4
Tarazlı tsikl nəzəriyyəsinin mərkəzi ideyası pul şokları (yəni
tədavüldə pul kütləsinin
gözlənilmədən artması və bununla əlaqədar qiymətlərin yüksəlməsi) və akselerasiya meyilləridir.
Lukas belə
bir ehtimal irəli sürmüşdü ki, sahibkar öz məhsulunun qiymətinin inflyasiya artımını
onun nisbi qiymətlər artımından fərqləndirə bilmir və buna görə də hər qiymət artımında
investisiyaları və məşğulluq səviyyəsini artırır.
Bu nəzəriyyədə dövlət xərclərinin artması ilə əlaqələndirilən qeyri-bərabər inflyasiya real məcmu
tələb səviyyəsinin dəyişilməzliyi şəraitində iqtisadi yüksəliş fazasının əvvəlinə aparır. Tsiklin enən
fazası sahibkar öz səhvini başa düşüb istehsal gücünü və məşğulluğu ixtisar edəndə başlayır ki, bu
da qiymətlərin artmasının davam etməsi fonunda baş verir və staqflyasiya yaranır.
Dostları ilə paylaş: