Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat



Yüklə 1,91 Mb.
səhifə1/39
tarix04.12.2022
ölçüsü1,91 Mb.
#72243
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   39
CTƏ mühazirə



Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
050604 – «Cihaz mühəndisliyi»
Cihaz texnologiyalarının əsasları
(mühazirə)

Dosent Məmmədov U.Q.
Bakı 2021


Mühazirə 1
Mövzu: Cihaz texnologiyasının əsas anlayışları


Ümumi məlumat
İnsanın praktiki və elmi fəaliyyətinin əsasını təşkil edən prinsiplər sistemi dərketmə metodu adlanır. Dərketmə metodları aşağıdakılara bölünür:

  1. Ümumi dərketmə metodları

  2. Elmi dərketmə metodları

  3. Konkret elmin metodları

Xüsusi texniki elmlərin metodları - ümumi elmi dərketmə metodları empirik (təcrübə)- nəzəri metodlara bölünür. Empirik dərketmə metoduna- müşahidə, müqayisə, nəzarət, hesablama, ölçmə, eyniləşdirmə (identifikasiya) və elmi eksperment aiddir.
Ölçmə obyektinin məqsədyönlü təsviri müşahidə adlanır.
Əksetdirmə prosesində obyekt və ya hadisələrin oxsarlıq və ya ayrılığını müəyyən etməyə müqayisə deyilir.
Texniki elmlər sayəsində müqayisə dedikdə obyektin eynicinsli xassələrin intensivlikləri nisbətini müəyyən etmək başa düşülür.
Nəzarət obyektin xassələrinin keyfiyyət cəhətdən əks olunmasıdır.Keyfiyyətcə eyni tipli obyektlər məcmusunun kəmiyyət xassələrini əks etdirməyə hesablama deyilir.
Ölçmə obyektin elə xassələrinin əks olunmasıdır ki, onlar özlərini ekvivalentlik, intensivlik və additivlik cəhətdən adlı natural ədədlərin məhdud sırası ilə biruzə verirlər.
Eyniləşdirmə (identifikasiya) obyekti xarakterizə edən kəmiyyətlərlə ədədi analitik metodlar arasındakı aslılığın əks etdirilməsindən ibarətdir. O, fiziki və riyazi modelləşdirmə ilə sıx əlaqədardır.
İnformasiya ölçmə texnikasında isdifadə olunan əsas anlayışlar informasiya və ölçmədir.
İnformasiya prosesinə aşağıdakılar daxildir:

  1. müəyyən məlumat daşıyan siqnallar yaradan informasiya mənbəyi;

  2. verilmiş rabitə kanalı ilə ötrülmə üçün məlumatın kodlaşdırılması;

  3. onun rabitə kanalı ilə ötrülməsi:

  4. alınmış məlumatlar çoxluğunun emal etmək üçün yerinə yetrilən əməliyyatlar;

  5. məlumatın işlədiciyə çatdırılması .

İxtiyari idarəetmə prosesi informasiyanın ötürülməsini və onun üzərində müəyyən əməliyyatlar yerinə yetrilməsini nəzərdə tutur.
İdarəetmə ilə informasiyanın qarşılıqlı əlaqəsini və idarəetmə prosesində kəmiyyət informasiyanın mühüm xüsusiyyətini nəzərə alaraq təsdiq olunmusdur ki, informasiya ölçmə texnalogiyası texniki kibernetikanın tərkib hissəsidir. Kəmiyyət informasiyanın alınma metodlarını öyrənməsi, bu informasiyanı almaq üçün təcrübənin təşkili və lazım olan texniki vastələrin yaranması metodları infomasiya ölçmə texnikası adlanan elmi texniki istiqamətin mövzusudur.

Yeni ölçmə vastələri (ÖV) layihələndirdikdə həm texniki, həm də istismar olunma konstruktiv texnoloji təlabatlar nəzərə alınmalıdır. ÖV-nin geniş istifadə olunması onların konstruksiyasına və istehsal olunma texnologiyasına təsir edən çoxsaylı xarici faktorların olması ilə əlaqədardır. Xarici faktorların təsirinin öyrənilməsi müxtəlif növ aparatura üçün istismar şəraitnin təsirinin hədlərini müəyyən etməyə və onların cavab verməli olduqları istismar olma təlabatlarını istifadə etməyə imkan verir. İstismar olmunma təlabatları ölçmə vastələrinə olan ümumi texniki təlabatların bir hissəsidir. Ümumi texniki təlabatlar isə dövlət standartlarında (DS və sahə standartlarında (SSD) normalarda və texniki şərtlərdə (TŞ) gösdərilir. Təcrübə gösdərir ki, xarici faktorların ÖV-yə təsirləri çoxluğunu üç növə bölmək olar:



  1. Atmosferin vəziyyəti ilə əlaqədə olan iqlim təsirləri

  2. Daxili istilik mənbələrində və ya əlavə qızdırılmadan yaranan temperaturun təsirləri

  3. Səbəbləri təcil, ətalət, zərbələr olan mexaniki təsirlər.

Xarici istismar şəraitinin təsirindən məmulatların mexaniki, elektrik parametrlərinin dəyişməsi, çox hallarda pisləşməsi (korlanması) baş verir və onlar dağılır və işləmir. İxtiyari faktorların (iqlim, mexaniki temperatur) aparaturaya və onun elementlərinə göstərdiyi təsiri şərti olaraq iki hissəyə ayırmaq olar:

  1. Təsir anındakı nəticə.

  2. Təsirdən sonrakı nəticə.

Təsirin ani nəticəsi təsiretmə prosesinin özündə aşkar olunur və ÖV-nin işində nasazlıq yaradır. Təsirdən sonrakı nəticə xarici faktor təsir etdikdən sonra üzə çıxır və köhnəlmə xarakteristikasının dəyişməsi halında özünü aşkara verir.
Yerləşdirilmədən və tətbiq olunmadan asılı olaraq ölçmə aparaturası yerin üstündə və uçan aparatın bortunda yerləşən stasionar, daşınan və hərəkət edə bilən ola bilər.
Aparaturanın hər növü müxtəlif istismar şəraitində işləməli olur. Elektrik və elektron ölçmə vastələri cihazqayırmanın digər ölçmə vastələrinə nisbətən daha çox standartlaşdırılmışdır. Bu standartlarda ölçmə vastəsinə olan əsas istismar və texniki təlabatlar ifadə olunmuş olur.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin