Mühazirə 9 coğrafiyanin təDRİSİ metodikasi



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix02.01.2022
ölçüsü0,79 Mb.
#41408
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
CTM 1 muhazire 9

Qloballaşma prinsipi

 

  

Qloballaşma  dünyanın  müasir  inkişafında    müzakirə  olunan      lakin    konkret 



müəyyən  edilməyən  proseslərdən  biridir.    Hazırda  qloballaşma      təkcə    maliyyə-

iqtisadi,  sosial-siyasi,  hərbi  və  informasiya  aspektlərində  deyil    bütövlükdə 

cəmiyyətin həyat fəaliyyətində özünü göstərir. Qloballaşma  cəmiyyətin inkişafına  

müsbət və həm də mənfi təsir göstərir. Qloballaşma ikili və ziddiyyətli prosesdir . 

Bəzi  tədqiqatçılar  qloballaşmanı    milliyin  məhv  edilməsi  hesabına  inkişaf  edən 

cəmiyyət kimi qiymətləndirir.   Qloballaşma milli özünüdərkin artmasına da böyük 




 

təsir göstərir.  Bu gün qloballaşma şəraitində dövlətlər ciddi dəyişikliklərə məruz 



qalırlar.    Siyasətçilər    müasir  dövrdə  ətraf  mühitin  qorunması,  iqtisadi  artımın 

təminatı və digər sahələrdə qloballaşmanın rolunun nə dərəcədə yüksək olduğunu  

əsaslandıra bilir. Dövlətlərin idarə edilməsində beynəlxalq  təşkilatların rolunu da  

qlobal  düşüncə  tərzinin  formalaşdırılmması  ilə  nail  olmaq  kimi  qiymətləndirmək 

olar.  Beynəlxalq  turizmi,    ölkələrarası  ticarət  əlaqələri,  beynəlxalq  sülh,    kapital 

ixracı  və  s      problemlərin  həll  edilməsi  qloballaşma  olmadan    mümkün  deyil. 

Dünyanın    mövcud  olan    ekoloji  problemləri,  təbii  ehtiyaların    tükənməsi, 

tullantıların  artması,  havanın,  suyun  çirklənməsi,  bioloji  aləmin  qorunması  , 

dünyanın  su  problemləri  və  onların  həlli  yolları  qlobal  düşüncə  tərzi    olmadan 

mümkün  deyil.     Qloballaşma      həyatın bütün  sahələrində özünü  göstərdiyi  üçün 

coğrafiya    fənninin  məzmununda    aparıcı  rola  çevrilmişdir.  Bunu  sadalanan 

mövzuların fənnin məzmununa daxil olması ilə əsaslandırmaq olar.  

 Coğrafiya  fənninin    məkan  elmi  olması,  bütövlükdə  dünyanı  və    ayrı-ayrı  

regionları  öyrənməsi    bu  baxımdan  əhəmiyyətlidir.  Müasir  coğrafiya  kurikulumu 

qlobal düşüncə tərzinin formalaşması istiqamətində  tərtib edilmişdir.  Şagirdlərin 

lokal, regional  və qlobal  miqyasda  yer  təsəvvürünün  yaranmasında  müstəsna  rola 

malikdir. Qloballaşma prinsipi yaxından uzağa prinsipi ilə müşayət olunur. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin