Müəlliflər: İlkin Qarayev



Yüklə 98.24 Kb.

səhifə1/14
tarix26.05.2017
ölçüsü98.24 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14

İXRACATÇILAR ÜÇÜN 
TƏLİMAT KİTABI
%DN×  

Müəlliflər:
İlkin Qarayev, 
AzEkoKonsaltinq şirkətinin prezidenti
Xarici Ticarət üzrə beynəlxalq dərəcəli ekspert
Elxan Mikayılov, 
ASR Konsaltinq və Araşdırma Qrupunun baş direktoru, 
Xarici Ticarət və ÜTT üzrə beynəlxalq ekspert
Fuad Rəsulov,  
Xəzər Universitetinin İqtisadi və Biznes Araşdırmaları və 
Təhsil Mərkəzinin professoru
Gerry Morrissey, 
Ticarətin təşviqi üzrə beynəlxalq ekspert
 
Redaksiya heyəti:
Vidadi Quliyev, 
AZPROMO-nun vitse prezidenti 
Anar Qasımlı, 
AZPROMO-nun Biznes Məlumat Mərkəzinin direktoru
Gülnarə Məmmədova, 
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihə işçisi
ISBN 978-9952-452-42-6
© “AZPROMO”, 2013
© “GIZ”, 2013
Bu kitab Avropa Ittifaqı və GIZ-in  texniki və maliyyə dəstəyi  ilə AZPROMO tərəfindən tərtib edilib. 
Kitabın məzmunu Avropa Ittifaqının  baxışlarını əks etdirmir.

MÜNDƏRİCAT
BEYNƏLXALQ MARKETİNQ VƏ  BAZAR  ARAŞDIRMALARI                           7
XARİCİ BAZARLARA GİRİŞ                                                                                                       45
QABLAŞDIRMA VƏ SERTİFİKATLAŞDIRMA                                                              67
BEYNƏLXALQ TİCARƏTDƏ ALQI-SATQI MÜQAVİLƏLƏRİ                          93
MALIN ÇATDIRILMASI ŞƏRTLƏRİ                                                                                  101
İXRAC QİYMƏTİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ                                                            109
GÖMRÜK VƏ GÖMRÜK YÜK BƏYANNAMƏSİ                                                         119 
DAŞINMA VƏ LOGİSTİKA                                                                                                         171
BEYNƏLXALQ TİCARƏTİN MALİYYƏLƏŞDİRİLMƏSİ                                  183
MODUL I.
MODUL II. 
MODUL III.
MODUL IV.
MODUL V.
MODUL VI.
MODUL VII.
MODUL VIII.
MODUL IX. 

ÖN SÖZ
Son illər ərzində ölkəmizdə aparılan iqtisadi islahatlar, yaradılmış əlverişli biznes 
və investisiya mühiti, sahibkarlığın inkişafı, iqtisadiyyatın yüksək templərlə artması 
və şaxələndirilməsi, habelə  qeyri-neft sektorunun iqtisadi inkişafda istiqamətverici 
və hərəkətverici rol oynaması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün 
geniş imkanlar açmışdır. Bunun fonunda Azərbaycanın ixrac potensialı əhəmiyyətli 
dərəcədə güclənmiş, ölkənin xarici ticarət əlaqələri xeyli genişlənmişdir. Belə ki, son 
on il ərzində xarici ticarətimiz  6.4 dəfə, o cümlədən ixrac 9.2 dəfə və qeyri-neft ixracı 
4.5 dəfə artmışdır. Qeyri-neft məhsullarının ixrac coğrafiyası da ilbəil artır. Yüksək 
keyfiyyəti ilə seçilən məhsullarımız ənənəvi bazarlarla yanaşı, ABŞ, Kanada, 
Avstraliya, Yaponiya, Yeni Zelandiya, Afrika və Latın Amerikası ölkələri kimi uzaq 
ölkələrə də ixrac olunur.
Yerli sahibkarlarımızın ilbəil artan ixrac potensialı və ixrac coğrafiyası onların 
potensial bazarlardakı mövcud tendensiyalar, tətbiq olunan qayda və tələblər, bir 
sözlə xarici ticarət sahəsində ətraflı və dəqiq məlumatlara malik olunması ilə sıx 
bağlıdır. Bu prosesdə iş adamlarına dəstəyin göstərilməsi, onların maarifləndirilməsi 
sahəsində fəaliyyət göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun 
da (AZPROMO) özünəməxsus rolu var. Belə ki, 2003-cü ildə İqtisadi İnkişaf 
Nazirliyi tərəfindən təsis edilən AZPROMO onillik fəaliyyəti dövründə ixracının 
təşviqi, o cümlədən məhsullarımızın xarici bazarlarda tanıdılması istiqamətində fəal 
işlər görmüşdür. Bu illər ərzində AZPROMO müxtəlif səpklili tədbirlər və sərgilərlə 
yanaşı  mütəmadi olaraq yerli şirkətlər üçün  çoxsaylı maarifləndirmə və təcrübə 
mübadiləsi tədbirləri də təşkil etmişdir. Biz mütəmadi olaraq, yerli sahibkarlarımıza 
Azərbaycanın və xarici ölkələrin ticarət və investisiya qanunvericiliyi, ixrac 
prosedurları, investisiyaların qoyuluşu və s. mövzularda məsləhətlər veririk, təlimlər 
təşkil edirik, habelə müxtəlif ölkələr üzrə bazar araşdırmaları apararaq, təmənnasız 
olaraq onlarla paylaşırıq.
Yerli şirkətlərin ixrac sahəsində maarifləndirilməsi istiqamətində AZPROMO və 
Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında yerli ixracatçılar 
üçün ixracyönümlü tədbirlərin keçirilməsinə dair imzalanan Anlaşma Memorandumu 
çərçivəsində yerli şirkətlərin ixrac sahəsində maarifləndirilməsi məqsədilə 9 moduldan 
ibarət İxracatçılar üçün Təlimat Kitabı hazırlanmışdır. Təlimat kitabı ixracata yeni 
başlayan və ya gələcəkdə öz məhsullarını xarici bazarlara çıxarmağı nəzərdə tutan 
şirkətlər üçün nəzərdə tutulmuşdur. Kitabda beynəlxaq marketinq, xarici bazarlara 
giriş, qablaşdırma və sertifikatlaşdırma, gömrük prosedurları, nəqliyyat, loqistika və 
s. zəruri mövzular əhatə olunub. 
Ümid edirəm ki, kitab sahibkarlarımızın ixrac sahəsində nəzəri və praktiki 
biliklərinin artmasına və nəticə etibarilə onların ixrac imkanlarına müsbət töhfə 
verəcəkdir. Fürsətdən istifadə edib, kitabın hazırlanmasında əmək sərf edən bütün 
kollektivə öz təşəkkürümü bildirirəm. 
Hörmətlə,
Rüfət Məmmədov 
AZPROMO-da prezident vəzifəsini icra edən

Hörmətli Sahibkarlar,
“İxracatçılar üçün Təlimat Kitabı” ixracla məşğul olan sahibkarlar üçün ixrac 
və ticarət vasitəsi ilə imkanlar yaratmaq və genişləndirmək üçün nəzərdə tutulmuş 
vəsaitdir. Kitab Almaniyanın Federal İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliy-
inin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşliq Cəmiyyətinin 
(GİZ) icra etdiyi Cənubi Qafqazda Özəl Sektorun İnkişafı proqramı (2008-2013) 
çərçivəsində çap olunmuşdur. GİZ uzun illərdir ki, Azərbaycan Respublikasının 
İqtisadi İnkişaf Nazirliyi,  o cümlədən  Azərbaycanda İxracın və İnvestisiyaların 
Təşviqi Fondu (AZPROMO) ilə uğurlu əməkdaşlıq edir.  2012-ci ilin may ayından 
etibarən GİZ AZPROMO ilə birgə İxracatçılar üçün Təlim Proqramını həyata 
keçirir. “İxracatçılar üçün Təlimat Kitabı” da sözügedən təlim proqramının qarşıya 
qoyduğu məqsədlərə uyğun olaraq  hazırlanmışdır. 
Azərbaycanda qeyri-neft ixrac sənayesinin inkişafı üçün böyük potensial mövcud-
dur. Bu istiqamətdə hökumət qanunvericiliyi təkmilləşdirir və ixrac sektoruna dəstək 
olur, həmçinin ölkədə kifayət qədər Azərbaycan brendini təşviq etmək və yeni bazar-
lara çıxarmaq arzusunda olan sahibkarlar mövcuddur. 
Təlimat kitabında nəqliyyat və logistika, sertifikatlaşdırma, gömrük, beynəlxalq 
ticarət qanunvericiliyi, maliyyə və ixraca dair digər faydalı məlumatlar öz əksini 
tapmışdır.
Ümid edirik ki, təlim vəsaiti kimi bu soraq kitabı sizlərin ixrac sahəsində 
biliklərinizin təkmilləşməsinə töhfə verəcək, həmçinin Azərbaycan ixracatçılarına 
beynəlxalq bazarları daha yaxşı anlamaq, mövcud olan bazarlara ixracı artırmaq 
və yeni bazarlara çıxmağa köməklik göstərəcək. GİZ təşkilatı adından işinizdə  
müvəffəqiyyətlər arzulayıram və uğurlarınız barədə xəbərlər gözləyirəm! 
Hörmətlə,
Henninq Tvesten
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) 
Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru

MODUL I  

9
Beynəlxalq marketinq və bazar araşdırmaları
Təlimatın bu bölməsində siz başqa ölkədə biznes ilə məşğul olmağın fundamental aspektləri ilə tanış 
olacaqsınız. Bu aspektlərin birində ciddi yanlışlıq aylarla sərf olunan əməyi ziyan edə bilər.
Şirkət nə üçün ixrac etməlidir?
“Mən nə üçün ixrac etmək istəyirəm?”  Bu şirkətin başlanğıcda özünə verməli olduğu əsas sualdır.  
Adətən şirkətin iki məqsədi olur:
Gəlirliliyi artırmaq
Məhsuldarlıqdan tam ölçüdə istifadə etmək
Daha spesifik olaraq:
Başqa bazarlarda daha artıq mənfəət mümkün ola bilər
Yerli bazar inkişaf üçün kifayət qədər imkan təmin etməyə bilər
Şirkətin spesifik məhsulu və Azərbaycanda kifayət qədər potensial müştərisi olmaya bilər.
Şirkətlər daha yüksək təhlükəsizlik axtara bilərlər ki, buna da riskləri çoxlu bazarlara paylamaqla nail 
olmaq olar 
Şirkətlər beynəlxalq bazarlarda sərgilədikləri məhsullarının güncəl olduğundan əmin olmaq istəyə 
bilər
İxracın ən böyük üstünlüklərindən biri odur ki, o, şirkətin imkanlarını gücləndirmək üçün daha geniş 
hüdudlar təmin edir. Beynəlxalq mühitdə satış şirkətlərin  innovativ çərçivələrini genişləndirir, yerli 
bazarda əldə edə bilməyəcəkləri imkanlar açır.
  
Marketinqin mahiyyəti və tərifi
Bir çoxları hesab edir ki, marketinq yalnız reklamdan ibarətdir. Marketinqə müştərilərin tələbatını 
ödəmək fəaliyyəti kimi baxmaq lazımdır. Marketinq istehlakçılarla (müştərilərlə) faydalı əlaqələrin 
idarə olunmasıdır. Marketinq üzrə mütəxəssislər marketinqə 2000-nə yaxın müxtəlif təriflər vermişlər. 
Əlbəttə bunların hansının doğru və ya yanlış olmasını iddia etmək düzgün olmazdı  belə ki, bu təriflərin 
hamısında müəyyən bir həqiqət var. Lakin marketinqə tərif verərkən aşağıdakı önəmli cəhətləri nəzərə 
almaq lazımdır:
 
✓ Marketinq planlaşdırma prosesidir  
 
✓ Bu proses məhsulun yaradılması, qiymətləndirməsi, təbliğatının aparılması və yayılmasından 
ibarətdir  
 
✓ Marketinqin məhsulu mal, xidmət və ya fikir ola bilər  
 
✓ Marketinqin nəticəsi mübadilədir  
 
✓ Marketinqin obyekti şəxs və ya təşkilatdır  
BEYNƏLXALQ MARKETİNQ 
      VƏ BAZAR  ARAŞDIRMALARI

10
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
Eyni zamanda dünyada marketinq sahəsində tanınmış təşkilat və mütəxəssislərin də yanaşması 
maraqlıdır:
Rəqabət bazarında işləyən təşkilat marketinq təfəkkürünün prinsiplərinə əməl etməsə, bazarda uzun 
müddət qalaraq, rəqabət üstünlüyü əldə edə bilməz. Məlum olduğu kimi, tələbatın təklifi üstələdiyi 
bazarlara satıcının bazarı, təklifin tələbatdan üstün olduğu bazarlara isə alıcının bazarı deyilir. Hazırda 
iqtisadi və texnoloji tərəqqinin inkişaf etdiyi dövrdə demək olar ki, bir çox biznes sahələri artıq çoxdan 
alıcının bazarına çevrilmişdir və bu bazarlarda “müştəri şahdır” prinsipi üstünlük təşkil edir. Bu da bir 
daha marketinq təfəkkürünün və düşüncə tərzinin vacibliyini sübut edir.
Məlumdur ki, biznesin davamlı uğur əldə etməsi üçün bir sıra amillər tələb olunur və onlardan əsas 
amillər kimi aşağıdakıları qeyd etmək lazımdır:
 
✓ Müştəri məmnunluğu
 
✓ Şirkətin gəliri
 
✓ Bütün təşkilatın səyi
 
✓ İctimai dəyər
Qeyd edilən bu sütunların birinin yoxluğu, bütövlükdə biznesin müflis olmasına səbəb ola bilər. 
Eyni zamanda məlumdur ki, hər il dünyada yaranan milyonlarla yeni şirkətlərin heç də hamısı uğur 
əldə edə bilmir və qarşısına qoyduğu məqsədlərə nail ola bilmir. Bunun əsas səbəbləri kimi, şirkətin 
fəaliyyətinin marketinq və bazar prinsiplərinə uyğunlaşdırılmadığı və marketinq fəaliyyətinin düzgün 
idarə edilmədiyi göstərilir. Marketinqin fəaliyyətinin idarə edilməsində əsas müvəffəqiyyət amilləri 
kimi aşağıdakıları qeyd etmək olar:
 
✓ Marketinq funksiyasının təşkilati strukturu
 
✓ Marketinq strategiyası (marketinq strateji planı)
 
✓ İT dəstəyi (məlumatlara giriş, proqram təminatı)
 
✓ Düzgün tərtib edilmiş marketinq və satışlar üzrə planlar
 
✓ Marketinq əməliyyatları üçün adekvat büdcə
 
✓ Marketinq üzrə mütəxəssislərin peşəkarlığı və şəxsi iştirakı
 
✓  Xarici dəstəyin düzgün seçilməsi
“Marketinq təşkilati məqsədlərə nail olmaq üçün hədəf bazarlarının ehtiyaclarını 
müəyyənləşdirmək və rəqiblərlə müqayisədə, tələbatı daha səmərəli ödəməkdir.”
Kotler, P. Marketinq əməliyyatlarının idarə edilməsi, 1984-cü il
“Marketinq – müştərilərin tələblərinin/ehtiyaclarının mənfəətlə müəyyənləş 
dirilməsi, 
proqnozlaşdırılması və ödənilməsinə görə cavabdeh olan idarəetmə prosesidir”
Sertifikatlaşdırılmış Marketinq İnstitutu

11
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
Marketinq əməliyyatlarının düzgün planlaşdırılması və hər bir marketinq məqsədlərinə nail 
olmaq üçün lazım olan fəaliyyətlərin müəyyənləşdirilməsi də mühüm əhəmiyyət daşıyır:
Məqsəd Fəaliyyət 
Müştərilərin tələbatının müəyyənləşdirilməsi  
Marketinq araşdırması
Rəqabətdə üstünlük əldə edilməsi
Marketinq strategiyası
Məqsədli bazarların seçilməsi
Seqmentləşdirmə 
Tələbatın ödənilməsi üzrə tədbirlərin işlənib hazırlanması
Marketinq kompleksi
Marketinq qərarlarının effektivliyinin təhlili
Marketinq fəaliyyətinin həyata keçirilməsinə 
nəzarət
Marketinq funksiyasının təşkilatı strukturunun əsas prinsipləri aşağıdakılardır:
 
✓ Bütün marketinq fəaliyyətlərinin inteqrasiyası üçün imkanların yaradılması (daxili və xarici)
 
✓ Dəyişən bazar mühitinə reaksiya vermək üçün imkanların yaradılması
 
✓ İşçilərin yaradıcı və fəal olması üçün stimullaşdırılması
 
✓ Marketinq məqsədlərinə nail olmaq üçün insan və maliyyə resurslarının optimallaşdırılması
 
✓ İşçilərin müştəriləri diqqət mərkəzində saxlaması
Beynəlxalq marketinq
Marketinq alətlərinin həm daxili bazarda, həm də xarici bazarlarda demək olar ki, eyni olmasına 
baxmayaraq, beynəlxalq marketinqdə nəzərə alınmalı olan bir sıra əlavə amillər mövcuddur:
 
✓ Dəyişən şərtlər
 
✓ Regional imkanlar və perspektivlər
 
✓ Beynəlxalq maliyyə mühiti
 
✓ Beynəlxalq ictimai mühit
 
✓ Beynəlxalq texnoloji mühit
 
✓ Beynəlxalq siyasi mühit
Dəyişən şərtlər
 
✓ Beynəlxalq aləmdə dəyişmələrin sürəti getdikcə artır, ona görə də malgöndərənlər, müştərilər, 
rəqiblər və bazarlar haqqında ən yeni məlumatların və biliklərin əldə edilməsi vacibdir 
 
✓  Dəyişikliklər universaldır və siyasi, maliyyə, ictimai və texnoloji mühitləri əhatə edir 
 
Regional imkanlar və perspektivlər
 
✓ Əhəmiyyətli siyasi transformasiyaların baş verməsi
 
✓ Yeni siyasi qrupların yaranması
 
✓ Regional müharibələr
 
✓ Mövcud siyasi blokların aktivləşməsi
Beynəlxalq maliyyə mühiti
 
✓ İnkişaf etməkdə olan ölkələrdə güclü bazarlar yaranır və təhlükəsizlik bu inkişafı sürətləndirir
 
✓ ABŞ dolları beynəlxalq valyutalar arasında dominantlığını qoruyur

12
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
 
✓ Valyutaların məzənnələrinin dəyişməsini dövlətlərin fəaliyyətindən daha çox valyuta 
məzənnələrinin bazar sistemi müəyyən edir
 
✓ Bir maliyyə bazarında baş verən böhran tezliklə digər bazarlara da təsir edir 
Beynəlxalq ictimai mühit
 
✓ İnkişaf etməkdə olan ölkələrdə əhalinin artım tempi inkişaf etmiş ölkələrə nisbətən daha yüksəkdir 
Əhalinin artımının tənzimlənməsi bəzi ölkələrdə milli prioritetə çevrilmişdir 
 
✓ İnkişaf etmiş ölkələrin əhalisi azalmaqda və qocalmaqda davam edir, bu ölkələrdə işçi qüvvəsi 
azalır 
Beynəlxalq texniki mühit
 
✓ Kommunikasiyanın bütün formaları getdikcə daha əhəmiyyətli olur belə ki, informasiyaların 
idarə olunması ön plana keçir
 
✓ Yeni məlumatlar və onların təhlili texnologiyaları biznesin inkişafına güclü təsir göstərir 
Beynəlxalq siyasi mühit
 
✓ Dövlətlərin beynəlxalq ticarətə təsiri artır
 
✓ Bir sıra dövlətlər beynəlxalq marketinq mühitinə təsir siyasətlərini əlaqələndirməyə çalışır 
 
✓ Dövlətlər beynəlxalq ticarət məsələlərində yerli siyasətlərini asanlaşdırmağa çalışır
 
✓ Dövlət – Şirkət əməkdaşlığı siyasətin bir hissəsinə çevrilmişdir
Marketinq strategiyası və marketinq fəaliyyətinin planlaşdırılması
Biznesin effektiv idarə edilməsi, marketinqin prinsiplərinin biznesə tətbiq edilməsi və davamlı uğur əldə 
etmək üçün marketinq strategiyasının müəyyənləşdirilməsi vacib amillərdəndir. Marketinq strategiyası 
ümumi biznes strategiyasının bir hissəsi olaraq biznes hədəflərinə çatmaq üçün marketinq alətlərindən 
istifadədə ümumi yanaşmanı nəzərdə tutur. Burada bir sıra suallar cavablandırılmalıdır:
 
✓ Biz hazırda hansı mövqedəyik – bunun üçün rəqabət bazarı, mövcud vəziyyət, mövcud məhsullar 
və s. amillər  araşdırılmalıdır
 
✓ Haraya doğru irəliləmək istəyirik – bunun üçün şirkət özünün hədəf bazarını müəyyən etməlidir
 
✓ Ora nəyə görə getmək lazımdır – başqa sözlə şirkətin strateji vəzifələri nədən ibarətdir və bundan 
nə əldə etmək istədiyi nədir?
 
✓ Ora necə gedəcəyik – marketinq alətlərindən istifadə strategiyası necə olacaqdır?
Marketinq strategiyasının müəyyən olunmasında istifadə edilən vasitələrdən biri də Ansoff cədvəlidir. 
Bu vasitədən istifadə edərək şirkət özünün məhsul və bazar strategiyasını müəyyənləşdirə bilər. Onun 
vasitəsi ilə şirkət mövcud və ya yeni bazarda işləmək istədiyini, eləcə də bu bazarlara mövcud yoxsa yeni 
məhsullarla irəliləmək istədiyini müəyyənləşdirə bilər.
Ansoff cədvəli
Strategiyalar
Mövcud 
məhsul
Yeni 
məhsul
Mövcud bazar
Dərinləşdirmə
Məhsulların inkişafı
Yeni 
bazar
Bazarların inkişafı
Müxtəlifləşdirmə

13
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
Eyni zamanda sahibkarlar marketinq strategiyasının müəyyənləşdirilməsi zamanı aşağıdakı 
strategiyalardan istifadə edə bilərlər:
Bazarın genişləndirilməsi
 
✓ Yeni (potensial) müştərilərin cəlb edilməsi
 
✓ Bazarda aparıcı iştirakçı olmaq
 
✓ Satışların həcmini və satışlardan əldə edilən mənfəətin həcmini artırmaq
Bazarın müdafiəsi
 
✓ Bazarda şirkətin mövqeyini dəstəkləmək
 
✓ Mövcud müştərilərlə işi gücləndirmək
 
✓ Satışlardan əldə edilən mənfəəti eyni səviyyədə saxlamaq
Bazara giriş
 
✓ Müştərilərə yeni məhsullar təqdim etmək 
 
✓ Düzgün qiymət siyasəti müəyyənləşdirmək və müştəriləri maraqlandırmaq
 
✓ Aktiv təbliğat / təşviqat siyasəti 
Bazar mövqeyi
 
✓ Məhdud lakin ixtisaslaşmış, yüksək keyfiyyətli məhsullarda maraqlı olan potensial müştərilər 
seqmentini tapmaq 
 
✓ Satışlardan əldə edilən mənfəəti artırmaq
 
✓ Bazar mövqeyini gücləndirmək
Marketinq strategiyası və SWOT təhlil
Müsbət amillər
Mənfi amillər
S
trengths 
Güclü tərəflər
W
eaknesses
Zəif tərəflər
Daxili amillər
Xarici amillər
Daxili amillər
Xarici amillər
O
pportunities
İmkanlar

hreats
Təhlükələr
Mübət amillər
Mənfi amillər

14
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
XARİCİ AMİLLƏR
Xarici makromühit
 
✓ Cəmiyyət
 
✓ Demoqrafik vəziyyət
 
✓ Siyasi vəziyyət
 
✓ İqtisadi vəziyyət
 
✓ Texnoloji tərəqqi
 
✓ Hüquqi normativ bazası
Xarici mikromühit
 
✓ Müştərilər (varlı, standart, kütləvi)
 
✓ Rəqabət (fəal, zəif)
 
✓ Təchizatçılar (sığorta, reklam) 
 
✓ Vasitəçilər
Daxili amillər
 
✓ Satış şəbəkəsi
 
✓ Müştəri dairəsində ixtisaslaşma 
 
✓ Məhsul üzrə üstünlük
 
✓ Texnoloji hazırlıq
 
✓ Menecmentin səviyyəsi
 
✓ İnsan resursları
 
✓ Məlumatlandırma sistemi
Marketinq fəaliyyətinin idarə edilməsində əsas komponentlər aşağıdakılardır:
MÜŞTƏRİLƏRİN
MÜƏYYƏNLƏŞ-
DİRİLMƏSİ
Bazar və satış 
imkanlarının 
müəyyənləş -
dirilməsi
Strateji 
Marketinq 
planlaş  -
dırılması
Bazar 
tədqiqatı
Mövcud 
məhsulların idarə 
edilməsi
Yeni məhsulların 
hazırlanması və 
tətbiq edilməsi
Paylama 
kanallarının 
seçilməsi və 
stimullaşdırılması
Məhsulların seçilmiş 
paylama kanalları 
vasitəsilə satılması
Taktiki və 
Əməliyyat 
Marketinq 
planlaşdırılması
Məhsulların təbliğ edilməsi
Qiymətlərin 
müəyyənləşdirilməsi
MÜŞTƏRİLƏRİN 
MƏMNUNLUĞU

15
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
HƏDƏF BAZARI VƏ STRATEJİ PROSES
Hədəf  bazarı
 – Şirkətin fəaliyyətini aparmaq və məqsədlərinə nail olmaq üçün hədəfə aldığı müştərilərin 
seçilmiş seqmenti və ya seqmentləridir. Hədəf bazarının seçilməsi şirkətin bu gün və gələcəkdə gəlirli 
satışlarını təmin etmək üçün çox vacib bir məqamdır.
 
Strategiya və marketinq vəzifələri
 hədəf bazarı üzrə ən azı üç illik müddət üçün təyin edilirlər.
Hədəf bazarının müəyyənləşdirilməsi və aşağıdakı suallara cavab vermək üçün bazar 
araşdırmalarının keçirilməsi tələb olunur:
 
✓ Hansı seqmentlər və ya alt-seqmentlər hal-hazırda şirkətlər tərəfindən kifayət qədər xidmət 
olunmur?
 
✓ Seqmentlərdə və ya alt-seqmentlərdə hansı məhsulların təchizatı yetərli deyil?
 
✓ Hansı seqmentlərdə və ya alt-seqmentlərdə bəzi məhsullar çatışmır?
 
✓ Seqment və ya alt-seqment müştərilərinin nə dərəcədə iqtisadi potensialı vardır (müştərilərin 
ümumi və region üzrə sayı, demoqrafik strukturu, gəlirlərin səviyyəsi, artım potensialı)?
 
✓ Rəqiblərin bazarda satış və marketinq fəaliyyəti üzrə mövqeyi nədir (məhsullar, qiymətlər, bölgü, 
təşviq, satış şəbəkələri)



  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə