Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t


əsli birinci dəfə lazımi qaydada tərtib olunan, imzalanan sənəddir. Sənədin surəti



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix30.03.2023
ölçüsü0,58 Mb.
#91515
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
krgzrlq

əsli birinci dəfə lazımi qaydada tərtib olunan, imzalanan sənəddir. Sənədin surəti bu sənədin 
eyni ilə təkrar olunmuş əslidir. Bu zaman sənəd üzərində mütləq "surət" sözü qeyd olunmalı, 
idarə rəhbəri və ya notarius tərəfindən lazımi qaydada təsdiq edilməlidir. Sənədin əsli idarə, 
təşkilat və ayrı-ayrı şəxslərə göndərilən zaman onun surəti göndərən təşkilatın işində. 
saxlanılmalıdır. Xidməti sənədlərin üzərində mütləq idarə rəhbərinin möhürü və imzası olmalıdır. 
Lazımi hallarda sənədlərdən çıxarış tələb olunur. Çıxarışı tərtib edən zaman onun hansı 
sənəddən edildiyi mütləq göstərilməlidir. Çıxarışın düzgünlüyü isə vəzifəli şəxsin imza və 
möhürü ilə təsdiq olunmalıdır. Sənədin əsli olmayan hallarda (itirildikdə, məhv edildikdə) idarə 
və təşkilata icazə verilir ki, üzərində "dublikat" yazılmış, əslin qüvvəsinə malik olan sənəd versin. 
İdarəetmə sahəsində hüquqi sənədlər qrupu xüsusiyyətlərinə görə də fərqlənirlər. Onların 
özünəməxsus əlamətləri vardır ki. bunlara aiddir: 
1. 
İdarəetmə sahəsində hüquqi aktlar dövlət orqanları və onların səlahiyyətli vəzifəli şəxsləri 
tərəfindən verilir. 
2. 
Dövlət idarəetmə aktları qanun əsasında verilir və icra olunur. 
3. 
Məqsədindən və məzmunundan asılı olaraq aktlar özləri ilə hüquqi nəticələr əmələ gətirir 
(hüquqi münasibətlərin yaranması, ləğv edilməsi və s.). 
4. 
İcra olunmamış idarəetmə aktları özlüyündə sanksiyalar əmələ gətirir. 


18 
Hüquqi aktlar elə aktlardır ki, onlar idarəetmə sənədlərinin ən əhəmiyyətli hissəsini təşkil edir, 
idarə olunan obyektə öz qüvvəsi ilə təsir göstərir. Bundan əlavə olaraq sənədin növlərini əmrlər, 
təlimatlar, əsasnamələr, protokollar və digər sənədlər tutur. 
İdarə aparatında istifadə olunan sənədlər funksional təyinatına görə aşağıdakılardan ibarətdir: 

təşkilati sənədlərdən (təlimatlar, əsasnamələr və s.); 

sərəncamverici sənədlərdən (əmrlər, sərəncamlar, qərarlar, fərmanlar və s.); 

məlumat sənədlərindən (protokollar, aktlar, məlumat vərəqələri, hesabatlar və s.); 

kadr sənədlərindən. 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin