Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə98/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
124
arasında müşahidə edilir.
P-m samitlərinin keçidi yap-yam kökləri üzrə düzəlmiş ya-
pışmaq, yapmaq, yapışıq-yamaq, yamamaq kimi sözlərdə mü-
şahidə edilir. Belə sözlərdə semantik əlaqə yapışmaq, bitişmək 
anlayışına əsaslanır.
Kök morfemlərdə daxili səs dəyişmələri ilə söz yaradıcılığı 
Azərbaycan dilində sözyaratmanın qədim və daha aktual bir nö-
vünü təşkil edir. 
Fonetik söz yaradıcılığı müasir dövrdə türk dilləri və o 
cümlədən, Azərbaycan dili üçün aktual deyildir. Ancaq fonetik 
söz yaradıcılığının izləri tamamilə itməmişdir. Müasir dövrdə 
fonetik söz yaradıcılığının izləri təqlidi yolla yaranan sözlərdə 
saxlanılır. Fonetik söz yaradıcılığının izləri aşağıdakı imitasiya 
mühitində müşahidə edilir:
1) təbiət səslərinin imitasiyası bazasında yarananlar: şaq(-
şaqqıltı), şıq (şıqqıltı), şar (şarıltı), şır (şırıltı), gur (gurultu), vıy 
(vıyıltı) və s.
2) fiziki proseslırin imitasiyası bazasında yarananlar: taq
(taqqıltı), tıq(tıqqıltı), tap (tappıltı), tıp (tıppıltı), çaq (çaqqıltı), 
çıq(şıqqıltı) və s.
3) bioloji varlıqlara aid səslərin imitasiyası bazasında ya-
rananlar: cik(cikkilti), böy(böyürtü), məə(mələrti), qur (qurultu) 
və s.
4) insanların daxili emosiyalarının ifadəsi ilə yarananlar: 
çığ(çığırtı), qış(qışqırtı), sız(sızıltı), in(inilti), bağ(bağırtı) və s. 
İmitasiya əsasında yaranan gur – gur, guruldamaq, xır – xır xı-
rıldamaq, şaq-şaq şaqqıldamaq, sızım-sızım sızıldamaq, ilim-i-
lim itmək, üzüm-üzüm üzülmək kimi təkrarlarda da fonetik söz 
yaradıcılığının izləri qalmaqdadır. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin