Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix


Zaman ehtibarilə daimi baş vermələri. 2



Yüklə 0,75 Mb.
səhifə10/36
tarix16.12.2023
ölçüsü0,75 Mb.
#183320
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   36
M hazir 1 Ad Struktur geologiya f nninin m qs d v v zif l ri

1.Zaman ehtibarilə daimi baş vermələri.
2.Şaquli hərəkətlərin çox kiçik surətlə baş verməsi,yəni bir neçə mm-dən,təxminən 10 sm-ə qədərdir.
3.Şaquli tektonik hərəkətlərin dönmə xususiyyətinə malik olması, yəni əgər hər hansı bir ərazi muəyyən geoloji zaman ərzində enməyə məruz qalırsa,növbəti geoloji zaman ərzində həmin ərazi,yaxud onun muəyyən hissəsi şaquli hərəkətlərin işarəsini dəyişməsilə əlaqədar qalxmaya məruz qalır.
Uzun muddətli fasilələr aşağıdakı xususiyyətlərə malik olurlar.
1.Sahə ehtibarı ilə nisbətən geniş ərazilərdə yayilması, yəni bir neçə muxtəlif yaşlı suxur komplekslərini əhatə etməsi
2.Zaman ehtibarı ilə nisbətən uzun muddətli olması
3.Paleocoğrafi şəraitin kəskin olaraq dəyişməsi
4.Kəsiliş boyu nisbətən az sayda inkişaf etməsi.
Uzunmuddətli fasilə zamanı laylar arasında stratiqrafik uyğunsuzluq formalaşır.Yəni aşınma səthindən altda və ustdə yatan laylar arasında geoxronoloji ardıcıllıq pozulmuş olur.
Yer qabığında rast gələn stratiqrafik uyğunsuzluqlar 3 növə bölunurlər.
1.Paralel stratiqrafik uyğunsuzluqlar. Uyğunsuzluq səthindən aşağıda və yuxarıda yatan laylar qırışıqlıq dərəcəsindən asılı olmayaraq bir-birinə paralel olurlar. Bu uyğunsuzluq onu göstərir ki, ərazidə çökuntutoplanmada fasilə zamanı və eləcədə ondan əvvəl heç bir qırışıq əmələgəlmə prosesləri baş verməmişdir.
Paralel uyğunsuzluğun bu xususiyyətinə görə demək olar ki, özunəməxsus həndəsi(morfoloji) ifadəsi yoxdur.Yəni, paralel uyğunsuzluqda uyğun yatımda olduğu kimi laylar bir-birinə və uyğunsuzluq səthinə paralel yatırlar.Bu səbəbdən də paralel uyğunsuzluğu xəritə və profillərdə, geoxronoloji ardıcıllığı əzbər bilməklə, yalnız layların yatımında geoxronoloji ardıcıllığın pozulmasını görə təyin etmək olar.
2.Cografi stratiqrafik uyğunsuzluq.Bu növ stratiqrafik uyğunsuzluqda uyğunsuzluq səthindən altda və ustdə yatan laylar arasında 5 (0 < <5 ) dərəcəyə qədər bucaq olur. Bu bucağın olması onu göstərir ki, ərazidə uyğunsuzluq səthindən üstdə yatan laylar formalaşana qədər altda yatan laylar uzunmüddətli fasilə dövrundə zəif də olsa qırışıq əmələ gətirən hərəkətlərin təsirinə məruz qalmışlar. Əslində bu bucaq coğrafi (kartoqrafik) uyğunsuzluğun həndəsi ifadəsidir.Coğrafi uyğunsuzluq nisbətən kiçik sahələrdə və yaxud ərazilərdə özunu paralel uyğunsuzluq kimi biruzə verir.
Uyğunsuzluqların təsvirindən görunduyu kimi hər hansı bir ərazidə stratiqrafik uyğunsuzluğun formalaşması uçun orada 3 dəfə şaquli hərəkətlərin işarəsi dəyişməlidir.
3.Stratiqrafik bucaq uyğunsuzluğu.Bu növ uyğunsuzluqda uyğun-suzluq səthindən altda və ustdə yatan laylar arasındakı bucaq 5 dərəcədən böyuk olur.
Bucaq stratiqrafik uyğunsuzluğun mövcudluğu onu göstərir ki,ərazidə stratiqrafik uyğunsuzluq formalaşdıqdan əvvəl,fasilə dövrundə,yaxud fasilədən əvvəl uyğunsuzluq səthindən altda yatan laylar,nisbətən intensiv qırışıq əmələgəlmə prosesinə məruz qalmışlar. Bucaq stratiqrafik uyğunsuzluğu başqalarına nisbətən geoloji xəritə və profillərdə daha asan seçmək mumkundur.Məhz bucağın qiymətinin böyuk olmasına görə və bu bucaq,bucaq stratiqrafik uyğunsuzluğun həndəsi ifadəsidir.






Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin