Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə51/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Əməkdə və ictimai-faydalı işlərdə tərbiyə prinsipi. İnsanın şəxsiyyət kimi 
formalaşmasında əmək ən yaxşı vasitədir. Şəxsiyyətin tərbiyəsini əmək tərbiyəsi 
olmadan həyata keçirmək olmaz. Əmək tərbiyənin əsasını təşkil edir. Əmək insanın 
mənəvi inkişafına güclü təsir göstərir: o, insanda əməksevərlik, məsuliyyət, səliqəlilik, 
yoldaşlıq, əmək adamlarına və əmək məhsuluna hörmət və qayğı, xeyirxahlıq kimi 
müsbət əxlaqi keyfiyyətlər formalaşdırır, insana əməyin gözəlliyindən doğan estetik 
hisslər aşılayır. 
Şüurla davranışın vəhdəti prinsipi. Bu prinsip tərbiyə işində insanın həm şüuruna 
təsir etməyi, həm də onda düzgün davranış təcrübəsi yaratmağı nəzərdə tutur. İnsan 
şüurlu məxluqdur; onun davranış və münasibətləri şüurla tənzim olunur. Ona görə də 
tərbiyə işində şüura təsir göstərmək, insanda düzgün əxlaqi təsəvvürlər, inam və əqidə 
yaratmaq, ona sözlə təsir etmək vacib şərtdir. Lakin tərbiyə işini yalnız söz, nəsihət 
üzərində qurmaq olmaz. Sözçülük, nəsihətçilik insanı bezdirir, onda sözə qarşı 
laqeydlik yaradır. Şəxsiyyətin formalaşması o zaman səmərəli olur ki, şüurla davranış 
arasında vəhdət yaranmış olsun: insan bildiklərini davranış və rəftarına tətbiq etsin
düzgün davranış təcrübəsi və müsbət adətlərə yiyələnsin. Məsələn, Vətən haqqında 
şerlər əzbərlətməklə, söhbətlər aparmaqla insanda vətənpərvərlik hissi yaratmaq 
olmaz; onda habelə Vətən naminə çalışmaq, onu qorumağa hazır olmaq əzmi və 
bacarıqları formalaşdırmaq vacibdir.


Tərbiyəyə kompleks yanaşma prinsipi. Bu prinsip tərbiyə işinin bütün sahələrini
müxtəlif fəaliyyət növlərini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Kompleks 
yanaşma prinsipi bütöv pedaqoji prosesin öz mahiyyətindən irəli gəlir: pedaqoji proses 
ideya-siyasi, əxlaq, əmək, estetik, fiziki tərbiyə vəzifələrini vəhdətdə həyata 
keçirməklə şəxsiyyətin ahəngdar inkişafını təmin etməyə istiqamətlənir. Vahid 
pedaqoji prosesin hər hansı bir sahəsi çatışmadıqda tərbiyənin ümumi məqsədinə nail 
olmaq mümkün deyildir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin