Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə95/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   91   92   93   94   95   96   97   98   ...   174
Nizamidə  azərbaycançılıq

içində  təsvir  edirdi?  Əvvəla,  ona  görə  də  ki,  Azərbaycan 

torpağından  Böyük  Yaradan  bolluğu  və  zənginliyi  Əsirgəmə­

mişdir.  Bu  zənginlik  hər  vaxt  bu  yerin  insanlarına  qismət 

olmalıdır.  Buna  onların  haqqı  var.  Çünki  bu  bərəkətli  torpaq 

zəhmət çəkən  insanların əlləri  ilə becərilir.

İkincisi,  Nizami  qeyrətli  bir Azərbaycan  övladı  kimi  öz 

həmvətənlərinin  firavan  yaşamasını  istəyirdi.  Öz  vətənində, 

öz  torpağında  onlara  çatası  nemətin  öz  sahibi  olmalı  idilər. 

Nizami dövründə də, ondan sonrakı  zamanlarda da!

Nizaminin  əsərlərində  adı  çəkilən  vətən  torpağına 

vətəndaş  rəğbəti  ilk  baxışdan  aydın  görünür.  Nizaminin 

rəğbəti,  ilk  növbədə  doğma  vətəni  Azərbaycana  həsr  etdiyi 

lövhələrdə  aydın  görünür.  «Xosrov  və  Şirin»də  «Xosrovun 

Bəhramdan  qaçıb  Ərmənə  getməsi»  əhvalatı  təsvir  edilir. 

Xosrov  əmin-amanlıq  yeri  kimi,  sakitlik,  dinclik  məkanı  kimi 

Nizaminin vətəni Azərbaycanda özünə sığınacaq axtarır:

Düşündü ki, tacdan baş qiymətlidir 

Çıxdı  aralıqdan düşmədi əsir.

Kəyan təxtü tacı sahibsiz qaldı 

Başqa bir cahangir dünyanı  aldı.

Zəmanə Xosrova olmadı pənah 

Bəhram qarşısında məğlub oldu şah 

Yüz hiyləylə qaçıb oyan-bu yana 

Yetirdi  özünü Azərbaycana 

Sızlayan könlündə  Şirinin dərdi 

Birbaş «Muğan» deyib atı  döndərdi.

X-Ş,  2004,  115.

«İskəndəmamə»də  «İskəndərin  İran  atəşgədələrini 

dağıtması»  əhvalatında  İskəndər  atəşpərəstliyin  əlaməti  olan 

ibadətgahlan  dağıdır.  Dünya  görmüş  adamlar  İskəndərə 

m əsləhət  görürlər  ki,  indi  Azərbaycana  üz  tutsun.  Görünür, 

Azərbaycanda  əmin-amanlıq  olduğu  üçün,  əhali  dinc,  doğru 

yolun  yolçusu  olduğu  üçün,  daim  haqqa  qulluq  etməyə  meylli 

olduğu  üçün  dünyagörmüş  tədbirli  insanlar  İskəndərin  ədalət

93




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin