirme Önerisi”  http://www.belgeler.com/blg/207j/yeni-ekonomik-duzende-e-devlet-ve-dijital-para-dijital-para-ile-yeni-bir-harcama-ve-vergilendirme-onerisi-e-goverment-and-digital-money-in-new-economic-structurea-new-spending-with-digital-money-and-taxation-proposal

DPT (Devlet Planlama Teşkilatı) Müsteşarlığı “e-Devlet Proje ve Uygulamalari” http://www.bilgitoplumu.gov.tr/Documents/1/Yayinlar/050900_E-DevletProjeVeUygulamalari.pdf

ICT Applications and Cybersecurity Division Policies and Strategies Department ITU Telecommunication Development Sector “Electronic Government for Developing Countries”http://www.itu.int/ITU-D/cyb/app/docs/e-gov_for_dev_countries-report.pdf

Mustafa ACAR, Erhan KUMAŞ “Türkiye’nin Dönüşüm Sürecinde Anahtar Bir Mekanizma Olarak e-Devlet, e-Dönüşüm ve Entegrasyon Standartları” http://www.deu.edu.tr/userweb/iibf_kongre/dosyalar/acar.pdf


Türkiye BİLİŞİM DERNEĞİ Raporu “Türkiye’de e-Devlet Nasıl Olmali ?” http://www.tbd.org.tr/usr_img/cd/kamubib15/raporlarPDF/Rapor-123.pdf
Prof. Dr. Eyüp AKTEPE “Elektronik Devlet”

http://www.belgeler.com/blg/b5q/elektronik-devlet


Funda Başaran ÖZDEMİR “E-devlet, E-demokasi ve Yönetişim Yaklaşımı” http://acikders.ankara.edu.tr/mod/resource/view.php?id=249
Muhittin TATAROĞLU, Bayram COŞKUN “Bilgi İletişim Teknolojilerive

e-Devletin Etik Açıdan İrdelenmesi”

http://www.etikturkiye.com/etik/kyonetim/Tataroglu.pdf
Serdar ÇİÇEK, Hüseyin Güçlü ÇİÇEK, Ugur ÇİÇEK “Kamu Hizmetlerinin Etkinliğinde e-Devlet Kullanimi ve Beklentileri”

http://www.deu.edu.tr/userweb/hilmi.coban/%C3%B6devler/e-devlet/kamu-hizmetleri-edevlet.pdf


Metin Emre NACAR “Türk Kamu Yönetiminde e-Devlet Uygulamalari: Emniyet Teşkilatının e-Devlet Yapilanmasindaki Yeri” http://www.belgeler.com/blg/1b14/turk-kamu-yonetiminde-e-devlet-uygulamalariemniyet-teskilati-nin-e-devlet-yapilanmasindaki-yeri-e-government-applications-in-turkish-public-administrationplace-of-general-directorate-of-security-in-structure-of-e-government
Gökhan ÇOBAN “e-Devlet ve İstanbul Valiliği Uygulaması”http://www.belgeler.com/blg/r37/e-devlet-ve-istanbul-valiligi-uygulamasi

Mustafa SAĞSAN “e-Devlet: Toplumların Yeni Umut Işığı Mı?”

http://www.baskent.edu.tr/~msagsan/downloads/e.pdf
Mete YILDIZ, Rabia Karakaya POLAT “Türkiye’deki e-Devlet Araştırma ve Uygulamalarının Eleştirel bir Değerlendirmesi ve Öneriler”

http://www.academia.edu/3388749/Yildiz_Mete_ve_Rabia_Karakaya_Polat_2012_Turkiyedeki_E-Devlet_Arastirma_ve_Uygulamalarinin_Elestirel_bir_Degerlendirmesi_ve_Oneriler_


Akın EFENDİOĞLU Emre SEZGİN “e-Devlet Uygulamalarında Bilgi ve Paylaşım Güvenliği”

http://pol.atilim.edu.tr/files/edevlet/edevletbilgiguvenligi.pdf


Abdullah METIN “Türkiyede e-Devlet uygulaması vee-Devletinbürokrasiye etkisi”

http://www.e-dusbed.com/Makaleler/683443504_91%20Abdullah%20Metin%2097-108.pdf


HACIZADƏ Elşən Mahmud oğlu “İnformasiya cəmiyyəti texnologiyalarının inkişafında elektron hökumət konsepsiyasının rolu və əhəmiyyəti”

http://webcityhost.net/vergijurnali/File/2012-N5p3.pdf


Naci KARKIN “Kamu Hizmetlerinin Sunumunda Değişim Süreci: e-Devlet Uygulamaları ve Denizli Belediyesi Örneği”

http://www.belgeler.com/blg/1zut/kamu-hizmetlerin-sunumunda-degisim-sureci-e-devlet-uygulamalari-ve-denizli-belediyesi-ornegi-the-transformation-process-in-the-providance-of-public-services-e-government-applications-and-denizli-municipality-case


Elektron Hökumət BÜLLETENİ 3/ Mart https://www.e-gov.az/upload/documents/bulleten/bulleten-3.pdf

Elektron Hökumət BÜLLETENİ 6/ İyun https://www.e-gov.az/upload/documents/bulleten/bulleten-6.pdf



1United Nations (2008). UN e-Government Survey 2008: From e-Government to Connected

Government. UNPAN. New York, United Nations.http://unpan1.un.org/intradoc/groups/public/documents/un/unpan028607.pdf



2Ulrica Löfstedt “E-Government services in local governments – a study of development in Swedish municipalities” səh 170,şəkil 7http://www.clg.uts.edu.au/library/resources/ipr/IPRDocs_S3.pdf

3 “Electronic Government Services for the 21st Century” http://www.epractice.eu/files/media/media_674.pdf

4e-Devlet Organizasyonu Yönetim Modeli Çalışmalarının Yapılması [2013/102]

http://www.tubitak.gov.tr/sites/default/files/60_2013_102.pdf

52013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı

http://informasiya.org/?p=1204

6Elektron hökumət haqqında ümumi məlumat https://www.e-gov.az/content/?i=7&title=elektron-hokumet-haqqinda-umumi-melumat

7“Elektron hökumət”ə daxil olmaların sayı artırhttp://ucnoqta.az/?p=5194

8“Elektron hökumət” saytından ayda 50 mindən çox insan istifadə edir http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=50404


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə