MÜƏLLİf haqqinda



Yüklə 2.5 Kb.

səhifə1/9
tarix29.05.2017
ölçüsü2.5 Kb.
  1   2   3   4   5   6   7   8   9

MÜƏLLİF HAQQINDA: 
Harun Yəhya imzasın-
dan istifadə edən Adnan Oktar 1956-cı ildə Anka-
rada anadan olub. 1980-ci illərdən bəri imani, elmi
və siyasi mövzularda bir çox əsər yazıb. Bununla
yanaşı, müəllifin təkamülçülərin saxtakarlıqlarını,
iddialarının əsassızlığını və darvinizmin qanlı ideo-
logiyalarla  qaranlıq  əlaqələrini  üzə  çıxaran  çox
mühüm əsərləri var. 
Müəllifin bütün əsərlərindəki ortaq məqsəd Quranın
təbliğini  dünyaya  çatdırmaq,  beləliklə,  insanları
Allah’ın varlığı, birliyi və axirət kimi əsas imani mövzular üzərində düşün-
məyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və batil əməllə-
rini nümayiş etdirməkdir. Belə ki, müəllifin bu günə qədər 73 müxtəlif dilə
tərcümə edilən 300-dən çox əsəri dünya səviyyəsində geniş oxucu kütləsi
tərəfindən oxunur. Harun Yəhya Külliyyatı, Allah’ın izni ilə XXI əsrdə dün-
yadakı insanları Quranda tərif edilən hüzur və sülhə, doğruluq və ədalətə,
gözəllik və xoşbəxtliyə aparmağa səbəb olacaqdır.
Quranda insanlara nəcib, təvazökar, etibarlı, şəfqətli, mərhə-
mətli, fədakar, xoş münasibətli, ədalətli, kamil və gözəl olma-
ları əmr edilir. Müsəlmanın vəzifəsi, şübhəsiz, Allah’ın əmr
etdiyi bu üstün əxlaqı incəliyinə qədər yaşamaqdır. 
Ancaq unutmaq olmaz ki, bu İlahi əxlaqı tərk etmiş və yanlış
əxlaq anlayışını mənimsəyənlər də vardır. İnsanın ruhundakı
eqoist həvəs və istəklərin bir məhsulu olan bu əxlaq anlayışı in-
sanları qürurlu, eqoist, lağbaz, həyasız, mərhəmətsiz, kobud və
zalım olmağa yönəldir. Möminlər də bu azğın anlayışın təsirin-
dən tam mənada xilas olmaq üçün son dərəcə həssas və diqqətli
olmaq məcburiyyətindədirlər. Özlərini  dartmamalı, cahiliyyə
əxlaqından tam mənada uzaqlaşıb Quran əxlaqını tətbiq etmək
üçün böyük bir diqqət göstərməlidirlər. 
Oxuduğunuz bu kitab müsəlmana cəhdində dəstək olmaq və
unutmaması gərəkən  Quranın təməl hökmlərini  ağlında saxla-
ması üçün hazırlanmışdır.

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA
Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə
Ankarada anadan olmuşdur. İbtidai və orta  təhsilini Ankarada almışdır.
Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində
və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci
illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır.
Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının
əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini
ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.
Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik
külliyyatdır və bu külliyyat 73 fərqli dilə tərcümə edilmişdir.
Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin
xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından
götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın (s.ə.v)
möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır.
Bu möhür Qurani-kərimin Allah’ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v)
xatəmül-ənbiya  olduğunun  rəmzidir.  Yazıçı  bütün  yayımlarında  Quranı  və
Rəsulullahın  sünnəsini  özünə  rəhbər  etmişdir.  Bu  surətlə,  inkarçı  düşüncə
sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı
yönələn etirazları tam susduracaq son sözü söyləməyi əsas almışdır. Böyük
hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü
söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir. 
Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya
çatdırmaq, beləliklə, insanları Allah’ın varlığı, birliyi və axirət
kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək
və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini
gözlər önünə çəkməkdir.
Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya,
İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-herseqovinaya,
İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan
Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox
ölkəsində  sevilərək  oxunur.  İngilis,  fransız,  alman,
italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq,

uyğur,  İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox
dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir. 
Dünyanın dörd  tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə,
bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu
əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın
fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən
xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq
materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq
müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla
müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı
cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.
Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu
əsərlərə görə  öyünmür, yalnız Allah’ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan
başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc güdülmür.
Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən,
hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli  xidmət
olduğu ortaya çıxır.
Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana
gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı
ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı
qurtarmaq məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin
əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın
əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu
xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi
qənaətindən anlaya bilərlər. 
Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin
təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin
fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların
qavrayıb  yaşaya  biləcəkləri  şəkildə  izah  edilməsidir.  Dünyanın  gündən-günə  daha  çox
büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər
sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.
Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah’ın izni ilə
21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik
və xoşbəxtliyə daşımağa vəsilə olacaq.

OXUCUYA
n
Bu kitabda və digər fəaliyyətlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılma-
sının səbəbi bu nəzəriyyənin hər cür din əleyhinə fəlsəfənin əsasını təşkil etməsidir. Yaradılışı
və dolayısilə Allah’ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itir-
məsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Ona görə bu nəzəriyyənin yalan olduğunu
insanlara göstərmək çox mühüm imani vəzifədir. Bu mühüm xidmətin bütün insanlara çat-
dırılması isə vacibdir. Bəzi oxucularımızın bəlkə bircə kitabımızı da oxuma imkanı yoxdur.
Bu səbəbdən hər kitabımızda bu mövzuya xülasə şəklində də olsa bir bölmə ayrılmışdır.
n
Kitabların məzmunu ilə bağlı digər cəhəti də nəzərə çatdırmaq lazımdır. Müəllifin bütün ki-
tablarında imani mövzular, Quran ayələri işığında izah edilir, insanlar Allah’ın ayələrini öy-
rənməyə və yaşamağa dəvət olunurlar. Allah’ın ayələri ilə bağlı bütün mövzular oxuyanın
ağlında heç bir şübhə və ya sual doğurmayacaq şəkildə açıqlanır.
n
Buradakı izahlarda istifadə edilən səmimi, sadə və axıcı üslub isə kitabların hər kəs tərəfindən
asanlıqla başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar “bir nəfəsdə
oxunan kitablar” ifadəsinə tamamilə uyğun gəlir. Dini qətiyyətlə rədd edən insanlar belə bu
kitablarda izah edilən həqiqətlərdən təsirlənir və izah edilənlərin doğruluğunu inkar etmir-
lər.
n
Bu kitab və müəllifin digər əsərləri oxucular tərəfindən fərdi şəkildə olduğu kimi, qarşılıqlı
söhbət mühitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun
kitabları birlikdə oxumaları, mövzu ilə bağlı öz fikir və təcrübələrini bir-birləri ilə paylaş-
maları baxımından faydalı olar.
n
Bununla yanaşı sadəcə Allah rizası üçün yazılmış bu kitabların tanınmasına və oxunmasına
kömək etmək də böyük xidmət olar. Çünki müəllifin bütün kitablarında sübut və inandırma
çox güclüdür. Bu səbəbdən dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər
insanlar tərəfindən də oxunmasına sövq etməkdir.
n
Kitabların arxasına müəllifin digər əsərlərinin təqdimatının əlavə edilməsinin isə mühüm sə-
bəbləri var. Bu sayədə kitabı əlinə alan şəxs yuxarıda bəhs etdiyimiz xüsusiyyətləri daşıyan
və oxumaqdan zövq aldığını ümid etdiyimiz bu kitabla eyni vəsflərə malik olan daha bir çox
əsər olduğunu görəcəkdir. İmani və siyasi mövzularda faydalanacağı zəngin mənbə toplusu-
nun mövcud olduğuna şahid olacaqdır.
n
Bu əsərlərdə digər bəzi əsərlərdə görünən, müəllifin şəxsi qənaətlərinə, şübhəli mənbələrə
əsaslanan izahlara, müqəddəs şeylərə qarşı ədəbə və hörmətə diqqət verilməyən üslublara,
narahatlıq verən şübhəli və ümidsizliyə sürükləyən izahlara rast gələ bilməzsiniz.
Bu kitabda istifadə edilən ayələr Ə. Musayevin tərcümə etdiyi
Qurani-kərim kitabından götürülmüşdür.
www.harunyahya.org - 
www.harunyahya.net -
www.harunyahya.az

İÇİNDƏKİLƏR
Giriş...............................................................................................9
Allah’ı haqqı ilə təqdir etmək .....................................................10
Gücünün yetdiyi qədər Allah’dan qorxmaq................................12
Qədər...........................................................................................13
Təvəkkül .....................................................................................14
Təfəkkür......................................................................................16
Diqqətli olmaq ............................................................................18
Hər işdə bir xeyirin olması..........................................................21
Yanımızdakı ölüm .......................................................................23
Şeytanın fəaliyyəti ......................................................................25
Daim pisliyi əmr edən nəfs .........................................................27 
Seçilmiş olmaq ...........................................................................30
Dua və edilmə şəkli.....................................................................32 
Bağışlanma və tövbə ...................................................................35
Ölənə qədər səbir ........................................................................37 
Allah’ın möminlərə dəstəyi.........................................................39 
Ümidsizliyə qapılmamaq və 
şeytanın təbliğinə fürsət verməmək ............................................42
Hər hadisənin quran əxlaqına 
uyğun şəkildə qiymətləndirilməsi  ............................................. 44
Qəlbdəki niyyəti Allah’ın bilməsi...............................................47 
Dünya həyatının müvəqqəti olması ............................................50 
Mülkün əsl sahibi........................................................................53 
Şükür ...........................................................................................56

Hər an davam edən imtahan........................................................58
Allah heç kimə qaldıra bilməyəcəyi yükü yükləməz..................61 
İnkarçılara sevgi göstərməmək ...................................................62
Heç bir şeyi Allah’dan, elçisindən və 
Allah yolunda cəhd etməkdən vacib bilməmək  .........................64
Acizlik göstərməmək, kədərlənməmək, hüznə qapılmamaq ......67 
Namazda huşu.............................................................................69
Allah’ı çox zikr etmək ................................................................71
Bir dəstə ilə qarşılaşanda Allah’ı çox zikr etmək........................72
Ayələri və hikməti yadda saxlamaq ............................................73
Boş və faydasız işlərdən üz çevirmək.........................................74
Orta yolda olmaq.........................................................................75
İnsanın mələk şahidləri ...............................................................76
Verilən borcun yazılması.............................................................77
Etməyəcəyi şeyi söyləməmək .....................................................79
Vicdan və ruh ..............................................................................80
Qardaşlıq və birlik.......................................................................84
Mübahisə etməmək  ....................................................................89
Quran oxunarkən şeytandan Allah’a sığınmaq ...........................91
İncə düşüncəli olmaq ..................................................................93
Cahillərdən üz çevirmək .............................................................96
Bilmədiyi mövzuda mübahisə etməmək.....................................97
Lağ etməmək...............................................................................99
Möminləri xoşagəlməz ləqəblə çağırmamaq ............................101
Əmanəti  sahibinə vermək və əmanətə xəyanət etməmək ........102
Qərarlılıq ...................................................................................103
ƏLAVƏ BÖLMƏ: TƏKAMÜL YALANI  ...............................107

GİRİŞ
Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə qüsurlu
əxlaq anlayışı mövcuddur. İnsan ruhundakı eqoist həvəs və həvəslə-
rin  məhsulu olan bu əxlaq anlayışı insanları qürurlu, eqoist, lağlağı,
həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldir. Hər kəs şəxsi
uğurunu təmin etmək üçün digər insanları əzməyin vacib olduğuna
inanır və bunu əlinə düşən hər fürsətdə tətbiq edir.
Halbuki, Allah yaratdığı insana belə bir əxlaqı tövsiyə etməmiş-
dir. Əksinə, Quranda insanlara kübar, təvazökar, etibarlı, şəfqətli, fə-
dakar və səmimi olmaları əmr edilir. Allah’ın haqq kitabında insan
əxlaqındakı bu incəliklərə diqqət çəkilir: 
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü
darta-darta  gəzib  dolanma.  Həqiqətən,  Allah  heç  bir
özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)
Müsəlmanın vəzifəsi, şübhəsiz ki, Allah’ın vəhy etdiyi bu üstün
əxlaqı ən incə məqamına qədər tətbiq etməkdir. Bu ilahi əxlaqı tərk
etmiş və yuxarıda bəhs etdiyimiz qüsurlu əxlaq anlayışını mənimsə-
miş azğın və primitiv mədəniyyətin təsirindən xilas olmaq üçün ol-
duqca həssas və diqqətli olmaq lazımdır. Bu səbəbdən, insan daim
düşünməli və cahiliyyə əxlaqından uzaqlaşıb Quran əxlaqını mənim-
səmək üçün böyük səy göstərməlidir. 
Harun Yəhya (Adnan Oktar) 
9

ALLAH’I HAQQI İLƏ
TƏQDİR ETMƏK
Quran ayələrində Allah’ın sifətlərinin bir qismi bu şəkildə xəbər
verilir:
Allah,  Ondan  başqa  ilah  yoxdur,  (əbədi)  yaşayandır,
(bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə
də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsus-
dur. Onun izni olmadan Onun yanında kim havadarlıq
edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir.
Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir
şey  qavraya  bilməzlər.  Onun  Kürsüsü  göyləri  və  yeri
əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O,
Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah’dır.
Vəhy onların arasında ona görə nazil olur ki, Allah’ın hər
şeyə qadir olduğunu və Allah’ın hər şeyi elmi ilə əhatə et-
diyini biləsiniz. (Talaq surəsi, 12)
Ancaq insanların çoxu Allah’ın bu sifətlərini bilmir, Rəbbimizi
lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı öz baş-
larında  çıxardıqları  bəzi  xurafatlara  əsaslanır.  Bu  səbəbdən  də
Allah’ın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu
QURAN ƏXLAQI
10

insanlar “Onlar Allah’ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz
ki, Allah qüvvətlidir, qüdrətlidir!“ (Həcc surəsi, 74) ayəsi ilə təsvir
edilir. 
Allah’ı layiqincə qiymətləndirmək imanın ən vacib şərtlərindən-
dir. Mömin yaşadığı cahiliyyə cəmiyyətindəki yanlış Allah inancın-
dan ayrılar və cahiliyyə cəmiyyətinin bütün azğın inanclarını inkar
edər.
Mömin Allah’a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar.
Allah’ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayə-
ləri, iman həqiqətlərini araşdıraraq və Allah’ın sənətini, gücünü gö-
rərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.
Ancaq Allah’a iman etdiyini söyləyən bir adam ürəyini Allah’ın
zikrindən və ağlını Onu düşünməkdən uzaq tutarsa, belə vəziyyətdə
cahiliyyənin azğın Allah inancına doğru meyil etməyə başlayar. Əgər
özünü düzəldib Allah inancını Qurana görə müəyyən etməzsə, cahi-
liyyə inancına keçmək təhlükəsi ilə üz-üzə qala bilər. Allah belə və-
ziyyətə və ya döyüş əsnasında zəiflik göstərən müsəlmanlardan bəhs
edən ayələrə diqqət çəkir. Ayələrdə bildirildiyinə görə, bu insanlar:
“Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində
haqsız olaraq, cahil düşüncələrə qapıldılar“. (Ali-İmran surəsi,
154)
Mömin belə bir vəziyyətə düşməmək üçün cahiliyyədəki səhv
inancların qoyduğu ləkələri tamamilə ürəyindən silməli və Quranda
təsvir edildiyi kimi, Allah’ı haqqı ilə təqdir edərək əsl imanı qəlbinə
yerləşdirməlidir.
Harun Yəhya (Adnan Oktar) 
11

GÜCÜNÜN YETDİYİ QƏDƏR
ALLAH’DAN QORXMAQ
İnsan Allah’dan nə qədər çox qorxarsa, Onun qatında bir o qədər
üstün olar. Allah qorxusunda bir sərhəd yoxdur, hər insan bu hissini
Allah’dan diləyərək artıra bilər. Bu mövzuda Quranda rəsullar nü-
munə olaraq verilmişdir. Bu sayədə möminlər özlərini onlarla mü-
qayisə  edib Allah  qorxularını  daha  da  artıra  biləcəklərini  anlaya
bilərlər.
Allah möminlərdən Özündən ən yüksək dərəcədə qorxmalarını
istəyir. Ayələrdə bu mövzuda belə hökm verilir:
Nə qədər bacarırsınızsa, Allah’dan qorxun. (Peyğəmbərə)
qulaq asıb itaət edin və (malınızdan) öz xeyriniz üçün
xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapan-
lardır.  (Təğabun surəsi, 16)
Ey iman gətirənlər! Allah’dan Ona layiq olan tərzdə qor-
xun  və  ancaq  müsəlman  olduğunuz  halda  ölün!  (Ali-
İmran surəsi, 102)
QURAN ƏXLAQI
12

QƏDƏR (TALE)
Dünyada və bütün kainatda hər şey müəyyən bir məqsədlə real-
laşır.  Quranda  bildirildiyinə  görə  Allah “...Bütün  işləri  yoluna
qoyar...” (Rəd surəsi, 2). Bir başqa ayədə bildirildiyinə görə isə
“...Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur”.
(Ənam surəsi, 59)
Baş verən bütün hadisələri yaradan, idarə edən, bu hadisələrin
başlanğıc və sonlarını təyin edən Allah’dır. Kainatdakı bütün ulduz-
ların və dünyanın hər bir hərəkətini, yer üzündəki bütün canlıların
hər bir vəziyyətini, insanın necə yaşayacağını, nələr söyləyəcəyini,
nə ilə qarşılaşacağını təyin edən Allah’dır. Allah Quranda “Şübhəsiz
ki, Biz hər şeyi qədər ilə yaratdıq” (Qəmər surəsi, 49) hökmünü
verir.
Bir başqa ayədə isə belə buyurur:
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsi-
bət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda
(müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün
çox asandır.  (Hədid surəsi, 22)
Mömin bu sirdən agah olaraq yaşamalı, inkarçıların cəhalət sə-
viyyəsinə əsla enməməlidir. Əgər həyatın yalnız və yalnız qədəri mü-
şahidə etmək olduğunu anlayarsa, qarşısına çıxan heç bir hadisə onu
üzməz və ya qorxutmaz. Mömin insan sığındığı mağaranın qapısına
onları öldürmək üçün gələn müşriklərə baxmayaraq, yanındakı dos-
tuna: “Qəm yemə, Allah bizimlədir” (Tövbə surəsi, 40) - deyən hz.
Məhəmməd (s.ə.v.) kimi hər an əmin, rahat və cəsur olar. 
Harun Yəhya (Adnan Oktar) 
13

TƏVƏKKÜL
Bütün hadisələri meydana gətirən Allah’dır. Allah’ın yaratdığı
hadisələrin hamısında möminlər üçün mütləq bir xeyir var. Bütün
hadisələr mütləq möminlərə faydalı olacaq şəkildə hazırlanmışdır və
hər şey bu plana görə işləyir.
Möminin güvənəcəyi yeganə dostu Allah’dır. Yeganə vəkil Odur.
Möminin üzərinə düşən hadisələr qarşısında yalnız Allah’ın istədiyi
reaksiyaları vermək, səbəblərə sarılmaq, nəticəsini isə Allah’dan göz-
ləməkdir. Ayələrdə inkarçıların xəbərdar olmadığı bu böyük sirr belə
ifadə edilir:
(Gözləmə) vaxtı bitdikdə onları müvafiq olaraq saxlayın
və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan
iki  ədalətli  şahid  çağırın  və Allah  üçün  şahidlik  edin.
Allah’a və axirət gününə iman gətirənlərə verilən nəsihət
budur. Allah’dan qorxana, (Allah) çıxış yolu göstərər və
ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.
Kim Allah’a təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah
Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü
qoymuşdur.  (Talaq surəsi, 2-3)
Başqa bir ayədə də təvəkkülün sirri belə açıqlanır:



  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə