Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə9/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
11
yi fikirlərə bəzi pozitiv mülahizələr əlavə etməkdən çəkinməzdi. 
Demokrit dillərarası müştərək elementləri araşdırmadığına görə
belə güman edirdi ki, sözlər, adlar insanların (cəmiyyətin) özü 
tərəfindən yaradıldığı üçün dillər də bir-birindən fərqli şəkildə 
yaranmış və formalaşmışdır. Burada Demokriti həmin fikirlərə 
görə günahlandırmaq doğru olmazdı, çünki onun dövründə dil-
lərin genetikası və tipologiyası barədə tədqiqatlar da mövcud 
deyildi. Dillərin mənşəyi və quruluşu barəsindəki müqayisəli 
tədqiqatların tarixi 200 ildən də artıq olmayan bir müddəti əhatə 
edir. Ancaq hələ də dillərin mənşəyi və strukturu barədə qaranlıq 
qalan bir çox məqamlar mütəxəssisləri düşündürməkdədir. Hələ 
də bu suallara dəqiq və tam cavab tapılmır ki, dillərin mənşəyi 
necə olmuşdur? Onların arasında əlaqə var, yoxsa yox? Varsa 
nəyə görə, yoxsa səbəb nədir?
Demokritin fikirləri onun ardıcılı olan Diodor tərəfindən 
(eramızdan əvvəl 90-30-cu illər) davam etdirilmişdir. Diodor da 
dilin insanların (cəmiyyətin) özü tərəfindən yaradılması fikrinə 
tərəfdardır. Ancaq Diodor məsələni əfsanələşdirir. Diodor belə 
təsəvvür edir ki, insanlar əvvəlcə sürü halında heyvan kimi yur-
dsuz-yuvasız yaşamışlar. Onlar təbiət hadisələrindən və vəhşi 
heyvanlardan qorunmaq üçün bir yerə yığışmış, bir-birlərini ta-
nımağa başlamış, zəruri informasiyaları çatdırmaq üçün üzvlən-
məyən səslər çıxarmış, tədricən üzvlənməyən səslər üzvlənməyə 
doğru inkişaf etməyə başlamış, insanlar simvollarla nəyisə başa 
salmağa çalışmışlar. Bu proses dünyanın hər yerində baş verdiyi 
üçün müxtəlif dillər yaranmışdır. Elə buradaca demək lazımdır 
ki, Diodor insanı şüurdan, şüuru isə təfəkkürdən ayırır. Əgər ilk 
insanda şüur yox idisə onda sonralar necə oldu ki, şüur forma-
laşmağa başladı və təfəkkürə çevrildi. Daha sonrası axı hey-
vanlar və instinktlə həyat sürən başqa canlılar da üzvlənməyən 
səslər çıxarır. Nə üçün onların çıxardığı diffuz səslər nitq səslə-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin