İlkin iş planın tərtibi ilə elmi materialların toplanmasına istiqamət verilmiş olur. Materialın əldə edilməsi ilk növbədə ədəbiyyatların axtarışını əhatə edir. Elmi işdə qoyulmuş məqsəddən asılı olmayaraq həmişə ilkin olaraq artıq mövcud elmi nəticələrə (nəzəriyyə, empirik verilənlər və ya metodlar) istinad edilir. Empirik işlərdə materialın toplanması zamanı əsasən empirik mövzunun həcmi, ona ayrılmış vaxt və iş metodu nəzərə alınmalıdır.
İş planının dəqiqləşdirilməsi və toplanmış materialın qiymətləndirilməsi
Toplamış məlumatların və ədəbiyyatların analizi əsasında iş planının nə dərəcədə dəqiqləşdirilməsinin mümkünlüyü yoxlanılır. Empirik işlərdə bu mərhələ toplanmış məlumatların qiymətləndirilməsini də əhatə edir. Əgər bu mümkün deyilsə, onda mövzunun yenidən öyrənilməsinə qayıdılır və aşkar olunan maneə aradan qaldırılır.
Bu problem olmadıqda iş planının dəqiqləşdirilməsinə başlamaq olar. Əldə olunmuş ədəbiyyat mənbələrinin nəzərdən keçirilməsi planın təkmilləşdirilməsi ilə paralel aparılır. Oxuma zamanı daimi olaraq diqqətdə saxlamaq lazımdır ki,
baxılan ədəbiyyat hansı bölmədə, hansı fəsildə tətbiq oluna bilər,
baxılan ədəbiyyat uyğun gəldiyi bölmənin və ya fəsilin altında bir neçə kəlmə ilə qeyd oluna bilərmi?
Bu yolla mütaliyə zamanı arqumentasiya üçün dəyərli olan ədəbiyyatların itməsi, nəzərdən qaçmasının qarşısı alınır. Ədəbiyyatların seçilməsi və işlənməsinə III fəsildə ətaflı baxılır.
Empirik işlərdə əldə olunmuş məlumatların qiymətləndirilməsi bu mərhələdə yerinə yetirilən ikinci fazadır. Yığma üsulundan (yazılı sorğu formulyarı, müsahubələr və s.) və məqsəddən asılı olaraq qiymətləndirmə prosesi vaxta qənaət üçün xüsusi proqram təminatlarının tətbiqi sayəsində dəqiq planlanmalıdır.
Mövzunun işlənməsi
Ədəbiyyat mənbələri qiymətləndirildikdən, şəxsi arqumentasiya xəttinə daxil edildikdən və empirik qeydlərdən lazım olan məlumatların seçil- məsindən sonra mövzunun işlənməsinə başlamaq olar. Bu mərhələdə mövzu nəticələrinin paralel olaraq qiymətləndirilməsi çaşqınlıq yarada bilər, ona görə də nəticələr ayrıca bölmədə baxılmalıdır.