Mühazirə № Kimyəvi və bioliji təhlükəsizlik haqqında ümumi məlumat. Mühazirənin planı Təhlükəsizlik mühiti


Kimyəvi və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin prioritet istiqamətləri aşağıdakılardır



Yüklə 38,1 Kb.
səhifə5/13
tarix02.01.2022
ölçüsü38,1 Kb.
#45554
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13
Kimyəvi və bioloji təhlük

Kimyəvi və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin prioritet istiqamətləri aşağıdakılardır:

dövlət tənzimlənməsinin və normativ hüquqi bazanın təkmilləşdirilməsi;

sənaye siyasətinin, fundamental və tətbiqi elmin, texnologiyaların və texnikanın inkişafı;

fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması;

antiterror fəaliyyəti;

kadrların hazırlanması və ixtisasının artırılması.

Fundamental və tətbiqi elmin, kimya və bioloji təhlükəsizliyin təmin edilməsi üzrə texnologiyaların və texnikanın inkişafı sahəsində əsas vəzifələr aşağıdakılardır:

kimyəvi və bioloji təhlükəsizliyin təmin edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində təhdidlərin vaxtında aşkarlanması, təhlükənin qiymətləndirilməsi və təkliflərin hazırlanması üçün metod və vasitələrin işlənib hazırlanması;

informasiya və proqnoz-analitik sistemlərin, o cümlədən geoinformasiya ekspert sistemlərinin işlənib hazırlanması və tətbiqi, kimyəvi və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində qanunauyğunluqların aşkar edilməsi üçün riyazi modelləşdirmə sahəsində kompleks tədqiqatların inkişaf etdirilməsi, vəziyyətlərin inkişaf ehtimal ssenarilərinin hazırlanması və müvafiq qərarların qəbulunun dəstəklənməsi;

təhlükəli obyektlər üçün texnoloji tsikllərdə toksik maddələrin və patogen mikroorqanizmlərin istifadəsini istisna edən və ya maksimal dərəcədə azaldan və əhaliyə, istehsalat və sosial infrastruktura və ekoloji sistemə onların mənfi təsirini minimuma endirən iqtisadi cəhətdən məqbul texnologiyaların işlənib hazırlanması;

təhlükəli kimyəvi və bioloji faktorlardan kompleks fərdi və kollektiv mühafizə sistemlərinin işlənib hazırlanması və tətbiqi, Xüsusi mühafizə və müalicə vasitələrinin hazırlanması və istehsalı;

kimyəvi və bioloji cəhətdən təhlükəli məişət və sənaye tullantılarının utilizasiyası, texnogen (antropogen) çirkləndiricilərin təsirinə məruz qalmış ərazilərin (akvatoriyaların) reabilitasiyası üçün ekoloji cəhətdən təhlükəsiz texnologiyaların işlənilməsi, həmçinin kimyəvi silah ehtiyatlarının məhv edilməsi, patogen mikroorqanizmlərin təbii rezervuarlarının aktivliyinin azalması üçün müvafiq texnologiyaların təkmilləşdirilməsi.




Yüklə 38,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin