Mühazirə-1 TƏBİİ qazlarin nəQLƏ hazirlanmasi prosesləRİ



Yüklə 44,28 Kb.
səhifə2/2
tarix01.08.2023
ölçüsü44,28 Kb.
#138297
növüMühazirə
1   2
Mühazirə - 1

-təzyiqin P1-dən P2-yə qədər düşməsindən yaranan temperatura düşməsidir, 0C; - Coul-Tompson əmsalıdır, 0C/ MPa. Coul-Tompson əmsalının təyin edilməsi ədəbiyyətda geniş dərc edilmişdir.
Mühəndis hesablamalarında qazın drosselləşməsini inteqral drossel effekti ilə aparırlar ki, bu da differensial drossel effektin qiymətinin təzyiqlər fərqinə ( ) vurulmasından alınan qiymətdir.
Qeyd etməliyik ki, separasiya qurğularının əsas avadanlıqları – separatorlardır ki, onların da əsas məqsədi qaz fazasını maye fazadan maksimum ayırmaqdır. Separasiyanın mahiyyəti sərbəst düşmə qüvvəsi, inertsiya qüvvəsi və ya onalrın birlikdə iştirakı ilə damla və tozları qaz fazasından ayırmaqdır. Separasiyanın səmərəli olması üçün qazdan ayrılan maye və bərk hissəciklərin sərbəst çökməsi və onalrın qazla aparılmaması üçün isə sürətin minimum səviyyədə olması tələb olunur. Çox vaxt separatorlarda inertsiya qüvvəsinin təsirini artırmaq üçün separatorun içərisində maye və qazın hərəkət istiqamətinin qəflətən dəyişilməsi üçün də texnoloji və konstruktiv dəyişikliklər aparılır. Təcrübədə qazlardan komponentlərin ayrılması üçün şaquli və ya horizontal separatorlardan istifadə olunur.
Şaquli separatorlara görə horizontal separatorların hündürlüyü az olsa da, qaz- mayeyə görə kontakt səthi çox olur. Bu tip separatorlarda səviyyənin düzgün tənzimlənmsi mümkün olmadığı üçün çox vaxt təmizlənmiş qaz əlavə olaraq ayrılmış maye damlaları ilə doyur və separasiyanın effektinin aşağı düşməsinə səbəb olur. Şaquli tipli separatorlar bir çox üstünlüklərə malikdirlər. Məsələn, separatorun daxilində maye və qazın kontakt sahəsi məhduddur ki, bu da separasiyanın keyfiyyətinin artamsına və ümumiyyətlə, prosesin yaxşılaşmasına səbəb olur. Bundan başqa şaquli tipli separatorlarda alət və avadanlıqların səmərəli yerləşdirilməsi üçün şərait yaradılır.
Çox vaxt təcrübədə hər iki separatordan da eyni zamanda istifadə edirlər ki, bu da tələb olunan diametrin düzgün seçilməsinə, artıq metal sərfinin yaranmasına gətirib çıxarır.
Yüklə 44,28 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin