Saxlanma şəraitinə və üsuluna görə yüklər üç qrupa bölünür:
I qrupa qiymətli yüklər və rütubətin təsiri və ya temperaturun dəyişməsi ilə xarab ola bilən yüklər aid edilir. Onlara tez xarab olan yüklər, ərzaq və geniş istehlak malları və s. aiddir. Bu qrup yükləri bağlı anbarlarda saxlayırlar.
II qrupa temperatur dəyişmələrinə məruz qalmayan, lakin rütubətin təsiri onları xarab edə bilən yüklər aiddir. Bunlara kağız, metal, pambıq, quru ot və s. aiddir. Bu qrup yükləri bağlı anbarlarda və ya bağlı sahələrdə (talvar altında) saxlayırlar.
III qrupa xarici mühitin təsirinə məruz qalmayan və ya az məruz qalan yüklər aiddir: daş kömür, ağac, mineral-tikinti materialları, meşə materialları və s. Bu qrup yükləri açıq sahələrdə saxlayırlar.