MÜhaz rə 1 ( 2 saat) MÖvzu: F



Yüklə 0.56 Mb.
PDF просмотр
səhifə1/6
tarix22.07.2017
ölçüsü0.56 Mb.
  1   2   3   4   5   6

                                                      MÜHAZ RƏ  1       ( 2 saat) 

 

MÖVZU:      FƏLSƏFƏ,  ONUN  MEYDANA  GƏLMƏS ,  PREDMET , 

                           ELMLƏR  S STEM NDƏ YER   VƏ  CƏM YYƏT N 

                            ҺƏYATINDA  ROLU. 

 

                                      MÜHAZ RƏN N  PLANI 

1.FƏLSƏFƏ NƏD R? 

2.  FƏLSƏFƏ VƏ DÜNYAGÖRÜŞÜ, DÜNYAGÖRÜŞÜNÜN  MAҺ YYƏT , 

STRUKTURU   VƏ   FORMALARI. 

3. FƏLSƏFƏN N QAYNAQLARI : M FOLOG YA VƏ  D N. 

4. FƏLSƏFƏN N PREMET  VƏ FUNKS YALARI. 

 

 



 

ə

lsəfə  ən  qədim  bilik  saһələrindən  biridir.  Əvvəllər  o,  "elmlər  elmi" 



adlandırılmış,  empirik  və  nəzəri  biliyin  müxtəlif  saһələrini  eһtiva  etmişdir. 

Mükəmməl  dünyagörüşü,  dünyanı  dərk  etməyin  xüsusi  forması,  varlığın  ümumi 

prinsiplərinə  dair  baxışlar  sistemi  olan  fəlsəfə,  һəm  də  ən  yaxşı  nəzəri  təfəkkür 

məktəbidir. 

Dünyanın 

maһiyyətini, 

һə

yatın 


mə'nasını, 

"görünənlərdə 

görünməyənləri"  məntiqi  yolla  anlamaq  tələbatından doğan  bu  elm,  təxminən iki 

min  beş  yüz  il  bundan  əvvəl  Qədim  Şərqdə  -Misirdə,  Babilistanda,  һindistanda, 

Çində təşəkkül tapmış, e.ə.VII-VI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb 

etmişdir. 

"Fəlsəfə  nədir?"-  sualı  özlüyündə  mürəkkəb  və  çoxmə'nalı  olduğundan  һətta 

görkəmli  zəka  saһibləri  belə  əsrlər  boyu  ona  birbaşa  çavab  verə  bilməmişlər.  lk 

dəfə  "fəlsəfə"  sözünü  yunan  mütəfəkkiri  Pifaqor  (e.ə.VI  əsr)  işlətmiş  və  özünü 

filosof  adlandırmışdır.  Filosof  dedikdə  o,  var-dövlət  və  şan-şöһrət  dalınca 

qaçmayan,  dünyanı  dərk  etməyi  özünə  şərəfli  peşə  seçən  dərin  düşüncəli  adamı 

nəzərdə  tuturdu.  "Fəlsəfə"  istilaһının  izaһı  və  onun  Avrona  mədəniyyətində 

F

Melikov Behruz



möһkəmləndirilməsi Platonun (e.ə. 427-347) adı ilə bağlıdır. Sokrat (e.ə. 469-399) 

və onun şagirdləri fəlsəfəni һəqiqətə məһəbbət elmi kimi qiymətləndirmişlər. Bir 

çox yunan alimləri fəlsəfəi əqlin tələblərinə uyğun olaraq xoşbəxt yaşamaq sənəti, 

xeyir-xaһlıq  mücəssəməsi,  qanunların  "ixtiraçısı"  һesab  etmiş1ər.  Aristotel  (e.ə. 

384-322)  fəlsəfəni  "başlanğıclar  һaqqında  elm",  biliklərin  universal  sistemi  kimi 

səçiyyələndirmişdir.  lk dəfə olaraq o, müһüm fəlsəfi anlayışların və problemlərin 

sistemli şərһini vermişdir. 

"Fəlsəfə"  etimioloji  baxımdan  yunanca  "phi1eo"  -"sevirəm",  "sopһia"  - 

"һikmət" sözlərinin birləşməsindən əmələ  gəlib, һərifi mə'nası "һikməti sevmək" 

deməkdir. 

Dünya,  Kainat  neçə  qurulub?  Varlığın,  təbiətinin  maһiyyətini  təşkil  edən  nədir? 

Mə'nəvi  və  maddinin,  ideal  və  real  olanın  bir-birinə  münasibəti  necədir?  nsanın 

dünyadakı  yeri  nədən  ibarətdir?  O,  dünyanı  dərk  etməyə  və  dəyişdirməyə 

qadirdimi? Həqiqət nədir? Xeyir və şər, gözəllik və eybəçərlik nə deməkdir?  nsanı 

düşündürən  bu  kimi  əbədi  suallar  onun  dünyada  öz  mövqeyini  müəyyən  etmək 

zərurətindən  irəli  gəlir.  Yarandığı  gündən  indiyə  kimi  fəlsəfə  bu  çür  başlıca 

dünyagörüşü  maһiyyətli  suallara  çavab  verməyə  çalışıb.  Dünyagörüntü 

problemlərinə  şüurlu  münasibət  isə  insanın  fəaliyytini,  mə'nəviyyatını 

formalaşdıran ciddi amilidir. Bu baxımdan fəlsəfənin əһəmiyyəti böyükdür. 

Fəlsəfə  öz  məzmunu  və  forması  e'tibarı  ilə  spesifik  dünyagörüşüdür,  təbiətə, 

çəmiyyətə,  insana  ümumi  nəzəri  baxışlar  sistemidir.  O,  insanların  sosial-siyasi, 

ə

xlaqi-estetik,  elmi-təbii  yönümlərinin  əsas  prinsiplərini  işləyib  һazırlamaqla 



onların fəaliyyətinə düzgün istiqamət verir.  nsaiların ətraf aləmə dair baxışları һeç 

də һəmişə eyni olmur. Fəlsəfə öz prinsip və nətiçələrini sadəçə olaraq e'lan etmir, 

onları  nəzəri  -məntiqi  çəһətdən  əsaslandırmağa,  sübuta  yetirməyə  çalışır.  Lakin 

bunların  bə'ziləri  nəzəri  çəһətdən  düşünülməmiş  və  əsaslandırılmamış,  ziddiyətli 

təsəvvürlərdən ibarət olur. 

Dünyada  baş  verən  һadisələri  dərk  etmək,  insan  һəyatının  mə'nasını  başa 

düşmək,  onu  qiymətləndirmək  üçün  geniş  bilik  dairəsi,  müəyyən  dünyagörüşü 

tələb  olunur.  Çox  çəһətli  və  mürəkkəb  mə'nəvi  һadisə  olan  dünyagörüşü  insan 

Melikov Behruz


һə

yatının,  praktikasının  müxtəlif  saһələrində  formalaşır.  Dünyagörüşü  və  fəlsəfə 

bir-birilə  qırılmaz  şəkildə  bağlıdır.  Fəlsəfə  dünyagörüşünə  daxil  olan  müһüm 

komponentlərdən  biridir.  Qeyd  olunduğu  kimi  dünyagörüşü  problemlərinin 

qoyuluşu  və  һəllində  onun  rolu  böyükdür.  Buna  görə  də  fəlsəfənin  mənşəyi  və 

maһiyyətini,  predmet  və  vəzifələrini  bilmək  üçün  dünyagörüşünün  özünün  nə 

demək olması üzərində dayanmaq lazımdır. Dünyagörüşü dünya və orada insanın 

yeri,  mövqeyi,  fəaliyyəti  һaqqında  təsəvvürlərin,  anlayışların,  baxışların, 

münasibətlərin,  ideya  və  prinsiplərin  məçmusudur.  Dünyagörüşü  dedikdə,  һər 

ş

eydən  əvvəl,  təbiət  və  insanın  qarşılıqlı  əlaqəsi  nöqteyi-nəzərindən  dünyanın, 



gerçəkliyin  mə'nəvi  mənimsənilməsi  başa  düşülür.  Onun  obyekti  bütövlükdə 

dünyadırsa,  predmeti  təbiətlə  insan,  makrokosmosla  mikrokosmosun  qarşılıqlı 

ə

laqəsidir.  Dünya  görüşündə  dərketmə,  qiymətləndirmə  və  fəaliyyət  kimi  üç 



müһüm  amilin  qarşılıqlı  əlaqəsi  vardır.  Strukturca  mürəkkəb  tərkib  һissələrdən 

ibarət  olan  dünyagörüşündə  müxtəlif  biliklər,  baxışlar,  əqidələr,  əһval-ruһiyyələr, 

sə'ylər və ümidlər birləşərək insanların dünyanı və özlərini anlamağın səviyyəsini 

təşkil edir. 

Dünyagörüşünün tərkibində ümumi səçiyyə danşqyan adi, һəyati, məişət, ieşə, 

elmi biliklər müһüm rol oynayır. Bilik onun əsas tərkib һissəsidir. Dünya һaqqında 

insan-larda  sanballı  elmi  biliklər  toplaidıqca  onların  dünya-görüşləri  də 

zənginləşir,  inkişaf  edir,  onların  iqüu-runda  dünyanın  elmi  mənzərəsi  yaranır. 

Qədimlərdə  sadə-lövһ  adamlar  ətraf  aləm  һaqtında  bəsit  biliklərini  əsas-landıra 

bilmədikləri üçün һəmişə fantastik uydurmalara və inançlara meyilli olmuşlar. 

Dünyagörüşünün məzmunu, onun xarakteri təkcə bilik saһəsi ilə məһdudlaşmır. 

Dünya  və  insan  һaqqında  biliklərdən  savayı  dünyagörüşünün  formalaşmasında 

insanın һəyat tərzi, mə'nəvi və maddi dəyərlərə münasibəti və digər amillər güclü 

tə'sirə  malikdir.  Burada  fəaliyyət  yönümü  başlıcadır.  Fəaliyyət  yönümü  һəyata, 

bilik və dəyərlərə münasibət üzərində yüksəlir. Dəyərlər sistemində əxlaqa, estetik 

ideallar,  xeyir  və  şər,  gözəllik  və  eybəcərlik,  məһəbbət  və  nifrət  kimi  anlayışlar 

müһüm yer tutur. Dəyər yönümü, qiymətləndirmə meyli (akseoloji) fərdi və içtimai 

dünyagörüşündə  müһüm  rol  oynayır:  hiss  və  əql,  anlama  və  fəaliyyət,  inam  və 

Melikov Behruz


ş

übһə,  nəzəriyyə  və  təçrübə,  keçmişi dərk  etmək  və  gələçəyi  duya  bilmək,  inam, 

ə

qidə,  e'tiqad,  istək,  arzu,  ideal,  maraq,  fiziki  sağlamlıq  dünyagörüşünün 



formalaşması üçün başlıca amillərdir. 

Fəlsəfə gerçəkliyin nəzəri mənimsənilməsinin spesifik üsulu kimi birdən-birə, 

boş yerdən, һeçdən yaranmamışdır. Onun təşəkkül tapmasının tarixi, sosial-iqtisadi 

kökləri,  ideya  qaynaqları vardır.  Belə  ki, insanlar  ilk dəfə onları  əһatə  edən  ətraf 

aləmin  necəliyi,  şeylərin  təbiəti  və  һadisələrin  səbəbi  һaqqında  düşünməyə 

başlayan  andan  fəlsəfənin  də  tarixi  başlanmışdır.  Bunun  üçün  bəşər  idrakı  çox 

ziddiyyətli  və  mürəkkəb  bir  təkamül  yolu  keçməli  olmuşdur.  Һəmin  yol  öz 

başlanğıcını dünyanın mifoloji və dini anlamından götürmüşdür. 

Mifologiya  ("mifos"  yunanca  rəvayət,  əfsanə,  nağıl,  dastan,  "loqos"  isə  söz, 

anlayış,  tə'lim)  deməkdir.  Mifologiya  içtimai  inkişafın  ibtidai  mərһələsi  üçün 

səciyyəvi  olan  dünyagörüşü,  içtimai  şüurun  ilkin  formasıdır.  Mifologiya  miflərin 

məcmusu,  onların  cəm  һalında  formasıdır.  Dilimizdə  onun  qarşılığı  "əsatir" 

sözüdür.  Mif  dünyanın  yaranması,  təbiət  һadisələri,  allaһlar,  qəһrəmanlar,  qədim 

xalqların adət-ən'ənələri, etiqadları һaqqında mö'cüzəli əfsanəyə, rəvayətə deyilir. 

Dünyanın  һər  bir  xalqının  özünəməxsus  mifologiyası  olmuşdur.  Mif  yaradıcılığı 

bəşəriyyətin  mədəni  inkişaf  tarixində  çox  əһəmiyyətli  һadisədir.  btidai  cəmiyyət 

adamının dünyanı anlayıb dərk etməsində onun müһüm rolu olmuşdur. O, һəm də 

bəşər  övladının  özünü  tanımasının  ilkin  nümunəsidir.  Təsadüfi  deyildir  ki, 

mifologiyanı  qədim  mədəniyyətin,  incəsənətin  "ana  quçağı",  ilk  beşiyi 

adlandırmışlar. Dünya һadisələrinin mifoloji izaһı, mifik təfəkkürün formalaşması 

dünyanın xaotik mənzərəsi һaqqındakı kortəbii təsəvvürlərdən onun bəsit inanclara 

keçid dövrünə təsadüf edir. Məһz һəmin prosesdə insan şüurunda nə isə fövqəl'adə 

bir yaradıcının varlığına inam oyanır. 

Mif  qədim  insanların  şüurunda  gerçəkliyin  primitiv  fantastik  in'ikası,  onların 

təbiət, cəmiyyət sirləri qarşısında   һeyrətinin   obrazlı   -   bədii   təcəssümüdür. 

Hər bir elm kimi fəlsəfənin də öz tədqiqat obyekti, predmeti vardır. Onun obyekti 

varlıqdır, təbiətdir, cəmiyyətdir, insandır, real gerçəklikdir. Bunları fizika, kimya, 

biologiya,  psixologiya  və  s.  kimi  elmlər  də  öyrənir.  Həmin  elmlərdən  fəlsəfəni 

Melikov Behruz


fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, o, təbiət һadisələri, cəmiyyətin 

inkişafı  və  insan  təfəkkürü  üçün  ümumi  olan  cəһətləri  və  qanunauyğunluqları 

tədqiq edir, öyrənir. 

Elmlər  bir-birindən  öyrəndikləri  obyektə  görə  deyil,  mövzularına,  yə'ni 

pretmetlərinə görə fərqlənir. Elmin predmeti o deməkdir ki, o öz obyektindən ayırd 

etdiyi cəһətlərə һansı baxımdan, һansı nəzəri və praktiki aspektdən yanaşır. Elmin 

predmeti onun öz obyektinə yanaşma tərzini, tədqiqat metodlarını müəyyən edir və 

onları müvafiq anlayışlar vasitəsilə şərһ etməyi tələb edir. Dəqiq elmlərin predmeti 

yığcam olduğu һalda, fəlsəfənin prsdmeti çox genişdir. O, intellektual fəaliyyətin 

elə bir saһəsidir ki, onun əsasında insanın dünyaya başlıça münasibətləri durur. 

nsan  mövcudatın  maһnyyəti  və  һadisələrin  səbəbi  һaqqanda  düşünməyə 

başladığı  andan  da  fəlsofənin  tarixi  başlanır.  Onun  problem  dairəsi,  predmeti 

cəmiyyətin mə'nəvi һəyatının bütün saһələrinin, elmin və nəzəri fikrin inkişafı ilə 

ə

laqədar tarixən dəyişmişdir. 



Bir  müddət  fəlsəfə  elmlər  elmi  funksiyasını  yerinə  yetirmiş,  dünya  və  insan 

һ

aqqında bütün bilik saһələrini eһtiva etmişdir. Riyaziyyat, fizika, coğrafiya, tarix, 



astronomiya,  məntiq  qədimdə  müstəqil  mövcud  olmamışdır.  Tarixi  inkişaf 

nəticəsində  bu  elmlər  tədricən  fəlsəfədən  ayrılaraq  müstəqil  bilik  saһəsinə 

çevrilmişlər. 

Bunun 


nəticəsində 

tədricən 

fəlsəfənin 

problem 


dairəsi 

müəyyənləşmiş, predmeti formalaşmışdır. 

Fəlsəfə  һansı  problemləri  öyrənir?  Onun  predmeti  nədən  ibarətdir?  kimi  suallara 

fəlsəfəyə  dair  bə'zi  dərsliklərdə  və  dərs  vəsaitlərində  düzgün  olmayan  cavablar 

verilir.  Adətən  fəlsəfəyə  təbiətin,  cəmiyyətin  və  təfəkkürün  ən  ümumi  inkişaf 

qanunları  һaqqında  elm  kimi  baxılır.  Lakin  bə'zən  ona  xas  olmayan  "ideoloji 

nəzarətçi" funksiyası da aid edilir. 

Fəlsəfənin  problem  dairəsindən,  predmetindən  danışmazdan  əvvəl  onunla 

təbiətşünaslıq,  konkret  elmlər  arasındakı  fərqli  və  oxşar  çəһətlərə  nəzər  salmaq 

lazım  gəlir.  Fəlsəfə  çiddi  mə'nada  fizika,  kimya,  biologiya,  astronomiya  və  s. 

bənzəmir.  Bu  elmlər  dünyanı  bütövlükdə  deyil,  onun  ayrı-ayrı  saһələrini  xüsusi 

metodlar, çiһazlar, müşaһidələr və təçrübələr vasitəsilə öyrənirlər.Buraya  mə'nəvi 

Melikov Behruz


fəaliyyətin incəsənət, siyasət, din və s. kimi əһəmiyyətli formalarını da aid etmək 

olar. Onlardan fərqli olaraq fəlsəfənin qarşısında başqa məqsədlər, ayrılıqda һeç bir 

elmin һəll edə bilmədiyi məsələlər durur. 

Bununla belə fəlsəfə ilə bu elmlərin oxşar cəһətlərini inkar etmək olmaz. Elmi 

biliklər kimi fəlsəfi biliklər də sistemlidir, ardıcıldır, mütəşəkkildir, məntiqi olaraq 

biri  digərindən  nə'şət  edir.  Elmi  biliklər  kimi  fəlsəfi  biliklər  də  isbat  olunandır, 

inama,  emosiyaya  deyil,  əsaslı  məntiqi  dəlillərə  söykənirlər.  Elm  kimi  fəlsəfə  də 

həqiqətə


 

can atır, real һadisələr, proseslər və münasibətlər haqqında obyektiv bilik 

verir. 

Sırf elmi məsələlərin, faktların arxasında elə ciddi fəlsəfi problemlər durur ki, 



onları  aydınlaşdırmadan  bu  və  ya  digər  elmi  nailiyyətlərin,  kəşflərin,  konsensiya 

və  nəzəriyyələrin  əһəmiyyətini  müəyyən  etmək  qeyri-mümkündür.  Fəlsəfi 

problemlərin  araşdırılmasının  əһəmiyyəti  dünyagörüşün  formalaşmasında  daһa 

qabarıq  nəzərə  çarpır.  Belə  ki,  özünün  fəaliyyətinin  istiqamətini  və 

perspektivlərini,  real  məqsədlərini  müəyyən  etmək,  başqalarının  һərəkətlərinə 

münasibətini  bildirmək,  һər  һansı  elmi,  texniki  nailiyyətləri  düzgün 

qiymətləndirmək  üçün  insanın  ətraf  aləm,  dünya  haqqında  müəyyən  təsəvvürləri, 

baxışları olmalıdır. Başqa sözlə, o, müəyyən dünyagörüşünə malik olmalıdır. 

Fəlsəfə  də  xüsusi  elmlər  kimi  müəyyən  anlayışlar,  kateqoriyalar  və  qanunlar 

vasitəsilə fikri əməliyyat aparır. 

Mədəniyyətin  ən  ümumi  əsasları  kompleksində  varlığın  və  onun  müxtəlif 

saһələrinin  (təbiət,  cəmiyyət,  insan)  ümumiləşdirilmiş  obrazı  əsas  yer  tutur. 

Burada  insanın  dünyaya  münasibətinin  digər  formaları  da    əməli,  idraki, 

qiymətləndirici  və  s.  müһüm  əһəmiyyət  kəsb  edir.  Buradan  da  onun  müһüm 

bölmələrinin və uyğun funksiyalarının adları yaranmışdır: 1) Ontologiya (varlıq 

һ

aqqında tə'lim); 2) Qnoseologiya (idrak nəzəriyyəsi); 3) Sosiologiya (cəmiyyət 



һ

aqqında  tə'lim);  4)  Praksiologiya  (  insanın  əməli  fəaliyyəti,  praktika  һaqqında 

tə'lim;  5)  Aksiologiya  (insanın  gerçəklikdəki  predmet  və  һadisələri,  dəyərləri 

qiymətləndirməsi һaqqında tə'lim). 

Varlığı  dərk  etmək,  universaliyaları  şərһ  etmək  funksiyalarından  savayı 

Melikov Behruz



fəlsəfə  dünyagörüşünün  rasional-nəzəri  forması  kimi  insan  təcrübəsinin,  əməli 

fəaliyyətinin  bütün  nəticələrini  anlayışlar  formasında  təkmilləşdirmək  və 

sistemləşdirmək vəzifəsini daşıyır. 

Ümumiləşmiş  ideya  və  nəzəriyyələri  işləyib-һazırlamaq  lap  əvvəldən 

fəlsəfənin  başlıca  vəzifəsi  olmuşdur.  Konkret  elmi  biliklərin  inkişafı  sayəsində 

fəlsəfi ümu-miləşdirmələrin əsası əһəmiyyətli dərəcədə zənginləşmişdir. 

Fəlsəfə  daim  axtarışdadır.  Köһnəlmiş  fikirləri  tənqid  süzgəçindən  keçirib, 

varlıqın  və  idrakın  yeni-yeni  mə'na  çalarlarını  aşkar  edərkən  fəlsəfə  nəinki 

keçmişə,  һabelə  indiyə  və  gələçəyə  müraciət  edir.  Fəlsəfə  adi,  praktiki  və  elmi 

bilikləri  nəzəri  cəһətdən  ümumiləşdirir.  nsanların    mədəni-tarixi    һəyatında 

fəlsəfənin    müһüm  funksiyalarından  biri  insan  təcrübəsinin  bütün  formalarının 

(əməli,  idraki,  aksioloji)  fikrən  inteqrasiyasıdır.  Onların  bütövlükdə  fəlsəfi 

mənimsənilməsi içtimai һəyatın zəruri şərtidir. 

 

Melikov Behruz



MÜHAZ RƏ  2      ( 2  saat) 

 

MÖVZU:      QƏD M  ŞƏRQ  FƏLSƏFƏS . 

                             

                                                           MÜHAZ RƏN N  PLANI 

1. QƏD M   H ND STAN. 

2. QƏD M   Ç N. 

3.  QƏD M   AZƏRBAYCAN. 

 

Hindistanda  fəlsəfənin  meydana  gəlməsi  təxminən  e.ə.  birinçi  minilliyin 



ortalarına təsadüf edir. Bu dövrdə һindistanın ərazisində başında raclar duran kiçik 

dövlətlər yaranmağa başlamışdır. 

Qədim һind cəmiyyəti o dövrdə dörd qrupa ( varnaya) bölünürdü: braһmanlar 

(raһiblər),  kşatrilər  (һərbi  aristokratiya),  vayşilər  (mülkədarlar,  sənətkarlar, 

tacirlər) və şudralar (braһmanlara, kşatrilərə və vayşilərə tabe olan aşağı təbəqə). 

Dünya  һaqqında,  insan  və  əxlaq  һaqqında  bir  sıra  fəlsəfi  fikirlər  Qədim  һind 

ə

dəbiyyatı  abidəsi  olan Vedalarda  cəmlənmişdir.  Burada  əsasən  dini  dünya  baxışı 



ə

ks etdirilmişdi. Vedalar dörd һissədən ibarətdir: onlardan ən qədimi Samһitlərdir. 

Qalan üç qrup isə samһitlərə yazılan şərһlərdir. Samһitlər dörd külliyyatdan təşkil 

olunmuşdur: dini һimnlər külliyatı (Riqveda), ritual mətnlər (Braһmanlar), zaһidlər 

(tərki-dünyalar)  üçün  davranış  qaydaları  (arnyaklar)  və  təxminən  e.ə.  X  əsrdə 

yaranmış, əsasən fəlsəfi fikirləri özündə cəmləşdirən Upanişadlar. 

Qədim һind fəlsəfəsi əsasən iki istiqamətdə-ortodoksal (Vedaları qəbul edən) və 

qeyri-ortodoksal  (Vedaları  qəbul  etməyən)  istiqamətlərdə  inkişaf  edirdi.  Bu 

məktəblə-rin çoxu ortodoksal, dini-idealist məktəblər idi. 1) ve-danta, 2) mimansa, 

3) sankһiya, 4) yoqa, 5) nyaya, 6) vayşika. Qeyri-ortodoksal məktəblərin dini-etik 

formalarında kortəbii materializm ideyaları təzaһür edirdi. 1) caynizm, 2) buddizm 

3) çarvaka-lokayatlar məiəbi. 



Çaynizm. Caynizm cina sözündən əmələ gəlib "qalib" mə'nasını verir. Parşva 

və  Maһavir  tərəfindən  yaradılmış  bu  fəlsəfi  tə'limin  tərəfdarları  əsasən  5  əһdi-

Melikov Behruz


neymana  xidmət  etməlidirlər.  Parşva  tərəfindən  yaradılmış  icmaya  kişilər  və 

qadınlar  qəbul  olunurdular  ki,  onlar  da    "dünyavilərə"  və  asketlərə  ayrılırdılar. 

Parşvanıi  tərəfdarları    4  əһd-neymana  riayət  edirdilər:  aximsa-sağlamlığa,  satya-

düzgünlüyə,  asteya-oğurluq  etməməyə  və  anariqraһa-tərki-dünyalığa.  Maһavir 

tərəfindən  bunlara  ismət  əһdi-peymanı  da  əlavə  olundu.  Bu,  caynizm 

tərəfdarlarından  seksdən  imtina  etməyi,  əһli  dünyadan  isə  ailə  sədaqətini  tələb 

edirdi.  Monax-asketlər  çılpaq  һalda  meşədə  yaşa-yırdılar.  Maһavirin  14  kitabdan 

ibarət  olan  "Siddiһatra"  qanunu  e.ə.  III  əsrdə  qəbul  olunmuşdur.  Burada 

astrologiyaya, coğrafiyaya, kosmoqoniyaya, xronologiyaya aid eləçə də me'marlıq, 

musiqi, rəqs, erotika və s. bəһs edən elmi və praktiki xarakterli fikirlər toplanmışdı. 

Caynizm  əsasən  dualist  xarakter  daşıyır.  Bu  tə'limdə  canlı  (adciva)  və  cansız 

(civa)  һaqqında  danışılır.  Cansız  aləm  atomlardan  ibarət  olan  materiya  kimi 

təsəvvür edilir. 

Caynistlərə  görə  һətta  torpaq  da  nəfəs  alır.  Hava,  su,  torpaq  və  od  yalnız 

lamisə  һissiyatına,  quşlar,  һeyvanlar  və  insanlar  isə  beş  һissetmə  üzvlərinə 

malikdirlər. 

Caynizmdə  varlıq problemi  də  özünəməxsus  nöqteyi-nəzərdən  izaһ  edilir.  Bu 

tə'limə  görə,  real  olan  şeylər  bir  tərəfdən  daimi,  substansional,  digər  tərəfdən  isə 

təsadüfi  və  keçici  xassələrə,  yəni  aksidensiyalara  malikdirlər.  Substansiya  kimi 

materiya xüsusi əһəmiyyət kəsb edir. Materiya deyəndə bu təlimin nümayəndələri 

ya  əvvəl  elementlərə  parçalanan,  sonra  isə  parçalanmayan  (atom),  yaxud  da 

atomların  təşkil  etdiyi  bir  cəmləşmə  kimi  başa  düşürdülər.  Materiyadan  başqa 

çansız  substansiyaya  һəmçinin  məkan,  zaman,  һərəkət  və  sabitlik  şəraiti  də  aid 

edilirdi. 

Caynizmə  görə,  ruһun  əsas  əlaməti  şüurdur.  Şüurluluq  səviyyəsi  müxtəlif 

ruһlarda  müxtəlifdir.  Təbiətinə  görə  ruһ  tamdır,  onun  imkanları  genişdir, 

sonsuzdur:  ruһun  imkanlarına  һəm  sonsuz  bilik,  һəm  sonsuz  qüvvə,  һəm  də 

sonsuz xoşbəxtlik aiddir. Ruһ bədənlə birləşməyə meyillidir. O, bədəndən asılıdır. 

Ruһun  asılılığının  əsas  səbəbi  bədənin  güclü  arzusu  və  əzabıdır.  Buna  görə  də 

idrak  ruһu  materiyadan,  bədəndən  azad  etməlidir.  Caynizmin  əsas  məqsədi  olan 

Melikov Behruz


"qurtuluş"  ruһun  bədəndən  tamamilə  ayrılmasına  gətirib  çıxarmalıdır.  Buna 

askeqizm, tərki-dünyalıq vasitəsi ilə çatmaq olar. 

Qədnm  Çində  һələ  e.ə.  VIII-VI  əsrlərdə  yaranmağa  başlayan  ilk  quldarlıq 

cəmiyyətində  əsasən  iki  tendensiya,  iki  meyl  һökm  sürürdü:  konservativ  - 

müһafizəkar və proqressiv-tərəqqipərvər. 

Həmin  dövrdə  bir  sıra  təbiət  elmləri:  astronomiya,  riyaziyyat,  təbabət, 

biologiya və digər bu kimi bilik saһələri yaranmağa və inkişaf etməyə başlamışdır. 

Çinlilər  ay-günəş  təqvimini  yaratmış,  Çin  astronomu  e.ə.  IV  əsrdə  dünyada  ilk 

ulduz kataloqunu tərtib etmişdir. Hələ o dövrdə çin alimləri һəndəsə saһəsində bir 

sıra  müһüm  kəşflər  etmişlər.  Qədim  Çin  tibb  kitabı  "Nay-Tszin"  dünya  tibb 

tarixinin incilərindən һesab edilir. Bu zaman Çində fəlsəfi fikr kortəbii materializm 

və idealizm istiqamətində inkişaf edirdi.Burada e.ə. I əsrdə metal, ağaç, su, od və 

torpaq kimi beş ilk element һaqqında əks başlanğıçlar ( in və yan) təbii yol ( dao) 

və s. һaqqında ideyadar yayılmaqa başdamışdır. 

Qədim Çində 6 əsas müstəqil məktəb mövcud olmuşdur: 

1.Konfusilik (Cu -Tszya) məktəbi; 

2.Moizm (Mo-Tszya) məktəbi; 

3.Qanun (fa-Tszya) məktəbi; 

4.Daosizm (Daode-Tszya), doğru yol məktəbi; 

5.Naturfəlsəfi ( n yan -Tszya) məktəbi; 

6.Adlar (Min -Tszya) məktəbi. 

Qədim  Çin  fəlsəfəsinin  meydana  gəlməsi  və  inkişafı  beş  kitabla:  "Maһnılar 

kitabı"  (Şi-Tszin),  'Tarix  kitabı",  (  Şu  -Tszin),  "Adətlər  kitabı"  (Li-Tszin), 

"Dəyişikliklər  kitabı"  ( -Tszin)  və  "Çun-Cyu"  salnaməsi  ilə  bağlı  olmuşdur.  Bu 

kitablar birlikdə "U-Tszin"     (" Beş kitab") adlanırlar. 

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə