signal (:,2)=interp1 (NN (:,1), NN (:,2), signal (:,1), method); Burada NN(:,1) (R-R) siqnalının müntəzəm paylanmamış zaman intervallarının qiymətlərindən ibarət sütun, NN(:,2) –həmin zaman intervallarına uyğun siqnalın qiymətlərindən ibarət sütun, signal(:,1) müntəzəm paylanmış zaman intervallarından ibarət sütundur. Nəticədə signal(:,2) sutunu interpolyasiyadan sonra ki müntəzəm zaman intervallarında siqnalın qiymətlərini verir. Bu sütunlar aşağıdakı şəkildə qurulur:
T1=NN (1,1); T2=NN (end,1); signal (:,1)= (T1: delta: T2); Burada delta müntəzəm paylanmış zaman intervalının addımıdır və delta=100msan. götürülür.
MATLAB mühitində bir neçə interpolyasiya növü var:
linear - xətti interpolasiya;
nearest - yaxın qonşu metodundan istifadə edərək interpolasiya;
next - növbəti qonşu metodundan istifadə edərək interpolasiya; ·
provious - əvvəlki qonşu üsulu ilə interpolasiya; ·
pchip - kubik interpolasiya; ·
spline - kubik əyrixətli interpolyasiya.
ÜRV siqnallarını təhlil edərkən spline interpolasiyasından istifadə etmək tövsiyə olunur. İnterpolasiya edilmiş siqnalın alınması üçün tam alqoritm aşağıdakı kimidir:
T1=NN (1,1); T2=NN (end,1);
signal (:,1)= (T1:100: T2);
signal (:,2)=interp1 (NN (:,1), NN (:,2), signal (:,1), ‘spline’);
ÜRV siqnalının interpolyasiyasının nümunəsi şekil göstərilmişdir: burada sol sütunda, qeyri-bərabər vaxt addımıyla ilkin HRV siqnalından fraqment, sağda -
başlanğıc HRV siqnalının ilk üç nümunəsinin 100 msan. addım ilə vahid zaman şəbəkəsinə qoyulmasından alınan nəticədir..