Müasir təhsilin əsas məqsədi şagirdin şəxsiyyət və vətəndaş kimi formalaşmasıdır. Təlim prosesində yeni texnologiya və metodların tətbiqi bu məqsədin həyata keçməsində vasitədir. Yeni kurikulum bu istiqamətdə müəllimin fəaliyyət imkanlarını daha da



Yüklə 1.73 Mb.
tarix24.06.2017
ölçüsü1.73 Mb.


Müasir təhsilin əsas məqsədi şagirdin şəxsiyyət və vətəndaş kimi formalaşmasıdır. Təlim prosesində yeni texnologiya və metodların tətbiqi bu məqsədin həyata keçməsində vasitədir. Yeni kurikulum bu istiqamətdə müəllimin fəaliyyət imkanlarını daha da artırır.

Müasir ümumtəhsil məktəblərində təlim çoxşaxəli və mürəkkəb prosesdir. Təlimin keyfiyyətinin artırılması məktəb müdiriyyətinin, fənn metodistlərinin qarşısında mühüm vəzifələr qoyur.

Yalnız ən yaxşı sinif və ya ən yaxşı hesab olunan müəllim deyil, özünü nümayış etdirmək istəyən hər bir sinifə və müəllimə “açıq dərs” keçirmək imkanı yaradılmalıdır. Bəzi müəllimlər bu cür dərslərdən özünü kənarda qoyur. Ona görə də belə düşündüm ki, “açıq dərs” keçirilməsini müəllimlər qarşısında vəzifə olaraq qoymaq daha məqsədəuyğun olar.

3 dərs nümunəsini təqdim edirəm

Bakı şəhəri Səbail rayonundakı

189-190№-li tam orta məktəbin riyaziyyat müəllimi

Ağayeva Nüşabə İsa qızının

deyəcəyi açıq dərsin

icmalı

Standart:1.1.3.İrrasional ədədə uyğun olan nöqtəni koordinat düz xətti üzərində

təxmini göstərir.

1.1.4.Çoxluqlar üzərində əməllərin xassələrini tətbiq edir.

Mövzu: İrrasional ədədlər.

Məqsəd: 1)Rasional ədədləri müqayisə edir.

2)Verilmiş ədədlər çoxluğundan irrasional ədədləri seçir.

3)İrrasional ədədə uyğun nöqtənin yerini ədəd oxu üzərində təxmini

göstərir.

İnteqrasiya: Fəndaxili

Dərsin tipi: Deduktiv

İş forması: Kollektiv ,cütlərlə

İş üsulu: Beyin həmləsi,BİBÖ ,müzakirə,Venn diaqramı

Resurslar: Dərslik,xətkeş,marker,işçı vərəqlər.



Dərsin mərhələləri:

1.Motivasiya,problemin qoyuluşu.

2.Tədqiqatın aparılması.

3.Məlumat mübadiləsi.

4.Məlumatın müzakirəsi.

5.Nəticə və ümumiləşdirmə.

6.Yaradıcı tətbiqetmə və ev tapşırığı.

7.Qiymətləndirmə.



Dərsin gedişi:

1.Motivasiya, problemin qoyuluşu:

7 və 8,5 ; 2 və √5

√2 və -3,2 5/9və 3/8 ? -√3 və √3



π

-2 0 1 2 4


-Diqqətlə yazı taxtasında yazılanlara baxın.Sizcə ,mən nə demək istəyirəm? (Ədədlərin müqayisəsinə aid nümunələr)

Həm də BİBÖ üsulu ilə bildiklərini ,nəyi öyrənmək istədiklərini soruşuram.



Bildiklərim

İstəyirəm Biləm

Öyrəndiklərim

N ,Z ,Q ədədlərin müqayisəsini

İrrasional ədədlərin müqayisəsini

Həqiqi ədədlərin müqayisəsi(axırda bu yazılır)

-Onda bu günki dərsimiz nə ola bilər?(həqiqi ədədlərin müqayisəsi)

Tədqiqat sualı:

- Həqiqi ədədlər necə müqayisə olunur?

2.Tədqiqatın aparılması:

Tədqiqat işi cütlərlə aparılır.Hazırladığım işçi vərəqləri paylanır.Şagirdlər

onlara verilmiş tapşırıqları icra edirlər. Nümunələr:

İşçi vərəqi №1

1)Ədədləri ədəd oxu üzərində qeyd edin:√0;√16:-√4;-√25;√18;√53

2)Hər iki ədədi adi kəsrlə yazmaqla müqayisə edin:2,(6) və 17/6

№2

1)İki kəsr arasında yerləşən üç rasional ədəd yazın:4/5 və 5/6



2)A={√2;√3;2;π;-3} və B={2;-3;√5;√0;0,(2)} çoxluqlarının kəsişməsini Venn diaqramında göstərin.

№3

1)Hər iki ədədi onluq kəsrlə yazmaqla müqayisə edin:0,(3) və 2/5



2)A ilə 20-dən böyük olmayan natural ədədlərin kvadrat kökləri,B ilə 60ədədinin bölənləri çoxluğu işarə olunmuşdur.B və A çoxluqlarının fərqini tapın və s.

№4

1)A={√2;√3;2;π;-3} ;B={2;-3;√5;√0;0,(2)} ;C={2/3;1,2;√7;-3;2} çoxluqlarından elə ikisini seçin ki,fərqi irrasional ədədlərdən ibarət olsun; Venn diaqramı qurmaqla həll edin.



2)Ədədləri müqayisə edin:6,43 və 6,(43).

№5

1)Ədədləri ədəd oxunda qeyd etməklə artan sırada düzün:√3;4;-4,5;-√2;0;√23.



2)A={0;-4;√5;π;√7} ;B={√3;-4;2,3; π}və C={√5;0;8,6;-4}çoxluqlarından elə ikisini seçin ki,kəsişməsi tam ədədlərdən ibarət olsun; Venn diaqramında

göstərin.

№6

1)A ilə 20-dən böyük olmayan natural ədədlərin kvadrat kökləri,B ilə 60ədədinin bölənləri çoxluğu işarə olunmuşdur.A vəB çoxluqlarının kəsişməsinin elementlərini yazın.



2)Ədədləri müqayisə edin:0,(54) və 45/88

3.Məlumat mübadiləsi:

Bu mərhələdə şagirdlər icra etdikləri tapşırıqları yazı taxtasında göstərməklə təqdim edirlər.Səhvlər digər şagirdlər tərəfindən düzəlir.



4.Məlumatın müzakirəsi:

Natural,tam,rasional,irrasional ədədlərin tərifləri,həmin ədədlər çoxluğundan hansının digərinin alt çoxluğu olduğunu,həmin çoxluqların necə işarə edildiyini, ədəd oxuna görə ədədlərin necə müqayisə edildiyini və s. soruşuram.



5.Nəticə və ümumiləşdirmə:

-Biz bu gün nə öyrəndik?(Həqiqi ədədlərin müxtəlif üsullarla müqayisə olunmasını)



6.Yaradıcı tətbiqetmə və ev tapşırığı:

Evdə rasional, irrasional ədədlərin müqayisəsinə aid bir neçə sual yazın və irrasional ədədlər haqqında yeni məlumatlar toplayın



QİYMƏTLƏNDİRMƏ




Meyarlar


Şagirdlər

Şifahi sorğu

Tapşırıqların yerinə yetirmə bacarığı

Fəallıq

Verilmiş ədədlər çoxluğundan irrasional ədədləri seçir

İrrasional ədədə uyğun nöqtəni ədəd oxu üzərində təxmini göstərir

1

A.Kifayət













2

A.Fərid













3

B.Nəzrin













4

B.Elvin













5

D.Tofiq













6

Ə.Asya













7

Ə.Allahverdi













8

Ə.Araz













9

H.Zəhra













10

X.Əlihadi













11

X.Yusif













12

X.Sürəyya













13

Q.Zərifə













14

Q.Həqiqət













15

M.Aygün













16

M.Kamran













17

M.Rahim













18

M.Hüseyn













19

N.Rəhimə













20

R.Şamil













21

S.Güllü













22

S.Sübhan













23

Ş.Məryəm













24

Y.Nicat













Bakı şəhəri Səbail rayonundakı

189-190№-li tam orta məktəbin riyaziyyat müəllimi

Ağayeva Nüşabə İsa qızının

11-ci sinifdə deyəcəyi açıq dərsin

Icmalı

Mövzu: Birləşmə nəzəriyyəsi düsturların tədbiqi (ümumiləşdirici dərs)

Ünvan: XIE sinifi

Səviyyəsi: riyaziyyat seçimli sinif

Məqsəd: Verilmiş biliklərin necə mənimsəldiyini yoxlamaq.

a) Keçilmiş düsturları məsələlər həllinə tədbiq etməyi bacarmaq.

b) Qazanılmış biliklər əsasında suallara dəqiq cavab verməyi bacarmaq

c) Şagirdlərdə özünə inam hisslərini gücləndirmək.

Üsul: “Teletaym” intelekt oyunu üzrə iş.

Təchizat: “NOTEBOOK”- aparatı, proyektor, cədvəl, saniyə ölçən saat.

Dərsin gedişi

1. Motivasiya: problemin qoyulması.



Pn=n !




kahve-falında-zar-görmek.jpg
q5.png

7076801999_2197030589_c.jpg

Uşaqlar, yazı taxtasına diqqətlə baxın. Sual işarəsinin altında, bu yazıların hamısını özündə birləşdir mövzunun adı gizlənib. Sizcə, bizim bu günkü dərsimiz nəyə həsr olunub? (Birləşmə nəzəriyyəsinə)

II Tədqiqatın təşkili (Bütün sinfə)

Sinif nümayəndəsi 1-dən 24-ə qədər rəqəmlər yazılmış "loto" daşlarını uşaqlara paylayır, mən isə oyunun aparılma qaydası ilə şagirdləri tanış edirəm:

Şagirdlər əllərindəki daşda yazılan ədədlərin ardıcıllığı ilə (1,2,3,...,24) yazı taxtasına yaxınlaşır. Yazı taxtasından asılmış hazır cədvələ baxıb hər hansı ədədi deyir.

Cədvəl:



?
1
2


?
keçid

3

Hədiyyə




ØØ
4


?
5



?
6


?
7

9


Ø



Ø
9

?
10


?
11

12

Hədiyyə




?
13
14

?
15

?
16

17

Hədiyyə




?
18

19

keçid




?
20


?
21
22

Super sual




?
23

Ø
24
III Məlumatın təşkili.

Mən o ədəd yazılmış vərəqi qaldınram. Əgər "?" işarəsi'yazılıbsa, həmin sual yazı taxtasında proyektor vasitəsi ilə nümayiş etdirilir. Cavab vermək üçün fikirləşməyə 30 saniyə vaxt ( super sual üçün 1 dəqiqə ) verilir. Cavab qəbul edildikdən sonra düzgün cavab ekranda işıqlandırılır.

1 suala düzgün cavab "3", 2 suala düzgün cavab "4", 3 suala düzgün cavab "5" qiymətlə qiymətləndirilir.

Oyunun şərti.

I sual düşüb, bu suala düzgün cavab verilərsə, II dama açılır və s.

I dəfə "keçid" düşübsə II damanı açmağa icazə verilir. "Hədiyyə" kimə düşsə II damanı açmağa ixtiyarı yoxdur. Super sual düşən şagirdə cavab verməkdən imtina edib başqa damanı aça bilər.

IV Cədvəldəki suallar, hədiyyələr.

1) 12 müxtəlif hədiyyəni 4 uşaq arasında: uşaqlardan birinə 6, qalanlarının hər birinə isə 2 hədiyyə verməklə neçə müxtəlif üsulla paylamaq olar?

A) B) P4. P6. P2 C)


  1. Keçid

  2. Hədiyyə - (“5” qiyməti)

4) Ø

5) XI sinif şagirdlərinə 19 müxtəlif fənn tədris olunur. I günə 6 müxtəlif fəndən dərs cədvəlini neçə üsulla tərtib etmək olar?

A) B) P6 C)

6) = 110 tənliyini həll edin:

A) 9; -12 B) 12; 9 C) 9

7) Qutuda 12 qırmızı, 8 ağ kürə var. Təsadüfən götürülmüş 2 kürənin ağ olması ehtimalını tapın.



A)190 B) 14/95 C) 95/14

8) (a+b)8 binomunun aynlışında binomal əmsalların cəmıni tapın.

A)64 B)256 C)512


  1. Ø

  2. 5 diplomat dəyirmi masa ətrafında neçə üsulla əyləşə bilər?

A) 4! B) 5 C) P5

11) Sinifdə 26 şagird var. Onlardan hər gün 2 şagird növbətçilik etməlidir. Növbətçiliyi neçə üsulla təyin etmək olar?

A) B) C)

12) Hədiyyə - (“4” qiyməti)

13) Futbol üzrə ölkə birinciliyinin I dövrəsində 120 oyun oynanıldı. Birincilikdə neçə komanda iştirak edir?

A) 16 B)15 C)20

14) Ø

15) "0,1,2,3,4" rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə üçrəqəmli ədəd düzəltmək olar?

A) 64 B) 48 C) 60

16) Sinifdə 25 şagird var. Sinif iclasını aparmaq üçün sədr və katibi neçə üsulla seçmək olar?

A) 600 B)300 C)400

17) Hədiyyə

18) İki aranjeman ya elementləri (heç olmazsa) bir elementi ilə), ya da elementlərinin düzülüşü ilə; İki permutasiya bir-birindən yalnız elementlərini düzülüşü (yerdəyişmə) ilə fərqlənirsə,iki kombinizon bir-birindən nə ilə fərqlənir?


  1. elementlərin yerini dəyişməklə

  2. yalnız və yalnız heç olmazsa, bir elementi ilə

  3. yalnız 2 elementli olması ilə.

19) Keçid

20) Futbol yarışında 16 komanda iştirak edir. Bu komandalar bir-biriləri ilə öz


meydançalarında və özgə meydançalarında görüşməlidir. Yarışda keçiriləcək oyunların sayını tapın. (Hər komanda o biri komanda o biri komanda ilə 2 dəfə görüşməlidir)

A) 240 B) 120 C) 256

21) M.Füzulinin 6 cildlik, H.Cavidin 4 cildlik əsərləri külliyatını hər müəllifin əsərləri yanaşı olmaqla bir kitab rəfinə neçə müxtəlif üsulla düzmək olar?

A)10! B) 2.4!.6! C)4!.6!

22) SUPER SUAL

Alman riyaziyyatçısı Kroneker natural ədədlərin müstəsna əhəmiyyətini ön plana çəkərək deyirdi ki, "natural ədədlər........, qalanlan isə insan əməyinin məhsuludur".

23) 100 qarpızın arasnda zahirən bilinməyən 15 zay (xarab) qarpız var. Təsadüfən 5 qarpız seçilir. "5 qarpızın hamısı keyfiyyətlidir" hadisəsini ehtimalını tapın

A)

24) Ø
V Qiymətləndirmə.

Ekspert - Hüseynova Aysel vaxtı ölçür, Qiymətləndirmə vərəqində cavablara verilən qiymətləri qeyd edir. Açıq dərsdə iştirak edən müəllim lər də "qiymətləndirmə" vərəqində qiymət yazılır.

VI Nəticələrin çıxarılması.

Qiymətlər jurnala yazlılır.

"Birləşmələr nərəriyyəsi" fəslinin keçilməsinin nə əhəmiyyəti var? Sualına cavabla nəticə çıxanlır.

Sonda "Pulsuz yemək" adlı xarakterık məsələnı verirəm: Bu məsələdə deyilir ki, orta məktəbi yenicə bitirmiş 10 nəfər yeniyetmə gənc orta təhsili başa vurmaq şərəfinə restoranda yeyib-içməyə yığışıblar. Stol ətrafında hansı qayda ilə oturmaq məsələsində bunlar arasında mübahisə düşüb. Bəziləri əlaçıların başda oturmasını təkid edir, kimisi boyun hündürlüyünə üstünlük verir, bir çoxu adlarının əlifba sırası ilə düzülüşünə əsasən stullarda əyləşməyə təklif edir və s. Mübahisə uzanır, xörək soyumağa başlasa da, bir qərara gələ bilmirlər. Əhvalatı seyr edən xörəkpaylayan görür ki, söhbət uzanır, onlara müraciətlə deyir: "Mənim gənc dostlarım! Mənim məsləhətimə qulaq asın, bu gün kim necə o cür otursun və bu gün oturduğunuz vəziyyəti biriniz yazın, xörəyinizi soyutmadan yeyin. Sonra... Sonra isə hər gün gəlin buraya, yerinizi dəyişə-dəyişə oturun; bu yerdəyişməni o qədər davam etdirin ki, hər biriniz bu stulun hamısında oturmuş olasınız. Nəhayət, bu gün oturduğunuz vəziyyətə çatanda, o gündən etibarən sonrakı günlər hər gün mənə qonaq gəlin və mən sizi pulsuz olaraq ən ləziz xörəklərə yedizdirməyimə təntənəli surətdə söz verirəm".

Təklif cavanların çox xoşuna gəlir, o gündən bu on nəfər dost restorana yemək-içməyə gəlməyə başlayır və hər gün yerlərini dəyişib oturmaqla pulsuz yemək yeyəcəkləri günü səbirsizliklə gözləyirlər.

Lakin o gün gəlmir ki, gəlmir. Restorana gəlmək, yerdəyişmə ilə oturmaq davam edir...

Pulsuz yemək arzusunda olduqları gün ona görə gəlib çıxmır ki, bunlann stullarda yerdəyişmə aparıb, hər birinin on stulun hamısında oturması və nəhayət, bununla birinci gün oturduğu vəziyyətə çatmaları müddəti gözləndiyindən çox-çox uzun vaxt tələb edir: bu nə az, nə çox 3 628 800 gündən sonra mümkün olarmış! Bu günlərin neçə il olmasını tapsaq (günləri ilə çevirsək) pulsuz qonaqlıq arzusuna cavanların təxminən 10 000 ildən sonra nail olacağını tapırıq.

Bu məsələ bizi permutasion anlayışına gətirib çıxarır (10!= 1-2-3-...-10 = 3628800)



Bakı şəhəri Səbail rayonundakı

189-190№-li tam orta məktəbin riyaziyyat müəllimi

Seyidova İnci Eyvaz qızının

deyəcəyi açıq dərsin

icmalı

Standart:

1.2.1 – Natural ədədlər üzərində hesab əməllərini yerinə yetirir.



Mövzu: Ədədin bölənləri və bölünənləri

DƏRSİN MƏQSƏDİ

  • Ədədin bölənlərini bölmə əməlinə görə müəyyən edir;

  • Ədədi iki vuruğun hasili şəklində ifadə etməklə bölənlərini müəyyən edir;

  • Ədədin bölənləri üzərində qurulmuş müxtəlif çalışmaları həll edir;




İŞ FORMALARI

Bütöv siniflə iş, kiçik qruplarla iş

ÜSULLAR

Müzakirə, beyin həmləsi

İNTEQRASİYA

Fənn daxili

RESURS

Dərslik, iş vərəqləri, İKT avadanlıqları (proyektor, kompyuter)


DƏRSİN TİPİ İnduktiv

MOTİVASİYA (5 dəqiqə)

Müəllim sinfə müraciət edir:



  • Bu şəkillərdən hansı informasiyanı alırsız?

новый рисунок (6)
Şagirdlər bir neçə fərziyyələr irəli sürürlər. Müəllim bütün bu fərziyyələrə heç bir əlavə şərh vermədən qeydiyyat vərəqində qeyd edir.

Müəllim bölən və bölünənin tərifini verir.


новый рисунок (7)

Tədqiqatın aparılması üçün müəllim sinfə sualla müraciət edir.

новый рисунок (8)

TƏDQİQATIN APARILMASI

untitled25 untitled25 untitled25 untitled25

Müəllim şagirdləri 4 qrupa bölür. Qrup bölgüsü riyazi əməllərə görə aparılır. 1. Toplama, 2. Çıxma, 3. Vurma və 4.Bölmə. Qrup lideri müəyyən olunur. Qrupların adları yazılmış vərəqlər şagirdlərə paylanır. Kim hansı qrupa aiddirsə o masada əyləşir. Hər qrupa müxtəlif tapşırıqlar yazılmış iş vərəqləri verilir.



новый рисунок (9)

новый рисунок (12)

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

İş vərəqləri lövhədən asılır. Hər qrupun lideri öz işlərini təqdim edir. Müzakirə vaxtı müəllim şagirdlərə sual verir, şagirdlərin köməyi ilə əsas fikri ifadə edir.



новый рисунок

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ

Nəticənin çıxarılması üçün müəllim dərsə aid əlavə suallar verir. Şagirdlərin cavablarını ümumiləşdirir.



новый рисунок (2)

новый рисунок (3)

новый рисунок (4) новый рисунок (5)

YARADICI TƏTBİQETMƏ

Müəllim bütün sinfə 1-dən 50-ə kimi sadə ədədlərin cədvəlini tərtib etməyi tapşırır.



QİYMƏTLƏNDİRMƏ

Müəllim tədqiqat işinin əvvəlində şagirdlərlə birlikdə müəyyən etdikləri meyarlar üzrə qrup işlərini qiymətləndirə bilər. O, həmçinin, öz müşahidəsinə əsasən, yaxud şagirdlərin özünü-qiymətləndirmə formasında dərsin məqsədlərinə uyğun meyarlarla cədvəl üzrə qiymətləndirmə aparır.



QİYMƏTLƏNDİRMƏ



Meyarlar

Qruplar

Tapşırıqların yerinə yetirmə bacarığı

Əməkdaşlıq

Fəallıq

Ədədlərin bölənlərini tapır

Bölmə əlamətlərinə görə bölənləri tapır

1

TOPLAMA













2

ÇIXMA













3

VURMA













4

BÖLMƏ













Ev tapşırığı. Müəllim bütün sinfə Eritosfen xəlbiri haqqında məlumat toplamağı tapşırır.

: upload -> iblock
iblock -> Информированное добровольное согласие пациента на ортодонтическое лечение. Я, Борисова Александра Петровна, находясь на лечении в стоматологической клинике «Зеленое яблоко»
iblock -> Программа курса: 1 день Онтогенез зубов
iblock -> Xətai rayonu, Ə.Əliyev adına
iblock -> Mövzuya keçməmişdən ötən dərsi qismən yada salaq. Mövzuya keçməmişdən ötən dərsi qismən yada salaq
iblock -> Dərsin məqsədi Suyun dövranının yaranma səbəbini izah etmək Suyun böyük dövranının sxemini çəkməyi bacarmaq
iblock -> Sinfə suallarla müraciət olunur
iblock -> Hüseynzadə Nüşabə 195 saylı tam orta məktəbin tarix müəllimi
iblock -> Elektron Təhsil” müsabiqəsi üçün Fənn: Azərbaycan dili
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Laboratoriya hesabatı


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə