8
BYS və VDKS ümumi hissədən ayrı-ayrı mövzu bölmələrindən ibarətdir. ®YS və VDKS
tətbiq etmədən əvvəl dövlət aparatının ayrı-ayrı
sahələrini, idarəetmə sənədlərinin ümumi
qanunauyğunluğunu bilmək lazımdır.
BYS və VDKS-nin ümumi hissəsində kargüzarlıq haqqında məlumatlar verilmişdir. äBurada
qeyd olunur ki, kargüzarlıq idarəetmə prosesində idarəetmə funksiyasını
yerinə yetirən
sənədləşdirmə və sənələrlə işin təşkilinə deyilir.
BYS və VDKS-nin ümumi qaydaları bütün idarələrdə hazırlanan təşkilati-sərəncamverici
sənədlərin hazırlanmasına tətbiq edilir. İnzibati və xüsusi kargüzarlığın aparılmasında birincidən
fərqli olaraq, xüsusi kargüzarlıq üçün ayrıca normalar, qaydalar, təlimatlar işlənilir.
BYS və VDKS-nin başlıca məqsədi sənədləşmə əməliyyatının təkmilləşdirilməsinin aşağıdakı
formalarda aparılması təklifləridir. Bunlara aiddir:
-
sənədlərlə işləmənin forma və metodlarının təkmilləşdirilməsi; sənədlərin vahid forması və
standartlaşdırılması;
-
kargüzarlıq prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması.
Təlimatlar və VDKS idarələrdə
sənədlərlə işin təşkilini, kargüzarlıq xidmətinin birtipli
quruluşunu və funksiyasını, işçilərin vəzifə nomenklaturasını, kargüzar heyətinin sayını, iş
normalarını, əmək şəraitini və təşkilati texnika sistemlərinin ümumi qaydalarını müəyyən edir.
Təlimatlar və Vahid Dövlət Kargüzarlıq Sistemi əsasında sənəd dövriyyəsi təşkil edilir. ;Sənəd
dövriyyəsinə uyğun olaraq idarələr
dörd dərəcəyə bölünür. lİdarələr texniki baxımdan sənədləşdirmə işlərinin həcmindən və ərazi
bölgü sahəsindən asılı olaraq kargüzarlıq prosesi bütöv və hissə ilə mərkəzləşdirilir.
«Nazirliklər və digər baş idarələr Qanunlar və VDKS əsasında özlərinin idarəetmə
xüsusiyyətinə uyğun olaraq kargüzarlığın aparılmasına dair təlimatını hazırlayır.
4
Bu təlimatda
konkret qaydalar əks olunur. İdarənin xüsusi kargüzarlığına ayrıca yer verilir.
^Kargüzarığa dair təlimatın və VDKS-nin mövzu bölmələri aşağıdakılardan ibarətdir:
xidməti sənədlərin hazırlanması qaydaları;
-
sənəd dövriyyəsinin təşkili;
-
sənədlərin qeydiyyatı və məlumat aparatının qurulması; sənədlərin icrasına nəzarətin təşkili;
-
işlərin formalaşdırılması və nomenklaturasının təşkili;
-
saxlamaq və istifadə etməkdən ötrü sənədlərin hazırlanması;
9
-
kargüzarlıq heyətinin əməyinin təşkili;
-
kargüzarlıq prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması.
-
İdarələrdə BYS və VDKS-nin müasir tətbiqinin böyük əhəmiyyəti vardır. Burada idarəetmə
prosesi sürətlənir, idarəetmə mədəniyyəti yüksəlir və ümumilikdə sənədlərlə iş prosesi qanunauy-
ğunluqla icra edilir.
İdarələrdə və müəssisələrdə vahid dövlət kargüzarlıq sisteminin tətbiqi üzrə təşkilati tədbirlər
aşağıdakı kimi olmalıdır:
-
Bütün idarələrdə
bilavasitə VDKS-nin tətbiqi, kargüzarlıq bölmələrinə dair əsasnamə
hazılanmalı və müxtəlif kateqoriyalı kargüzar işçiləri üçün vəzifə təlimatları tərtib edilməlidir;
-
VDKS-nin tətbiqi üçün material - texniki təminat olmalı, yeni sənəd blankları dövlət
standartlarına uyğun hazırlanmalı, qeydiyyat formaları, yeni saxlanma qaydaları tətbiq edilməli,
müasir texniki vasitələrdən istifadə olunmalıdır;
-
milli kargüzarlığın aparılması qaydaları öyrədilməlidir;
-
beynəlxalq kargüzarlıq sisteminin tətbiqi qaydalarından istifadə olunmalı və nəzarətə
götürülməlidir.
-
Sənədləşmə işlərinin aparılmasının vahidliyini təmin etmək üçün dövlət standartlarından
istifadə olunur. Dövlət standartları aşağıdakı prinsiplərə əsaslanır:
-
idarəetmə sənədlərinin üzərində rekvizitlərin qoyulması qaydalarına;
-
sənədlərin tərtibində kompüter proqramlarından istifadə
edilməsinə;
-
vahid sənəd formalarının tərtib olunmasına;
-
sənədlərin tərtibində iş sərfinin azaldılmasına.
Başqa idarəetmə sahələrinin də özünə məxsus sənədləri vardır ki. onlar xüsusi təlimatlarla
tənzimlənilir. Məxfi kargüzarlığın icrası üçün ayrıca normativ aktlar fəaliyyət göstərir.