Kafedra: Kompüter sistemləri və şəbəkələri
Müəllim: Əliyeva Kəmalə
Fənn: Kompüter mühəndisliyinin əsasları
Hazırladı: Qarayev Ömər(650a4)
Mövzu: Alqoritmlər
Alqoritm — verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və hər hansı məsələnin həlli üçün məntiqi əməliyyatların sonlu sayda ardıcıllığıdır
Alqoritm Haqqında
Alqoritmin xassələri
Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Bu şərtlərə alqoritmin xassələri deyilir.
Həmin xassələr aşağıdakılardır:
- Nəticəlilik və sonluluq xassəsi.
Determiniklik (müəyyənlik) Alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu, alqoritmin müəyyənlik xassəsini təşkil edir.
Kütləvilik Bu xassə iki tələbi nəzərdə tutur: 1.Müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır; 2.Alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.
Nəticəvilik Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin.
Diskretlik Alqoritmdəki mərhələlərin hər biri sonlu zaman müddətində yerinə yetirilməlidir. Belə diskret zaman müddəti takt adlanır. Hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetrilməsindən sonra başlayır
Alqoritmin təsvir üsulları
Alqoritmin adi dildə təsviri. Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir.
Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir.
Alqoritm ayrı-ayrı ədədlərlə yox, verilmiş hər hansı obyektlərlə Proqramlaşdırmanın əsas obyekti dəyişəndir.
Proqramlaşdırmada məsələni alqoritmləşdirməkdən qabaq aşağıdakı addımlar yerinə yetirilməlidir: 1. Məsələnin riyazi qoyuluşu: 1.1. ilkin verilənlərin sadalanması; 1.2. nəticələrin sadalanması; 1.3. İlkin verilənlərin məhdudiyyət şərtləri. 2. Riyazi model: nəticələri almaq üçün lazım olan bütün qayda və qanunlar 3. riyazi modelin optimal istifadə olunması
- Mətn şəkildə
- Blok-sxem
- Alqoritm
Başlanğıc və son
Proses (Hesablama bloku)
Budaqlanma bloku
Modifikasiya (Dövr bloku)
Sənəd (Çapetmə bloku)
Daxiletmə
Alqoritmin və ya proqramın başlanğıcı və ya sonu;
Monitordan ilkin verilənlərin daxil edilməsi
Blokun daxilində göstərilən düstur üzrə hesablamanın yerinə yetirilməsi
Blokun daxilində göstərilən müqayisənin yerinə yetirilməsi
Nəticələrin çap qurğusunda çap edilməsi
Alqoritmdə dövrlərin təşkil edilməsi
Blokun Təsviri
|
Blokun adı
|
Blokun funksiyası
|
Budaqlanan alqoritmlərin tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. Bu mərhələdə müəyyən kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq sonrakı gedişin istiqaməti seçilir. Yəni nəzərdə tutulan şərt ödənilirsə, bir istiqamətə, həmin şərt ödənilmirsə, başqa istiqamətə doğru hərəkət edilir. Beləliklə, alqoritmdə budaqlanma baş verir.
Xətti alqoritmlər sadə hesablama prosesini ifadə edən bir neçə ardıcıl əməliyyatlardan ibarət olur və onlar yazıldığı ardıcıllıqla da icra olunur.
Dövrü alqoritm - Alqoritmin hər hansı mərhələsi təkrar-təkrar yerinə yetirilirsə belə alqoritm dövru alqoritm adlanır.
Translyasiyanın iki qaydası var: interpretasiya və kompilyasiya. İnterpretasiya – şifahi tərcüməyə oxşayır. Giriş proqramının hər bir təlimatı tərcümə olununur və yerinə yetirilir. Bu qaydada təkrar təlimatlar hər dəfə kodlaşdırılır. Kompilyasiya isə yazılı tərcüməyə bənzəyir. Proqram yerinə yetirilməzdən qabaq proqramın bütün tərcüməsi yığılır.
İnterpretasiya böyük çevikliyə malik olmaqla asan realizə olunur. Kompilyasiya isə daha effektif proqram yaradır.
Proqramçı isə proqramlaşdırma dillərini bilməklə, qarşıya qoyulan məsələnin kompüterdə həllini həyata keçirmək üçün proqram yazır və onu kompüterdə yerinə yetirir.
Kompilyasiya və interpretasiya
Proqramlaşmanın bütün dilləri verilənlərin aşağıda göstərilən tipləri ilə işləməyə imkan verilir:
- Tam ədədlər
- Məntiqi ədədlər
- Həqiqi ədədlər
- Simvollar
- Mətn tipli ədədlər
- Birtipli verilənlər cədvəli
- Fayllar.
Kompüterin alqoritmi başa düşməsi üçün proqramlaşdırma dillərindən istifadə edilir. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
Dostları ilə paylaş: |