Saib Təbrizi
dövrünün yüksək səviyyədə təhsil almış ziyalılarından idi. Şair - mütəfəkkir bir çox Yaxın və
Orta Şərq ölkələrini ziyarət etmiş, dövrünün tanınmış ziyalıları ilə təmasda olmuş, bir müddət Səfəvi hökmdarı
II Abbasın sarayında
məlik üş-şüəra
kimi ali adı daşımışdır. Lakin o, saraydakı çəkişmələrdən, fıtnə-
fəsad
yuvasından uzaq olmağa çalışmış, tezliklə Səfəvi sarayını tərk etmişdir. Saib Təbrizi həyatının son illərində öz
əsərlərinin təsnifatı ilə məşğul olmuş və onlan "Mirat ül-camal" ("Gözəllik aynası"), "Arayişi-nigar" ("Gözəllik
bəzəyi"), "Vacib ül-hifz" ("Qorunması vacib olan") adlı məcmuələrdə yerləşdirmişdir. Şair- mütəfəkkir
əsərlərini Azərbaycan və fars dillərində yazmışdır. Yaxın və Orta Şərq xalqlarının fəlsəfı irsi,
xüsusilə Şərq
21
peripatetizmi Saib Təbrizinin də dünyagörüşünün təşəkkülü üçün əsas olmuşdur. O, Şərq peripatetizmi
vasitəsilə qədim yunan elmini və fəlsəfəsini öyrənmişdi. Saibin orta çağlar Şərqinin panteist bidətçi təlimlərinə
bağlılığı onun daim Mənsur Həllaca istinad etməsi ilə təsdiqlənir. Saib yazırdı: "Biz Mənsurun qanıyıq və daim
qaynamaqdayıq". Digər bir əsərində mütəfəkkir qeyd edirdi: "Quru zahidlərlə həqiqət haqqında ucadan
danışma, dar ağacına məhkum olunmuş Mənsura bax". Saib Təbrizi özü haqqında demişdi: "Mənim
Mənsurum dar ağacından qorxmur". O göstərirdi ki, sufılərin vəhdət əl-vücud haqqında təliminin əsiridir, bu
təlimə valeh olmuşdur. Saibin dünyagörüşünün əsasını məhz bu nəzəriyyə təşkil edir. Onun fıkrincə, Allahın
varlığı ilə bağlanmış
mövcudluq, dünya bir-biri ilə üzvi şəkildə əlaqədar olan 4 ünsürdən ibarətdir,
dünya
vəhdət bəhridir. Məhəbbət bu bəhrdəki hərəkətin və dəyişikliklərin mənbəyidir.
Saib Təbrizinin irsində idrak məsələləri mühüm yer tutur. Mütəfəkkir dünyanın dərk olunması
prosesində ağıla və elmə yüksək qiymət verir, elmin (nəzəriyyənin) və təcrübənin vəhdəti zəruriliyini daim
qeyd edirdi: "İnsanın biliyi özünü əməldə, təcrübədə göstərməlidir, ağıl məntiqi dəlillərə və əqli nəticələrə
əsaslanmalıdır". Saib Təbrizi zəmanəsinin hökmdarlarının elmə, təfəkkürə mənfı münasibəti haqqında ürək
ağrısı ilə yazırdı: "Ağıl və bəsirət qara quruşa da dəymir, molla çalmaları və onların qarın
toxluğu bizim
zəmanəmizdə daha ləyaqətli yer tutmur".
Əxlaq və estetika məsələləri də Saib Təbrizinin yaradıcılığında, dünyagörüşündə müəyyən yer
tutmaqdadır. O, həmin dövrdə hakim olan "tale", "alın yazısı" haqqındakı nəzəriyyəyə qarşı çıxaraq
insan
iradəsinin azadlığı, insanın öz əməlləri müqabilində məsuliyyət daşıması fıkrini təbliğ edirdi. İnsanı gerçək
həyatdan uzaqlaşdıran asketizmə deyil, yaradıcılığa, əməyə qızğın çağırış Saib Təbrizinin əxlaqi görüşlərinin
mərkəzindədir: "Əməklə məşğul olmamaq, taleyə güvənmək alicənablıqla bir araya sığmaz, öz yükünü xalqın
üzərinə aşırma". Saibin əxlaqi görüşləri onun ictimai -siyasi ideyaları ilə sıx şəkildə bağlıdır və demokratizmin,
insanpərvərliyin təbliği ruhundadır. O, məhz bu mövqelərdən cəmiyyətdə hökm sürən
zülmü və zor siyasətini
pisləyirdi. Saib Təbrizi zəhmətkeş xalqı "cəmiyyətin qanadları" adlandıraraq yazmışdı: "Sadə, yoxsul
insanlardan yardım istə, çünki onlar zəif və yoxsul olsalar da, başqaları üçün qanaddırlar (güc mənbəyidirlər. -
məsul red.) ".
Saibin estetik baxışları dövrün mütərəqqi Şərq estetik fıkrinin inkişafına böyük töhfə idi. Onun
incəsənətdə, ədəbiyyatda forma və məzmunun münasibəti, poetik məharətin ictimai şüura təsiri haqqındakı
fıkirləri Şərqin estetik fıkri ənənələrinin davamı kimi diqqəti cəlb edir və bir çox məqamlarda Sadiq bəy Əfşarın
estetik görüşləri ilə səsləşir.
XVII əsrdə Azərbaycanda fəlsəfı fikrin ümumi mənzərəsi belə idi.