Müəyyən qədər spesifik xüsusiyyətlərə malik elmi dil ilə üzləşən tələ- bəyə bu dildə yazma müəyyən dərəcədə çətin gəlir. Media zamanında, informasiya mübadiləsinin gücləndiyi bir dövrdə qısa mətnlərlə əlaqəyə girən gənclər üçün əhatəli mətnlərin yazılması dəbdən düşməkdədir. Müxtəlif anlayışlar üçün isə internetdən axtarıb hazır mətn tapmaq mümkündür.
Yazmağa maraq yaratmaq strategiyasını inkişaf etdirmək üçün tələbənin kritik refleksiyası, yəni özünü dərk etməsi vacibdir. Yazma probleminin səbəbini aşağıdakı emosional hallarla əsaslandırmaq olar:
Buradan göründüyü kimi, elmi işi uğurlu yazmağın sirri əl qabiliyyəti ilə bağlı deyil. Kreativ yazmaq üçün optimistik yanaşma vacibdir. Şəxsi yazma qabiliyyəti ilə bağlı bütün imkanların üzə çıxması üçün əlverişli atmosferin yaradılmasına ehtiyac vardır. Digər tərəfdən kreativlik texnikalarına yiyələnmək lazımdır. Burada söhbət koqnitiv vərdişlərdən gedir. Yalnız neqativ düşüncələri (“vaxtım yoxdur” və ya “onsuz da alınmayacaq”) müsbətə çevirdikdən sonra müəllif daxili rahatlıq əldə edir və kreativ düşünmə fazasına daxil olur.
Kreativ yazma fikirlərin formalaşmasında müəyyən qədər sərbəstlik tələb etsə də elmi işlərin yazılmasında bu sərbəstlik qoyulmuş şərtlər çərçi- vəsində baş verməlidir. Məsələn, elmi işin adının formulə edilməsində onun dəqiqliyinə ciddi riayət etmək lazımdır. Əksər halda başlığı oxuyan şəxs işə marağını itirə bilər. Çox vaxt titul vərəqində sualların verilməsi fikir çaşqınlığına aparıb çıxara bilər. Ona görə də, titul vərəqinin tərtibi izahedici olmalıdır.
Tələbə ali məktəbdə təhsil aldığı müddətdə əsas diqqətini keyfiyyətli biliklərin əldə olunmasına yönəldir. Burada əsas iş ədəbiyyatlarla işlə- məkdən ibarət olur. Elmi dildə yazma prosesi isə çox vaxt böyük kurs layihələrinin və buraxılış işlərinin tərtibi zamanı qarşıya çıxır. Bu zaman tələbələrin hansı səviyyədə yazma qabiliyyətinə malik olmaları üzə çıxır. Bir çox hallarda tələbələrə qoyulmuş tapşırıq çərçivəsində işin tələb olunan səviyyəsi aydın olmur. Onların çoxu ilk dəfə olaraq elmi mətnin tərtibi ilə qarşılaşır və səhv təssəvürə malik olurlar. Tələbələrin fikrincə elmi iş yazma yalnız oxuduqlarını öz sözləri ilə ifadə etməkdən ibarətdir. Bu isə səhvdir. Elmi işin yazma–təkmilləşdirmə–korrektə prosesləri əsasında mey- dana gələn bir əsərin olmasını onlar çox vaxt gec anlayırlar. Belə hallar tələbənin indiyə qədər yazma qabiliyyətinin inkişafına yol açan imkanlar qıtlığı ilə bağlıdır. Ayrı–ayrı sahələrdə tələbələr aşağıdakı yazma prob- lemləri ilə üzləşə bilərlər:
İlkin fazada tələbələrə onlardan çox vaxt hansı əqli işin tələb olunması tam aydın olmur. Məsələn, ədəbiyyatın araşdırılmasında müx- təlif yollar mümkündür. Verilmiş mövzu ətrafında ədəbiyyatlar ya sadəcə tapılıb toplana və referat şəklinə salına bilər, ya da tənqidi−analiz edilərək təsvir edilə bilər.
Mövzunun dəqiq sərhədlərinin müəyyənləşdirilməməsi tələbənin verilmiş vaxt çərçivəsində işin keyfiyyətlə yazmasına imkan vermir. Bu ədəbiyyatların tapılması və seçilməsində də özünü göstərir.
Mətnin yazılmasında onlar çox vaxt elə ilk andan ədəbiyyatlardan oxuduqları mətnlərin oxşarını yazmağa cəhd edirlər. Bunun mümkün olmadığını anlamayan tələbə yaranan problemləri özünün qabiliy- yətsizliyi kimi qiymətləndirir. İlkin yazılan mətnin korrektə edilməsi metodlarını bilməmək işin gedişini daha da çətinləşdirir. Onlar bilməlidirlər ki, mətn ilkin olaraq qaralama şəklində yazılır, sonra tədricən düzəlişlər edilərək təkmilləşdirilir və lazımi səviyyəyə salınır.
Mətnin başqaları tərəfindən vaxt aşarı tənqidi oxunulmasına imkan yaratmaqla belə problemlərin aradan qaldırılmasına nail olmaq olar.
Tələbə kənardan olan tənqidləri mənfi hal kimi yox, onun işinin mükəmməlləşdirilməsinə bir vasitə kimi qiymətləndirməlidir.
Orta məktəb təhsil prosesində sərbəst elmi mövzularda işlərin yazılması çox az tədris olunduğundan, tələbələrdə yazma kompotensiyasının inkişafı ali məktəblərin üzərinə düşür. Burada söhbət sadəcə işin formal qaydalara uyğun tərtib olunmasından yox, ideyanı əslində sərbəst işləməklə dəqiq, məntiqi və kommunkativ şəkildə mətnə çevirməkdən gedir. Əsasən, ixtisasdan asılı olaraq mətnlə intensiv işləyən tələbələrin sistematik olaraq yazma vərdişlərinin genişlənməsi tədris olunan fənlərin tərkib hissəsinə çevrilməlidir. Yalnız ixtisas fənləri ilə əlaqədə tələbə həmin sahədə mükəmməl mətnlərin tərtibinə nail ola bilər. Bu baxımdan, tələbələr ali məktəb tədris prosesində elmi işin tərtibi üsulları ilə bərabər yazmanın üstünlüklərini də öyrənməlidirlər.