Mühazirə 1 Menecmentin mahiyyəti


IV. Müasir idarəetmə və ya kəmiyyət məktəbi (1950-ci illərdən indiyə kimi



Yüklə 24,05 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü24,05 Kb.
#45730
növüMühazirə
1   2   3   4
Mövzu 1.

IV. Müasir idarəetmə və ya kəmiyyət məktəbi (1950-ci illərdən indiyə kimi). Riyaziyyat, statistika, kibernetika, informatika elmləri və onlarla bağlı olan bilik sahələri menecment nəzəriyyəsinin inkişafında böyük rol oynamışlar. Onların rolunu elmi metodların tətbiq edilməsində də görmək olar. Bu gün vərdiş etdiyimiz kompüter texnologiyası, müxtəlif riyazi-iqtisadi modellərin tətbiqi yolu ilə əvvəllər çox çətin olan və ya mümkün olmayan fiziki işləri elmi əsaslarla yerinə yetirməyə imkan verir. Riyazi modellərin qurulması ilə müxtəlif problemlər həll edilir. Kibernetika, informatika, psixologiya və s. elm sahələri bu məktəbə əsaslanır. Müasir idarəetmə və ya kəmiyyət məktəbi modellərin qurulması, kompüterlərin tətbiqi, yüksək rabitə texnologiyası, iqtisadi-riyazi üsulların tətbiqini menecmentə gətirdi və çox böyük dəqiqliklə həyata keçirdi.

3. İdarəetmə sisteminin əsas elementlərinə idarə edən subyekt və idarə olunan obyekt daxildir. Dövlət mürəkkəb və hərtərəfli təzahür olmaqla idarəetmə subyekti kimi çıxış edir. Dövlət idarəetməsinin subyekti qismində dövlət aparatı, dövlət orqanlarında vəzifə tutan insanlar çıxış edir. İdarəetmə obyekti ən əvvəl insanlardan ibarətdir. Hər bir sistemin əsas elementi insandır. O həm idarəetmə subyekti və həm də obyekti ola bilir. Dövlət iadarəetməsinin təsiri yalnız insana yönəlir. Bütün idarəetmə sisteminin fəaliyyəti idarəetmə təsirinin insanlar tərəfindən necə qəbul edilməsindən asılıdır. Cəmiyyətdə baş verənlər hamısı insan ağlı və əli ilə edilir. Odur ki, insan fenomeni ilə filosoflardan başqa, antropologiya, etnoqrafiya, tarix, psixologiya və s. elmləri məşğul olur. Subyektin əsas məqsədi idarəetmə obyektinin inkişafı, insanların vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədardır. Subyektlə obyektin əlaqələri birbaşa və əks əlaqəli olur. Bir-başa və əks əlaqə məsələlərində əsas göstərici idareətmə təsirinin insanara çatmasıdır. Əgər bu əlaqələr pozularsa, o halda idarəetmə obyektinin ayrı - -ayrı hissələri və elementləri dağılır. Dövlət idarəetməsinin mahiyyətinə idarəetmə mexanizminin köməyti ilə aydınlıq gətirmək olar. Mexanizm ümumi istifadə olunan elmi termindir. Mexanizm sistemin daxili quruluşudur. İdarəetmə mexanizmi dövlət orqanları sistemində yaradılır. İdarəetmə mexanizminin mahiyyətini icra hakimiyyəti orqanlarının fəaliyyəti nümunəsində görmək olar. Azərbaycanda icra hakimiyyəti iki aspektdə fəaliyyət göstərir.

1) Hüquqi – yəni idarəetmə subyektinin başqa insanları (idarəetmə obyektlərini) öz iradəsinə tabe etdirmək formasında

2) Təşkilati – faktiki icra fəaliyyətini həyata keçirməkdə

İcra hakimiyyəti iqtisadi, sosial- mədəni, inzibati və s. sahələrdə ictimai əlaqələr qurmağı tələb edir. Bu fəaliyyəti həyata keçirmək üçün əsas şərt iyerarxik quruluşlu və peşəkar qulluqçuların olamsıdır. İcra hakimiyyəti orqanları mürəkkəb iyerarxik struktura malikdir. Mürəkkəb quruluşlu obyektlərin tədqiqində əsas çətinliklər isə onların funksional və genetik planda nisbətini müəyyən etməkdir. İdarəetmə icra hakimiyyətinin iyerarxik strukturu üzrə bütün səviyyələrdə - piramidanın yuxarısından tutmuş ən aşağı ayrı-ayrı iş yerlərinə qədər həyata keçirilir. İcra hakimiyyətində qarşılıqlı münasibətlər sxemi aşağı orqanın yuxarı orqana tabeliyini təmin edən yüksək dərəcədə mərkəzləşmənin olmasıdır. İdarəetmə qanunverici, icra və məhkəmə hakimiyyətlərində sərbəst yaranır, prinsipcə eyni xarakterli olur.

Dövlətin idarə olunmasında çoxsəviyyəlilik həyati zərurətdən yaranmışdır. Belə ki, hələ ibtidai icma dövründə, insanlar qəbilələr şəklində yaşadığı zamanlarda, hər bir qəbilənin idarə edilməsi, əsasən iki səviyyəli struktur üzrə yerinə yetirilirdi. Belə strukturun yuxarı səviyyəsində müəyyən idarəetmə səlahiyyətlərinə malik qəbilə başçısı, aşağı səviyyədə isə ona tabe olan qəbilə üzvləri dururdu. Zaman keçdikcə qəbilələr müəyyən (güc, təbii zərurət və s.) yollarla birləşərək böyümüş, böyük qurumlar şəklində formalaşmışlar. Belə qurumların yaranması və böyüməsi ilə iki səviyyəli idarəetmə mümkünsüz olmuş və təbii olaraq əlavə səviyyələr yaranmışdır.

AR icra hakimiyyəti orqanlan üçün xarakterik olan çoxsəviyyəli struktur üçün səciyyəvi olan xüsusiyyətlər aşağıdakı kimidir:

1) eyni səviyyədə yerləşən orqanlar arasında əlaqələr tabe olduqları yuxarı səviyyəli icra hakimiyyəti vasitəsi ilə tənzimləyir.

2) ən yuxan və ən aşağı səviyyələr istisna olmaqla, qalan səviyyələrin (aralıq səviyyələrin) vəzifəli şəxsləri iki mövqedən çıxış edir. Yuxarı səviyyə üçün tabeçi (idarə olunan), aşağı səviyyə üçün isə rəhbər (idarəedici) kimi fəaliyyət göstərir, yəni yuxan orqan üçün idarəetmə obyekti, aşağı orqan üçün isə idarəetmə subyekti funksiyasını yerinə yetirir. Ən yuxarı səviyyə yalnız idarəedici subyekt, ən aşağı səviyyə isə idarə olunan obyekt kimi çıxış edir.

3) hər bir səviyyədə yerləşən orqan tabeçiliyində olan orqanlara tapşınq və göstərişləri öz strateji maraqları baxımından müəyyən formada bildirir.

4) hər bir səviyyədə yerləşən orqan tabeliyində olan orqanlara verdikləri tapşırıq və göstərişlərin yerinə yetirilməsindən asılı olaraq həvəsləndirici və ya cəzalandırıcı tədbirlər görür.



5) məlumatlar aşağıdan yuxarı ötürülərkən ümumiləşməyə məruz qalır və bu səbəbdən də məlumat itkisinə yol verilir.

Beləliklə, qeyd etmək lazımdır ki, XX əsrin sonunda idarəetməyə neqativ münasibətlərin əsassız olduğu təsdiqini tapır. Bu illərdə qanunvericilikdə, elmi ədəbiyyatda və dərsliklərdə bütün hakimiyyət orqanlannda, o cümlədən icra hakimiyyətində idarəetmə olmadan siyasi funksiyaların yerinə yetirilməsinin qeyri-mümkün olması ictimai şüurda qəbul edilir.
Yüklə 24,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin