Müəllim: dos. N. Z.Çələbiyev Fənn: Klinik psixologiya



Yüklə 177,8 Kb.
Pdf görüntüsü
tarix03.02.2017
ölçüsü177,8 Kb.
#7610

 

Müəllim:   dos.N.Z.Çələbiyev 



Fənn: Klinik psixologiya 

 Mövzu 9. Kliniki müşahibələr və onların aparılmasına verilən tələblər 

 

     Plan: 

1.

 



Kliniki müsahibə klinik psixoloqun iş metodlarından biri kimi 

2. Klinik müsahibəyə verilən tələblər    

3. Klinik müsahibənin mərhələləri 

     4. Uşaq və yeniyetmələrlə kliniki müsahibələrin aparılması 

     5.  Klinik müsahibə zamanı meydana çıxan çətinliklər 



  

Ədəbiyyat. 

1.

 



 Bayramov  Ə.S.  Şəxsiyyətin  təşəkkülünün  aktual  psixoloji  problemləri, 

Bakı, 1981. 

2.

 

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası 



məsələləri, ADU, 1985. 

3.

 



İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” 

nəşriyyatı, Bakı, 2002. 

4.

 

İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik) 



2-ci nəşr, Bakı, 2008. 

5.

 



İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 

6.

 



Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 

7.

 



Метделевич 

В.Д. 


Клиническая 

и 

медицинская 



психология. 

Практическое руководство.M., 1998. 



  

 

              Kliniki müsahibə  

         Kliniki  müsahibə  adi  söhbətdən,  hətta  həkim-internistin  sorğu-sualından 

köklü şəkildə fərqlənir. Onun xüsusiyyəti psixi sağlamlığın spesifik problemindən 

irəli gəlir. Xəstə göstərilən problemlə əlaqədar öz həyəcanları haqqında danışmaq 

tələbi  duya  bilər,  eyni  zamanda  o,  öz  fikir  və  düşüncələrini  tanımadığı  adam 


 

qarşısında  açmaqdan  çəkinə  bilər,  xəstə  müsahibəni  aparan  mütəxəssisin  özünün 



davranışından da çox şey asılıdır. Xüsusi taktika nümayiş etdirərək, həkim lazımsız 

sözlərlə  xəstəni  yormamalı  və  onunla  kontaktın  rəvan  olmasına  çalışmalıdır.  Adi 

müsahibədən  fərqli  olaraq,  kliniki  müsahibə  xəstəlik  haqqında  məlumat 

toplamaqdan başqa psixoterapevtik yönümlü terapevtik əlaqə yaradılmasına xidmət 

etməlidir. 

          Istər həkim, istərsə də kliniki psixoloq xəstəyə təkcə diqqətlə qulaq asmaqıa 

kifayətlənməməli,  onun  mimikasının, intonasiyasının və  jestlərinin xüsususiliyinə 

diqqət  yetirməli  və  eləcə  də  onun  hansı  suallara  cavab  verməyə  can  atması  və 

hansına  cavab  verməkdən  boyun  qaçırmasına  fikir  verməlidir.  Müsahibənin 

strukturunun spesifik xüsusiyyətləri də vardır. Kliniki müsahibənin uğurlu keçməsi 

üçün şərtlər və mütəxəssisin istifadə etdiyi gedişlər müxtəlifdir. 

     Klinik  müsahibənin  şərtləri.  Yer  –  müsahibənin  keçirilməsi  üçün  xəstəyə 

komfort və sakitlik lazımdır. İdeal şəraitdə müsahibə aparılan otaqda tam sakitliklə 

yanaşı  təhlükəsizlik  də  təmin  olunmalıdır  (xəstənin  hiss  edə  bilmədiyi 

siqnalizasiya,  telefon  və  s.).  Xəstə  əmin  olmalıdır  ki,  onların  söhbətinə  heç  kəs 

mane  olmur.  Xəstəylə  üzbəüz  oturmaq  məsləhət  deyil,  yaxşı  olar  ki,  onu 

özünüzdən  sol  tərəfdə  otuzdurasınız  ki,  psixoloqun  sağ  əli  ilə  yazdığı  qeydlər 

xəstənin diqqətini cəlb etməsin. Hər iki stul rahat və bir hündürlükdə olmalıdır ki, 

söhbət  edənlərdən  heç  kəs  biri  digərinə  yuxarıdan  aşağıya  baxmasın.  Əgər  xəstə 

sizdən  uzaq  oturursa,  belə  hesab  etmək  olar  ki,  o,  söhbət  zamanı  psixoloji 

distensiya  yaratmaq  istəyir.  Xəstələr  tabe  olmağa  meylli  olduqda  qapıya  daha 

yaxın  oturmağa  çalışırıar.  Psixoterapevtik  söhbət  zamanı  qeyri-formal  mühit 

yaratmaq üçün kreslodan da istifadə oluna bilər. 



      Salamlaşma.  Xəstə  birinci  görüşə  gələrkən  müxtəlif  hisslər  keçirə  bilər,  ona 

görə  də  kliniki  psixoloq  müşahibəni  apararkən,  sıxıntı  hissinə  yol  verməməlidir. 

Psixoloq  xəstəylə  adını  çəkməklə  salamlaşmalıdır,  sonra  isə  özünü  təqdim 

etməlidir. Əgər həm psixoloq, həm də xəstə kişidirsə, onda əl verib görüşə bilərlər. 

Əgər psixoloq və xəstə müxtəlif cinsə mənsubdursa, bu zaman əl verib görüşmək 

lüzumsuz  görünə  bilər.  Sonra  siz  bir-birinizə  necə  müraciət  edəcəyinizi  razılaşa 

bilərsiniz.  Bir  çox  hallarda  uşaqlar  və  yeniyetmələri  nəzərə  almasaq,  “Siz”  deyə 

müraciət daha məqsədə uyğun hesab olunur. Gözlərlə əlaqə qurmağa çalışın, lakin 

xəstənin  gözlərinin  içinə  dik  baxmayın,  bu  onları  ya  qıcıqlandıra,  ya  da  çaşdıra 

bilər. 


     Yazı. Bəzən kliniki müsahibə zamanı bəzi qeydlər etmək faydalı olur. Xəstəni 

xəbərdar etməlisiniz ki, bu qeydlər onun vəziyyətini daha yaxşı anlamaq üçündür 

və  məxfilik  şərtləri  pozulmayacaq.  Audio  və  video  lent  yazılarına  gəldikdə  isə 


 

məsələ  mürəkkəbləşir.  Lakin  etiraf  etmək  lazımdır  ki,  istər  təhlil,  istərsə  də 



superviziya  üçün  bu  çox  yaxşı  üsuldur.  Ən  mühasibi  isə  xəstənin  özündən  yazılı 

icazə  almaqdır.  Təbii  ki,  bu  zaman  onu  inandırmaq  lazımdır  ki,  bu  yalnız  onun 

xeyrinədir və gizli saxlanılacaq. Unutmaq olmaz ki, inam və etimad hər hansı bir 

lent yazısından daha vacibdir 

     Vaxt. Xəstəylə kliniki müsahibə müddəti şəraitindən, onun psixi vəziyyətindən 

və bir sıra digər amillərdən asılıdır. Təcrübə göstərir ki, psixoterapiya yönümlü 45-

50 dəqiqəlik söhbət effektli olur. Lakin birinci söhbət daha çox və ya az vaxt apara 

bilər.  Söhbətin  təqribən  nə  qədər  vaxt  aparacağını  pasiyentin  bilməsi 

məqsədəuyğundur. 

    Əgər psixoloq müsahibəyə gecikirsə, xəstəni əvvəlcədən xəbərdar etməsi, ya da 

ondan üzr istəməsi etika və mədəniyyət nümunəsidir. Psixoloqun tez-tez gecikməsi 

onunla  xəstə  arasındakı  münasibətə  xələl  gətirə  bilər.  Bəzi  xəstələr  qəbula 

vaxtından  tez  gəlirlər.  Bu  onların  həyəcanının  artması  ilə  əlaqədar  ola  bilər. 

Digərləri  isə  gecikməyə  meylli  olurlar  –  bu  isə  mütəxəssislə  görüşməmək 

arzusunun  yüksək  olmasını  göstərir.  Belə  hallarda  xəstənin  izahatlarını  (“Mən 

zəngli saatı qurmamışdım”  yaxud”İşim  çox idi”)  formal  izahat  kimi  qəbul etmək 

lazımdır.  Yaxşı  olar  ki,  siz  ondan  görüş  və  sizinlə  söhbət  haqqında  nə 

düşündüyünü  öyrənəsiniz  (məsələn,  “Siz  gəlmək  istəmirdiniz?”).  Müsahibənin 

başlanma  anından  asılı  olmayaraq,  bütün  hallarda  söhbəti  təyin  edilmiş  vaxtda 

qurtarmaq  lazımdır.  Bu,  xəstəyə  vaxtında  gəlməyinin  onun  marağında  olduğunu 

anladır.  Buna  baxmayaraq,  vəziyyətdən  səmərəli  istifadə  etməyə  və  daha  çox  iş 

görməyə çalışın. 



       Məqsədin  müəyyənləşdirilməsi.  Ilk  andan  kliniki  müsahibənin  məqsədi 

pasiyentlə  aydın  olmalıdır.  O  başa  düşməlidir  ki,  sizinlə  ünsiyyət  onun  üçün  nə 

qədər  əhəmiyyətli  və  vacibdir.  Siz  onun  iztirablarını  öyrənərək,  kömək  edə 

bilərsiniz. Xəstə anlamalıdır ki, siz onun tərəfindəsiniz və bütün hallarda siz onun 

maraqlarını  müdafiə  edəcəksiniz.  Bunlardan  əlavə  qabaqcadan  qarşıya  qoyulan 

məqsəddən  asılı  olaraq,  onunla  görüşlərin  sayını  (görüş  cədvəlini)  əvvəlcədən 

müəyyən etməli və eləcə də digər şərtləri  müzakirə etməlisiniz. Əgər qarşıda hər 

hansı  ezamiyyət,  səyahət  varsa,  bu  haqda  pasiyentə  əvvəlcədən  xəbərdarlıq 

etməlisiniz. 

        Kliniki  müsahibənin  stili.  Bu,  sönük  sorğu-suala  və  ya  tanışla  adi  söhbətə 

bənzəmir.  Bir  çoxlarının  təfəkküründə  psixi  sağlamlıq  sahəsində  çalışan 

mütəxəssislərin formal suallar verərək, xəstənin vəziyyətində baş verənlərə laqeyd 

qalması  kimi  mülahizələr  mövcuddur.  Əslində  isə,  kliniki  psixoloq  müsahibəni 

sərbəst, lakin qayğıkeş və emosionallıq fonunda aparmalıdır. Mütəxəssisin sözləri 



 

sadə və aydın olmalıdır. Forma etibarı ilə bu, adi danışıqdan fərqlənməməli, lakin 



xəstənin  ən  çətin  problemlərini  asanlıqla  başa  düşməyə  xidmət  etməlidir. 

Ümumiyyətlə,  psixoloji  söhbət  taktikası  (stili)  hər  bir  mütəxəssis  üçün  olduqca 

mürəkkəb bir prosesdir. Bu texnologiyanı həkim də, psixoloq da daima öyrənməli, 

heç vaxt bu barədə tam səriştəli olduğunu düşünməməlidir. Unutmaq olmaz ki, hər 

bir  insanın  öz  dünyagörüşü,  mədəniyyəti,  biliyi,  xasiyyəti  və  s.  Vardır.  Bunları 

söhbət  əsnasında  duyan  mütəxəssis  olduqca  qeyri-standart  üsullardan  istifadə 

etməli olur. 

     Kliniki  müsahibənin  dayandırılması  arzuolunmazdır  və  bundan  bütün 

imkanlardan  istifadə  etməklə  çəkinmək  lazımdır.  Bu  məqsədlə  qəbul  otağının 

qapısına  “narahat  etməyin”  xahişi  olan  yazı  asılması  və  telefon  zənglərinə 

katibənin cavab verməsi məsləhətdir. Əgər mütəxəssis qapının döyülməsinə və ya 

telefon zənginə reaksiya verməyə məcbur olursa, bunu çox  qısa vaxtda etməli və 

pasiyentdən üzr istəməlidir. Əgər sizi harasa təcili çağırırlarsa, üzr istəmək və əgər 

çağırış qısa müddətli olarsa, onda xəstədən sizi bir neçə dəqiqə gözləməsini xahiş 

etmək  lazımdır.  əgər  siz  əvvəlcədən  bilirsiniz  ki,  müsahibəni  yarımçıq  kəsmək 

məcburiyyətində  qalacaqsınız,  onda  bu  haqda  xəstəyə  əvvəlcədən  xəbərdarlıq 

etməlisiniz.  Bir  qayda  olaraq,  xəstələr  məcburi  vəziyyəti  yaxşı  başa  düşür  və  bu 

səbəbdən narazılıqlar yaranmır. 

      Doğmalar  və  yaxınlar  –  Qohumlar  yalnız  pasiyentin  icazəsi  ilə  söhbətdə 

iştirak  edə  bilərlər.  Əgər  xəstə  özü,  yaxud  ətrafdakılar  üçün  təhlükəlidirsə  və 

yardım  göstərilməsinə  etiraz  edirsə,  xəstəni  müşayiət  edənlər  müsahibədə  iştirak 

edə bilər. Bütün təsadüflərdə öyrənmək lazımdır ki, xəstə kiminsə yanında söhbətə 

razıdırmı. Əgər sizə elə gəlirsə ki, xəstə buna razı deyil, onda bu işdən imtina edin, 

çünki xəstənin sizə olan inamı müşayiətçinin verdiyi  hər hansı  məlumatdan daha 

vacibdir.  Kliniki  psixoloq  xəstənin  öz  doğmalarına  qarşı  münasibətinə  xüsusi 

diqqət yetirməlidir.Xəstənin məxfi verdiyi məlumatlar haqqında danışmaq olmaz, 

lakin  xəstənin  qohumlarının  verdiyi  məlumatları  pasiyentlə  müzakirə  edə 

bilərsiniz.  Buraya  eyni  zamanda  doğmaları  xəstənin  vəziyyəti  haqqında  məlumat 

almaq üçün etdiyi telefon zəngləri də aiddir. Əgər xəstənin icazəsi yoxdursa, sizin 

pasiyent haqda danışmağa ixtiyarınız yoxdur. 

   Bir sıra digər amillər – Kliniki müsahibənin məzmununa güclü təsir edə bilər. 

Bunların  arasında  müsahibəni  aparan  mütəxəssisin  ixtisas  dərəcəsi,n vaxt  seçimi, 

pasiyentin etdiyi şikayətlərin və təyin edilən əlamətlərin mühüm əhəmiyyəti vardır. 

Müsahibənin  düzgün  təşkili  və  məzmunlu  aparılması  kliniki  psixoloqun  ixtisas 

səriştəsi yüksək olmasından xəbər verir. 



 

    Kliniki  müsahibə  zamanı  yaranan  terapevtik  münasibətlər  –  Kliniki 

müsahibə prosesində kliniki psixoloqla pasiyent arasında xüsusi münasibət yaranır. 

Bunlar psixodinamik terminlərlə izah olunur. Buraya ilk növbədə transfer aiddir – 

bu,  pasiyentin  öz  keçmişində  rast  gəldiyi  əhəmiyyətli  insanlarla  bağlı  şüuraltı 

düşüncə  və  hisslərini  hal-hazırda  ünsiyyətdə  olduğu  insana,  əsasən  də  kliniki 

müsahibəni  aparan  mütəxəssisə  aid  etməkdir.  Öz  hisslərinin  xəstəyə  analoji 

proyeksiyası  isə  əkstransfer  adlanır.  Psixoloq  pasiyentlə  ünsiyyətdə  olarkən 

həyəcan hissi keçirə bilər, bu, adətən söhbətin baş verən adi haldır. Bəzən həyəcan 

o  qədər  güclü  ola  bilir  ki,  əsas  məlumatlar  yadda  qalmır.  Məsələn,  müsahibə 

aparan pasiyentin qeyd etdiyi suisidal niyyətə diqqət yetirməyə bilər. Təbii ki, bu 

pasiyentin probleminə münasibətdə yanlış nəticəyə gətirib çıxarır. 

     Terapevtik  saziş  həmsöhbəti  ilə  psixoloq  arasındakı  əlaqənin  əsas 

cəhətlərindəndir.  Psixi  xəstənin  sağlam  və  rasional  imkanlarına  müraciət  edərək, 

pasiyentin  şəxsiyyətinə  hörmətini  qeyd  edərək  və  ona  kömək  etmək  arzusunu 

nümayiş  etdirərək,  psixoloq  öz  həmsöhbətinin  düşüncə  və  emosional  vəziyyətini 

canlandırır, qarşılıqlı etimad yaradır. 

     Kliniki  müsahibədə  bəzən  müqavimət  faktoruna  rast  gəlinir.  Müqavimət 

düşüncəli ola- xəstə öz problemlərini müəyyən səbəblərə görə danışmaya bilər (bu 

halda o sadəcə susur), yaxud da düşüncəsiz ola bilər – o hansısa hadisəni xatırlaya 

bilmir  və  ya  hansısa  mövzudan  danışmaqdan  çəkinir.  Bütün  bu  hallar  kliniki 

müsahibə  apararkən  nəzərə  alınmalıdır.  Bir  sıra  hallarda  gərginləşən  əlaqələrə 

aydınlıq  gətirmək  və  neqativ  halları  neytrallaşdırmaq  üçün  səriştəli  məsləhətlər 

verən, daha çox təcrübəsi olan həmkarınıza müraciət etmək faydalı olur. 

      Söhbətin  quruluşu.  Başlanğıc  –  Bir  qayda  olaraq,  ilk  görüşdə  yaranan 

təəssürat önəmli olur, görüşdən əvvəlki telefon danışığı da böyük əhəmiyyət kəsb 

edir.  Kliniki  psixoloq  görüşün  başlanğıcında  müsahibəni  necə  aparacağını  izah 

etməli, xəstənin buna necə reaksiya verməsi və hansı sözlərlə bunu ifadə etməsinə 

diqqət yetirməlidir. Pasiyentin mimikası, jest, intonasiya və digər hərəkətləri böyük 

əhəmiyyət  kəsb  edir.  Məsələn,  həyəcanlı  görünən  xəstəyə  onun  bu  həyəcanının 

xəstəliklə, yoxsa mütəxəssisin yanına ilk gəlişi ilə bağlı olub-olmaması maraqlıdır. 

Söhbəti  yaxşı  olar  ki,  “Sizin  bura  gəlməyə  nə  vadar  edib?”  yaxud  “İstərdim  ki, 

əvvəlc\ sizin problemləriniz haqqında eşidəm. Sonra əgər ehtiyac olarsa, bir neçə 

sual  verərəm”  kimi  cümlələrlə  başlayasınız.  Söhbətin  əvvəlində  səmimilik  şəraiti 

yarandıqda,  (bu  psixoloqun  səyindən  daha  çox  asılıdır)  müayinənin  gedişi  xeyli 

asanlaşır.  Xəstənin  problemləri  haqqında  xəbərdar  olduğunuzu  qeyd  etməklə 

prosesi asanlaşdıra bilərsiniz. Sonra psixoloq dinləyici mövqeyində durur və çalışır 

ki, xəstənin sözünü kəsməsin, yalnız lazım gəldikdə onu istiqamətləndirsin. Xəstə 



 

söhbətin əvvəlində susursa, bu zaman psixoloq “baş verənlər haqqında daha ətraflı 



danışsın”  deyə  bilər.  Əgər  xəstə  danışarkən,  lüzumsuz  faktlardan  xəbər  verirsə, 

psixoloq ondan “Bununla bağlı nə hiss edirsiniz?” sualına cavab istəyə bilər. Əgər 

xəstə danışarkən, güclü emosionallıq nümayiş etdirirsə, ondan hal-hazırda nə hiss 

etdiyini  soruşa bilərsiniz.  Xəstəni daha  çox  nə narahat  etdiyini  aydınlaşdırdıqdan 

sonra psixoloq müsahibənin ikinci hissəsinə keçə bilər. 

       Müsahibənin  ortası.  Müsahibənin  bu  bölməsində  psixoloq  xəstənin  şəxsi 

xüsusiyyətlərini anlamağa çalışır. Hər bir şəxsin həyatında təhlil tələb edən kifayət 

qədər  faktlar  tapmaq  mümkündür.  Buraya  onun  uşaqlığındakı  və  hal-hazırkı 

inkişafı,  təhsili,  işi,  ailə  həyatı  və  s.  aiddir.  Kliniki  psixoloq  adi  gün  rejimini  və 

xəstəlikdən sonra onun həyatındakı dəyişiklikləri soruşa bilər. Adətən xəstələr belə 

suallara  cavab  verərkən  gərginlik  hiss  etmirlər.  Sonra  psixoloq  söhbəti  xəstənin 

neqativ  emosiyası  ilə  bağlı  daha  əhəmiyyətli  mövzulara,  şəxsiyyətlərarası 

münasibətlərə, baş vermiş uğursuzluqlara və s. istiqamətləndirə bilər.  

        Psixoloq  onların  qalan  vaxtını  xatırlamaqla,  diqqətdən  kənarda  qalan 

mövzuları  öyrənməyə  çalışır,  xəstənin  sualı  olub-olmadığını  öyrənir.  Sonra  o, 

söhbət haqqında öz təəssüratlarını bölüşdürərək tövsiyələr verir, yaxud da kömək 

proqramını hazırlayır və növbəti görüşü planlaşdırır. Söhbətin bu bölməsində lent 

yazısını xəstənin razılığı ilə götürmək və digər lazım olan adamlara, ilk növbədə 

onu  müalicə  edən  həkimə  təqdim  etməyin  mümkünlüyünü  öyrənir.  Kliniki 

müsahibənibn mərhələləri aşağıdakı cədvəldə göstərilmişdir. 

       Texniki  gedişlər.  Kliniki  müsahibənin  əsasını  psixoloqun  verdiyi  suallar  və 

bu sualların pasiyentin problemlərinin həllinə yönəldilməsi, bununla da maraq və 

ümid  yaradılması  təşkil  edir.  Aşağıdakı  cədvəldə  bu  sualların  təsnifatı  və  təqribi 

cavab nümunələri verilmişdir. 



         Kliniki müsahibənin mərhələləri 

Mərhələlər 

Məzmunu 

Başlanğıc 

 

 

 



 

Orta 


 

 

 



 

 

 



a)

 

Əsas problemlər/şikayətlər 



b)

 

Hal-hazırkı xəstəlik 



v)  Baş  verən  hadisələrlə    əlaqədar 

hisslər 


 

a)

 



Xəstənin şəxsiyyəti 

b)

 



Onun həyat tarixçəsi 

v) Hal-hazırkı həyat şəraiti 

q) Məşğuliyyəti 

ğ) Əyləncə və adətlər0 

d) Təhsili 

e) Dəyərlər sistemi 



 

 



 

 

 



 

 

 



 

Yekun 


ə) Dini və mədəni baxışları 

c)  Şəxsiyyətlərarası  ünsiyyət  və 

ətrafdakılarla  sosial  əlaqə,  ictimai 

münasibətlər 

z) Tibbi anamnez 

i) Seksual və ailə həyatı 

k) Xasiyyətin güclü və zəif tərəfləri 

 

a)



 

Qalan vaxt 

b)

 

Diqqətdən 



kənarda 

qalan 


əhəmiyyətli hadisələr 

c)

 



Pasiyentin sualları 

d)

 



Söhbət haqqında ümumi təəssürat 

e)

 



Lent yazısına icazə və digərləri ilə 

əlaqə 


f)

 

Yardım planının tərtibi 



 

 

 Xüsusi  ehtiyat  tədbirləri.  İbarəli  ifadələrdən  istifadə  etməkdən  çəkinin. 

Gündəlik  danışıqda  “psixoloji  terminlərdən”  istifadə  etməyinizə  baxmayaraq, 

kliniki  müsahibədə  professional  ifadələrdən  istifadə  məqsədəuyğun  deyil.  Xəstə 

ona tanış olmayan sözlər eşidərkən, özünü kifayət qədər narahat hiss edir. 



 

Yüklə 177,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin