Sual 22: Bu gün dünyada inteqrasiya (əlaqə saxlama) güclənirsə, “nə şərq, nə də qərb” deməyimiz düzgündürmü?
Cavab: “Nə şərq, nə də qərb” şüarını deməkdə məqsəd öz dinimizin, öz mədəniyyətimizin, öz iqtisadiyyatımızın əsas götürülməsidir. Müsəlmanlar dünyanın heç bir qüdrətli dövlətindən asılı olmamalı, şərqin kommunizm, qərbin kapitalizm xəstəliklərindən qorunmalıdır. Amma elmi və iqtisadi inkişaf üçün heç bir məhdudiyyət yoxdur. İslam Peyğəmbəri buyurur: “Çində də olsa elm ardınca gedin.”
Əgər istidən və soyuqdan, oddan və buzdan qədərində istifadə olunsa, faydalı olar. İstidən faydalanaq, amma yanmayaq. Soyuqdan faydalanaq, amma donmayaq. Şərqdən və qərbdən istifadə edək, amma özümüzü itirməyək.
Sual 23: İnsan “la ilahə illəllah” cümləsini deməklə necə xilas ola bilər?
Cavab: Belə bir xilas haqqında danışan hədislərdə təkcə dil hərəkəti nəzərdə tutulmur. Hədisin ərəbcə bəyanı belədir: “qulu la ilahə illəllahu tuflihu.”3
“Tuflihu” “cücərmə” mə`nasındadır. Əkinçiyə ərəbcə “fəllah” deyilir. Çünki o, toxumların cücərməsi üçün çalışır. İstənilən bir toxumun torpaqdan cücərməsi üçün üç şərt var:
1. Kök torpağın dərinliyinə işləməlidir.
2. Kök qida maddələrini sormalıdır.
3. Cücərmə üçün toxumun üst fəzası açıq olmalıdır.
Tövhid fəzasına ucalmaq istəyən insan da əqidəsini dərin məntiqlə möhkəmlətməli, inkişaf üçün zəruri olan bütün imkanlardan faydalanmalı, qarşıdakı maneələri aradan qaldırmalıdır.
Sual 24: Necə demək olar, cəhənnəm əzabına dözərəm, amma Allahdan ayrılığa dözmərəm?
Cavab: Övladını görmək üçün yolun isti-soyuğuna dözərək bir məntəqədən o birinə səfərə çıxmış ana deyir:”Yolun isti soyuğuna dözərəm, amma övladımın ayrılığına yox!” Həzrət Əli (ə) “Kumeyl” duasında deyir: “Xudaya! Əzabına səbr edərəm, bəs ayrılığına necə səbr edim?”
Dostları ilə paylaş: |