Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Bonapartist siyasətin böhranı. Bismarkın istefası və onun sələflərinin apardığı siyasət



Yüklə 0,52 Mb.
səhifə103/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   138
Yeni tarix müh

Bonapartist siyasətin böhranı. Bismarkın istefası və onun sələflərinin apardığı siyasət. İmperiyanın inkişafında siyasi sistemin ayrılmaz hissəsi olan millitarizm böyük rol oynamışdır. Bismark Almaniyası millitarizmin xüsusi aqressiv tipini yaratmışdır. Hansı ki, bu ölkənin iqtisadi və siyasi həytında güclü təsirə malik olmuşdur.

Bismarkın hərbi siyasəti Avropada ən iri və ən aqressiv ordunun yaradılmasına yönəlmişdir. Hansı ki, bu ordunun köməyi ilə Bismark qonşu dövlət və xalqlara öz iradəsini qəbul etdirmək istəyirdi. Ordunun daima böyüməsi və silahlandırılması, zabitlərə xüsusi şəraitin yaradılması kəskin siyasi mübarizənin də predmetinə çevrilmişdi. Millitarizmin güclənməsi alman burjuaziyasının mühüm problemlərinin həll olunması fonunda baş verirdi. Qeyd etmək laımdır ki millitarizmə qarşı yalnız fəhlə sinfi mübarizə aparırdı.

Hakimiyyətdə olduğu illər ərzində Bismark Almaniyanın iqtisadi cəhətdən daha da güclənməsi üçün çox milli işlər görmüşdür. Eyni zamanda 1888-ci ilin 9mart tarixində I Vilhelmin ölümündən sonra hakimiyyət onun oğlu III Fridrixə keçmişdir. 99 gün hakimiyyəti davam edən III Fridrix isə ingilispərəst idi. Elə həmin ildə I Vilhelmin nəvəsi II Vilhelm 29 yaşında kayzer oldu. O, bir sıra bacarıqları ilə yanaşı özündən razı və dikbaş adam idi. İmperator səlahiyyətlərinin qeyri məhdud olaraq həyata keçirməsinə Bismarkın mane olmasına dözməyən II Vilhelm ölkəni təkbaşına idarə etmək fikrinə düşmüşdü. 80-ci illərin sonlarında ölkədəki daxili siyasi vəziyyət böhran şəraitində idi. Çətinliklə qurulmuş Avropa tarazlığı sisteminin tədricən dağılması, hər şeydən əvvəl Fransanın güclənməsi və Rusiya ilə yaxınlaşması Almaniya üçün təlükəli vəziyyət yaradırdı. Gələcək fransız-rus ittifaqının konturları görünməkdə idi. Bu isə Bismarkın xarici siyasət kursunun böyük uğursuzluğu demək idi. “Sığorta müqaviləsi” isə Almaniya üçün təhlükəli olan fransız-rus sazişini yalnız ləngidə bilərdi, lakin qarşısını almaq iqtidarında deyildi.

Daxili siasət planlarında 1890-cı il həm də əhəmiyyətli dönüş ili oldu. Belə ki, Bismarkın təşəbüsü ilə yaranmış böyük liberallar, iperiya partiyası və mühafizəkarlar ittifaqından ibarət kartel dağıldı. 1889-1890-cı illərdə 1000-dən artıq tətil oldu. Fəhlə hərəkatı ilə müarizədə repressiv metodlar təsir göstərmirdi. Hakim dairələrin də fəhlələrin sosial islahatlar yolu ilə sakitləşəcəyi ümidləri puça çıxdı.

Əgər II Vilhelm əmin idisə ki, onun “xristian-sosialist” demoqogiya siyasəti ölkəni inqilabdan xilas edəcək, Bismark isə fəhlələri üsyana təhrik edib, onu silah gücünə yatırmağa üstünlük verirdi. Lakin, 1890-cı ilin yanvarında reyxstaq sosialistlərə qarşı istisnaedici qanunun qüvvədə qalması müddətini uzatmaqadan imtina etdi. İmperiya hökümətinin parlamendəki məğlubiyyətini müasirləri “Bismark erasının sonu “ kimi qiymətləndirirlər.

Şöhrətpərəst olan II Vilhelm artıq Bismarkla işləyə bilməzdi. Dünya siyasəti haqqında xəyallar quran II Vilhelm kanslerin Avropa siyasətini geridəqalmış hesab edir və fikirləşirdi ki, Bismark Peterburqla əlaqələrində çox yanılmışdır. O, Bismarkı Kiyevdəki alman konsulunun verdiyi məlumatı gizlətməkdə günahlandıraraq onunla əlaqəni tam kəsdi və 1890-cı ildin mart ayında Bismark istehfaya getməyə məcbur oldu.

Hakimiyyətinin son illərində Bismark daxili və xarici siyasətdə ciddi uğursuzluqlara düçar oldu. Onun istehfasından sonra general Leo fon Kaprivi (1892-ci ilə kimi) imperiyanın kansleri və Prusiyanın vitse-prezidenti oldu. Almaniyanın bir dünya dövləti olacağına inanmayan Kaprivi onun Avropa qitəsində mövqelərinin möhkəmlənməsinə yönələn xarici siyasət yeritməyə başladı. Məqsədinə çatmaq üçün o, ordunun daha da möhkəmləndirilməsi və ölkənin dəniz kənarının müdafiəsi üçün hərəkət dairəsinin məhdudlaşdırılmasına çalışırdı. Eyni zamanda o, Rusiya ilə müharibənin qaçılmaz olduğu fikri ilə razılaşır və “sığorta müqaviləsinin” yenilənməsinə qarşı çıxırdı. Kaprivi hesab edirdi ki, Almaniya iki cəbhədə müharibə aparmağa hazır olmalıdır, Fransa, Rusiya və İngiltərə ilə yaxınlaşmalıdır.

1890-cı ilin yayında Almaniya Şərqi, Qərbi və Cənubi Qərbi Afrikada sərhəd məsələlərini nizamlamaq məqsədi ilə Helholand-Zənzibarda İngiltərə ilə müqavilə bağladı. Müqaviləyə görə Almaniya İngiltərəyə xeyli müstəmləkə güzəştə getdi. Əvəzində isə Şimal dənizində strateji əhəmiyyətə malik Helholand adasını və bir sıra ərazilər əldə etdi.

Helholand müqaviləsinin bağlanmasından sonra alman müstəmləkə təşkilatı, proteksionizm tərəfdarlarının birlikləri, ağır sənaye sahibkarları, maliyyəçi ittifaqlar höküməti onları qane edəcək xarici siyasət həyata keçirməyə məcbur etmək üçün bigə fəaliyyət göstərməyi qrara aldılar. Belə ki, 1891-ci ildə daha irticaçı və şovinist elementlərin təşkilatı olan “Panalman ittifaqı” yarandı. Bu təşkilat yaranan gündən Helholand müqaviləsinin ləğvi şüarı ilə çıxış etdi. Bu ittifaqın siyasəti Almaniyanın müstəmləkə üzrə rəqibi olan İngiltərəyə qarşı yönəlmişdi.

Kaprivi höküməti kayzerin Almaniya fəhlələrinə verdiyi vədin yalnız əhəmiyyətsiz bir hissəsini həyata keçirdi. Bu hökümət bazar günlərinin mütləq istirahət günü kimi tətbiq olunması, qadınlar üçün 11 saatlıq iş günü qaydasının qəbulu, fabrik və zavodlarda 13 yaşadək uşaqların əməyindən istifadənin qadağan olunması ilə kifayətləndi.

1891-ci ildə Kaprivi höküməti Avstriya-Macarıstan, İtaliya,Belçika və İsveçrə ilə, 1893-1894-cü illərdə İspaniya, Serbiya və Ruminiya ilə ticarət müqavilələri bağladı. Bu müqavilələrin bağlanması ilə Almaniya özünün “Orta Avropa” konsepsiyasını həyata keçirməyi nəzərdə tuturdu.Kaprivinin bu siyasəti İngiltərə, Rusiya və ABŞ-a qarşı yönəlmişdi. Rusiya ilə aparılan gömrük müharibəsindən sonra 1894-cü ildə onunla ticarət müqviləsi bağlanıldı. Lakin fransız-rus ittifaqını dağıtmaq mümkün deyildi. Bundan sonra alman bazarlarına xaricdən taxılın gətirilməsi iri torpaq sahiblərinin narazılığına səbəb oldu və 1893-cü ildə onlar Kaprivinin “yeni kursu”na qarşı mübarizə aparacaq kənd sahibkarlarının ittifaqını yaratdılar.

Alman ixrac sənayesinin ikitərəfli ticarət müqavilələri ilə yüksəlişi kənd təsərrüfatı və sənaye arasındakı tarazlığı pozdu. Kənd sahibkarları və onların siyasi tərəfdarları Kaprivinin istehfasına çalışırdılar. Onun tərəfindən dövlət çevrilişi planları qəbul olunmadıqdan sonra və Alman sosial-demokrat partiyasına qarşı yönələn qanun reyxsaqa gətirilməsindən imtinadan sonra Kaprivi 1894-cü ilin oktyabrında istehfaya göndərildi.

Kaprivinin istehfasından sonra kayzer özünün 75 yaşlı dayısını, iri torpaq sahibi Xlodviq Hogenloeni (1894-1900) yeni kansler və Prussiyanın preziden-naziri təyin etdi. Əvvəlcə, o, Bavariyanın nazir-prezidenti və reyxsaqın deputatı olmuşdur. Hoqnloe kayzerin şəxsi vəsaitindən gizli odəmələr aldığına görə ondan tam asılı vəziyyətə düşmüşdür. Kayzer isə bundan istifadə edərək hökümətin daxili və xarici siyasətdəki fəaliyyətinə qarışırdı.

Hogenloenin hakimiyyəti illərində öz maraqlarını ön plana çəkən iri sənayeçilərin və torpaq sahiblərinin birgə toplaşmaq siyasəti həyata keçirildi. Hakimiyyət demokratik fəhlə hüquqlarının genişlənməsinə imkan vermir və sosialistlərə qarşı represiyaları davam etdirirdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin