Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"


Birbaşa qoşulma və seçim üsulları ilə çeşidləmələr



Yüklə 0,95 Mb.
səhifə42/44
tarix29.04.2023
ölçüsü0,95 Mb.
#104595
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   44
C fakepathmu hazir struktur

Birbaşa qoşulma və seçim üsulları ilə çeşidləmələr
Verilənlərin emalı zamanı elementin həm informasiya sahəsini, həm də onun maşının yaddaşında yerləşməsini bilmək vacibdir. Bu məqsədlər üçün çeşidləmədən istifadə olunur. Beləliklə, çeşidləmə - bu, verilənlərin yaddaşda onların açarları üzrə müntəzəm şəklində yerləşməsi deməkdir. Müntəzəmlik açar qiymətinin massivdə başlanğıcdan sona qədər artması kimi nəzərdən keçirirlər.
Çeşidləmənin aşağıdakı tipləri olur:
-daxili çeşidləmə - bu, maşının əməli yaddaşında baş verən çeşidləmədir;
-xarici çeşidləmə- bu, xarici yaddaşda baş verən çeşidləmədir.
Əgər çeşidlənən yazılar yaddaşın böyük həcmini tutursa, onaların yerlərinin dəyişdirilməsi böyük xərclər tələb edir. Bunu azaltmaqdan ötrü çeşidləməni açarların ünvanları cədvəlində aparırlar, göstəricilərin yerlərini dəyişdirirlər, yəni, massivin özü yerini dəyişdirmir. Bu, ünvanlar cədvəlinin çüşidlənmə üsuludur.
Çeşidləmə zamanı eyni açarlara rast gəlmək mümkün ola bilər. Bu halda çeşidləmə zamanı yaxşı olardı ki, çeşidləmədən sonra eyni olan açarlar ilkin faylda olan kimi yerləşmiş olsunlar. Bu davamlı çeşidləmədir.
Çeşidləmə effektivliyini bir neçə kriterilər üzrə nəzərdən keçirtmək olar:
-çeşidləməyə sərf olunan vaxt;
-çeşidləmə üçün tələb olunan əməli yaddaşın həcmi;
-proqramın yazılması üçün proqramçının sərf etdiyi vaxt.
Birinci kriteni ayıraq, çünki, biz yalnız “elə həmin yerdə” çeşidləmə üsulunu nəzərdən keçirəcəyik, yəni, çeşidləmə prosesi üçün əlavə yaddaş ehtiyatda saxlamayacayıq. Sərf olunmuş vaxta ekvivalent olaraq, çeşidləmə zamanı yerinə yetirilən müqayisələrin və yerdəyiş-mələrin sayını hesab etmək olar.
Çeşidləmələrin aşağıdakı üsulları mövcuddurlar:
-ciddi (düz) üsullar;
-mürəkkəbləşdirilmiş üsullar
Düz üsuların üstünlüklərini nəzərdən keçirək:
1.Bu üsulların proqramlarını yüngül başadüşmək olur və onlar qısa olurlar. Yadda saxlamaq lazımdır ki, proqramların özləri də yaddaşda yer tuturlar.
2. Düz üsullar əksər çeşidləmələrin əsas prinsiplərinin xarakterik xassələrinin izahı üçün xüsusilə rahat olur.
3. Mürəkkəbləşdirilmiş üsullar çox da böyük olmayan əməliyyatları tələb edirlərlər, amma bu əməliyyatlar adətən, özləri daha mürəkkəb olurlar və buna görə də, kifayət qədər kiçik sayda elementlər üçün düz üsullar daha sürətli olurlar, amma, elementlərin sayı çox olduqda, onlardan istifadə etmək olmaz.
“Elə həmin yerdə” çeşidləmə üsullarını onların prinsiplərinin təyin edilməsinə uyğun olaraq, 3 kateqoriyaya bölmək olar:
1. Araya salma köməkliyi ilə çeşidləmə (by insertion)
2. Seçim köməkliyi ilə çeşidləmə (by selection)
3. Mübadilə köməkliyi ilə çeşidləmə (by exchange)

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin