İnformasiyanın əsas anlayışları
İnformasiya nədir? “Informasiya” termini latın sözü olub “information” sözündən götürülmüşdür ki, onun da mənası məlumat, xəbər, fakt, izah etmək, öyrətmək, öyrəlinən obyekt haqqında biliklər toplusu və s. Deməkdir. Digər tərəfdən informasiya müəyyən qaydada sistemləşdirilmlş formada saxlanılan məlumatlar toplusudur. Deyilənlərdən belə nəticə çıxarıla bilir ki, informasiya həmişə məlumatdır, məlumat isə həmişə informasiya deyil (əgər o təkrarlanırsa və ya istifadəçi üçün əhəmiyyət kəsb etmirsə).
Yaranmasına, ötürülməsinə və ictimai təyinatına görə informasiyanın növləri aşağıdakılardır:
cansız təbiətdə yaranan informasiya elementar, bitkilər və heyvanlar aləmində yaranan informasiya bioloji, insan cəmiyyətində yaranan informasiya isə sosial informasiya adlanır.
gözlə görünən sürətdə və simvollarla ötürülən informasiya – video (vizual), səslə ötürülən informasiya - audio, hisələrlə, toxunmaqla ötürülən informasiya - taktlı informasiya adlanır.
Ictimai təyinatına görə - insan tərəfindən yaranan və istifadə olunan informasiya-kütləvi, xüsusi və şəxsi növlərə bölünür. Kütləvi informasiya yaşından, cunsindən və məşğuliyyətindən aslı olmayaraq bütün əhali üçün nəzərdə tutulur. Xüsusi informasiya müxtəlif kateqoriyalı mütəxəssislərə aid edilir. Şəxsi informasiya isə məhdud dairədə bir-biri ilə qohumluq, dostluq və digər münasibətlərlə bağlı şəxslərə aiddir.
Informasiya harada mövcudur? Informasiya mövcudur - mətinlərdə, şəkillərdə, çertyoclarda, foto şəkillərdə, işıq və səs siqnararında, radio dalgalarıda, elektrik və sinir impluslarında, maqnit yazılarında, hərəkət və mimikalarda və s.
Informasiya üzərində əməliyyatlar – Informasiya üzərində aşağıdakı əməliyyatlar mümkündür – toplamaq, ötürmək, çevirmək, hissələrə bölmək, istifadə etmək, axtarmaq, ölçmək, silmək, sürətini çıxarmaq, təsvir etmək, sadələşdirmək, emal etmək və s.
Dostları ilə paylaş: |