2.Müharibənin Çex dövrü (1618-1624) Baş verən hadisələrlə ələqədar olaraq seym defenziya-hərbi vəziyyət elan etdi, könüllüləri çağırmaq, muzdlu ordu toplamaq haqqında göstəriş verdi. Başda qraf Tum olmaqla 30 adamdan ibarət direktoriya seçildi. Direktoriya Moraviya landtaqı ilə Çexiya və Moraviyanın dövlət birliyinin bərpa edilməsi haqqında danışıqlara başladı, Moraviya bu ideyanı dəstəklədi. Çexiyanın katolik kilsəsisnin yüksək vəzifəli şəxsləri və yezuitlər ölkədən qovuldu. 1618-ci ilin iyulun 20-də Ferdinandın tərəfdarları dövlət çevrilişi etdilər. Ferdinand faktiki olaraq imperator oldu. İspaniya, Bavarialı Maksimilian, Polşa kralı III Siqizmund Ferdinanda dəstək olmağı bildirdilər. Moraviyada, Sileziyada, Avstriyada və Macarıstanda çoxsaylı protestantlar əsasən də zadəganlar çexlərə qoşulmağa hazır idilər. Çexlərin silahlı qüvvələrinin təşkili ləng gedirdi. İmperator quşunları Çexiya sərhəddini keçdilər və cənub-şərq rayonlarını dağıdaraq ölkənin içərilərinə doğru hərəkət etdilər. Yevengeliya uniyası Savoyya hersoqunun və Venesiyanın verdiyi pulla 2000 nəfərlik dəstə formalaşdırdı və onu Çexiyanın köməyinə göndərdi. 1619-cu ilin martın 20-də Matveyin ölümündən sonra Direktoriya və Çexiya seymi Ferdinandı Çexiya kralı kimi tanımaqdan imtina etdilər. Ağır vəziyyətə düşmüş Habsbuqlar Bavariyaya, Saksoniyaya və Polşaya bir sıra vədlər vermıklə onlardan əlavə kömək almağa nail oldu. 1620-ci ilin noyabrın 8-də Praqa yaxınlığında çex qoşunları məğlubiyyətə uğradılar. Praqa heç bir müqavimət göstərmədən Habsburqlara təslim oldu. Çexiyada irtica dövrü başladı. Katolik kilsəsi Çexiyada tamamilə bərpa olundu. Çexiyada torpaq sahiblərinin dörddə üçü dəyişdi. 1627-ci ildə DƏFN seymi adlandırılan seym Çexiyanın milli müstəqilliyinin itirilməsini möhkəmləndirdi; 1.Əlahəzrətin fərmanı ləğv edildi; 2. Çexiya bütün əvvəlki imtiyazlarından məhrum edildi. 1620-ci ilin payızında ispanlar Fridrixin Reyn vilayətlərinə soxuldu. Pfals ispanların əlinə keçdi. 1623-cü ilin yanvarında imperator V Fridrixdən kurfürst adını alaraq onu Bavariyalı Maksimilliana verdi. Yuxarı Pfals Bavariyaya keçdi. Aşağı Pfalsı imperatorun adından ispanlar əldə saxlayırdılar.