Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə92/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
118
boğ kökü və bu kökə məxsus düzəltmə sözlərlə qarşılaşdırıldıq-
da yaxın məna çalarlıqları müşahidə edilir: boğulmaq, boğdur-
maq, boğaz, boğunuq və s.
Kök sözlərin sonunda x – n səslərinin dəyişməsinə də rast 
gəlmək olur. Bu dəyişmədə x samiti, əslində, dilarxası, genetik 
kar n, (velyar n) səsinin relikti kimi iştirak edir. Bu səs dəyişməsi 
əsasında yan-yax kökləri, onların əsasında isə yandırmaq, yan-
dırıb-yaxmaq kimi məna ümumiliyi bildirən sözlər düzəlmişdir.
Dilortası samitlərdən k samiti kök morfemin sonunda digər 
bir samitlə dəyişmir. K samitinin dəyişməsi ikihecalı kök so-
nunda daha çox müşahidə edilir. G samiti kök morfemlərin so-
nunda norma kimi daim y ilə əvəzlənir. Y samitinin özü isə tək-
hecalı kök morfemlərin sonunda, başlıca olaraq, dil-diş samitləri 
ilə keçid təşkil edir. Ona görə də dilortası samitlərin funksiyası, 
demək olar ki, birhecalı kök morfemlərin sonunda y samitinin 
üzərinə düşür. Odur ki, dilortası samitlərin kök sonundakı dəyiş-
məsindən daha çox, dil-diş samitlərinin keçidi ilə söz yaranması 
barədə bəhs etmək daha məqsədəuyğundur.
Söz kökü sonunda y-ş, y-z, ş-l, ş-s, ş-s-l, r-l, z-r, p-b, m-b, 
p-m səslərinin keçidi ilə aşağıdakı kimi sözlərin formalaşmasına 
təsadüf edilir:
Söz kökü sonunda y – ş səs dəyişməsi yay-yaş-yaz köklə-
rində müşahidə edilir. Bu köklərin əsasında düzələn yayın-ya-
şın sözlərində kənarlaşmaq, gözdən aralı olmaq kimi mənalar 
bildirilir. Konkret olaraq, yayınmaq sözündə kənar olmaq (göz-
dən yayınmaq), yaşınmaq sözündə isə gizlənmək, özünü göstər-
məmək mənaları ifadə olunur. 
Yaş kökü əsasında düzəlmiş yaşmaq sözü də gizlənmək 
mənası bildirir. Yaşmaq sözü dilimizdə indi fəal işlənməsə də 
mənbələrdə onun «qadınların yad kişilərdən üzünü gizlətməsi» 
mənasında işlədildiyi müşahidə olunur. Xatunları qas-qas yaş-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin