Mühazirə 11 Silikatlar texnologiyası Plan. Saxsı istehsalı Yapışdırıcı maddələr


fırlanan soba; 2.bandaj; 3.diyircəklər; 4.elektrik motoru; 5.dişli çarx; 6.doydurucu(tənzimləyici,yükləyici); 7.soyuducu;8.Baca



Yüklə 0,75 Mb.
səhifə9/12
tarix20.11.2023
ölçüsü0,75 Mb.
#165966
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
11 kopyası

1.fırlanan soba; 2.bandaj; 3.diyircəklər; 4.elektrik motoru; 5.dişli çarx; 6.doydurucu(tənzimləyici,yükləyici); 7.soyuducu;8.Baca
Sement məhlulunun tutması ən gec 45 dəqiqədən sonra başlayır və 12 saatdan sonra qurtarır, bərkiməsi isə uzun müddət çəkir.
Akademik Baykov akademik Rebinderin tədqiqatları nəticəsində tutma zamanı aşağıdakı mineralların hidratlaşması prosesi gedir:
3CaO SiO2 m H2O→Ca(OH)2+2 CaO SiO2 m H2O
2CaO SiO2 n H2O→2CaO SiO2 n H2O n=2;4
3CaO Al2O3+6 H2O→3CaO Al2O3 6 H2O
Sement əsasən betonun hazırlanması üçün istifadə olunur.Bunun üçün sement su və doldurucularla qarışdırılır. Doldurucular sementdən hazırlanan məmulatın suya və korroziyaya qarşı davamlılığını, elastikliyini və s.artırır. Sementə 10-12% asbest . (3CaO SiO2 2H2O) və su əlavə edib, formalaşdırdıqda alınan məmulatdan dam örtükləri, borular, döşəmə üçün plitələr və s. hazırlanmasında istifadə edilir.
Müxtəlif əlavələr edilmiş portlandsementin aşağıdakı növləri vardır:
1.Pussolon-potlandsement klinkerinə 20-50%hidravlik əlavələr edilməklə alınır.
2.Şlak-portlandsement xırdalanmış yapışdırıcı materiallara domna sobasından alınan şlak əlavə etməklə alınır.
Turşuya davamlı-yapışdırıcı maddələrdən turşuya davamlı sementi, betonu və yaxmanı göstərmək olar.Turşuya davamlı sement xammalı yandırmadan həll olan şüşə əsasında alınır.Bu məqsədlə suda həll olan qələvi metal silikatları K2O Na2O n SiO2 xırdalanmış turşuya davamlı doldurucularla (kvars) və natrium-silisium-flüoridlə Na2SiF6 qarışdırılır.
Turşuya davamlı sement kimyəvi aparatların daxili divarlarını örtmək,inşaat məhsulu və s. azırlamaq üçün işlədilir.

Şüşə istehsalı
Şüşə öz xassələrinə görə digər silikatlardan fərqlənir. Onun optiki xassələri-şəffaflığı, böyük hissəciklərdə optiki göstəricilərin eyni olması və vaxtdan asılı olmayaraq optiki göstəricilərin dəyişməməsi ən qiymətli xassələridir. Digər tərəfdən şüşə bərkdir və turşuların təsirinə qarşı kimyəvi cəhətdən çox davamlıdır. Çatışmayan cəhəti onun kövrək olması, temperatura qarşı davamlı olmaması və istiliyi pis keçirməsidir. Şüşənin kimyəvi tərkibini dəyişmək üçün ona lazım olan optiki xassələr vermək mümkündür.
Şüşələr öz tətkibinə və tətbiq sahələrinə görə müxtəlif olur.Bütün şüşələrin tərkibi çox komponentlidir.Yalnız kvars şüşəsi bir komponentli olub, kremnezemdən(SiO2) hazırlanır.
Ümumi halda şüşənin tərkibini x R2O y RO z RO2(R2O3)kimi ifadə etmək olar.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin