Avtomatlaşdırma – texniki və proqram vasitələrindən istifadə etməklə obyektlərin vəziyyətləri haqqında informasiyanın alınması, ötürülməsi, saxlanması, paylanması və həmçinin əvvəlcədən məlum olan məqsədə nail olmaq üçün obyektlərin idarə edilməsi kimi məsələləri əhatə edir.
Avtomatlaşdırmada əsas məqsəd kimi aşağıdakıları qeyd etmək olar;
1) İnsanın informasiya və idarə etmə proseslərindən qismən və tamamilə azad edilməsinin təmin edilməsi.
2) Obyektlərdə gedən proseslərin tələb olunan istiqamətdə aparılmasının təmin olunması, məsələn obyektin seçilmiş kordinatlarının zamana və inteqral göstəricilərinə görə keyfiyyət göstəricilərini təmin edən trayektoriyalarla dəyişdirilməsi.