əvvəl burada komendant idarə üsulu tətbiq etsə də, sonra Səfəvi idarə üsulunu olduğu kimi
saxladı. Xəzəryanı ərazilər əyalətlərə, mahallara, nahiyələrə və kəndlərə bölündü. Mahalları
darğalar, nahiyələri yüzbaşılar, kəndləri isə kəndxudalar və kovxalar idarə edirdilər. Əyalətdə
hərbi-siyasi hakimiyyət rus zabitlərinin əlində idi.
3. Səfəvi imperiyasının süqutu, Əfşarlar imperiyasının meydan gəlməsi
Səfəvi dövlətinin ərazisinin bir hissəsini Osmanlılar, bir hissəsini əfqanlar, bir hissəsini
Rusiya tutmuş və onun varlığı təhlükə altında qalmışdı. Səfəvi dövlətinin taleyini düşünməyə
başlayan Şah II Təhmasib və iri feodallar türk Əfşar tayfasından çıxmış, dövrünün görkəmli
sərkərdəsi Nadirqulu xanın ətrafında birləşdilər. Ölkəni yadellilərdən xilas etmək uğrunda
mübarizəyə başlayan Nadirqulu xan 1728-1730-cu illərdə əfqan feodallarını ölkədən qovdu və
Heratı ələ keçirdi. Nadirqulu xan 1730-cu ildə İsfahana gəldi və Həmədan, Marağa, Ərdəbil,
Təbriz osmanlılardan geri alındı. Osmanlı dövlətində baş vermiş dövlət çevrilişindən istifadə
edən Nadirqulu xan hərbi əməliyyatı genişləndirdi, İrəvan üzərində hücuma hazırlaşdı. Lakin
Xorasanda baş verən üsyan Nadiriqulu xanı ora getməyə məcbur etdi. II Təhmasib şöhrətini
artırmaq üçün 1731-ci ildə hərbi əməliyyatları davam etdirdi və məğlubiyyətə uğradı. Osmanlılar
Ərdəbili və Təbrizi tutdular, II Təhmasib sülh bağlamağa razı oldu. 1732-ci ilin yanvarın 16-da
Girmanşahda sülh bağlandı. Sülhün şərtlərinə görə İrəvan, Gəncə, Şamaxı, Şirvan bölgələri
Osmanlılara verildi. Həmədan, Girmanşah, Ərdəbil və Təbriz Səfəvilərə qaytarıldı, Araz çayı
onlar arasında sərhəd oldu.
Rəşt müqaviləsi. I Pyotrun ölümündən sonra saray çevrilişləri Rusiyanı zəiflətdi, onun
beynəlxalq nüfuzu aşağı düşdü. Xəzəryanı əraziləri əldə saxlamaq imkanı məhdudlaşdı. Rusiya
Osmanlıları Xəzər dənizinə buraxmamaq üçün Xəzəryanı torpaqları Səfəvilərə qaytarmağa razı
idi. 1732-ci ildə Rusiya ilə Səfəvilər arasında Rəşt müqaviləsi bağlandı. Müqaviləyə görə Rusiya
Kürə qədər olan torpaqları Səfəvi dövlətinə qaytardı, Səfəvilər isə bu ərazilərə Osmanlıları
buraxmamağı öhdəsinə götürdü. Səfəvilər tutulmuş torpaqları Osmanlılardan geri aldıqdan sonra
Kürdən şimaldakı torpaqlar Səfəvilərə qaytarılmalı idi. Rus tacirlərinə Səfəvi ərazisində ticarətdə
güzəştlər verildi.
Nadirqulu xanın Osmanlılar üzərində qələbəsi. Xorasandan qayıtdıqdan sonra, 1732-ci
ilin avqustunda Nadirqulu xan II Təhmasibi hakimiyyətdən saldı. Onun oğlu Abbas Mirzəni – III
Şah Abbas şah elan etdi, özünü onun qəyyumu təyin etdi. Nadirqulu xan öncə Osmanlılarla
bağlanmış Girmanşah müqaviləsini ləğv etdi və Osmanlılardan Səfəvi torpaqlarını geri
qaytarmağı tələb etdi. Rədd cavabı aldıqda yüz minlik qoşunla bir neçə istiqamətdə hücuma
keçdi. 1733-cü ilin yanvarında Bağdad ətrafında Osmanlı qoşunlarına böyük zərbə vuruldu.
Əhməd paşa sülh təklifi etdi. Bağdadda sülh bağlandı . Sülhə görə Osmanlılar 10 il müddətində
tutmuş olduqları Səfəvi torpaqlarını geri qaytarmağa razılaşdılar və buna qismən əməl etdilər.
Nadirqulu xan hərbi əməliyyatları Azərbaycanın şimalında keçirdi. 1734-cü ildə Şamaxı tutuldu,
müqavimət göstərdiyinə görə şəhər dağıdıldı, əhalisi indiki Ağsu ərazisinə - Yeni Şamaxıya
köçürüldü. Bundan sonra Nadirqulu xan Qazıqumuxda gizlənmiş Surxay xanın üzərinə hücum
etdi, Surxay xan qaçdı, Qazıqumux qarət edildi. Daha sonra Nadirqulu xan Osmanlıların ən çox
cəmləşdiyi Gəncə üzərinə hərəkət etdi. Şəhər 4 ay mühasirədə saxlandı. Həmçinin Rusiya ilə
olan çoxdankı münaqişəni də aradan qaldırmğa çalışır.1735-ci ilin martın 10-da Gəncə
yaxınlığında Rusiya və Səfəvi arasında Gəncə müqaviləsi imzalanır.Ruslar xəzəryanı vilayətləri
tamam tərk edir. Mühasirədə saxlanılan osmanlılara kömək etməyə gələn qüvvələr Üçmüədzin
ətrafında Nadirqulu xan tərəfindən darmadağın ediləndən sonra Gəncədəki Osmanlı qarnizonu
təslim oldu. Beləliklə, 1735-ci ilin sonunda Osmanlılar Səfəvi torpaqlarından tamamilə çıxarıldı.
Artıq keçmiş Səfəvi sülaləsinin nümayəndələri və feodal əyanları artıq xalq arasında öz
nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. 1730-
1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732-1736) toplanmış Muğan düzündə
qurultay çağırdı. Bu qurultaya hərbi, mülki və dini əyanlardan, şəhər və kənd başçılarından
ibarət 100 minə yaxın adam toplanmışdı. Muğan qurultayında Nadir özünü şah elan etdi.
Beləliklə, Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Keçmiş Səfəvilər imperiyasının
ərazilərini əhatə edən və türk mənşəli Əfşarlar sülaləsi tərəfindən idarə edilən Əfşarlar
imperiyası meydana gəldi.
Dostları ilə paylaş: