MühaziRƏ 1 Texnogen maddələrin yanma qanunauyğunluqları



Yüklə 96,09 Kb.
səhifə3/5
tarix13.04.2022
ölçüsü96,09 Kb.
#55295
1   2   3   4   5
MÜHAZİRƏ 1

Yanar sistem yanma qanunauyğunluqlarını öyrənmək üçün lazımdır. Yanar sistemin əsas komponentlərinə yanacaq, oksidləşdirici və yanma məhsulları aid edilir. Yanar sistemin əlavə komponentlərinə aşağıdakıları göstərmək olar:

  • yanar maddələri yandırmaq üçün istifadə olunan enerji mənbələri;

  • yanma şəraitinə maneçilik edən yanmayan maddələr.

Yanar sistemi məhdudlaşdıran səthin xassəsi və vəziyyəti hər bir halda ayrıca nəzərdən keçirilməlidir. Açıq sistemlərdə ətraf mühit maddələr axını, enerji mənbəyi və qəbuledicisi rolunu oynayır. Kimyəvi aktiv elementlər oksidləşdiricinin elementləri ilə birləşən zaman oksidləşmə qabiliyyətinə malik olduqda yanar maddələrə çevrilirlər. Elementləri yanar maddələrin kimyəvi aktiv elementləri ilə birləşdikdə reduksiya olunmaq qabiliyyətinə malik olan maddələrə oksidləşdirici maddələr deyilir. Yanacaq və oksidləşdirici elementlərin oksidləşdirici-reduksiyaedici reaksiya­ları zamanı yanma məhsulları əmələ gəlir. Yanacaq və oksidləşdirici arasında qarşılıqlı təsir müvafiq nisbətdə və lazımi termiki şəraitdə baş verir. Yanar sistemdə baş verən proseslərə aiddir:

  • maddə və enerjinin köçürülmə prosesləri;

  • mürəkkəb molekulların sadə molekullara parçalan­ması;

  • piroliz;

  • buxarlanma;

  • ərimə;

  • ionlaşma;

  • kinetika;

  • yanma məhsullarının alınması;

  • dissosiasiya və s.

Biosferdə əmələ gələn, biosferdə və troposferdə dövr edən, həmçinin də texnosferdə yaranan və tətbiq edilən texnogen maddələr yanar maddələrdir. Texnogen enerjinin alınmasına lazım olan yanar texnogen maddələrə yanacaq deyilir. Yanma zamanı əsas oksidləşdirici atmosfer oksigeni hesab olunur.

Yanma məhsullarının kəmiyyət və keyfiyyət tərkibi yanar sistemdəki şəraitdən asılıdır. Yanar texnogen maddələr bərk, maye və qaz şəkilli, oksidləşdirici isə maye və qaz halında ola bilər. Əgər yanacaq və oksidləşdirici müxtəlif aqreqat halında olarsa, o halda yanar sistem heterogen, yanacaq və oksidləşdirici eyni aqreqat halında olduqda isə yanar sistem homogen adlanır. Hərəkət sürətindən asılı olaraq, yanar sistem laminar və turbulent rejimdə ola bilər. Komponentlərin kiçik yerdəyişməsi zamanı yanar sistem laminar hərəkət rejimli, komponentlərin böyük yerdəyişməsi zamanı isə turbulent hərəkət rejimli sistem adlanır. Yanar sistem fiziki və kimyəvi proseslərin nisbətindən asılı olaraq diffuziya və ya kinetik rejimdə ola bilər. Diffuziyalı yanar sistemdə yanacaq və oksidləşdirici arasında qarşılıqlı diffuziya prosesi, kinetik rejimli yanar sistemdə isə yanacaq və oksidləşdirici elementlər arasında kimyəvi proseslər baş verir.

Diffuziya rejimli sistemdə alışma və yanma prosesləri yanma komponentlərinin diffuziyası ilə müşayiət olunur. Kinetik sistemdə yanacaqla oksidləşdirici qabaqcadan, yanmadan əvvəl, bir-birləri ilə qarışdırılır və eyni halda olurlar, ona görə də bu zaman yanma intensivliyinə diffuziya nəzərə çarpacaq təsir göstərmir.

Yanma, yanar sistemdə (xüsusi şəraitdə) meydana gələn və yanar elementlərlə oksidləşdiricilərin oksidləşdirici–reduksiyaedici birləşməsindən əmələ gələn, yanma məhsulla­rının alınması ilə müşayət olunan fiziki-kimyəvi proseslərin cəmindən ibarətdir. Yanma prosesi insanlar tərəfindən təşkil oluna bilən və təşkil oluna bilməyən olurlar. Təşkil oluna bilən yanma prosesləri texnogen qurğularda reaksiya və ya odlu fəzada baş verir. Təşkil oluna bilməyən yanma prosesləri xüsusi quruluşlardan kənarda baş verir və o, yanğın adlanan təhlükəli təbii, antropogen və ya texnogen hadisələrin əsasını təşkil edir.



Yüklə 96,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin