Mühazirə 8
FAYL STRUKTURLARI
Fayl xarici yaddaşda adlandırılmış hər hansı bir sahədir. Bu faylın fiziki mövcudluğudur.Digər tərəfdən fayl proqramlaşdırmada istifadə olunan çoxlu sayda verilənlər strukturundan biridir. Bu halda məntiqi fayl terminindən istifadə olunur.
Fayl (ingiliscə «file»- iş, tikilmiş kacızlar) termini verilənlərin yüksək səviyyəli struktur növünü təsvir edir. Hal-hazırda fayl anlayışına iki tip
baxış mövcuddur: klassik baxış və müasir baxış .
Fayla klassik baxış - ilkdəfə onun COBOL proqramlaşdırmadilində qəbul olunmuş təyinatına əsaslanmışdır. Belə halda müəyyən əlamətlərə görə bir yerdə toplanmış yazılar çoxlucuna fayl kimi baxılır. Proqramlaşdırmada daha çox, verilənlər bazasında isə həmişə, faylın klassik təyinatından istifadə olunur.
Fərdi kompüterlər meydana gələndən sonra fayla müasir baxış yaranmışdır və xarici yaddaş qurğularında (maqnit və kompaktdisk, fləş yaddaşda və s.) saxlanan verilənlər mənasında işlədilir. Informasiyanın xarakteri faylın atributları (məsələn, «yalnız oxumaq üçün», «gizli fayl», «sistem faylı» s.) və tipi (məsələn, verilənlər faylı(dat), mətn faylı(txt), proqram faylı(exe) və s.) ilə təyin edilir. Bir verilənlər strukturu kimi fayl haqqında məlumat (faylın adı, ölçüsü, tipi, yarandıcı və ya sondəyişilmə tarixi, 1-ci klasterin nömrəsi, atributları, məntiqidiskin kataloqunda saxlanır.
Proqramlaşdırmada yazı (inçiliscə «record») verilənlərin strukturunun növü kimi müxtəlif tipli verilənlər toplusunu ifadə edir. Yazının fiziki və məntiqi təsvir üsullarına uycun olaraq «fiziki yazı» və «məntiqi yazı» anlayışlarını ayırırlar.
Fiziki yazı məntiqi yazının kompüterdə əks olunmasıdır, yəni məntiqi yazıyadaxil olan verilənlərin kompüter yaddaşında saxlanma sxemidir. Proqramın işi fiziki yazılarla aparır.
Məntiqi yazı müəyyən obyekti (məsələn, məhsulu, tələbəni, işçini, materialı, avadanlıcı və s.) xarakterizə edən verilənlər toplusudur. Həmin verilənlər müxtəlif tipli (məsələn, həqiqi və ya tam ədəd, simvol və s.) eləcə də, müxtəlif ölçülü ola bilər. Ayrıca hər bir verilən obyektin fərqli xassəsini ifadə edir, məsələn, işçinin soyadı, adı, iş yeri,doculducu tarix və s. Yazı anlayışında adətən məntiqi yazı nəzərdə tutur.
Mövcud proqramlaşdırmadillərinin hamısında fayllarla işləmək üçün lazımlı elementlər nəzərə alınmışdır. Proqramlaşdırmadilində faylın yalnız bir təsvirindən istifadə olunur. O, faylın həm fiziki , həmdə məntiqi səviyyədə təsvirini əvəz edir. Verilənlərin istifadəçi səviyyəsində yəni xarici təsviri, lazımi yazıların seçilməsi və verilənlərin həmin yazılardan götürülməsi üçündilin uycun operatorları vasitəsilə aparılır.
Ayrı fayllarla işləyərkən istər-istəməz aşacıdakı çatışmazlıqlarla rastlaşmaq olar:
-bir çox ümumi əlamətlərə malik olan oxşar obyektləri xarakterizə edən müxtəlif təyinatlı fayllarda verilənlərin dəfələrlə təkrarlanması baş verir və bunun qarşısını almaq mümkündeyil. Faylın həcmi (yazıların sayı) böyük olduqda təkrarlanan verilənlərin sayı artır, bu isə öz növbəsində yaddaş sərfini artırır;
-faylın hər üç səviyyədə (xarici, məntiqi və fiziki) təsviri proqramda aparıldıgından, həm məntiqi səviyyədə faylda aparılandəyişikliklər, həmdə fiziki səviyyədə aparılandəyişikliklər proqramda uycundəyişikliklər edilməsinə səbəb olur. Yəni verilənlərlə proqram arasında asılılıq yaranır: 1-ci halda-məntiqi asılılıq, 2-ci halda-fiziki asılılıq;
- verilənlər mərkəzləşdirilməmiş şəkildə, yəni hər bir fayl ayrıca idarə olunur. Faylla işləmək üçün ən azı 3 proqram olmalıdır: 1) faylı yaradan və ona yeni yazı əlavə edən proqram; 2) fayldadəyişikliklər edən proqram; 3) lazımi yazıları tapıb emal edən proqram. Əslində bu proqramlar kiçik həcmli olur və əsas proqramın tərkib hissələri (prosedurlar) kimi tərtib olunurlar. Həmin proqramların sayı əsas proqramda faylların sayına mütənasib olaraq artır;
-verilənlərdə ziddiyyətliliyin mümkünlüyü. Verilənlərin təkrarlanmasına yol verildiyindən, müxtəlif fayllarda eyni verilənlər arasında uycunsuzluq yarana bilər. Bu, o vaxt baş verir ki, müəyyən faylda verilənlərdəyişdirilir,digər faylda isə hansı səbəbdənsə həmin verilənlərdəyişdirilmir;
-verilənlərin mühafizəsinin lazımi səviyyədə təmin olunmaması və verilənlərə icazəsiz müraciətin qarşısının alınmasında çətinliklərin olması;
-verilənlərin tamlıcının qorunmaması. Kompüterdə və sistemdə qəzalar baş verdikdə və ya proqram xətaları yarandıqda verilənlərin itkisiz bərpa olunması vacib şərtlərdən biri hesab olunur. Xüsusi tədbirlər görülmədikdə buna nail olmaq çətin olur.
Maqnit disk yaddaşının (MDY)strukturu:
Maqnit disk yaddaşı ünvanlaşdırıla bilən başqa sözlə desək, birbaşa müraciətli yaddaşdır. Fərdi kompüterlərdə 2 tip MDY-dan istifadə olunur:
Floppy disk (dəyişdirilə bilən) və ya disket (FD);
Hard(Sərt dik) disk (HD).
Yaddaş qurğusuna isə FDD, HDD deyilir. Burada D=draver.
Maqnit diskdə ünvanlar 3 komponentdən ibarətdir:
Tərəfin nömrəsi (TN);
Cığırın (silindrin) nömrəsi (SN);
Sektorun nömrəsi (SeN)
Məntiqi disk disket, ya da HD-nin bir bölməsidir. Disketin adı A və ya B ilə işarələnib. HD C,D,E,F kimi qəbul olunur.
Dostları ilə paylaş: |