Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə31/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   80
Ali mekteb Pedaqoqikasi

2.Problemli təlim texnologiyaları
Müasir ali təhsil sisteminin qarşısında duran prioritet məqsəd - yaradıcılıq metodologiyasına və texnologiyasına dərindən bələd olan, yeni biliklər kəşf etməyə, yaranmış problemləri həll etməyə qabil insanlar, peşəkar mütəxəssislər yetişdirməkdir. Bu prioritet məqsədin reallaşdırılmasında problemli təlimin rolu çox böyükdür. Problemli təlim tələbəni standart olmayan təlim - idrak məsələlərini orijinal (qeyri-standart) metodlarla işləməyə hazırlayan yaradıcı prosesdir. Bir qayda olaraq, problem-tədqiqat prosesində öyrənilən obyektin dialektik ziddiyyətlərini əks etdirir. Bu baxımdan problem didaktik kateqoriyadır. Problem həm də, psixoloji kateqoriyadır, çünki obyektin dərk edilməsi prosesində subyektdə təzahür edən ziddiyyətlərini əks etdirir. Problemin psixoloji mahiyyəti bir də ondadır ki, eyni bir problem müxtəlif adamlar tərəfindən müxtəlif tərzdə qavranılır: müxtəlif adamların təfəkküründə müxtəlif çətinliklər yaradır, yaxud heç də hamı tərəfindən problem kimi qəbul olunmur və onu həll etmək səyi doğurmur.
Problemli təlim texnologiyası təlim prosesinin xüsusi formada təşkilini nəzərdə tutur. Bu, təlim metodları və priyomlarının seçilməsində, təlim materialının strukturunda öz ifadəsini tapır. Aydın olur ki, problemli təlim ~ özünəməxsus texnologiyası olan müasir didaktik sistemdir. Özündə yaradıcılıq elementlərini əks etdirən problemli təlim yaradıcı mənimsəmənin müvafiq qanunauyğunluqlarına əsaslanır. Öyrətmə və öyrənmə, təlim və idrak, metod və priyomların vəhdətini nəzərdə tutur. Problemli təlim texnologiyasının mühüm elementləri aşağıdakılardır:
• mövcud biliklərin yeni situasiyalarda istifadəsi;
• öyrənilən obyektin strukturunu «görmək»;
• tanış obyektdə yeni mahiyyətin aşkarlanması;
• məsələnin həllinin alternativ yollarının müəyyənləşdirilməsi;
• məsələnin həllinin məlum yollarından yenisinin kombinə edilməsi;
• məsələnin həllinin orijinal həlli yollarının tapılması.
Beləliklə, problemli təlim texnologiyası yaradıcılıq tələb edən mürəkkəb sistem olmaqla fəaliyyətin stereotip (yunanca stereos - sabit, daimi, möhkəm deməkdir) formalarından imtina elməyi, orijinallıq göstərməyi tələb edir. Yaradıcılıq tələb edən problemli təlim texnologiyası tələbədə professional təfəkkürün formalaşmasına xidmət göstərir və aşağıdakı elementləri özündə ehtiva edir:
• problemi bütün çalarları ilə «görmək» və müstəqil surətdə dərk etmək;
• fərziyyə irəli sürmək və yoxlamaq;
faktik material toplamaq;
• materialın təhlili metodikasını hazırlamaq;
• nəticələri ifadə etmək və praktik tətbiqi imkanlarını müəyyənləşdirmək;
• problemin həllinin bütün aspekt və mərhələlərini aşkarlamaq;
• problemin kollektiv həllində öz stalusLinu düzgün müəyyənləşdirmək.
Deməli, problemli təlim texnologiyası olduqca müxtəlif təzahürlərə malik yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün əlverişli şərait yaradır. Problemli təlim innovasiya texnologiyaları sisteminə daxil edilsə də, əslində çox qədim tarixə malikdir. Həm antik, həm də İntibah dövründə onun elementlərindən {Sokratm evristik müsahibələri, Qalileyin söhbət və dialoqları. •I.J.Russonun problemli dialoqları və s.) geniş istifadə olunmuşdur. Praktikada problem-situasiyalar standart olmayttn məsələlərin həlli zamanı meydana çıxır və tələbələri idrak çətinlikləri üzləşdirir, onların düşüncə tərzində ziddiyyətli məqamlar yaradır. Təlim materialının problemli interpretasiyasının mahiyyəti ondan ibarətdir ki, biliklər təhsilalanlara hazır şəkildə təqdim olunmur. Problem qoyulur və həlli tələb olunur. Halbuki ənənəvi pedaqoji strategiya «biliklərdən - problemə» ardıcıllığına əsaslandığından tələbələrə elmi- tədqiqatçılıq bacarıq və vərdişləri aşılamır, onlarda yaradıcılıq ehtirası oyatmır, yeni biliklərin müstəqil surətdə əldə edilməsi qabiliyyəti formalaşdırmır, «hazır biliklər» tələbatı tələbənin şüurunda gələcək fəaliyyətin modelini formalaşdıra bilmir. Buna görə də pedaqogikanın «bilik- lərdən-problemə» strategiyası müasir dövrdə özünü doğrultmur və öz yerini «problemlərtiən-biliklərə» strategiyasına verir. Deməli, problemli təlim inkişafetdirici təlim funksiyasından çıxış edir. Problemli təlim texnologiyalarından müvəffəqiyyətlə istifadə etmək üçün ali məktəb müəllimi problem situasiyaların strukturunu və tipologiyasını, həlli yollarını, pedaqoji priyomlarmı, bir sözlə, problemli təlimin taktikasını yaxşı bilməlidir. Problemli təlim o halda mümkündür ki, tələbə nəyi bilmədiyini və nəyi həll etmək lazım olduğunu yaxşı dərk edir. Beləliklə, təhlil prosesində problem-situasiya problem məsələyə çevrilir. Problem məsələ bir sıra suallar doğurur: «Bu ziddiyyəti nə ilə izah etmək və necə həll etmək?» Problem suallar - problem məsələni, problem məsələ isə problemin həlli modelini doğurur. Problemin həlli modeli - həllin yollarını, vasitə və metodlarını nəzərdə tutur.
Ali məktəb təcrübəsində problemli təlim aşağıdakı formalarda təşkil olunur:
• Problemli ləlimin monoloji mühazirə vasitəsilə təşkili forması;
• Problemli təlimin seminar məşğələlərində dialoq vasitəsilə təşkili forması;
• Eksperiment aparılması zamanı problemli ləlimin qismən-axtarıcılıq formasında təşkili;
• Problemli ləlimin tələbənin müstəqil tədqiqatçılıq fəaliyyətində təşkili forması.
Əslində pedaqoji prosesin çox mühüm tərkib hissəsi olan problemli situasiya bütün təlim məşğələlərində yaratmaq mümkündür. Ancaq bununla belə, yalnız o texnologiyalar problemli adlanır ki, orada problemli təlimə xas olan ləlim metodları və təşkili formaları tətbiq olunsun.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin