Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə99/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
125
ÜÇÜNCÜ BÖLMƏ
DİLLƏRARASI MÜŞTƏRƏKLİK
TƏKHECALI KÖKLƏRDƏ DİLLƏRARASI
MÜŞTƏRƏKLİK
Dillərin quruluşunda sözlərin tərkibi zamana görə dəyişdi-
yindən bütün dillərdə qarşılaşdırılan elementlər quruluşca bir-bi-
rinin eyni olmur. Bir dildəki tam tərkibli köklərin adekvatına ya 
başqa dildə samit birləşməsi şəklində, ya da şəkilçi tərkibli söz-
lərin bu və ya digər elementi kimi rast gəlmək olur. Odur ki, kök 
morfemlər üzrə müqayisədə başlanğıc element kimi Azərbaycan 
dilindəki vahidlər əsas götürülür. Çünki müqayisələr Azərbaycan 
dili elementləri üzrə aparıldığı üçün müqayisə obyekti də Azər-
baycan dili nümunələrindən
ibarətdir. Müqayisələr, məsələn, in-
gilis dili vahidləri üzrə aparılsa idi ingilis dili materiallarından 
başlanğıc element kimi istifadə edilərdi. Eyni zamanda, hansı 
bir dil müqayisə obyekti kimi qəbul olunsa idi müəyyən faktla-
rın araşdırılması və təsdiqi üçün digər dillərin materiallarından 
yardımçı vasitə kimi istifadə edilə bilərdi. Bu mənada Azərbay-
can dilinə məxsus aşağıdakı kimi kök morfemlərin adekvatını 
tapmaq üçün mümkün olan dillərdəki elementlərlə müqayisə 
etmək olar. 
Ağ kökü kökü türk dillərində sinkretik kök kimi başqa 
mənalarla birlikdə (məsələn, ağ rəng, ağı zəhər sözünün kökü 
kimi, ağlamaq sözünün kökü kimi, ağac, ağa sözünün kökü 
kimi və s.) yuxarılıq mənası da bildirir. Ağ kökünün yuxarılıq 
mənası mənbələrdə də qeydə alınmışdır. “Ağdı qızıl bayraq” 


Mübariz Yusifov
126
(Qırmızı bayraq qalxdı) (DTS, 16); “Bulut ağdı” (Bulud qalxdı) 
(DTS, 16).
 kökü müstəqi söz kimi Azərbaycan dilinin lokal ərazilə-
rində də qalxmaq, yuxarılıq mənalarını saxlayır: “Qoyun dağa 
ağdı” (Qoyun dağa qalxdı); “Qoymaginan yük ağmağ olsun” 
(Qoyma yük birtərəfli yuxarı qalxsın) (Füzuli rayonu, ADDL, 
s. 21)
1*

sözü ehtiram mənasında uca tutmaq kimi klassik ədə-
biyyatda da işlənmişdir: “Bir içim su ilə ağırlamadın mehma-
nın” (Qonağını bir içim su ilə uca tutub ehtiram göstərmədin) 
(Məhəmməd Füzuli). 
kökünün ok şəklində işlənən adekvatına rus dilində-
ki hündür, yuxarıyüksəkuca mənasındakı высокий, высоко, 
высокость sözlərinin ikinci tərkib hissəsində rast gəlmək olur. 
Rus dili analitik-flektiv dil olduğu üçün bu dilin sözlərinin əvvə-
linə sözdüzəldici ön prefikislərinin artırılması ümumi bir qayda-
dır. Bu mənada rus dilində sözlərin əvvəlinə вы-elementinin ar-
tırılması faktları mövcuddur: выслушать (dinləmək), выслуга 
(xudmət); выслать (göndərmək) sözlərində olduğu kimi.
Eyni zamanda, rus dilində söz əvvəlinə со-prefiksi artırılma-
sına aid nümunələr də vardır: содрать (soymaq), соединение 
(birləşdirmə), сожрать (yemək), создать (yaratmaq) və s. 
Ona görə də hesab etmək olar ki, высокийвысота, высокость 
sözlərindəki выс (vı-so) hissəsi prefiks səciyyəlidir, kök isə 
Azərbaycan dilindəki kimi hündürlük bildirən  elementinin ok 
adekvatıdır. İngilis dilində hündürlük bildirmək üçün high (hai) 
sözü işlədilir. İngilis yazı dilində qədimlik saxanıldığı üçün he-
sab etmək olar ki, sözün tərkibindəki ig (ag) tərkibi Azərbaycan 
dilindəki  elementinin adekvatıdır. High sözünün əvvəlində-
ki h elementi isə flektivizmin əlamətidir.
1
*
 Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin