Mühasibat uçotu və audit kafedrası Mühasibat uçotu fənninin tədrisinə dair proqrami



Yüklə 2.68 Mb.
səhifə1/35
tarix06.09.2017
ölçüsü2.68 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   35
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Dövlət Aqrar Universiteti

Mühasibat uçotu və audit kafedrası

Mühasibat uçotu

fənninin tədrisinə dair


PROQRAMI
050407-Menecment ( alman ) ixtisası üçün

Azərbaycan Respublikasının Təhsil Nazrliyi

Elmi-metodik Şurası 14 iyun 2005-ci il

tarixli iclasının Qərarı ilə qrif verilmişdir

(pr.№ 25) ADAU-nun 17 mart 2010-cu il

tarixli iclasının EŞ 7/5 18 №-li qərarı ilə

yenidən işlənərək nəşr olunması məsləhət

bilir.



Tərtib edənlər: Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühasibat uçotu və

audit” kafedrasının müdiri dosent Pərvin Elman qızı Muxtarova, dos. Mehman Məzahir oğlu Hüseynov, kafedranın baş müəllimləri Zirəddin Məcid oğlu Hüseynov, Svetlana Bahadur qızı Həşimova və Allahverdiyeva Cavahir Cavanşir qızı tərəfindən hazırlanmışdır.

Universitetin elmi-metodiki şurasının “______” 2017-ci il tarixli prot. N ____ qərarı işə təsdiq edilmişdir.

“Mühasibat uçotu və audit” kafedrasının “______” 2017 –ci il tarixli ____ saylı iclasında müzakirə edilərək, nəşrə tövsiyyə edilmişdir.

“Aqrobiznes və idarəetmə” fakültəsinin “Elmi Şurasının ____ 2017-ci il tarixli _____ saylı iclasında müzakirə edilmiş və kafedranın qərarı təsdiq edilmişdir.
Rəyçilər: Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühasibat uçotu və

audit” kafedrasının professoru Y.B.Əhmədov

Maliyyə və iqtisadi nəzəriyyə ” kafedrasının dosenti, iqtisad

elmləri namizədi C.N.İsmayılov



İZAHAT VƏRƏQİ
Bu fənnin tədrisi üçün 90 saat ( o cümlədən mühazirə 30, təcrübə məşğələsi 60 saat ) nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası iqtisadiyyatının sərbəst bazar iqtisadiyyatı şəraitində inkişafı, həyata keçirilən iqtisadi islahatlar, qəbul olunmuş qanunverici və normativ sənədlər müəssisələrin düzgün idarə olunması ilə əlaqədar olaraq mühasibat uçotu nəzəriyyəsi və təcrübəsinin, metodoloji prinsiplərinin qeniş həcmdə öyrənilməsini tələb edir. Bununla əlaqədar olaraq mühasibat uçotu sistemində əsaslı islahatlar aparılması çox vacibdir.

Mühasibat uçotu-iqtisadi siyasətin əsas hissəsidir, müəssisənin istehsalat təsərrüfat fəaliyyətinin və kapitalın dövriyyə prosesinin idarə edilməsinin mühüm mexanizmidir, uçot informasiyalarının toplanması və sistemə salınması ilə məşğul olur.

Mühasibat uçotu fənninin öyrənilməsi idarəetmə qərarlarının qəbul edilməsi üçün, uçot informasiyalarından istifadə olunmasına, müxtəlif mülkiyyət formalarının təsərrüfatçılıq subyektlərinin kapitalının dövriyyəsi və vəziyyəti, mühasibat uçotunun təşkili sahəsində gələcək mütəxəssislərin nəzəri biliklərinin və təcrübəvi bacarıqlarının, vərdişlərinin formalaşmasına kömək edir.

24 mart 1995-ci ildə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Mühasibat uçotu haqqında qanunda mülkiyyətin qorunub saxlanmasında mühasibat uçotunun roluna, müəssisələrdə mühasibat uçotunun düzgün təşkil edilməsinə xüsusi əhəmiyyət verilir.

“Mühasibat uçotu” kursunun öyrənilməsində məqsəd-kənd təsərrüfatı müəssisələrində, xidmətedici təşkilatlarda, kəndli-ailə (fermer) təsərrüfatlarında, kiçik müəssisələrdə, xarici iqtisadi fəaliyyətdə mühasibat uçotunun təşkilini öyrənməkdən ibarətdir.

Tələbələr kursun öyrənilməsi əsasında kənd təsərrüfatı müəssisələrində mühasibat uçotunun aparılma praktikasına yiyələnməklə, uçotun aparılma texnikasını, uçotun mütərəqqi formasını və onun aparılma üsullarını mənimsəməli və müasir tələblərə uyğun olaraq mühasibat uçotunun mexanikləşməsi əsasında müasir uçot sistemi və beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq müəssisələrdə mühasibat uçotu hesabatın düzgün və səmərəli qurulmasını bacarmalı, mühasibat uçotunun mütərəqqi formasını tətbiq etməli, hesabatın düzgün tərtib edilməsini təmin etməlidir.

Mövzu 1.Mühasibat uçotunun mahiyyəti və vəzifələri.

Mühasibat uçotunun predmeti və metodu.
Müəssisənin idarə edilməsində informasiya və onun əhəmiyyəti.Təsərrüfat uçotu, onun əmələ gəlməsi və onun inkişaf tarixi .Təsərrüfat uçotunun növləri və ölçüləri. Operativ uçot, statistika uçotu, mühasibat uçotu.

Mühasibat uçotu onun vəzifələri və ona göstərilən tələblər. Mühasibat informasiyalarının istifadəçiləri. Mühasibat uçotunun iqtisadi nəzarətdə və idarəetmədə rolu. Mühasibat uçotunun əsas prinsipləri. Bazar iqtisadiyyatında mühasibat uçotunun konsepsiyası. Mühasibat uçotunun təkmilləşməsinin əsas istiqamətləri.

Sahibkarlıq fəaliyyətində təsərrüfat uçotunun təkmilləşməsinin xüsusiyyətləri və əhəmiyyəti.

Mühasibat uçotunun predmeti. Mühasibat uçotunun həyata keçirilməsinin əsas sahəsi kimi müəssisələr (birliklər). Təsərrüfat vasitələri və onların mənbələri. Onlar arasında olan bərabərlik. Təsərrüfat prosesləri və onların nəticələri. Təsərrüfatın sahə xüsusiyyəti və mülkiyyət formalarından mühasibat uçotunun obyektlərinin asılılığı. Təsərrüfat əməliyyatları haqqında anlayış.

Mühasibat uçotunun metodu haqqında anlayış. Mühasibat uçotu metodunun elementləri: sənədləşdirmə, inventarizasiya, qiymət, kalkulyasiya, hesab ikitərəfli qeyd, balans və hesabat.

Mühasibat uçotunun predmeti və metodunun əlaqəsi.



Mövzu 2. Mühasibat balansı.
Mühasibat balansının ümumi xarakteristikası. Mühasibat balansının aktiv və passivi. Balans bölmələri və maddələri. Balansda əks etdirilən müəssisə vəsaitlərinin qiymətləndirməsi. İqtisadi məzmunu və təsərrüfat vəsaitlərinin təsnifatı və onların əmələ gəlmə mənbələrinə görə balansın quruluşu.

Təsərrüfat əməliyyatlarının təsiri nəticəsində balansda əmələ gələn dəyişiklik tipləri.

Balansın məzmununun xalq təsərrüfat sahələrinin xüsusiyyətlərində asılılığı. Müəssisənin idarə etmək üçün balansın əhəmiyyəti.
Mövzu 3. Mühasibat hesabları və ikitərəfli yazılış.
Mühasibat uçotu hesabları haqqında anlayış. Hesabların quruluşu. Hesabların debiti və krediti. Təsərrüfat vasitələri hesabları (aktiv) və təsərrüfat vasitələrinin əmələ gəlmə mənbələri hesabları (passiv).

Təsərrüfat əməliyyatlarının hesablarda ikitərəfli qeydi və onun əsaslandırılması. Hesabların müxabirləşməsi və onun əhəmiyyəti. Dövriyyələr və hesabların qalıqları.

Sintetik və analitik hesablar, onların təyinatı, xüsusiyyətləri və qarşılıqlı əlaqəsi. Subhesablar haqqında anlayış.

Carı mühasibat uçotu məlumatlarının ümumiləşdirilməsi. Sintetik və analitik uçotu hesabları üzrə dövriyyə cədvəlləri, saldo cədvəlləri, onların nəzarət əhəmiyyəti.

Mühasibat uçotunun hesablar sistemi və onların təsnifatı. Hesabların təsnifatı.

Mühasibat uçotunun hesab planı haqqında anlayış. Vahid hesab planı, onun əhəmiyyəti və kənd təsərrüfatında tətbiqi xüsusiyyətləri.

Əmlakın, öhdəliklərin və təsərrüfat əməliyyatlarının qiymətləndirilməsi.
Mövzu 4. Sənədləşmənin təşkili.
İlkin müşahidə təsərrüfat uçotunun əsası. İlkin müşahidənin sənədlərin tərtibində rolu.

Sənəd haqqında ümumi anlayış. Sənədləşmə, onun mahiyyəti və mühasibat uçotunda rolu. Mühasibat sənədlərinin iqtisadi və hüquqi məzmunu. Sənədlər ilk uçot məlumatların daşiyicilarıdır. Təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi. Sənədlərin qəbulu, yoxlanması və işlənməsi qaydaları. Mühasibat sənədlərinin təsnifatı. Sənədlərin rekvizitləri. Sənəd dövriyyəsinin təşkili.

Mühasibat sənədlərinin standartlaşdırılması və ixtisar edilməsi.Sənədlərin saxlanma qaydası.

Mövzu 5. Uçot registrləri, mühasibat uçotunun formaları və

mühasibat uçotunun təşkili.
Uçot registrləri və onların mühasibat uçotunda rolu. Uçot registrlərində yazılış qaydası və üsulları. Uçot registrlərinin növləri və formaları. Xronoloji və sistematik yazılışlar haqqında anlayış. Uçot registrlərində yazılışlara göstərilən tələblər. Uçot registrlərində yazılışlara qarşılıqlı nəzarət. Uçot registrlərində səhv yazılışların düzəldilməsi üsulları.

Mühasibat uçotunun formaları haqqında anlayış. Uçotun formasını müəyyən edən əsas əlamətlər. Müasir uçot formaları: memorial-order, jurnal-order, mühasibat uçotunun avtomatlaşmış forması.

Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun təşkilinin metodoloji əsasları. Mühasiat uçotunun təşkili formaları.

Mühasibat xidməti; Müəssisəlrdə mühasibat uçotunun təşkilinin planlaşdırılması. Mühasibat aparatı, onun quruluşu və funksiyası.

Baş mühasibin ( böyük mühasibin) vəzifələri, hüquqları və məsuliyyəti.

Müxtəlif mülkiyyət formalı müəssisələrdə mühasibat uçotunun təşkili.Müəssisədə sənədlərin saxlanmasının - arxivin təşkili.

Mühasibat uçotuna rəhbərlik.

Müasir şəraitdə mühasibat uçotunun informasiya təminatı, onun əhəmiyyəti və vəzifələri.




Mövzu 6. Pul vəsaitlərinin uçotu.
Pul vəsaitlərinin iqtisadi mahiyyəti və pul vəsaitlərinin uçotunun vəzifələri.

Kassa əməliyyatlarının uçotu. Kassa əməliyyatlarının aparılması qaydası. Kassa sənədləri. Kassa kitabının aparılması. Kassirin hesabatı.

Hesablaşma əməliyyatlarının uçotu.

Xarici valyuta əməliyyatlarının uçotu.

Banklardakı xüsusi hesablarda olan vəsaitlərin uçotu.

Pul sənədlərinin və yolda olan pul köçürmələrinin uçotu. Qısa müddətli maliyyə qoyuluşlarının uçotu.

Uçotun kompüter formasında pul vəsaitlərinin uçotu.
Mövzu 7. Hesablaşmaların və kredit əməliyyatlarının uçotu.
Hesablaşma əməliyyatlarının uçotunun düzgün təşkilinin əhəmiyyəti və vəzifələri. Nagdsız hesablaşmalar haqqında anlayış. Təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu. Verilmiş və alınmış veksellər üzrə hesablaşmaların uçotu. Maddi zərərlərin ödənilməsi üzrə hesablaşmaların uçotu. Müxtəlif debitor və kreditorlarla hesablaşmaların uçotu. Sığorta üzrə hesablaşmaların uçotu. Maliyyə orqanları ilə hesablaşmaların uçotu.

Kredit əməliyyatlarının uçotunun vəzifələri. Qısamüddətli ssudanın sintetik və analitik uçotu. Uzunmüddətli bank kreditlərinin sintetik və analitik uçotu. Müəssisə işçiləri üçün bank ssudaları və onların uçotu.

Mühasibat uçotunun kompüter formasında pul vəsaitləri, hesablaşmalar və kredit əməliyyatlarının uçotu. Uçot nomenklaturalarının kodları və təsnifləyiciləri. Sənədlərin maşınla işlənməsi üçün hazırlanması. Pul vəsaitləri, hesablaşmalar və kredit əməliyyatlarının uçotu üzrə maşınoqramlar və onlardan istifadə.

  1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə