Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


-ci il islahatları və onun nəticələri



Yüklə 0,52 Mb.
səhifə20/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   138
Yeni tarix müh

1832-ci il islahatları və onun nəticələri. Torilər hökuməti seçki islahatlarının lahiyəsini qəbul etməkdən imtina etdi və 1830-cu ilin payızında istefaya getdi. 1831-ci ilin martında isə hakimiyyətə Baş nazir Qremin rəhbərliyi ilə viqlər gəldilər. Onun köməkçisi Rassel islahat haqqında billin layihəsini hazırladı. Bu layihədə heç bir kompensasiya olmadan “çürük yerlərin” məhv edilməsi nəzərdə tutulurdu. Layihədə şəhərlərdə 10 funt sterlinq qiymətində ev kirayə edə bilənlərə də seçki hüququnun verilməsi, London və digər sənaye şəhərlərində yeni seçki dairələrinin yaradılması nəzərdə tutulurdu.

Rasselin qanun layihəsi parlamentdə 15 aylıq islahat uğrunda mübarizənin başlamasına səbəb oldu. Bu layihəni icmalar palatasının əksəriyyəti müdafiə edirdi. Lakin lordlar palatası iki dəfə təklif olunan bu qanun layihəsini rədd etmişdir. İş o yer çatmışdır ki, islahat uğrunda mübarizə parlament divarlarından kənara çıxmışdı. Şəhər əhalisini siyasi-burjua təşkilatları maliyyələşdirdi. Onlar xalq kütləsini nümayişə qaldırmağa çalışırdılar.

Ölkədə işsizliyin böyüdüyü, cənubi İngiltərədə kəndli hərəkatının gücləndiyi, şəhərlərdə burjua-radikalların rəhbərliyi ilə fəhlə və xırda burjua hərəkatlarının baş verdiyi şərait ölkəni burjua-demokratik inqilabına sürükləyirdi. Şəhərlərdə güllə səsləri gəlirdi, Bristol şəhərində aristokratların yaşadıqları məhəllə yandırılmışdı. İslahatın qatı düşmənlərindən olan Bellinqton hersoqunun və yepiskopun sarayları hücümlara məruz qalmışdır. Parlamentə yüzlərlə xahişnamə-petisiya göndərilmişdir ki, bunlarda da seçki islahatlarının keçirilməsi tələb olunurdu. Siyasi təşkilatların başında duran xadimlər banklardan əmanətlərin götürülməsi çağrışı edərək maliyyə basqısı tətbiq etdilər.

1832-ci ilin mayında yeni Qrey hökumətinin hakimiyyətə gəlməsi ilə kral IV Vilhelmdən parlament lordlar palatasına 60 yeni per (İngiltərə qanunlarına görə per titulu nəsli xarakter daşıyırdı, lakin kral bu tiğudu bir qədər “məşhur” vətəndaşlara da təqdim edə bilərdi) təyin olunması haqqında vəd aldı. Onlar daha islahat haqqında qanunun qəbul edilməsinə etiraz etməyəcəkdilər. Bu qanun qarşısında lordlar məğlub oldular və 1832-ci il 7 iyun tarixində islahat keçirilməsi üçün təqdim edilmiş sənəd qanuna çevrildi. Beləliklə, islahat uğrunda gedən uzun müddətli mübarizə burjuaziyanın qələbəsi ilə başa çatdı. Hansı ki, bu qələbə də burjuaziyanın xalq kütləsindən istifadəsi ilə mümkün olmşdur.

Qanunun qəbulundan sonra ölkədə seçicilərin sayı 220 mindən 670 minə yüksəldi. Bu vaxt ölkə əhalisinin sayı 14 milyon nəfər idi. Artıq səsvermə hüququ şəhərlərdə xüsusi evi olanlara, qraflıqlarda isə bütün kirayəçiləri də verilirdi.

Lakin onlar illik 10 funt sterlinqdən az olmayaraq gəlir əldə etməli idilər. 56 “çürük yer” ləğv edildi və sənaye şəhərlərində 42 yeni seçki dairələri yaradıldı. Bu islahatın keçirilməsi nəticəsində parlamentdə qüvvələr arasında münasibət dəyişdi:”çürük yerlər”in ləğvi torpaq aristokratiyasını icmalar palatasına nəzarətdən məhrum etdi.

Ölkənin siyasi rəhbərliyinə burjuaziyanın daha varlı təbəqəsi gəldi. Hansı ki, onların nəzarətində əhəmiyyətli dərəcədə kapital var idi. Artıq onlar icmalar palatası vasitəsi ilə ölkənin daxili və xarici siyasətinə nəzarət edə bilirdilər.

Yeni parlamentin ilk aktlarında geniş xalq kütləsinin də mənafeyi düşünülmüşdü. Britaniya imperiyasında quldarlığın ləğvini nəzərdə tutmaqla yanaşı filantrop (burjua xeyriyəçisi) lord Şetetberin fəaliyyətinin nəticəsi olaraq toxuculuq müəssisələrində işləyən 9-12 yaşlı uşaqların iş həftəsi 48 saat, 18 yaşınadək gənclər üçün isə 68 saat müəyyən edən fabrik qanunları qəbul edilmişdir. Bu qanunlar öz zamanı üçün çox humanist hesab olunurdu.

Baş nazir Qreyi Vilyam Melborn əvəz etdikdən sonra idarəçilikdə iştirak hüququ qazanan şəhər burjuaziyası onları müdafiə edən yoxsullara minnətdarlıq olaraq 1834-cü ildə yoxsullar haqqında qanun qəbul etdirdilər. Yəni, XVI əsrin II yarsında kraliça I Yelizaveta tərəfindən qəbul edilmiş qanun yenisi ilə əvəz olundu. Qanunda qocalara və xəstələrə kömək, qalan işsiz insanların isə iş evlərində yerləşdirilməsi nəzərdə tutulurdu. Burada qadınlar öz ərlərindən, uşaqlar isə öz valideyinlərindən ayrı düşürdü. Abırlı insanlar-cinayətkarlarla, ərli qadınlar isə ləyəqətsiz qadınlarla bir yerdə yerləşdirilirdi.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin