Mühafizənin təmin edilməsi – nsan Hüquqları Müdafi



Yüklə 72.13 Kb.
PDF просмотр
tarix10.07.2017
ölçüsü72.13 Kb.

Mühafizənin təmin edilməsi –  nsan Hüquqları Müdafiəçiləri haqqında Avropa  ttifaqının 

Qaydaları 

 

I. MƏQSƏ

 

1.  nsan hüquqları müdafiəçilərinə dəstək Avropa  ttifaqının insan hüquqları üzrə xarici əlaqələr 



siyasətinin  artıq  ümumi  qəbul  edilmiş  tərkib  hissəsidir.  Bu  Qaydaların  məqsədi  bu  məsələ  ilə 

bağlı A -nin fəaliyyətini gücləndirmək üçün praktiki təkliflər təmin etməkdir. Qaydalar üçüncü 

ölkələrlə  bütün  səviyyələrdə  saxlanılan  əlaqələrdə,  eləcə  də  insan  hüquqlarını  müdafiə  etmək 

hüququna riayət edilməsini təbliğ etmək və dəstəkləmək üçün  ttifaq tərəfindən həyata keçirilən 

səyləri dəstəkləmək və gücləndirmək məqsədilə çoxtərəfli insan hüquqları forumu kimi istifadə 

edilə  bilər.  Qaydalarda  həmçinin  risk  altında  olan  insan  hüquqları  müdafiəçiləri  üçün  ttifaq 

tərəfindən müdaxilələr nəzərdə tutulur və insan hüquqları müdafiəçilərini dəstəkləmək və onlara 

kömək  etmənin  praktiki  vasitələri  təklif  edilir.  Qaydaların  mühüm  hissəsi  BMT-nin  nsan 

Hüquqları Şurasının Xüsusi Prosedurları, o cümlədən  nsan Hüquqları Müdafiəçiləri üzrə BMT-

nin  Xüsusi  Məruzəçisinə  dəstək  və  insan  hüquqları  müdafiəçilərini  qorumaq  üçün  müvafiq 

regional  mexanizmlərdən  ibarətdir.  Qaydalar  A -nin  Missiyalarına  (A -na  Üzv  Dövlətlərin 

Səfirlik  və  Konsulluqları  və  Avropa  Komissiyasının  Nümayəndəlikləri)  insan  hüquqları 

müdafiəçilərinə  yanaşmalarında  kömək  edəcək.  Qaydaların  başlıca  məqsədi  insan  hüquqları 

müdafiəçiləri  ilə  bağlı  xüsusi  məsələləri  həll  etmək  olduğu  halda,  onlar  həmçinin  ümumilikdə 

A -nin insan hüquqları siyasətinin  möhkəmləndirilməsinə təkan verir. 

 

II. ANLAYIŞ 

  

2.  Bu  Qaydaların  məqsədlərinə  uyğun  olaraq,  insan  hüquqları  müdafiəçiləri  anlayışı  BMT-nin  



Ümumi  Qəbul  edilmiş  nsan  Hüquqları  və  Fundamental  Azadlıqları  Dəstəkləmək  və  Müdafiə 

etmək  üçün  Fərdlərin,  Qrupların  və  Cəmiyyət  Orqanlarının  Hüquq  və  Öhdəlikləri  haqqında 

Bəyannaməsinin  1-ci  operativ  bəndinə  (baxın  Əlavə  I)  əsaslanır,  burada  qeyd  edilir  ki,  “Hər 

kəsin fərdi qaydada və ya digərləri ilə birlikdə milli və beynəlxalq səviyyələrdə insan hüquqları 

və fundamental azadlıqların müdafiəsi və həyata keçirilməsini dəstəkləmək və bunun üçün cəhd 

göstərmək hüququ var". 

 

 

 



3.  nsan hüquqları müdafiəçiləri ümumi qəbul edilmiş insan hüquqları və fundamental azadlıqları 

dəstəkləyən  və  müdafiə  edən  fərdlər,  qruplar  və  cəmiyyət  orqanlarıdır.  nsan  hüquqları 

müdafiəçiləri mülki və siyasi hüquqların dəstəklənməsi və müdafiəsi, eləcə də iqtisadi, sosial və 

mədəni  hüquqların  dəstəklənməsi,  müdafiəsi  və  həyata  keçirilməsinə  çalışır.  nsan  hüquqları 

müdafiəçiləri  həmçinin azsaylı  icmalar  kimi  qrupların hüquqlarını  dəstəkləyir  və  müdafiə edir. 

Bu anlayışa zorakılıq törədən və ya təbliğ edən fərdlər və ya qruplar daxil deyil.

 

 

III. G R Ş  



 

4.  A   Ümumi  Qəbul  edilmiş  nsan  Hüquqları  və  Fundamental  Azadlıqları  Dəstəkləmək  və 

Müdafiə  etmək  üçün  Fərdlərin,  Qrupların  və  Cəmiyyət  Orqanlarının  Hüquq  və  Öhdəlikləri 

haqqında Bəyannamədə əks etdirilən prinsipləri dəstəkləyir.  nsan hüquqlarının dəstəklənməsi və 

müdafiəsi ilə bağlı başlıca öhdəlik Dövlətlərin üzərinə düşsə də, A  fərdlər, qruplar və cəmiyyət 

orqanlarının  hamısının  insan  hüquqları  məsələsinin  dəstəklənməsində  mühüm  rol  oynadığını 

qəbul edir.  nsan hüquqları müdafiəçilərinin fəaliyyətlərinə aşağıdakılar daxildir: 

 



  qanun pozuntularının sənədləşdirilməsi; 

 



  hüquqi,  psixoloji  və  ya  digər  dəstəyin  təmin  edilməsi  ilə  həmin  qanun  pozuntularının 

qurbanları üçün müdafiə vasitələrinin araşdırılması; 

 



  insan hüquqları və fundamental azadlıqların sistemli şəkildə və dəfələrlə pozulmasını ört-



basdır etməyə xidmət göstərən cəzasızlıq qrupları ilə mübarizə aparmaq; və 

 



  insan  hüquqları  mədəniyyəti  və  insan  hüquqları  müdafiəçiləri  haqqında  məlumatların 

milli, regional və beynəlxalq səviyyədə tətbiq edilməsi. 

 


5.  nsan  hüquqları  müdafiəçilərinin  işinə  çox  vaxt  dövlət  siyasətləri  və  fəaliyyətlərinin  tənqid 

edilməsi  daxildir.  Lakin  dövlətlər  bunu  mənfi  qəbul  etməməlidirlər.  Dövlət  siyasətləri  və 

fəaliyyətlərində fikir müstəqilliyi və sərbəst müzakirəyə yer ayırmaq prinsipi əsas prinsipdir və 

insan  hüquqlarının  daha  yaxşı  səviyyədə  müdafiəsi  üçün  yoxlanılmış  və  sınaqdan  keçirilmiş 

üsuldur.  nsan  hüquqları  müdafiəçiləri  dövlətlərə  insan  hüquqlarının  dəstəklənməsi  və 

müdafiəsində  kömək  edə  bilər.  Məsləhətləşmə  prosesinin  bir  hissəsi  kimi,  onlar  müvafiq 

qanunvericiliyin  tərtib  edilməsinə  kömək  etməkdə  və  insan  hüquqları  üzrə  milli  planlar  və 

strategiyaların  hazırlanmasına  kömək  etməkdə  mühüm  rol  oynaya  bilər.  Bu  rol  da  həmçinin 

qəbul edilməli və dəstəklənməlidir. 

 

6. A  təsdiq edir ki, illər keçdikcə insan hüquqları müdafiəçilərinin fəaliyyətləri daha geniş qəbul 



edilir.  Onlar  qanun  pozuntularının  qurbanlarını  getdikcə  daha  çox  müdafiə  edirlər.  Lakin  bu 

nailiyyət  baha  qiymətə  başa  gəlmişdir:  insan  hüquqları  müdafiəçilərinin  özləri  çox  vaxt 

həmlələrin  hədəfinə  çevrilir  və  onların  hüquqları  bir  çox  ölkələrdə  pozulur.  A   hesab  edir  ki, 

insan  hüquqları  müdafiəçilərinin  təhlükəsizliyini  təmin  etmək  və  onların  hüquqlarını  müdafiə 

etmək  vacibdir.  Bu  nöqteyi-nəzərdən  insan  hüquqları  müdafiəçiləri  məsələsinə  yanaşdıqda 

gender perspektivinin tətbiq edilməsi zəruridir. 

 

IV. OPERAT V QAYDALAR 

 

7.  Bu  Qaydaların  operativ  hissəsi  Ümumi  Xarici  və  Təhlükəsizlik  Siyasəti  kontekstində  insan 



hüquqları müdafiəçilərinin dəstəklənməsi və müdafiə edilməsi istiqamətində  səmərəli işin üsul 

və vasitələrini müəyyən etmək üçün nəzərdə tutulur. 

 

 


Monitorinq, hesabat vermə və qiymətləndirmə 

 

8.  A -nin  Missiya  Rəhbərlərindən  akkreditə  olunduqları  ölkələrdə insan  hüquqlarının  vəziyyəti 



haqqında  dövri  hesabatları  təqdim  etmək  tələb  olunmuşdur.  nsan  Hüquqları  üzrə  şçi  Partiya 

Ş

urası  (COHOM)  bu  tapşırığı  asanlaşdırmaq  üçün  faktiki  məlumatların  xülasəsini  təsdiq 



etmişdir.  Bu  faktiki  məlumatlara  uyğun  olaraq,  Missiyalar  öz  hesabatlarında  insan  hüquqları 

müdafiəçilərinin  vəziyyətinə  nəzər  salmalı,  xüsusilə,  insan  hüquqları  müdafiəçilərinə  qarşı  hər 

hansı  hədələr  və  ya  təhlükələrin  baş  verməsini  qeyd  etməlidirlər.  Bununla  bağlı  MR-lər 

bilməlidir  ki,  institusional  çərçivə  insan  hüquqları  müdafiəçilərinin  öz  işlərini  təhlükəsizliklə 

həyata  keçirə  bilməsi  imkanlarına  böyük  təsir  göstərə  bilər.  BMT-nin  nsan  Hüquqları 

Müdafiəçiləri  haqqında  Bəyannaməsində  istinad  edilən  hər  hansı  hüquqların  qanuni  icrası 

nəticəsində  insanları  hər  hansı  zorakılıq,  hədə,  təqib,  faktiki  və  ya  hüquqi  mənfi  ayrı-seçkilik, 

təzyiq və ya hər hansı digər müstəbidliyə qarşı müdafiə etmək üçün Dövlətlər tərəfindən həyata 

keçirilən qanunverici, hüquqi, inzibati və ya digər müvafiq tədbirlər kimi məsələlər bu baxımdan  

məqsədəuyğun sayılır. 

 

9.  A -nin  Missiya  Rəhbərlərinin  insan  hüquqları  üzrə  yerli  işçi  qruplarının  iclaslarında  insan 



hüquqları  müdafiəçilərinin  vəziyyəti  ilə  maraqlanmaları  tələb  olunur.  O  cümlədən  insan 

hüquqları müdafiəçilərinə qarşı hədələr və hücumlar ilə bağlı hökmlər, eləcə də insan hüquqları 

müdafiəçilərinin  birbaşa  və  ya  ciddi  təhlükə  altında  olduğu  hallarda  diplomatik  addımlar  və 

rəsmi bəyanatlarla bağlı tələb olunduğu hallarda MR-lər mümkün A  tədbirinin görülməsinə dair 

COHOM-a tövsiyələr verməlidir. MR-lər birbaşa və ya ciddi təhlükə altında olan insan hüquqları 

müdafiəçilərini dəstəkləmək üçün yerdə təxirəsalınmaz tədbirin görülməsi və Avropa tədbirinin 

davam  etdirilməsi  üçün əhatə  dairəsi  ilə  bağlı  tövsiyələrlə  birlikdə  COHOM  və  digər  əlaqədar 

işçi  qruplara  məlumat  verilməsi  haqqında  qərar  qəbul  edə  bilər.  MR-lər  həmçinin  öz 

hesabatlarında  A   tədbirinin  səmərəliliyi  haqqında  məlumat  verməlidir.  Bundan  başqa, 

Missiyalar  insan  hüquqlarının  qadın  müdafiəçilərinin  üzləşdiyi  konkret  risklərə  xüsusi  diqqət 

göstərməlidirlər. 

 

10. MR-in hesabatları və  nsan Hüquqları Müdafiəçiləri üzrə Xüsusi Məruzəçi, BMT-nin digər 



Xüsusi  Məruzəçiləri  və  Saziş  orqanları  və  Avropa  Şurasının  nsan  Hüquqları  üzrə  Komissarı, 

eləcə də qeyri hökumət təşkilatlarının hesabatları və tövsiyələri kimi digər əlaqədar informasiya 

COHOM  və  digər  müvafiq  işçi  qruplarına  A   tədbirinin  tələb  olunduğu  vəziyyətləri  müəyyən 

etməyə  və  görüləcək  tədbirlər  haqqında  qərar  qəbul  etməyə  və  ya  müvafiq  olduqda  həmin 

tədbirlə bağlı PSC/Şuraya tövsiyələr verməyə imkan yaradacaq. 


 

nsan hüquqları müdafiəçilərinin dəstəklənməsi və müdafiə edilməsində A  Missiyalarının 

rolu 

 

11. Üçüncü ölkələrin bir çoxunda A  Missiyaları (A -na Üzv Dövlətlərin Səfirlikləri və Avropa 



Komissiyasının  Nümayəndəlikləri)  ttifaq  və  ona  Üzv  Dövlətlərlə  ölkədəki  insan  hüquqları 

müdafiəçiləri  arasında  əsas  əlaqə  nöqtəsi  kimi  xidmət  göstərir.  Ona  görə  də,  onlar  insan 

hüquqları  müdafiəçilərinə  yönəldilmiş  A   siyasətinin  həyata  keçirilməsində  mühüm  rol 

oynamalıdırlar.  Bunun  üçün  A   Missiyaları  insan  hüquqları  müdafiəçilərinə  yönəldilmiş  fəal 

siyasəti  qəbul  etməlidirlər.  Onlar  həmçinin  bilməlidirlər  ki,  müəyyən  hallarda  A   tədbiri  insan 

hüquqları  müdafiəçilərinə  qarşı  hədələr  və  ya  hücumlarla  nəticələnə  bilər.  Ona  görə  də  onlar 

müvafiq  olduqda,  nəzərdə  tutulacaq  tədbirlərlə  bağlı  insan  hüquqları  müdafiəçiləri  ilə 

məsləhətləşməlidirlər.  Tədbir  A   adından  həyata  keçirilərsə,  A   missiyaları  insan  hüquqları 

müdafiəçiləri  və/ya  onların  ailələrinə  bununla  bağlı  məlumatı  təqdim  etməlidirlər.  A  

Missiyalarının görə biləcəyi tədbirlərə aşağıdakılar daxildir: 

 



  insan  hüquqlarının  qadın  müdafiəçilərinə  xüsusi  diqqət  yönəltməklə,  bu  qaydaların 



həyata  keçirilməsi  üçün  yerli  strategiyaların  hazırlanması.  A   Missiyaları  yadda 

saxlamalıdır  ki,  bu  Qaydalar  mülki,  mədəni,  iqtisadi,  siyasi  və  ya  sosial  hüquq 

olmasından  asılı  olmayaraq,  insan  hüquqlarını  dəstəkləyən  və  müdafiə  edən  insan 

hüquqları müdafiəçilərinə şamil edilir. A  Missiyaları yerli strategiyaların tərtib edilməsi 

və monitorinqinə insan hüquqları müdafiəçiləri və onların təşkilatlarını cəlb etməlidirlər; 

 



  insan  hüquqları  ilə  bağlı  yerdə  vəziyyət,  bu  sahədə  A -nin  siyasəti,  və  insan  hüquqları 

müdafiəçiləri haqqında A  qaydalarının həyata keçirilməsi üçün yerli strategiyanın tətbiqi 

kimi  mövzuları  müzakirə  etmək  məqsədilə  ildə  ən  azı  bir  dəfə  insan  hüquqları 

müdafiəçilərinin iclasının təşkil edilməsi; 

 



  sıx  əlaqə  saxlamaq  və  insan  hüquqları  müdafiəçiləri,  o  cümlədən  təhlükə  altında  olan 



tərəflər haqqında informasiyanı bütün tərəflərə açıqlamaq; 

 



  insan hüquqları müdafiəçiləri ilə lazımi əlaqələrin saxlanılması, o cümlədən Missiyalarda 

onların  qəbul  edilməsi  və  onların  iş  sahələrinin  ziyarət  edilməsi;  bu  məqsədlə  zəruri 

olarsa, öhdəliklərin bölüşdürülməsi əsasında xüsusi koordinatorun təyin edilməsi nəzərə 

alına bilər; 



 

  müvafiq  olduqda  mediadan  –  o  cümlədən  internet  və  yeni  informasiya  və  rabitə 



texnologiyalarından  –  təbliğatdan,  lazımi  şəkildə  istifadə  etməklə  insan  hüquqları 

müdafiəçilərinin  və  onların  işinin  vizual  tanınmasının  təmin  edilməsi,  bu  məqsədlə 

onların  aldıqları  mükafatların  təqdim  edilməsi  kimi  məqsədlərlə  görüşlərin  və  ya 

dəvətlərin keçirilməsi; 

 



  müvafiq  olduqda  nəzarətdə  və  ya  ev  dustağı  olan  insan  hüquqları  müdafiəçilərinə  baş 



çəkmək və onların məhkəmə işlərində müşahidəçi kimi iştirak etmək. 

 

Üçüncü ölkələrlə əlaqədar və çoxtərəfli arenada insan hüquqları müdafiəçilərinə hörmətin 



təbliğ edilməsi 

  

12.  A -nin  məqsədi  insan  hüquqları  müdafiəçilərinin  hüquqlarına  hörmət  etmələri  və  qeyri-



Dövlət iştirakçılarının hücumlarından və hədələrindən onları müdafiə etmələri ilə bağlı üçüncü 

ölkələrin  öz  öhdəliklərini  həyata  keçirmələri  üçün  onlara  təsir  etməkdir.  Üçüncü  ölkələrlə 

ə

laqələrində,  zəruri  hesab  etdiyi  hallarda,  A   bütün  ölkələrin  müvafiq  beynəlxalq  norma  və 



standartlara,  xüsusilə  də  BMT-nin  Bəyannaməsinə  uyğunlaşmaları  və  onlara  riayət  etmələrinin 

zəruri  olduğunu  izhar  edəcəkdir.  nsan  hüquqları  müdafiəçilərinin  sərbəst  fəaliyyət  göstərə 

biləcəyi mühiti yaratmaq ümumi məqsəd olmalıdır. A  məqsədlərinin insan hüquqları siyasətinin 

ayrılmaz hissəsi kimi tanınmasını təmin edəcək və insan hüquqları müdafiəçilərinin müdafiəsinə 

verdiyi  vacibliyi  vurğulayacaq.  Bu  məqsədlərə  dəstək  olaraq  görüləcək  tədbirlərə  aşağıdakılar 

daxildir: 

 



  Sədrlik edən ölkə və ya Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə və 



ya  nsan  Hüquqları  üzrə  BK/AN-nin  Şəxsi  Nümayəndəsi  və  ya  A -nin  Xüsusi 

Nümayəndələri  və  ya  Üzv  Dövlətlərin  və  ya Avropa  Komissiyasının  Xüsusi  Elçiləri  və 

ya nümayəndələri üçüncü ölkələrə səfər etdikdə, onlar müvafiq olduqda insan hüquqları 

müdafiəçiləri ilə görüşlər keçirməlidir ki, bu görüşlərdə də fərdi hallar və insan hüquqları 

müdafiəçilərinin işi ilə bağlı qaldırılan məsələlər onların səfərinin ayrılmaz hissəsi kimi 

ünvanlanmalıdır; 

 



  A   və  üçüncü  ölkələr  və  regional  təşkilatlarla  siyasi  dialoqların  insan  hüquqları 



komponenti  insan  hüquqları  müdafiəçilərinin  vəziyyətini  əhatə  edəcək.  A   insan 

hüquqları  müdafiəçiləri  və  onların  işinə  dəstəyini  vurğulayacaq  və  zəruri  hallarda  fərdi 



narahatlıq doğuran məsələləri qaldıracaq. A  insan hüquqları üzrə dialoqlar haqqında A -

nın Qaydalarına uyğun olaraq, dialoqun hazırlanması, izlənməsi və qiymətləndirilməsinə 

insan  hüquqları  müdafiəçilərinin  ən  uyğun  şərtlər  altında  cəlb  edilməsinə  diqqət 

göstərəcək; 

 



  A  Missiya Rəhbərləri və A  Səfirlikləri üçüncü ölkələrin səlahiyyətli orqanlarına təhlükə 



altında olan və ya ola biləcək insan hüquqları müdafiəçilərinin müdafiəsi üçün səmərəli 

tədbirlərin həyata keçirilməsi ilə bağlı götürdükləri öhdəlikləri xatırladacaqlar; 

 



  əsasən  BMT-nin  nsan  Hüquqları  Şurası  və  BMT-nin  Baş  Assambleyasında  digər 



həmfikir ölkələrlə yaxından işləmək; 

 



  müvafiq  hallarda,  nsan  Hüquqları  Şurasının  Ümumi  Dövri  cmalı  üzrə  öhdəliyi  olan 

ölkələrə  öz  qanunvericilik  və  təcrübələrini  BMT-nin  nsan  Hüquqları  Müdafiəçiləri 

haqqında Bəyannaməsinə uyğunlaşdırmağı tövsiyə etmək; 

 



  insan  hüquqları  müdafiəçilərinin  müdafiəsi  üçün  mövcud  regional  mexanizmlərin 

dəstəklənməsi, buraya ATƏT-in Demokratik Təsisatlar və  nsan Hüquqları ofisinin insan 

hüquqları  müdafiəçiləri  və  milli  insan  hüquqları  təsisatları  üçün  əlaqə  saxlanılmalı 

şə

xslər, Avropa Şurasının  nsan Hüquqları üzrə Komissarı,  nsan və Xalqların Hüquqları 



üzrə  Afrika  Komissiyasının  nsan  Hüquqları  Müdafiəçiləri  üzrə  Xüsusi  Məruzəçisi,  və 

nsan Hüquqları üzrə Amerika Daxili Komissiyanın  nsan Hüquqları Müdafiəçiləri üzrə 

Xüsusi Bölməsi və bunların mövcud olmadığı yerlərdə uyğun mexanizmlərin yaradılması 

daxildir. 

 

BMT-nin  nsan  Hüquqları  Şurasının  Xüsusi  Prosedurları,  o  cümlədən  nsan  Hüquqları 

Müdafiəçiləri üzrə Xüsusi Məruzəçiyə dəstə

 

13.  A   başa  düşür  ki,  müstəqillikləri,  qərəzsizlikləri  və  dünya  miqyasında  insan  hüquqları 



müdafiəçilərinə  qarşı  qanun  pozuntuları  haqqında  danışa  bilmək  və  ölkələrə  səfərləri  həyata 

keçirə  bilmək  imkanlarına  görə  BMT-nin  nsan  Hüquqları  Şurasının  Xüsusi  Prosedurları  (və 

onları  həyata  keçirən  fərdlər  və  qruplar:  Xüsusi  Məruzəçilər,  Xüsusi  Nümayəndələr,  Müstəqil 

Ekspertlər  və  şçi  Qrupları)  insan  hüquqları  müdafiəçilərini  müdafiə  etmək  baxımından 

beynəlxalq cəhdlərin göstərilməsi üçün vacib prosedurlardır.  nsan Hüquqları Müdafiəçiləri üzrə 

Xüsusi  Məruzəçinin  bununla  bağlı  xüsusi  rolu  olduğu  halda,    digər  Xüsusi  Prosedurların 



mandatları da insan hüquqları ilə əlaqədardır. Xüsusi Prosedurları dəstəkləmək məqsədilə A -nin 

tədbirləri aşağıdakılardan ibarət olacaq: 

 



  BMT-nin Xüsusi Prosedurlarına əsasən ölkə səfərlərinə dair verilən müraciətləri prinsip 



olaraq qəbul etmələri üçün dövlətləri həvəsləndirmək; 

 



  A -nin  Missiyaları  vasitəsilə  insan  hüquqları  üzrə  yerli  icmaların  və  insan  hüquqları 

müdafiəçilərinin  BMT-nin  tematik  mexanizmlərindən  istifadə  etmələrini,  digər 

məsələlərdən  başqa  o cümlədən,  tematik  mexanizmlər  və  insan  hüquqları  müdafiəçiləri 

arasında  əlaqələrin  yaradılmasını  və  onlar  arasında  informasiya  mübadiləsinin  təmin 

edilməsini dəstəkləmək;  

 



  Adekvat  resursların  olmadığı  halda  Xüsusi  Prosedur  mandatları  həyata  keçirilə 

bilmədiyindən,  A -na  Üzv  Dövlətlər  Birləşmiş  Millətlər  Təşkilatının  nsan  Hüquqları 

üzrə Ali Komissarlığına ümumi büdcədən lazımi vəsaitin ayrılmasını dəstəkləyəcək. 

 

nsan Hüquqları Müdafiəçiləri üçün, o cümlədən  nkişaf Siyasəti vasitəsilə praktiki dəstə

 

14.  Demokratik  proseslər  və  təsisatların  inkişafına  və  inkişaf  etməkdə  olan  ölkələrdə  - 



Demokratiya  və  nsan  Hüquqları üçün  Avropa Aləti  kimi  insan  hüquqlarının dəstəklənməsi  və 

müdafiə edilməsinə kömək etmək məqsədi güdən Avropa  ttifaqı və Üzv Dövlətlərin proqramları 

insan  hüquqları  müdafiəçilərinə  kömək  etmək  üçün  mövcud  geniş  çeşidli  praktiki  dəstək 

sırasındadır.  Buraya  digər  məsələlərlə  yanaşı,  Üzv  Dövlətlərin  inkişaf  üzrə  əməkdaşlıq 

proqramları daxil ola bilər. Praktiki dəstək aşağıdakılardan ibarət ola bilər: 

 



  potensial  imkanların  artırılması  və  ictimai  məlumatlandırma  kampaniyaları  kimi 

fəaliyyətlərin  aparılması  ilə  insan  hüquqları  müdafiəçilərini,  eləcə  də  insan  hüquqları 

müdafiəçilərinin  fəaliyyətini  dəstəkləyən  və  müdafiə  edən  QHT-lərin  dəstəklənməsi  və 

QHT-lər,  insan  hüquqları  müdafiəçiləri  və  milli  insan  hüquqları  təsisatları  arasında 

ə

məkdaşlığın gücləndirilməsi; 



 

  nsan hüquqlarının təşviqi və müdafiəsi üçün Paris Prinsiplərinə uyğun olaraq yaradılmış 



milli orqanların, o cümlədən, Milli  nsan Hüquqları Təsisatları, Ombudsman Ofisləri və 

nsan  Hüquqları  Komissiyalarının  yaradılmasınin  və  işinin  həvəsləndirilməsi  və 

dəstəklənməsi. 


 

  beynəlxalq  səviyyədə,  o  cümlədən  həm  A   daxilində,  həm  də  A -dən  kənarda  insan 



hüquqları  müdafiəçilərinin  görüşlərinin  keçirilməsi  ilə  insan  hüquqları  müdafiəçilərinin 

şə

bəkələrinin yaradılmasına kömək etmək; 



 

  üçüncü  ölkələrdə  insan  hüquqları  müdafiəçilərinin  xaricdən  resurslarla,  o  cümlədən 



maliyyə  resursları  ilə  təmin  olmasını,  həmin  resursların  mövcudluğu  və  onları  almaq 

üçün müraciətlərin verilməsi yolları haqqında insan hüquqları müdafiəçilərinin məlumatlı 

olmasını təmin etməyə çalışmaq; 

 



  insan hüquqları üzrə təhsil proqramlarında digərləri ilə yanaşı BMT-nin  nsan Hüquqları 

Müdafiəçiləri haqqında Bəyannaməsinin təşviq edilməsini təmin etmək; 

 



  üçüncü  ölkələrdə  təhlükə  altında  olan  insan  hüquqları  müdafiəçilərinə  yeyin  yardım 



göstərilməsi  və  onların  müdafiəsi  üçün  tədbirlərin  görülməsi,  buraya  müvafiq  olduqda, 

fövqəladə  vizaların  verilməsi  və  A -na  Üzv  Dövlətlərdə  müvəqqəti  sığınacağın  təmin 

edilməsi daxildir. 

 

Ş



uranın  şçi Partiyalarının vəzifəsi 

 

15. Öz mandatına uyğun olaraq, Şuranın digər müvafiq  şçi Partiyaları ilə sıx əlaqə saxlamaqla 



COHOM  nsan  Hüquqları  Müdafiəçiləri  haqqında  Təlimatların  həyata  keçirilməsinə  və 

izlənməsinə nəzarət edəcəkdir. Buraya aşağıdakılar daxildir: 

 



  insan hüquqları müdafiəçiləri ilə bağlı məsələnin müvafiq A  siyasətlərinə və tədbirlərinə 



inteqrasiyasını dəstəkləmək; 

 



  Bu Qaydaların həyata keçirilməsinə nəzarəti mütəmadi intervallarda tətbiq etmək; 

 



  insan hüquqları müdafiəçilərinin dəstəklənməsində BMT və digər beynəlxalq və regional 

mexanizmlərlə əməkdaşlığın növbəti yollarını araşdırmağa davam etmək; 



 



  bu Qaydaların həyata keçirilməsi istiqamətində əldə edilən nailiyyətlər haqqında PSC və 



COREPE vasitəsilə hər il Şuraya hesabat vermək. 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə