Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Müh.8. Elmi–tədqiqata şəxsi münasibət



Yüklə 0,79 Mb.
səhifə24/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Müh.8. Elmi–tədqiqata şəxsi münasibət motivasiya. Öyrənmə vərdişlərinə yiyələnmək. Vaxtın düzgün seçilməsi.
Elmi tədqiqata şəxsi münasibət və motivasiya
Tələbə və doktorantların elmi mövzu axtarışında əsas meyar onların elmə olan marağıdır. Burada qarşıda duran kvalifikasiya işi önəmli rol oynayır. Əgər tələbə ali məktəbdə təhsilini başa vurduqdan sonra elmdə qalmaq istəyirsə, onda mövzu elə seçilməlidir ki, o sahədə sonra da poten- sial araşdırmaq imkanları mümkün olsun. Burada iki halı unutmaq olmaz. Birincisi, ilk baxışdan hansı mövzunun daha maraqlı olmasını təyin etmək çətindir. Çox vaxt maraqlı mövzuların işlənməsi gözləniləndən də əmək- tutumlu olur və çox vaxt aparır. İkincisi, onu vurğulamaq lazımdır ki, elmə maraq tədqiqat prosesində daha da güclənir.
Çox vaxt tələbələr “böyük suallar” vəd edən mövzulara can atırlar. Burada onlar başa düşməlidirlər ki, bir buraxılış və ya dissertasiya işi ilə böyük sualların həllini tapmaq mümkün deyil.
Dünyada tədqiq olunan elmi, qum dənəciyi boyda kiçik hissəciklərdən təşkil olunmuş həddən böyük bir mozaika kimi təsəvvür etmək olar. Bu mozaikanı tam şəkildə təsəvvür etmək heç bir insan düşüncəsinə sığan deyil. İnsan yalnız bu qum dənəciklərinin yeri haqqında ideya yürüdə bilər (Bu ideyalar elmi−tədqiqat mövzusudur). Hər bir fərdin gördüyü elmi−tədqiqat işi qum dənəciyi qədər kiçik olsa da, elmin ümumi təka- mülündə vacib yerə malikdir.
Maraqlı mövzunun seçilməsi və onun uğurla başa vurulması tədqiqatçının şəxsi motivasiyasından güclü asılıdır. Motivasiya tələbənin və tədqiqatçının elmə olan marağı ilə bir başa bağlıdır. Elmi işə olan marağın müxtəlif aspektləri ola bilər.
“Motiv” anlayışı instinktiv impulslar, tələbat, bioloji istək, emosiyalar, maraqlar, arzular, həyat məqsədi və s. komponentlərdən ibarət ola bilir . Ona psixoloji durum kimi baxıla bilməz, o insanın nəyəsə tələba- tından doğur. Motivasiyanın həm də, psixoloji haldan fərqi ondan ibarətdir ki, psixoloji hal daha qısa müddətli baş verir. Motiv isə insanın bütün həyatı boyunu əhatə edə bilir. Alimlər psixologiyada motivasiyanı iki hissəyə bölürlər: daxili və xarici. Elmi−tədqiqatla bağlı daxili motivasiyalar tələbələrdə idrak və inkişafa olan tələbatdan doğan ilkin hal kimi formalaşır. Xarici motivasiyalar isə ikinci dərəcəli rol oynayır. Onlar ətraf mühitin təsiri altında (məsələn, iş kollektivində və ya digər sosial sferada daha yaxşı yer tutmaq, daha yüksək maaş almaq) formalaşır. Araşdırmalar göstərir ki, yaradıcı insanlarda daxili motivasiyalar xarici motivasiyaları üstələyir. Bu halda tələbələrdə elmi−tədqiqat işlərindən daha çox zövq, həzz almaq, işdə intellektual uğura can atmaq, problemi həll etməyə səy göstərmək hisləri üstünlük təşkil edir. Onu da qeyd etmək lazımdır ki, motivasiyaları daxili və xarici olaraq sinifləşdirməyin özü şərtidir, çünki onlar arasında sərt sərhəd də yoxdur. Belə ki, motivin təyinatına görə daxili motivasiya insanın özündən şəxsən irəli gələn haldır, xarici motivasiya isə artıq stimul kimi çıxış edir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin