Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə127/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
155
elementinin –niş şəklində bərpası təsadüfi deyil, müxtəlifsistem-
li dillərdə sabit saxlanan müştərək formatın bir variantıdır.
Eniş sözü kimi yeni sözü də tərkib hissəsinə asan bölünə 
bilmir. Analoji qayda üzrə yeni sözünü də yenni şəklində bərpa 
etmək olar. Bu halda sözün ni tərkibini fars dilindəki yeni məna-
sı bildirən nou, rus dilindəki nov(ıy), ingilis dilindəki new (nui) 
sözləri ilə müqayisə etmək olar.
Yen tərkibinin adekvatını ingilis dilindəki aqain (yenidən) 
sözünün in (yin) hissəsi ilə müqayisə etmək mümkündür. Yen 
tərkibi, həmçinin Çin dilindəki yenidən görünmə mənasına uy-
ğun olaraq forma, obraz, manera anlayışı bildirən yaŋ sözü ilə 
müqayisə edilə bilər.
Yen sözünün in hissəsi Azərbaycan dilindəki indi (yeni baş-
layan) sözünün tərkibində işlənir. İn hissəsinə y əlavə olunduq-
da yen kökü düzəlir. Buraya –i şəkilçisi artırıldıqda isə kökün 
mənası konkretləşir. İn tərkibi, Azərbaycan dilindəki mənasına 
uyğun şəkildə fars dilində də işlədilir: dər in zəman (indiki vaxt) 
dər in hal (indiki vəziyyət), dər in saət (indi).
Beləliklə, eniş sözü hərfən aşağı-aşağı mənası bildirdiyi 
kimi, yeni sözünün ilkin mənasında da yeni-yeni anlayışı bildi-
rilmişdir. 
Azərbaycan dilindəki alov sözünü söz-söz mərhələsinin 
modellərinə uyğun olaraq şərti bərpa etdikdə allov variantı alı-
nır. Allov sözünün birinci tərkibi, bu halda qırmızı lov mənasın-
da başa düşülür. Sözün lov hissəsini başqa dillərdə mövcud olan 
müvafiq adekvatlarla tutuşdurub onu mənaca aydınlaşdırmaq 
mümkündür. Rus dilində alov sözünün müqabili kimi пламя 
qarşılığı vardır. Bu sözdə n prefiks xarakterlidir. Лам sözün kök 
hissəsi, - я isə affiksdir. Bu sözlərdə lov və lam tərkibləri söz 
kökü olmaq etibarı ilə mənaca üst-üstə düşür. Fərq buradakı sa-
itlərdə a- o dəyişməsindən, samitlərdə v- m fərqindən ibarətdir. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin