5.Əyanilik prinsipi
6.Sistemlilik və ardıcıllıq prinsipi
7.Biliklərin möhkəmləndirilməsi prinsipi
1.Elmilik prinsipi. Elmilik prinsipi tələb edir ki, təlimdə şagirdlərə təklif edilən biliklər elm tərəfindən müəyyənləşdirilmiş həqiqi biliklər olsun.
Təcrübədə yoxlanılmış biliklər dünyanın inkişafının obyektiv, düzgün mənzərəsini əks etdirir. Məktəb işi elmi bilikləri mənimsəməyi, böyüməkdə olan nəsli obyektiv gerçəklik haqqında biliklər sistemi ilə silahlandırmağa yönəldilmişdir.
Təhsilin elmiliyi təhsilin məzmunu ilə, onun formalaşması prinsiplərinə ciddi riayət edilməsilə təmin olunur. Təlimin elmiliyi mənimsənilən biliklərin faydalılığınıdan, tədris planları və proqramlarının sosial və elmi-texniki tərəqqinin səviyyəsinə uyğunluğundan, praktikada əldə olunan biliklərin möhkəmləndirilməsindən, fənlərarası əlaqədən asılıdır.
Dostları ilə paylaş: |